Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

37 

 

2.3. Neftin kimyəvi emal texnologiyası, alınan məhsullar, yaranan 



tullantılar 

 

Neftin  fiziki  emalı  zamanı  alınan  benzinin  nə  keyfiyyəti,  nə  də  miqdarı 



sənayenin  indiki  inkişafını  təmin  etmir.  Ona  görə  də  nefti  və  neft  məhsullarını 

kimyəvi  yolla  emal  etməklə  həm  yeni  neft  məhsulları  alınır,  həm  də  alınan 

benzinin  oktan  ədədi  yüksəlir.  Digər  tərəfdən  benzinin  çıxımı  kimyəvi  emal 

üsulunda 50−78 %-ə çatır. Kimyəvi emalın digər üstün cəhətlərindən biri də odur 

ki,  bu  prosesdə  benzinlə  yanaşı  qaz  halında  olan  karbohidrogenlərdə  alınır  ki, 

onlarda  üzvi  sintez  sənayesi  üçün  xammal  hesab  edilir.  Neftin  kimyəvi  emalı 

ə

sasən yüksək temperaturda aparıldığı üçün onun distillə məhsulları (liqroin, mazut 



fraksiyaları) parçalanaraq daha kiçik molekullara çevrilir. Ona görə neftin kimyəvi 

emal üsulu krekinq adlanır. Krekinq üsulu 3 qrupa bölünür[ 7-12]: 

1.

  Termiki krekinq; 



2.

  Termiki-katalitik krekinq; 

3.

  Aşağı temperaturlu katalitik krekinq; 



Termiki  krekinq  katalizatorsuz  və  yüksək  temperaturda  aparılan  krekinq 

prosesidir.  Bu  proses  700−900ºC-də  aparıldıqda  piroliz  adlanır.  Termiki  krekinq 

məhsullarının  tərkibində  doymamış  birləşmələr  çox  olur  və  benzin  fraksiyasını 

təşkil  edən  karbohidrogenlər  az  şaxəli  olur.  Ona  görə  də  belə  birləşmələrin  həm 

oktan  ədədi  yüksək  olmur,  həm  də  saxlanan  benzində  ikiqat  rabitəli  birləşmələr 

polimerləşir. Bu da mühərrik karbüratorlarının müntəzəm iş rejimini pozur. 

  Katalitik  krekinq  450−500ºC-də  katalizator  tətbiq  etməklə  aparılan 

prosesdir.  Bu  üsulla  alınan  neft  məhsulları  doymamış  birləşmələrdən  azad  olur. 

Karbohidrogenlərin izomerləşməsi hesabına yüksək oktan ədədli benzin alınır. 

  Aşağı temperaturlu krekinq prosesi isə yalnız katalizator iştirakında aparılır. 

  Krekinqin başqa bir növü riforminq adlanır. Riforminq prosesində məqsəd, 

yuxarı  oktan  ədədinə  malik  olan  benzinlər  almaqdır.  Bu  prosesdə  həmçinin  üzvi 

sintezdə istifadə olunan doymuş karbohidrogenlər və aromatik karbohidrogenlər də 



38 

 

alınır.  Krekinq  prosesi  mürəkkəb  prosesdir.  Buna  baxmayaraq  bu  prosesin  də 



müəyyən qanunauyğunluqları vardır.  

Termiki krekinq prosesi katalizator iştirakı ilə aparıldıqda ona termokatalitik, 

yaxud  katalitik  krekinq  prosesi  deyilir.  Proses  aromatik  karbohidrogenlərin 

alınması ilə getdikdə riforminq adlanır. 

Ümumiyyətlə,  krekinq  mürəkkəb  prosesdir.  Bu  zaman  izomerləşmə, 

polimerləşmə,  parçalanma  və.s  reaksiyalar  baş  verir.  Yüksək  temperaturlarda 

böyük  molekul  çəkili  neft  karbohidrogenlərindən  daha  kiçik  molekul  çəkili 

birləşmlər əmələ gəlir. 

Mazutun termiki krekinqinin texnoloji sxemi şəkil 2.3-də verilmişdir. 

Şə

kil 2.3. Termiki krekinqin texnoloji sxemi 



1-Nasos; 2- rektifikasiya kolonu; 3, 4- borulu sobalar; 5- reduksiya ventili; 6- 

buxarlandırıcı; 7- kondensator; 8- seperator 

 

Nasos  (1)  vasitəsilə  mazut  rektifikasiya  kolonunun  aşağısından  verilir.  Bu 



zaman  onun  içərisindən  borbotaj  (quruldamaq)  metodu ilə  krekinq  zamanı  alınan 

isti buxar mazutun içərisindən keçən zaman kondensləşərək ağır karbohidrogenlər 




39 

 

yüngül  fraksiyadan  ayrılır.  Ağır  fraksiya  rektifikasiya  kolonunun  (2)  aşağısından 



keçərək birinci borulu sobaya (3), yüngül fraksiya isə kolonun ortasından çıxaraq 

ikinci borulu sobaya (4) daxil olur. 

  Birinci  borulu  sobada  (3)  temperatur  470−480ºC,  ikinci  borulu  sobada  (4) 

500-510ºC, hər iki sobada təzyiq isə 60−70 atmosfer olur. Hər iki sobadan alınan 

krekinq  məhsulları  ventildən  (5)  keçərək  buxarlandırıcıya  (6)  daxil  olur.  Burada 

krekinq qalığı buxardan ayrılaraq buxarlandırıcının aşağısından xaric edilir. 

  Krekinq  məhsullarının  buxarları  buxarlandırıcıdan  (6)  çıxaraq  rektifikasiya 

kolonuna  (2)  göndərilir.  Benzin  fraksiyasının  buxarları  və  krekinq  qazları 

kondensatordan  keçərək  seperatora  daxil  olur  və  burada  onların  ayrılması  həyata 

keçirilir. Mazutun termiki krekinqi zamanı aşağıdakı məhsullar əmələ gəlir[ 15]; 

-

  Krekinq benzini 30-35% 



-

  Krekinq qazları 15-20% 

-

  Krekinq qalığı 50-55% 



Proses  zamanı  alınan  krekinq  benzinin  oktan  ədədi  isə  70  ətrafında  olur. 

Krekinq qazının tərkibini etan, etilen, propan, butan və.s təşkil edir. Bu qazlar üzvi 

sintez üçün qiymətli xammal hesab edilir. Krekinq qalığı isə qazan yanacağı kimi 

istifadə olunur.  

  Bütün  termiki  krekinq  proseslərində  xam  neft  emal  etdikdə  qaz  və  maye 

məhsulları, dərin termiki krekinq proseslərində isə əlavə olaraq bərk qalıq (koks) 

da  alınır.  Bu  zaman  yaranan  ekoloji  problemlər  və  onların  həlli  istiqamətləri 

haqqında III fəsildə geniş məlumat veriləcək. 

  Krekinq  qurğularında  alınan  qazların  tərkibi  əsasən  prosesin  rejimindən 

karbohidrogenlərinin  tərkibinə  müəyyən  təsir  göstərir.  Buna  misal  olaraq  etanın 

pirolizi prosesini göstərmək olar. Etanın pirolizindən alınan qazların tərkibi etilen 

ilə zəngin olur, yəni burada əsasən etanın dehidrogenləşmə reaksiyası gedir. 

  Krekinq  prosesi  yüksək  temperaturda  və  az  vaxtda  aparıldıqda  maksimum 

miqdarda olefin karbohidrogenləri (etilen, propilen) alınır. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə