Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

40 

 

Katalitik  krekinq  neft  emalında  ən  geniş  yayılmış  üsuldur.  Bu  proses  üçün 



xammal  kimi  neftin  birinci  emal  məhsulları,  məsələn;  qazoyl  (solyar  yağları) 

götürülür. Katalitik krekinq adətən 490−540ºC-də və atmosfer təzyiqində aparılır. 

  Bu  prosesdə  katalizator  kimi  əsasən  alüminium-oksid  götürülür.  Ona  digər 

bərk  və  məsaməli  əlavələr  də  qarışdırılır.  Katalitik  krekinq  prosesindən  alınan 

benzinin  çıxımı  70-75  %,  oktan  ədədi  isə  90-92  %  olur.  Bu  prosesdə  alınan 

karbohidrogen qazlarının çıxımı götürülən xammalın 12-15%-ni təşkil edir. 

  Göründüyü  kimi,  katalitik  krekinq  üsulu  ilə  alınan  benzinin  çıxımı  və 

keyfiyyəti  yüksək  olur  və  onunla  yanaşı  çoxlu  miqdarda  qaz  halında 

karbohidrogenlər də alınır. 

 Katalitik  krekinq  prosesində  olefinlər,  naften  karbohidrogenləri,  uzun  yan 

zəncirli  aromatik  karbohidrogenlər  az  davamlı  olduqları  üçün  onlar  ilk  növbədə 

krekinqə uğrayırlar. Aromatik karbohidrogenlərin krekinqi yan zəncirdən başlanır 

və aromatik halqa parçalanmır. 

  Katalitik  krekinq  üsulunun  ən  böyük  çatışmayan  cəhəti  ondan  ibarətdir  ki, 

proses  zamanı  koks  katalizatorun  üzərinə  yataraq  onun  aktivliyini  korlayır,  yəni 

onu zəhərləyir. Katalizatorun aktivliyini korlayan maddələr katalitik zəhər adlanır. 

Katalizatorun  aktivliyini  bərpa  etmək  üçün  koksu  onun  səthindən  təmizləmək 

lazımdır. Bu proses katalizatorun regenerasiyası adlanır. 

  Benzinin  keyfiyyətinin  yaxşılaşdırılması  və  assortimentinin  (çeşidinin) 

genişləndirilməsi  katalitik  proseslərin  işlənib  hazırlanmasını  sürətləndirdi.  Neft 

emalı sənayesində birbaşa distillədən sonra ikinci yeri katalitik krekinq tutur. 

  Sənayedə  katalitik  krekinq  zamanı  əsasən  üç  tip  katalizatordan  istifadə 

olunur[ 33];  

-

  Aktivləşdirilmiş təbii alümasilikatlar  



-

  Sintetik amorf alümosilikatlar  

-

  Sintetik kristallik alümosilikatlar 



Sənayedə  sintetik  katalizatorlar  təbii  katalizatorları  demək  olar  ki,sıxışdırıb 

çıxarmışdır.  Təbii  katalizatorlardan  istifadə  etdikdə  benzinin  çıxımı  20-30  %, 

sintetikdən istifadə etdikdə isə 34-36 % təşkil edir.  



41 

 

Katalitik  krekinqdə  katalizatordan  istifadə  olunması  termiki  krekinqlə 



müqayisədə benzinin oktan ədədinin və çıxımının yüksəlməsinə səbəb olur. Digər 

mühüm  cəhət  prosesin  sürətlə  getməsi,  alınan  məhsulların  qiymətli  olması  və 

prosesin bütün həcmində temperaturun stabil olmasıdır. 

Çatışmayan  cəhət  isə  tüstü  qazlarının  içərisində  katalizator  tozlarının 

getməsidir.  Ətraf  mühitə  atılan  tullantı  qazların  tərkibində  katalizator  tozlarının  

olması onun təmizlənməsini daha da çətinləşdirir, əlavə ekoloji problemlər yaranır. 

Katalitik krekinq prosesinin texnoloji sxemi şəkil 2.4-də verilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

Şə

kil 2.4 Katalitik krekinqin texnoloji sxemi;  



1-

 istilikdəyişdiricilər;  2-  borulu  soba;  3-  reaktor;  4-  regenerator;  5- 

tsiklon aparatları; 6- rektifikasiya kolonu; 7- seperator; 8- kotel-utilizator; 9- 

nəmləndirici;  10-elektrosüzgəc;  11-  hava  soyuducusu;  12-  soyuducu;  13- 

nasos;  

I-  xammal;  II-  su buxarı;  III-krekinq qazları;  IV-  krekinq  benzini;  V-yüngül 

qazoyl fraksiyası; VI- ağır qazoyl fraksiyası; VII-su; VIII-tüstü qazları; IX- hava 

 

Yüngül və ağır qazoyl istilik dəyişdiricilərdə (1) 200ºC-yə qızdırılaraq borulu 



sobaya  göndərilir.  Burada  xammal  480ºC-yə  qədər  qızdırılır,  su  buxarı  ilə 

qarışdırılır  və  reaktora  (3)  verilir.  Reaktorda  "qaynar  layda"  alümosilikat 




42 

 

katalizatorları  iştirakında  krekinq  prosesi  baş  verir.  Qaynar  lay  şərti  adlandırma 



olub, əslində heç bir layın qaynaması baş vermir. Reaktorda temperatur 480−500ºC 

olur. 


Reaksiya  məhsulları  tsiklonda  (5)  katalizator  tozlarından  təmizlənir, 

soyuducudan  (12)  keçərək  rektifikasiya  kolonuna  (6)  daxil  olur.  Rektifikasiya 

kolonunda qazlar yüngül və ağır qazoyldan ayrılır. Qazlar seperatorda (7) katalitik 

krekinq  benzinindən  azad  edilir.  Benzinin  bir  hissəsi  rektifikasiya  kolonunu 

suvarmaq  üçün  geri  qaytarılır.  Yüngül  və  ağır  qazoyl  istilikdəyişdiricilərdə  (1) 

soyudulur və lazımı məqsədlər üçün yığılır. 

Zaman  keçdikcə  katalizatorun  səthində  koksun  yığılması  hesabına  onun 

aktivliyi  itir.  Katalizator  regenerasiya  edilmək  üçün  pnevmotransport  vasitəsilə 

aşağı  endirilir  və  550ºC-də  hava  ilə  qarışdırılaraq  regeneratora  (4)  qaldırılır. 

Burada 550−600ºC-də koks yandırılmaqla katalizatorun pnevmotransport vasitəsilə 

aşağı  endirilərək  xammala  qarışdırılır  və  reaktora  (3)  verilir.  Beləliklə  tozvari 

katalizator  fasiləsiz  olaraq  reaktorala  regenerator  arasında  hərəkət  edir.  Tüstü 

qazları tsiklon aparatından (5) çıxaraq kotel-utilizatora daxil olur. Tüstü qazlarının 

istiliyi hesabına su buxarlanır və alınan su buxarı xammala qarışdırılaraq reaktora 

(3) verilir. Sonra tüstü qazları nəmləndiriciyə (9) daxil olur, burada su ilə suvarılır 

və  elektrosüzgəcə  (10)  göndərilir.  Elektrosüzgəcdə  tüstü  qazları  son  olaraq 

katalizator tozlarından təmizlənir və atmosferə buraxılır. Qeyd etmək lazımdır ki, 

ə

n  güclü  atmosfer  çirkləndiricisi  olan  katalizator  tozlarının  tutulması 



elektrosüzgəclərin  tutma  qabiliyyətindən  və  gücündən  asılıdır.  Katalizator  tozları 

isə  hava  ilə  qarışdırılaraq  reaktora  (3)  verilir.  Katalitik  krekinq  zamanı  10-15  % 

tərkibində  C

1

–C



5

  doymuş  və  doymamış  karbohidrogenləri  saxlayan  qaz  qarışığı 

80-90% C

3

–C



4

 -dən ibarət olur. 

Yüngül  qazoyl  dizel  yanacağı,  ağır  qazoyl  isə  duda  almaq  üçün  istifadə 

olunur. Ağır qazoyl həm də termiki krekinqdə xammal kimi də tətbiq edilir. Tüstü 

qazlarının  tərkibi  ekoloji  problemlər  yarada  bilən  8-9  %  CO,  CO

2

,  H



və  su 


buxarından ibarət olur. 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə