Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

Fazil SƏNAN 
 
166 
sən sevsən də, sevməsən də, mən səni sevirəm. Yaxşı 
olar ki, bu sevgi ikitərəfli ola. 
– Mənim sizin sevginizə hörmətim var. Məslə-
hətdisə, duraq. – deyən Nigar Eşqinin üzünə baxdı. 
–  Nə  qədər  otursaq  da,  axırda  ayrılmalıyıq  – 
deyən  Eşqin  stuldan  qalxdı.  Hər  ikisi  ağacların  ara-
sında  əkilmiş  güllərin  gözəlliyinə  heyranlıqla  tamaşa 
etməyə başladı. 
– Nigar, güllərin yanında dur şəklini çəkim. 
–  Yox,  yox,  xahiş  edirəm,  çəkmə.  Mən  sosial 
şəbəkəyə şəkil qoymağı xoşlamıram. 
–  Sosial  şəbəkə  üçün  demirəm.  Özüm  üçün 
deyirəm. İcazə ver gözlərinin şəklini çəkim. 
–  Xahiş  edirəm,  xətrinə  dəyməsin,  çəkmə!  – 
deyərək əli ilə gözlərini örtür. 
–  Ay  qız,  gözlərini  nə  üçün  örtürsən.  Çəkmə 
deyirsən, çəkmərəm. Eşqin incisə də,  incikliyini üzə 
vurmur. 
–  Eşqin,  incimə.  İstəmirəm  məndən  inciyəsən. 
Onda narahat oluram. 
–  Mənə  dəqiq  bir  söz  demədin.  –  deyən  Eşqin 
Nigarla xudahafizləşmək istəyir. Nigarın əlini əlindən 
buraxmır. Bir xeyli lal baxışlarla ətraf aləmdən təcrid 
olunurlar. 
Eşqin  istəyir  Nigarı  qucaqlayıb  sinəsinə  sıxsın, 
xurmayı  saçını,  qara  gözlərini  öpüşlərə  qərq  etsin. 
Amma ətrafda olan adamlardan həya edir. 
–  Nigar,  mən  səni  həmişə  axtaracağam.  Həs-
rətində  olduğun  o  dəli  sevgin  mənəm.  Tənhalığıma 
hardan gəldin, onu bilmədim… 
 
 
 
 


Nifrətin göz yaşları 
 
167
* * * 
Metroda  səs-küydən  qulaq  tutulur.  Telefondan 
səs  gəldi.  Eşqin  tez  telefonu  açdı.  Nigar  ismarıc 
yollamışdı: 
– Məndən inciməyin heç vaxt. 
 
*** 
Eşqin əlindəki bileti sürücüyə verib yerinə keç-
di.  Bir azdan  avtobus qaranlıqda bərq vuran işıqların 
altında  asfalt  yolla  irəliləməyə  başladı.  Pəncərədən 
zülmət  gecənin  qaranlığında  tək-tək  sayrışan  işıqları 
seyr edən Eşqin isə baxışlarına büküb özü ilə apardığı 
Nigara  həsrət  məhəbbətinin  həzin  nəğmələrini  pı-
çıldayırdı. 
 
15.05.2016 


Fazil SƏNAN 
 
168 
 
 
 
 
İŞILDAQUŞ 
 
.................................................................................... 
.................................................................................... 
.................................................................................... 
Unutmağa çalışsa da bacarmırdı. Fikri-zikri an-
caq  Gülay  idi.  Tez-tez  qızın  zəng  etməsi,  şirin-şirin 
danışığı Cəlilin getdikcə qıza daha çox bağlanmasına 
səbəb  olurdu.  Həsrət  Cəlilin  içini  göynətsə  də  yenə 
unutmaq  haqda  düşünürdü.  Çünki  qız  zəngləri  və 
telefon  danışıqları  ilə  ümidverici  işartılar  yaratsa  da 
«səni  sevirəm»  sözünü  dilinə  gətirmirdi.  Gülayın  bu 
cür  hərəkətləri  Cəlili  bir  fikrə  gətirirdi:  «Bu  qız  boş 
vaxtını keçirməyə adam axtarır». Elə ki, Cəlilin hisslə-
ri  korşalmağa  başlayanda  Gülayın  çalınan  telefon 
zəngi sanki yenidən öləzimiş közərtinin alovlanmasına 
səbəb olurdu. 
Gecə  yarıdan  keçibdir.  Cəlil  yenicə  yatağına 
uzanmışdı. Yanındakı dolabın üstünə qoyduğu telefon 
səsləndi.  «Allah  eləyə  Gülay  ola»  fikri  ilə  sevincək 
telefonu  götürüb  düyməni  basdı.  Ekranda  Gülayın 
telefon  nömrəsini  görən  kimi  telefonu  öpüb  qulağına 
tutdu və zərif, incə, sehirli bir səs özü ilə birgə sanki 
dünyalarca sevinc bəxş etdi. 
– Axşamınız xeyir. Cəlil, yatmışdınız? 
– Yox, elə yenicə uzanmışdım. 
– Bəs, nə yaxşı yatmamısınız? 
– Sizin haqqınızda fikirləşirdim, Gülay. 


Nifrətin göz yaşları 
 
169
–  Gecə  yarıdan  keçibdi.  Bu  vaxtı  mənim  haq-
qımda  nə  fikirləşirdiniz?  –  deyən  Gülayın  gülüş  səsi 
eşidildi. 
– Heç bir şey. Onu fikirləşirdim ki, tale sizi har-
dan mənim yolumun üstünə çıxartdı. Yaxşı, mən sizin 
barənizdə fikirləşirdim, ona görə yatmamışam. Bəs siz 
nə üçün yatmamısınız? Yoxsa, siz də mənim barəmdə 
düşünürdünüz? 
–  Yox,  yox!  Nə  danışırsınız?  Sadəcə  yuxum 
gəlmirdi. Dedim zəng edim görüm necəsiniz? 
–  Gülay,  başa  düşə  bilmirəm,  nə  üçün  mənə 
qarşı olan hisslərinizi etiraf etməyi bacarmırsınız? 
– Cəlil, sizdən xahiş edirəm bir də mənə, etiraf 
etməyi  bacarmırsan,  deməyin.  «Etiraf  etməyi  bacar-
mırsan» sözü mənim əsəblərimə toxunur. Çünki məni 
tanıyan  hər  bir  adam  məhz  ilk  öncə  mənim  bu 
xasiyyətimi  bəyənir  və  qiymətləndirir.  Doğrudan  da 
məni tanımamısınız. Bir də ki, mən nə lazımdırsa hər 
şeyi etiraf etmişəm. Yenə deyirəm, sizin xətrinizi çox 
istəyirəm və sizə böyük hörmətim var. 
– Sağ ol, Gülay, hörmətiniz artıq olsun. Xətrimi 
istədiyiniz  üçün  tez-tez  zəng  edib  əhvalımı  soruşur-
sunuz.  Qayğınıza  görə  sizə  dərin  təşəkkür  edirəm,  – 
deyən Cəlil səsindəki kinayəni gizlədə bilmədi. 
– Nədi, xətrinizə dəyirsə bir daha zəng etmərəm. 
(Gülayın içindən bir qorxu keçdi: «İlahi, birdən deyər 
ki, bir daha mənə zəng etmə». Onda neynəyim?)  
–  Yox,  tez-tez  zəng  edin.  Üzünüzü  görməsəm 
də, heç olmasa səsinizi eşidim. 
–  Yəni,  elə  gözələm  ki,  üzümü  görmək  üçün 
həsrət çəkirsiniz? – deyən Gülayın şirin gülüşü Cəlilin 
içində  ağlagəlməz  dəli  bir  həvəs,  «Gülayı  görmək, 
onun  üzünə  tökülmüş  saçlarının  ətrini  iyləmək»  – 
oyatdı.  


Fazil SƏNAN 
 
170 
– Gülay, gözəl olduğunuzu bilmək üçün, həmişə 
özünüzə Cəlilin gözü ilə baxın. 
– Oldu, baş üstə! 
– İndi bütün gecəni sizinlə «keçirəcəyəm». Bəs 
siz necə? – Cəlil soruşdu. 
–  Mən…  (bir  neçə  anlığa  Gülay  susdu.  Sanki 
cavab  verməyə  çətinlik  çəkirdi.  Handan-hana  dillən-
di.) Heç bir şey, durub yatıram. Bağışla narahat etdim. 
Gecəniz xeyrə qalsın! 
 
* * * 
Yatağında  aranı  dağa,  dağı  arana  daşıyan  Cəlil 
nə vaxt yuxuya getdiyini bilmədi. Gördü ki, gözəl bir 
çəmənlikdə tənha bir ağacın altında dayanan Gülayın 
baxışları  uzaqlara  zillənibdi.  Cəlil  tez  bir  dəstə  çiçək 
toplayıb Gülaya tərəf getməyə başladı. Gülayın yanına 
çatan  Cəlil  «Salam,  necəsiniz?  Burda  niyə  durmusu-
nuz?» – dedi. 
– Sağ olun, yaxşıyam. Sizi gözləyirəm, – deyən 
Gülay incik-incik cavab verdi. 
–  Bəs  necə  məni  gözləyirsiniz  ki,  mənim 
xəbərim yoxdur? 
– Cəlil, siz mənim hisslərimi başa düşmürsünüz. 
Bilmirsiniz ki, mən sizinlə nəfəs alıram? – Gülay üzü-
nü yana çevirdi. 
Cəlil  yaxınlaşıb  Gülayın  boynunu  qucaqlayıb 
başını sinəsinə sıxdı və xurmayı saçlarının ətrini sinə-
sinə  çəkdi.  Gülayın  yanaqları  ilə  axan  göz  yaşlarını 
görən Cəlil tez cib dəsmalını çıxarıb onu sildi və qızın 
qara gözlərinə baxdı. Həmin qara gözlərin çiçəkləyən 
baxışlarında  öz  əksini  görən  Cəlil  Gülayın  dəli  bir 
həsrətdən alışıb yanan nazik dodaqlarının alovunu öz 
dodaqları  ilə  söndürməyə  başladı.  Bir  azdan  Gülayın 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə