Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

34 

 

Müasir neft emalı zavodlarında iki mərhələli destillə qurğularından, birdəfəlik 



və ikidəfəlik buxarlanma qurğularından geniş istifadə edilir.  

Birdəfəlik  buxarlanma  qurğuları  kükürdlü  və  sulu  neftlərin  emalı  üçün 

ə

lverişli  deyildir;  çünki  belə  birləşmələr  rektifikasiya  kolonuna,  kondensator-



soyuduculara və digər aparatlara koroziyaedici təsir göstərir. Bu isə onların qüsurlu 

cəhətlərindəndir.  Eyni  zamanda  emal  prosesindən  ayrılan  kükürd  qazlarının 

müəyyən  hissəsi  ətraf  mühitə  atılaraq  atmosferi  çirkləndirir.  Neftin  tərkibindən 

asılı olaraq ətraf mühitə atılan kükürd qazlarının miqdarı da müxtəlif olur. Bu isə 

ə

traf  mühitin  ekologiyasına  mənfi  təsir  göstərməklə  bitkilərin  inkişafının 



zəifləməsinə  və  yarpaqsızlaşmasına  səbəb  olur.  Benzin  fraksiyası  ilə  zəngin, 

yüngül  və  sulu  neftlərin  destilləsi  üçün  daha  əlverişli  ikidəfəlik  buxarlanma 

qurğusundan istifadə edilir. Qurğunun sxemi şəkil 2.2 verilmişdir. 

 

 



 

Şə

kil 2.2  kidəfəlik buxarlanma qurğusunun sxemi 

1-borulu  soba;  2-birinci  rektifikasiya  kalonu;  3-əsas  rektifikasiya  kalonu;  4-sabitləşdirici 

kalon;  5-suvarma  tutumu  (qaz  seperatoru);  6-kondensator  –  soyuducular;  7-istilikdəyişdiricilər; 

8-əlavə  buxarlandırıcılar;  9-buxar  qızdırıcısı  (reboyler);  10-çıxış  tutumu;  I-xam  neft;  II-

benzinsizləşmiş  neft;  III-quru  qaz;  IV-sıxılmış  qaz;  V-ağır  benzin;  VI-sabit  benzin;  VII-yan 

məhsullar; VIII-mazut; IX-su; X-su buxarı; XI-suvarma 



35 

 

Belə  qurğuya  qabaqcadan  qızdırılmış,  sudan  və  lehmədən  təmizlənmiş  neft 



verilir.  Neft  birinci  rektifikasiya  kalonunda  benzin  buxarından  ayrıldıqdan  sonra 

ikinci nasosla borulu sobaya oradan isə ikinci əsas rektifikasiya kalonuna vurulur. 

Burada yarımneft (bensizləşdirilmiş neft) nisbətən ağır reaktiv və dizel yanacaqları 

fraksiyalarına ayrılır. Neftin destilləsinin qalığı hesab olunan mazut kalonun aşaöı 

hissəsindən çıxır. Benzin buxarları birinci kalonda neftdən ayrıldığına görə sobada 

nisbətən ağır fraksiyaların buxarlanması üçün nefti daha yüksək temperatura qədər 

(330-340

0

C) qızdırmaq lazım gəlir. 



Birinci  rektifikasiya  kalonunun  yuxarısından  çıxan  benzin  buxar  kondensatı 

soyuducudan keçərək mayeləşir və 30-35

0

C qədər soyudularaq su ayrıcısına verilir. 



Buradan benzinin əsas hissəsi müvafik qəbulediciyə toplanır, bir qismi isə kalonun 

yuxarısında temperaturu tənzimləmək üçün suvarma kalonunun yuxarısına vurulur. 

Ikinci  rektifikasiya  kalonunun  yuxarısından  çıxan  II  benzin  və  su  buxarı 

kondensator  soyuducuda  mayeləşir.  Burada  sudan  təmizlənmiş  benzinin  əsas 

hissəsi  qəbuledicilə  toplanır,  bir  hissəsi  isə  suvarma  üçün  kalonun  yuxarısına 

vurulur. 

Ikinci  rektifikasiya  kalonun  yan  hissəsindən  maye  halında  çıxan  reaktiv  və 

dizel yanacaqları əlavə buxarlandırıcı kalonlarda təkrar rektifikasiya olunur. Əlavə 

buxarlandırıcı kalonlardan çıxan məhsullar və destillə prosesinin qalığı olan mazut 

istilikdəyişdirici  aparatlardan  və  soyuduculardan  keçərək  müvafiq  qəbuledicilərə 

(çənlərə)  toplanır.  Kalonda  buxar  axını  yaratmaq  məqsədilə  onun  aşağısına 

qızdırılmış  su  buxarı,  birinci  kalonun  aşağısına  isə  müəyyən  miqdarda  sobadan 

çıxan  isti  qarışıq  verilir.  Beləliklə,  iki  dəfəlik  buxarlanma  qurğusunda  işlədilən 

borulu  soba  birinci  benzin  kalonu  üçün  qaynadıcı,  ikinci  əsas  kalon  üçün  isə 

qızdırıcı  rolunu  oynayır.  Ikidəfəlik  buxarlanma  qurğusunun  müsbət  cəhəti  onun 

yüksək çevikliyidir. Bu qurğuda istənilən nefti (sulu, kükürdlü) emal etmək və hər 

hansı  fraksiya  tərkibli  benzin  almaq  mümkündür.  Bundan  əlavə,  birinci  kalonda 

benzindən  ayrılmış  neft  sobada  yüksək  təzyiq  yaratdığına  görə  həmin  qurğularda 

yüngül konstruksiyalı aparatlardan da istifadə edilə bilər. 



36 

 

Ikidəfəlik  buxarlanma  qurğusunun  yanacaq  və  metal  sərfi  çox  sxemi  isə 



göründüyü  kimi  çox  mürəkkəbdir.  Bunlar  isə  həmin  qurğuların  qüsurlu  cəhətləri 

hesab olunur. 

Atmosfer-vakuum  qurğularının  (AVQ)  əsas  xüsusiyyəti  onlarda  istiliyin 

kombinə  edilmiş  sxem  üzrə  regenerasiya  edilməsidir.  Belə  qurğularda  neftin  tam 

destilləsi iki pillədə aparılır. AVQ-da neftin emalından 35-90%-ə qədər açıq rəngli 

məhsullar və yağ destilatları almaq mümkündür. 

Emal  edilən  neftin  keyfiyyətindən  və  emal  olunan  neft  məhsullarının 

çeşidlərindən asılı olaraq atmosfer-vakuum qurğuları da iki sxem üzrə işləyə bilər: 

yağ və yaxud yanacaq sxemləri üzrə. 

Yağ sxemi üzrə işlədikdə qurğunun atmosfer hissəsində neftdən bir sıra açıq 

rəngli  məhsullar,  vakuum  hissəsində  isə  atmosfer  kalonunun  aşağı  hissəsindən 

çıxan mazutdan yağ destillatları və qudron alınır. 

AVQ  –  ikinci  sxem  üzrə  işlədikdə  isə  qurğunun  birinci  pilləsində  (atmosfer 

hissəsində)  neftdən  yenə  də  açıq  rəngli  məhsullar,  ikinci  pilləsində  (vakuum 

hissəsində)  isə  mazutdan  katalitik  krekinq  qurğuları  üçün  geniş  xammallar 

destilatları alınır. Onu da qeyd etmək lazımdır ki, sistem qapalı olduğundan ətraf 

mühitə çox az miqdarda tullantılar atılır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə