Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   41   42   43   44   45   46   47   48   49

Fazil SƏNAN 
 
184 
- Daha nə lazımdı? Barat Qurbandan soruşdu. 
- Heç bir şey. Nə lazımdırsa özümlə gətirmişəm. 
Qurban cibindən calaq üçün lazım olan şeyləri çıxartdı 
və qoydu çəkilin yanına. 
-  Onun üçün sənin xətrini  çox  istəyirəm.  Barat 
əli ilə Qurbanın kürəyinə vurdu və güldü. 
Qurban  dizlərini  yerə  qoyub  çəkilin  dibini  tə-
mizlədi və sonra qayçı ilə çəkilin yuxarısını ehmallıca 
kəsib kənara qoydu. Bıçağın ucu ilə çəkilin gövdəsinin 
qabığını  nazik  kəsib  araladı.  Gətirdiyi  yaşıl  budağı 
əlində o tərəf bu tərəfə fırladıb diqqətlə nəzərdən ke-
çirtdi.  Bıçaq  ilə  budağın  üstündəki  gözlərdən  birini 
ehtiyatla kəsib götürdü və sonra tumurcuğun altını tə-
mizləyərək çərtilmiş qabığı yavaşca aralayıb gövdənin 
üzərinə  qoydu  və  çəkilin  aralanmış  qabığı  ilə  tumur-
cuğun ətrafını örtdü. Cuna ilə sarıyıb, çəkilin kəsilmiş 
gövdəsinin üstünə tüpürcəyi ilə islatdığı palçığı qoydu. 
Ağac qırıqlarından calanmış çəkilin ətrafını və üstünü 
örtdü ki, toyuq-cücə eşməsin, uşaq dəyməsin. İşini ta-
mamlayan  Qurban  ayağa  durub  dizlərinin  torpağını 
çırpdı. Cibindən çıxartdığı kirli dəsmalı ilə alnının və 
boyun-boğazının  tərini  silərək,  kənarda  durub  işin 
gedişatını  izləyən  Barata  tərəf  üzünü  çöndərib  güldü 
və dedi: 
-  Hə  əmioğlu,  bu  da  sənin  çəkilin.  Buna  elə 
calaq  vurmuşam  ki,  o  tutdan  kənddə  çox  az  adamda 
var.  Meyvələri  həm  çox  iri,  həm  şirin,  məhsuldar  və 
həm də çox gec sovulan. 
- Çox sağ ol, əmioğlu. Araqların içində ən mata-
hı tut arağıdır. Mən də içən adamam. Böyüyər qapıya 
kölgə  salar,  meyvəsindən  arvad  bəhməz  bişirər,  mən 
də  araq  çəkərəm.  Bax  bu  gördüyün  həyətin  hamısını 
tut eliyəcəm. Tutdan yaxşısı yoxdur. Barat əli ilə tək-


Nifrətin göz yaşları 
 
185
tük  ağac  əkilmiş  həyətyanı  sahəsini  göstərdi  və  evə 
tərəf yönəldi. 
Darvazaya  tərəf  yönələn  Qurban  «Sağ  ol,  əmi-
oğlu. Mən gedim» dedi. 
- Nə danışırsan. Başın xarab olub, nədi. Hələ in-
diyə kimi mənim qapıma ayağı dəyən adam süfrəmdə 
bir tikə çörək kəsməmiş və yüz vurmamış getməyibdi. 
Yekə  bir  xoruzu  qanına  qəltan  eləmişəm.  Bir  şərtlə 
gedə bilərsən ki, gedib mənim xoruzumun əvəzinə bir 
xoruz gətirəsən. 
- Yaxşı, nə deyirəm. Getmə deyirsən, getmərəm. 
Qurban gülə-gülə əlindəki qayçını məhəccərin üstünə 
qoyub  ayaqqabılarını  çıxardaraq  Baratla  birlikdə  ey-
vanda qoyulmuş stolun arxasına keçdi. 
Qarşı tərəfdə əyləşən Barat üzünü mətbəxə tərəf 
tutaraq çığırdı: 
- Ay arvad, gətir görək nə hazırlamısan? 
Bir  azdan  stolun  üstündə  üç  litrlik  dolu  banka 
araq,  soyuq  pivə  butulkaları,  təzə  göy-göyərti,  pomi-
dor, xiyar, xüsusən xiyar turşusu və buludda qızardıl-
mış xoruzun əti gəl-gəl deyirdi. 
-  Yemək  çək  görək,  -  deyən  Barat  üç  litrlik 
bankadan  qədəhlərə  araq  süzdü  və  dolu  qədəhi  əlinə 
götürərək üzünü Qurbana tutub dedi: 
-  Qurban,  bu  qədəhləri  içirik  sənin  sağlığına. 
Əziyyət  çəkmisən.  Qismət  olsa  həmin  calağın  tutun-
dan araq çəkəndə səni də çağıracağam. Barat qədəhini 
Qurbanın qədəhi ilə toqquşdurub başına qaldırdı. 
-  Allah  qoysa,  -  deyən  Qurban  Baratın  ağzını 
bürüşdürməsinə  baxıb  əlindəki  qədəhi  bir  dəfəyə  bo-
ğazına  tulladı.  Tez  pivə  dolu  bakalı  götürüb  başına 
çəkdi. «Bəh, bəh! Kopolunun pivəsindən  olmaz.  Can 
dərmanıdır» deyən Qurban xiyar turşusundan dişlədi. 


Fazil SƏNAN 
 
186 
Üç  litrlik  bankada  arağın  səviyyəsi  aşağı  düş-
dükcə və pivə butulkaları boşaldıqca Baratla Qurbanın 
kefi də durulurdu. 
- Qurban, neçə gündən sonra calağın alıb-alma-
masını bilmək olar?  
- Barat, on-on beş günə gözün yanında olan ya-
şıl yarpağa ehmalca əlinnən toxunan kimi yarpaq sap-
laqdan qırılıb düşsə, bil ki, calaq alıb, yarpaq düşmə-
yib bürüşmüş olsa, onda calaq almayıb. 
- Ayrı cür calamaq olmazdı? Barat soruşdu. 
-  Bilirsən  əmioğlu,  var  yaz  calağı,  yay  calağı, 
bir  də  payız  calağı.  Yaz  calağında  yarma,  qabıqaltı, 
göz calaqları qoymaq olur. Yay, payız calaqlarında isə 
ən  yaxşısı  göz  calağıdır.  Biz  indi  caladığımız  bu  ca-
lağa yay calağı deyilir. 
- Əmioğlu, alma, armud nə bilim başqa ağacları 
da  calıya  bilirsənmi?  Barat  qədəhləri  yenidən  dol-
durdu. 
- Bilirsən əmioğlu, hansı ağacı, hansı ağaca de-
yirsən calayım. Üzümü qoza calayım. Qızılgülü nara, 
saftalını söyüdə. Ürəyin nəyi istəyir onu ona calayım. 
-  Əmioğlu  sən  yavaş-yavaş  məni  avam  yerinə 
qoyursan? 
- Allah eləməsin. O nə sözdü deyirsən? Xətrimə 
dəyirsən. 
-  Ə,  üzümün  qoza  calandığını  birinci  dəfə  eşi-
dirəm. Onu nətəri calıyırsan? Barat maraqla soruşdu. 
-  Qozun  budağını  deşirəm,  sonra  üzümün  üz 
qabığını  təmizləyib  həmin  deşikdən  keçirirəm  və 
sarıyıram.  Qaynayıb  qarışandan  sonra  kökdən  gələn 
tənəyi kəsirəm. Calanmış tənək qoz ağacının üstündə 
qalır. Bir də baxırsan ki, ağacın üstündə həm qoz, həm 
də üzüm var. Necədi sənin üçün? 
- Ə, sən lap Miçurinsən ki. 


Nifrətin göz yaşları 
 
187
- Mənim yanımda Miçurin kimdir? Deyən Qur-
ban  qədəhini  Baratın  qədəhi  ilə  toqquşdurub  başına 
qaldırdı.  Qədəhi  yerə  qoyub  xiyar  turşusundan  birini 
götürüb dişlədi və bir az keçmiş stoldan tutaraq birtə-
hər özünü tarazlayıb ayağa qalxdı: «Hə əmioğlu, mən 
yavaş-yavaş gedim» dedi. 
Bir-birinə  dayaq  dura-dura  darvazanın  ağzına 
gəldilər və öpüşüb ayrıldılar. Qurban səntirliyə-səntir-
liyə yolu əlinə aldı. Barat isə birtəhər evə döndü. 
 
* * * 
Aradan  iyirmi  günə  yaxın  bir  vaxt  keçibdi. 
Barat  aradabir  yadına  düşəndən-düşənə  calağa  baxsa 
da, bir şey hiss etmirdi. Axşama yaxın darvazanın dö-
yülməyinə  qapıya  çıxan  Barat  qapı  ağzında  Qurbanı 
gördü və salamlaşıb görüşdü. 
- Nə yaxşı, a Qurban? 
- Heç, elə burdan keçirdim dedim baxım görüm 
calaq alıb, ya yox. 
-  Yaxşı  eləmisən.  Gəl  içəri  görək.  Barat  Qur-
banla birlikdə içəri keçdilər və calağın yanına getdilər. 
Qurban  calağın  ətrafına  qoyulmuş  çır-çırpını  təmiz-
lədi. Boy atmış yaşıl zoğa baxaraq «Maşallah, nə qə-
dər boy atıbdı» - dedi Qurban. 
-  Bir-iki  dəfə  baxmışam.  Amma  bir  şey  gör-
mədim. Barat sevincini bildirdi. 
Qurban  tez  quru  bir  ağac  budağı  tapıb  calağın 
böyrünə basdırdı. 
- Bunu neynirsən? 
-  Təzə  zoğu  basdırdığım  quru  budağa  bağla-
yacağam ki, külək əsəndə qırılmasın. Qurban boy at-
mış yeni zoğu bir-iki yerdən basdırdığı ağaca bağladı. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə