Microsoft Word neft mehsul emali docx


 Neftin fiziki emalı prosesl



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

31 

 

2.2. Neftin fiziki emalı prosesləri, alınan məhsullar, yaranan 



tullantılar 

 

Neft eləcədə maye neft məhsullarının emalı üçün müxtəlif fiziki və kimyəvi 



metodlar  tətbiq  olunur.  Neft  və  neft  məhsullarının  fiziki  emalı  onların  qaynama 

temperaturu,  həll  olma,  kristallaşma,  eləcə  də  digər  fiziki  xassələrinə  görə 

ayrılmalarına əsaslanır. 

Neftin  fiziki  emalı  xüsusi  qurğularda  –  atmosfer  –vakuum  qurğularında 

aparılır. (Şəkil 2.1) 

  Nefti  fiziki  emal  etmək  üçün  əvvəlcə  onu  qızdırırlar.  Qızdırma  radiont 

borulu sobalarda aparılır. Borulu soba metal gövdədən hazırlanmışdır. Gövdə özülə 

möhkəm  bərkidilir.  Sobanın  divarları  içdən  odadavamlı  kərpiclə  hörülmüşdür. 

Onun  daxilində  iki  kamerada  (6)  yerləşdirilmiş  radiont  borular  (2)  ardıcıl 

birləşdirlmişdir.  Bu  borularda  neft  və  neft  məhsulları  sürətlə  hərəkət  edərək 

yanacaqdan alınan tüstü qazlarının temperaturu hesabına qızır. Sonra tüstü qazları 

tüstü  borularına  daxil  olur.  Yanacaq  kimi  qaz  və  maye  yanacaqlardan  istifadə 

olunur. Yanacaq sobanın içərisinə forsunkalar (3, 8, 11) vasitəsilə püskürdülür. 

 

 



 

Şə

kil 2.1  kimərhələli distillə qurğusunun prinsipial sxemi 



1, 6-borulu soba, 2, 7-rektifikasiya kolonları, 3, 8, 11-istilikdəyişdiricilər, 4, 

9-kondensatorlar, 5, 10-soyuducular

 



32 

 

Emal məhsulları kamerlarda (6) yerləşən borulara daxil olur və orada közərən 



saxsı plitələrin istiliyindən radiont borular qızır və beləliklə də neft buxara çevrilir. 

Sobada  buxara  çevrilən  neft  distillə  olunmaq  üçün  rektifikasiya  kalonuna  verilir. 

Kalonda gedən distillə prosesi birbaşa distillə adlanır[ 7,8]. 

  Xam neft əvvəlcə istilik dəyişdiriciləri (3, 8, 11) keçərək, neft məhsullarının 

istiliyi hesabına 170-175ºC -yə qədər qızır. Sonra borulu sobaya (1) daxil olan neft 

burada  300-350ºC  -yə  qədər  öz  temperaturunu  artırır  və  yarımbuxar-yarımmaye 

halda  aşağıdan  rektifikasiya  kalonuna  (2)  verilir.  Kalonda  (2)  neft  fraksiyalara 

ayrılmağa  başlayır.  Rektifikasiya  prosesini  effektli  aparmaq  üçün  kalonun 

içərisində üfüqi vəziyyətdə 32-yə qədər nimçə yerləşdirilir. Bir nimçədən digərinə 

yol olur. Neft buxarları aşağıdan yuxarıya hərəkət edərək müxtəlif nimçələri keçir. 

Yüngül fraksiya buxarları kalonun yuxarısından xaric olaraq kondensatorlarda (9) 

soyuyur  və  mayeləşir  və  kolonun  aşağı  hissəsinə  axaraq  orada  yenidən  buxara 

çevrilir.  Ən  yüngül  fraksiya  benzin  fraksiyasıdır.  Benzin  buxarları  kolonun 

yuxarısından  xaric  olur  və  kondensatorlarda  kondensləşir.  Əsas  hissəsi  istifadə 

üçün  göndərilir.  Bir  qismi  isə  geri  qaytarılır  və  kalonu  suvarmaq  üçün  işlədilir. 

Bundan məqsəd benzin buxarlarını ağır fraksiyalardan təmizləməkdir.  

Neftin birbaşa distillə məhsulları aşağıdakı cədvəldə verilmişdir. (Cədvəl 

2.1)Cədvəl 2.1  



Neftin birbaşa distilləsi 

  Distillyat 

Temperatur intervalı (ºC -lə

Distilyatın çıxımı 

%-lə 

Benzin 


Liqroin 

Kerosin 


Qazoyl 

Mazut 


170ºC -dək  

 170 – 200 

 200 – 300 

 300 – 500 

 – 

 14,5 


 7,5 

 18,0 


 5,0 

 55,0 


   

Mazut  neftin  distilləsində  son  məhsul  deyil.  Ona  görə  də  o  yenidən  distillə 

prosesinə  daxil  edilərək  ondan  müxtəlif  yağ  fraksiyaları  alınır.  Lakin,  mazutun 



33 

 

distilləsi  adi  şəraitdə  deyil,  vakuumda  aparılır.  Bundan  məqsəd  mazutun 



parçalanmasının  qarşısını  almaqdır.  Mazut  yüksək  molekullu  karbohidrogenlər 

qarışığından  ibarət  olduğu  üçün  qaynama  temperaturundan  aşağı  temperaturda 

parçalanmağa başlayır. Ona görə də onu vakuumda (aşağı təzyiqdə) distillə etmək 

lazım gəlir.  Kolonun  aşağısından  xaric  olan  mazut  ikinci  borulu  sobaya  (6), 

oradan da vakuum rektifikasiya kolonuna (7) verilir. Borulu sobada (6) mazut 400-

420ºC  –yə  qədər  qızdırılır.  Rektifikasiya  kolonunun  aşağısından  qudron  və  digər 

hissələrindən  isə  yeni  fraksiyalar  (Şəkil  2.1)  ayrılır.  Benzinin  çıxımı  3-15%  olur. 

Belə  benzinin  oktan  ədədi  50−78-dən  çox  olmur.  Etil  mayesi  əlavə  etməklə 

benzinin  oktan  ədədini  87−95-ə  çatdırmaq  mümkündür.  Mazutun  vakkumda 

distilləsindən  alınan  məhsulların  çıxımı  və  temperatur  intervalı  2.2-ci  cədvəldə 

göstərilir[ 10,11]. 

Cədvəl 2.2  

Mazutun distillə məhsulları 

Fraksiyalar 

Temperatur intervalı (ºC -lə

Məhsulun çıxımı %-lə 

Veretyan yağı 

Maşın yağı 

Yüngül silindr yağı 

Ağır silindr yağı 

Qudron 


 230 – 250 

 260 – 305 

 315 – 325 

 350 – 370 

 350 – 370 

 10 – 12 

 5 

 3 


 7 

27

 – 30 



 

  Hazırda  neftin  ilk  distilləsi  borulu  qurğularda  aparılır.  Açıq  rəngli  yüngül 

məhsullar almaq üçün neft atmosfer təzyiqi altında su buxarının iştirakı ilə distillə 

edilir.  Yağ  fraksiyaları  alanda  isə  mazutun  emalı  (distilləsi),  eyni  zamanda  su 

buxarının  iştirakı  və  vakkum  altında  aparılır.  Odur  ki,  neftin  emalı  adətən  iki 

pillədə başa çatdırılır: 

-

 Birinci pillədə atmosfer (borulu) qurğularında açıq rəngli yüngül məhsullar 



(benzin, reaktiv və dizel yanacaqlar); 

-

  kinci pillədə isə mazutdan vakkum qurğularında yağ distillatları və yaxud 



katalitik krekinq qurğuları üçün xammal−geniş vakkum distillatı alınır. 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə