Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə49/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   41   42   43   44   45   46   47   48   49

Fazil SƏNAN 
 
202 
- Sən də sağ ol, Bayram. Mənə heç bir şey lazım 
deyil. Dərmanın pulunu ödəsə elə mənim üçün hədiy-
yə deməkdir. Afaq razılığını bildirdi. 
-  Yox,  əziyyət  çəkib  saxlamısan.  Söz  verirəm, 
dərmanın  pulundan  nə  qalsa,  sənə  bir  şey  alacağam. 
Bayram yanında dayanmış Afaqın saçını sığallayaraq 
başını köksünə sıxıb yanağından öpdü.  
Ərinin  nəvazişindən  üzdə  sıxılsa  da  ürəyində 
sevinən  Afaq  «Yaxşı,  ayıbdı,  görən  nə  deyər»  deyib 
Bayramdan aralanıb həyətə getdi. 
 
* * * 
Səhər  işıqlanar-işıqlanmaz  Afaq  qalxıb  hünduş-
kaları tutub ayaqlarını bağladı. İkisini bir torbaya sal-
dı,  ikisini  də  bir  torbaya.  Hünduşkaları  yerbəyer  elə-
yəndən sonra, tez qayıdıb çaydanı doldurub qaz plitə-
sinin üstünə qoydu. Stolun üstünə Allah verəndən qo-
yub,  çayı  dəmlədi  və  yataq  otağına  keçib  Bayramı 
qaldırdı: 
- Dur, a Bayram. Çörəyini ye, yola düş. 
Arvadının səsinə gözlərini ovxalayan Bayram: 
- Niyə məni tez qaldırmamısan? – deyən Bayram 
cəld yatağından qalxdı və paltarını geyinib çölə çıxdı. 
Bir  azdan  əl-üzünü  qurulayıb  hazır  stolun  arxasına 
keçdi.  
Səhər  yeməyini  yeyəndən  sonra  ayağa  qalxan 
Bayram:  «Hinduşkalar  hardadı?»  deyib,  arvadının 
üzünə baxdı. 
- Çöldə. Torbalardadı. Qapının ağzında. 
Afaq  Bayramın  arxasınca  çölə  çıxdı.  Torbalar 
əlində  darvazadan  çıxan  Bayramın  arxasınca  Afaq 
səsləndi. 
- Ucuz vermə. Elə elə ki, dərmanları ala biləsən. 


Nifrətin göz yaşları 
 
203
Arvadının  səsinə  çönüb  arxaya  baxan  Bayram 
«Qorxma  ucuz  vermərəm.  Afaq  qalan  pula  sənə  bir 
hədiyyə alacağam» - deyib gülümsündü. 
-  Mənə  hədiyyə  lazım  deyil.  Elə  xalamın  dər-
manlarını ala bilsən, mənim üçün hər şeydir. – deyən 
Afaq  darvazadan  içəri  keçdi  və  stolun  üstünü  tə-
mizləməyə başladı. 
 
* * * 
«Olar?»  -  deyib  qapıdan  boğazını  içəri  uzadıb 
dişlərini ağartdı. 
- Gəl görək, gəl, a Qurban! – Həsənzadə yaxın-
lığında qoyulmuş boş stulda yer göstərdi. 
- Axşamınız xeyir, Əmrah müəllim. - deyən Qur-
ban  iki  əli  ilə  Həsənzadənin  irəli  uzanmış  sağ  əlini 
sıxdı. 
- Nə yaxşı gəlmisən? – Həsənzadə soruşdu. 
-  Əmrah  müəllim,  dedim  bəlkə  bir  yarmarka 
təşkil edəsiniz. Bir iki günlük ərzaq qalıbdır. 
-  Ə,  nə  tez  qurtardınız?  –  Həsənzadə  təəccüblə 
Qurbanın üzünə baxdı. 
-  Əmrah  müəllim,  üç  şadlıq  evi,  2  kafe,  5  ka-
babxana  sizə  zarafat  gəlməsin.  Hələ  yarmarkanın 
hesabına  beş-on  qəpik  xeyir  qalır.  Yarmarka  olmasa 
tamam batarıq. 
-  Qurban,  alınan  ərzağa  nəzarət  eləyə  bilirsən, 
yoxsa  elə  kim  nə  deyir,  ona  inanırsan?  Həsənzadə 
soruşdu. 
- Əmrah müəllim, siz nə danışırsınız? Hamısına 
özüm nəzarət edirəm. Heç bir işçi bir kartof, yaxud bir 
baş soğan da apara bilməz. Şadlıq evlərində keçirilən 
toy  mərasimlərində  süfrədə  qalan  yeməklərdən,  ağzı 


Fazil SƏNAN 
 
204 
açılan içkilərdən bir qramını işçilərin nə yeməyinə, nə 
də içməyinə imkan vermirəm. 
Yarımçıq  olan  şüşələri  bir-birinin  üstünə  boşal-
daraq ağzını yenidən bağladıb işə keçirirəm. Təşkil et-
diyiniz  yarmarkanın  hesabına  az-maz  qazanc  olur. 
Özünüz bilirsiniz ki, bazar od tutub yanır. Əgər bazar 
qiymətinə  ərzaq  alası  olsaq  vəziyyətimiz  daha  çətin 
olar. – sözləri ilə Qurban Həsənzadəyə sadiq olduğunu 
sübut etməyə çalışırdı. 
-  Bilirsən  Qurban,  mən  sənə  inanıram.  İnan-
masaydım bir elə obyektin nəzarətini sənə tapşırmaz-
dım. Özün də babat dolanırsan. Yaxşı bilirsən ki, qa-
zanc  çox  olanda  sənin  də  vəziyyətin  yaxşı  olur.  Hə-
sənzadə Qurbana sirayətedici baxışlarla baxdı. 
- Əmrah müəllim, bir qəpik də o yan-bu yana ola 
bilməz. Sizin sayənizdə əməlli-başlı ev-eşik düzəltmi-
şəm,  cibim  pul  tanıyıbdı.  Adam  yediyi  çörəyə  xəya-
nətkarlıq  eləməz.  Hesabatı  dəqiq  nəzərdən  keçirin. 
Xərclənən bir manatın da yeri dəqiqliklə göstərilibdir. 
Mən özümü həmişə sizə borclu hesab edirəm.  
Sözünü tamamlayan Qurban qoltuq cibindən bir 
qat yazılı kağız çıxardıb stolun üstünə qoydu. 
- Bu nədir? Həsənzadə soruşdu. 
- Keçən aya xərclənən pullar və qazanc haqqında 
hesabatdır.  
Qurban digər cibindən isə böyük bir qəzet bükü-
lüsünü çıxarıb yenidən stolun üstünə qoydu. 
-  Bəs  bu  nədir?  Həsənzadə  qəzet  bükülüsünü 
ötəri nəzərdən keçirtdi. 
- Keçən ayın qazancıdır. Qurban cavab verdi. 
- Yaxşı, səhər yarmarkadır. Əsl vaxtında gəlmi-
sən. İzahata ehtiyac yoxdur. Həmişə olduğu kimi sən 
tezdən  bazara  gedib  lazımi  işləri  təşkil  edirsən.  Saat 


Nifrətin göz yaşları 
 
205
onda  yarmarkaya  gələcəyəm.  Oldumu?  Həsənzadə 
Qurbanın üzünə baxdı. 
Bu  o  demək  idi  ki,  söhbət  qurtardı.  Gedə  bi-
lərsən. Qurban ayağa durdu: 
- Oldu, Əmrah müəllim. Gecəniz xeyirə qalsın, - 
deyərək Qurban qapıya tərəf yönəldi. 
- Yaxşı yol!  
Həsənzadə  qəzet  bükülüsünü  açıb  seyfə  qoydu. 
Hesabatı qarşısına çəkib vərəqləməyə başladı. 
 
* * * 
Qurban evə gəldi. Yeməyini yeyəndən sonra te-
lefonu  götürüb  bəzi  kəndlərin  icra  nümayəndəsinə, 
bəzi  kəndlərin  isə  bələdiyyə  sədrlərinə  zəng  vurub 
Həsənzadənin adından lazımi tapşırıq və göstərişlərini 
verdi. Öz-özlüyündə «Hə, əsas işləri yoluna qoydum!» 
deyib  dəftəri  qarşısına  qoydu  və  səhər  alacağı  ərzaq 
məhsullarının siyahısını tutmağa başladı. Qurtarandan 
sonra dəftəri qatlayıb pencəyinin cibinə qoydu. Durub 
çölə  çıxdı  və  bir  az  gəzinərək  yataq  otağına  qayıdıb 
yatağına girdi. 
Dan  yeri  ağarar-ağarmaz  Qurban  tələsik  qalxıb 
əl-üzünü yuyub bir stəkan çay içdi və sonra çölə çıxıb 
maşının  mühərrikini  isə  saldı.  Darvazanı  açıb  maşını 
çölə çıxartdı. Düşüb darvazanı bağladı və yenidən sü-
kanın  arxasına  keçdi.  Bir  az  keçmiş  Qurban  maşını 
münasib bir yerdə saxlayıb maşından düşdü. Qapıları 
bağlayaraq bazara doğru addımlamağa başladı. 
Bazarın  qələbəliyindən  ağız  deyəni  qulaq  eşit-
mir. Kimisi kartof dolu kisəni sürüyür, kimisi də kənd-
dən gətirdiyi göy-göyərtini, lobyanı, xiyarı, pomidoru, 
mer-meyvəni  və  s.  piştaxtanın  üstünə  düzür.  Bazar 


Fazil SƏNAN 
 
206 
alverçiləri isə kəndlərdən gətirilmiş bostan və tərəvəz 
məhsullarını ucuz alıb baha satmaq üçün çənə döyür. 
Qurban  isə  qiymətləri  soruşa-soruşa  bazarı  hər-
lənməkdə davam edir. Bazarın toyuq-cücə satılan yeri-
nə  çatan Qurban,  satılan  ev  quşlarını nəzərdən keçir-
məyə  başladı.  Ayaqları  bağlı  hünduşkalar  Qurbanın 
diqqətini çəkdi. Yaxınlaşıb hünduşkaları ayaqlarından 
tutub  sanballamağa  başladı.  Axırıncı  hünduşkanı  da 
sanballayıb  yerə  qoyandan  sonra  üzünü  onun  hərə-
kətlərini izləyən oğlana çevirdi: 
- Sənindi? 
- Bəli! Mənimdi! 
- Birini neçəyə verirsən? 
- Biri 30 manatdır. 
- Nə yaman bahadır? 
- Baha deyil. 
- Biri neçə kilo olar? 
- Aşağısı 9-10 kilo olar. 
-  Ola  bilməz.  Onda  sənin  hünduşkalarının  hər 
biri bir toğludur ki? Qurban sifətinə istehzalı bir gülüş 
donu geyindirdi. 
- İnanmırsınızsa, çəkə bilərəm. – deyən Bayram 
cibindən tərəzi çıxartdı. 
-  Yox,  yox  lazım  deyil.  Əziyyət  çəkməyə  dəy-
məz. (Qurban bilirdi ki, hünduşkaların hər biri 10 kq-
dan ağırdır). Birini 30 manata deyirsən, eləmi? Qurban 
Bayramı başdan-ayağa nəzərdən keçirtdi. 
- Bəli, biri 30 manatdır? 
- Satacağın qiyməti de görək. 
- Hamısını alası olsan 28 manatdan Allah xeyir 
versin, - dedi Bayram. 
- Gəl, belə razılaşaq 
- Necə? 
- Hünduşkaların birini 30 manata demirsən? 


Nifrətin göz yaşları 
 
207
- Bəli, biri 30 manatdır. – deyən Bayram ürəyin-
də sevindi. 
- Bacı oğlu, belə eliyək. Hünduşkaları mənlə gö-
türüb  gedirik  yarmarkaya.  Sən  orada  hünduşkaların 
yanında durursan. İcra başçısı saat 10-da gəlib yarmar-
kanı gəzəcək. Bir-bir qiymətlərlə maraqlanacaqdır. Sə-
nin yanına çatanda «hünduşka neçədir?» deyə soruşa-
caq. Sən də cavab verirsən ki, hünduşkanın biri 9-10 
manatdır. 
- A kişi, 9-10 manata hünduşka var? Varsa gətir 
mən alıram, - deyən Bayram əsəbini güclə boğdu. 
-  Bacı  oğlu  bir  səbrin  olsun.  Qoy  bir  sözümü 
qurtarım, sonra yenə hirslənərsən. Mən də bilirəm ki, 
9-10 manata hünduşka yoxdur. 
-  Hə,  yaxşı  sonrası  nə  olsun?  Bayram  marağını 
gizlətmədi. 
- Sonrası da odur ki, başçı gedəndən sonra yenə 
malını  öz  istədiyin  qiymətə  sat.  Kimdi  sənin  kefinin 
ağası? 
- Adınız nədir? 
- Qurban. 
-  Görürəm,  ziyalı  adamsınız.  Qurban  müəllim, 
yarmarkada başçının arxasınca bir dəstə ac-gic hərlə-
nir.  Həmin  adamlar  elə  fürsət  gözləyirlər.  Ağzından 
qiymət  çıxar-çıxmaz  o  saat  dediyin  qiyməti  çıxardıb 
verirlər. Sən də qalırsan içindən yana-yana. Yox, qa-
dan alım Qurban  müəllim.  Siz  dediyinizi  mən  bacar-
maram.  Anam  xəstədir.  Bu  hünduşkaları  gətirmişəm 
ki,  satıb,  anamın  dərmanlarını  alam.  Xahiş  edirəm, 
xətrinizə dəyməsin, bir az kənara durun, malımı satım. 
- Bacı oğlu, gəl sən mənə yaxşılıq elə. 
- Nə yaxşılıq eləyim. Mənim əlimdə nə imkanım 
var? 


Fazil SƏNAN 
 
208 
- Səhərdən danışırıq, adını da bilmirəm. – deyən 
Qurban səsinə bir şirinlik qatdı. (Qurbanın gözü hün-
duşkaları  yaman  tutmuşdu.  «Həsənzadənin  əziz  qo-
naqları  üçün  gözəl  kabablıqdır»  fikri  beynindən  çıx-
mırdı). 
- Adım Bayramdır. 
- Çox yaxşı. Bayram, mən özüm də yarmarkada 
olacağam. Başçı yarmarkanı təşkil etməyi, xüsusilə də 
yaxşı  və  ucuz  mal  təşkil  etməyi  mənə  tapşırıbdır. 
Qorxma,  sən  deyən  vəziyyət  yaransa,  yəni  sən  9-10 
manat  deyən  kimi  hünduşkalarını  alsalar,  sonra  hün-
duşkalarının hər birinin 35 manatdan pulunu məndən 
istə. Danışdıq? Razılaşdıq? – deyən Qurban mehriban-
casına sağ əlini Bayramın çiyninə qoydu. 
Qurbanın  35  manat  deməsi  Bayramın  içində 
sevincə səbəb olsa da, özünü o yerə qoymayaraq dedi: 
- Qurban müəllim, qorxuram sözünüzə əməl et-
məyəsiniz, sonra aramızda inciklik yarana. 
-  Bayram,  fikrinə  başqa  heç  bir  şey  gəlməsin. 
Yəni 4 hünduşka 140 manat eliyir də. Ürək eləmirsən 
lap  çıxardım  140  manatı  bəri  başdan  verim.  Kişinin 
ağzından söz çıxar. Dörd hünduşkadan ötəri qaçıb giz-
lənəcəyikmi? Qurban bir az da səsinə nəvaziş qatdı. 
-  Yaxşı,  siz  deyən  olsun.  Yenə  deyirəm.  Əgər 
mən  9-10  manat  deyən kimi  hünduşkaları  alsalar  pu-
lun  qalanını  sizdən  alacağam.  Razısınızmı?  –  dedi 
Bayram. 
- Ayıb olan sözdü. Di götür hünduşkaları bazarın 
başı ilə düz get. Görəcəksən maşınlar dayanıb. Stollar 
düzülüb. Münasib bir yer tap, hünduşkalarını qoy ye-
rə,  dur  yanında.  Başçı  gələnə  kimi  35  manatdan  de. 
Alan  olsa  sat.  35-dən  sata  bilməsən,  narahat  olma. 
Başçı  gəlib  qiymət  soruşsa  birini  9-10  manatdan  de-
yərsən.  Sonrası  mənlikdir.  –  deyən  Qurban  nəvazişlə 


Nifrətin göz yaşları 
 
209
Bayramı  yarmarkaya  yola  salıb  özü  bazarda  hərlən-
məyə başladı. 
 
* * * 
Yarmarkanın  bir  tərəfində,  münasib  bir  yerdə 
Bayram hünduşkaları qarşısına qoyub özü də dayandı 
yanında. Yarmarkada nə yox idi? Axtarsan quş südü, 
lap  can  dərmanı  da  tapmaq  olardı.  Malların  üstündə 
yazılmış  qiymətlər  bazar  qiymətindən  çox  aşağı  idi. 
Qurbanın  adamları  yarmarkada  gəzinərək  qiymətləri 
nəzərdən keçirir, amma heç bir şey almırdılar. Gözlə-
yirdilər ki, başçı gəlsin. Ondan sonra Qurbanın tapşır-
dığı kimi, yəni başçı qiyməti soruşan məqamda həmin 
adamlar  siyahıda  lazım  olanları  alıb  aradan  çıxmalı 
idilər.  Bu  zəhmətləri  müqabilində  Qurban  onlara  da-
nışdığı kimi cib xərcliyi verəcəkdi. 
Kəndlərin  icra  nümayəndələri  və  bələdiyyələri 
Qurbanın  tapşırığına  əsasən  kəndlərində  olmasa  da 
tapşırılan  malları  ciblərinin  pulu  ilə  alıb  yarmarkaya 
gətirmişdilər. Kəndlərdən gələn bostan-tərəvəz bitkilə-
ri  yüklənmiş  maşınların  arxası  açılmış,  qiyməti  və 
kəndi yazılmışdı. Kəndin icra nümayəndəsi, yaxud bə-
lədiyyə sədri isə kəndini təmsil edən maşının yanında 
dayanıb başçının gəlişini gözləyirdilər. 
Nəhayət, gözlənilən an gəlib çatdı. Başçı başının 
dəstəsi və polisin müşayiəti ilə yarmarkaya daxil oldu. 
Hamı əl çaldı və bir ağızdan (xüsusən kənd icra nüma-
yəndələri və bələdiyyə sədrləri) «Yaşasın Həsənzadə! 
Camaat üçün bolluq yaradır, qayğı göstərir! Var olsun 
Həsənzadə!» çığırmağa başladılar. 
Deyilən xoş sözləri eşidən Həsənzadə üzündə tə-
bəssüm  əlini  qaldıraraq  hamını  salamladı  və  «Sağ 
olun! Sağ olun!» - deyərək razılığını bildirdi. Sakitlik 


Fazil SƏNAN 
 
210 
yaranandan sonra Həsənzadə başının dəstəsi ilə əvvəl-
cə arxası açılmış maşınların yüklərini nəzərdən keçir-
məyə başladı. Qurban isə Həsənzadənin ətəyini əldən 
buraxmayaraq  izahat  verirdi.  Elə  ki  Həsənzadə  hansı 
maşının  yanında  dayanıb  yazılmış  qiymətə  nəzər  sa-
laraq «Neçəyədir?» soruşan kimi maşın sahibi qiyməti 
bir az da aşağı deyirdi. Fürsəti əldən qaçırmayan Qur-
banın adamları ucuz qiymətə kisələrini doldurub ara-
dan çıxırdılar. Həsənzadə hər maşının yanında qəsdən 
çox dayanırdı ki, alıcı malı alıb qurtarsın. Həsənzadə 
bilirdi ki, kirəvədən səmərəli istifadə edənlər Qurbanın 
adamlarıdır.  
Başçı gəzə-gəzə gəlib Bayramın yanına çıxdı. 
- Qurban, bunlar nə yaxşı hünduşkalardı. 
- Əmrah müəllim, yarmarkada hər şey var. Bol-
luxdu.  Kimin  ürəyi  nə  istəyir  ala  bilər.  Bazardan  da 
çox ucuz. Hamı sizə dua edir. Qurban mütiliklə cavab 
verdi. 
- Yaxşı təşkil etmisən, Qurban. 
- Borcumuzdu, Əmrah müəllim. 
- Quşlar neçəyədir? – deyən Həsənzadə Bayram-
dan soruşdu. 
- Doqquz-on manatdı. 
- Hamısı, yoxsa biri? – deyən Həsənzadə gülüm-
sündü.  
- Xeyir, müəllim. Biri 9 manatdır. – deyən Bay-
ram udqundu. 
Bayramın  ağzından  söz  çıxan  kimi  arxadan  çə-
limsiz, arıq bir kişi irəli yeriyərək əlini cibinə salıb bir 
qom pul çıxartdı və başladı saymağa. «Düzdürmü bacı 
oğlu?» deyib hünduşkaların dördünü də götürdü. 
- Hə düzdü, 36 manatdı. – dedi Bayram. 
- Toya xərcləyəsən. – deyib kişi cəld adamların 
arasında gözdən itdi. 


Nifrətin göz yaşları 
 
211
Həsənzadə  başının  dəstəsi  ilə  aralandı.  Bayram 
pulu cibinə qoyub başladı aralıdan-aralıya Qurbanı tə-
qib etməyə. Lakin Qurban Həsənzadədən aralanmırdı 
ki, aralanmırdı. 
Artıq Həsənzadə hiss etdi ki, Qurbanın adamları 
öz yüklərini tutublar, başladı yavaş-yavaş maşına tərəf 
getməyə. Elə ki, Həsənzadə maşına əyləşib yarmarka-
dan aralandı. Qurban baxdı ki, Bayram yanında daya-
nıbdı: 
- Sizə nə lazımdı? – Qurban soruşdu. 
-  Qurban  müəllim,  necə  nə  lazımdı?  Mənim 
pulumun  qalanını  verin  mən  də  gedim.  Səhərdən 
düşmüşəm sizin arxanızca. 
- Başa düşmürəm. Siz kimsiniz, nə danışırsınız? 
– Qurban bozardı. 
- Deyəsən siz məni  axmaq yerinə qoymusunuz. 
Dörd hünduşkanın yiyəsi. Bəs biz söz danışdıq. Hün-
duşkanın  birini  35  manat  qiymət  elədik.  Heç  aradan 
iki-üç  saat  keçməyibdir.  Sizin  sözünüzə  görə  4  hün-
duşkanı 36 manata vermişəm. Qalan pulumu verin çı-
xım gedim. 
-  Maraqlıdır.  Hünduşkanı  satmısan,  çıx  get  də. 
Mən sənə nəyə görə pul verməliyəm? Deyəsən, məni 
dəyişik salmısan? Qurban Bayramın üstünə çəmkirdi. 
- Demədin ki, kişiyik. Bazarda malımı satdığım 
yerdə məni aldadıb bura gətirmisən. İndi də deyirsən 
məni tanımırsan. Bu nə deməkdi. Ayıb deyilmi? – de-
yən Bayramın dodaqları səyirməyə başladı. 
-  Nə  axmaq,  axmaq  danışırsan?  Qurban  səsini 
qaldırdı. 
- Mənəm axmaq? Bayram Qurbanla qabaq-qən-
şər dayandı. 
- Axmaqsan ki, nə danışdığını bilmirsən. Bazar-
da  hünduşkanı  satıb,  gəlib  burda  da  məndən  pul  is-


Fazil SƏNAN 
 
212 
təyirsən. Bu haranın dəlisidir? Qurban kənarda dayan-
mış polisə üzünü çevirdi.  
- Bu dəlini məndən aralayın. 
- Mənəm dəli? – deyən Bayram qəflətən Qurba-
nın ağzına bir kəllə vurdu. 
Gözlənilməz  zərbədən  asfalt  döşəməyə  sərilən 
Qurbanın  üz-gözünün  və  üst-başının  al  qırmızı  qana 
bulaşmağı bir göz qırpımında baş verdi. 
Özünü  çatdıran  polis  yerə  yıxılmış  Qurbanı  tə-
pikləyən  Bayramı  bir  təhər  aralayıb  əlavə  kömək  ça-
ğırdı. 
 
28.07 - 25.10.2016 
 


Nifrətin göz yaşları 
 
213
 
 
M Ü N D Ə R İ C A T  
 
Rəsul Murovdağlı: 
Sevdalı  könüllər (ön söz)  ............................................3 
 
POVESTLƏR 
 
Nifrətin göz yaşları........................................................10 
Bir cüt qərənfil ..............................................................60 
Ürək ağrisi.....................................................................89 
Kolleksiya .....................................................................109 
 
HEKAYƏLƏR 
 
I bölmə 
Həsrətində gözlə məni 
 
Bağışla...........................................................................137 
Uçurum .........................................................................144 
Məhəbbətin dərddi mənə...............................................151 
Hardan gəldin tənhalığıma ............................................160 
İşıldaquş ........................................................................168 
 
II bölmə 
Ağlaya bilmədim 
 
Əjdər əmi.......................................................................177 
Calaq .............................................................................184 
Razborka .......................................................................191 
Müasir ailə.....................................................................194 
Yarmarkada...................................................................200 
 
 


Fazil SƏNAN 
 
214 
 
 
 
 
 
 
 
Fazil SƏNAN 
(Vəliyev Fazil Şirin oğlu) 
 
 
 
Nifrətin göz yaşları 
povest və hekayələr 
 
 
 


Nifrətin göz yaşları 
 
215
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” nəşriyyatının direktoru: 
Professor Nadir MƏMMƏDLİ 
 
Korrektor:  Anar FAZİLZADƏ 
Operator:  Məlahət XƏLİLOVA 
Dizayner:  Sona İSAYEVA 
 
 
Çapa imzalanmış 20.02.2018 
Şərti çap vərəqi 13,5. Sifariş № 15. 
Kağız formatı 84х108 1/16. Tiraj 500. 


Fazil SƏNAN 
 
216 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya 
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur 
E-mail: nurlan1959@gmail.com 
Тел: 497-16-32; 050-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4 
 
 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə