Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   41   42   43   44   45   46   47   48   49

Nifrətin göz yaşları 
 
197
meyvəni, manqalı, kömürü və s. şeylərin hamısını bo-
şaltdı.  Sərdar  manqalı  qalamağa  başladı.  Pənah  isə 
meyvəni çayda yuyub gətirdi. Sevinc isə ətli əndamını 
silkələyə-silkələyə istədi süfrəni hazırlaya, lakin əyilib 
qalxanda «of belim ağrıdı» deyib döşəkcənin üstündə 
əyləşdi və balınca söykəndi. Gözünün altı ilə Sevinci 
müşahidə  edən  Pənah  dözə  bilməyərək:  «Mən  görü-
rəm, siz, deyəsən, evdə əlinizi heç bir şeyə vurmursu-
nuz?» dedi. 
-  Gəlin,  nəvələr  sağ  olsunlar.  Hər  işi  onlar 
eləyir. 
- Nəvələriniz böyükdürmü? Pənah soruşdu.  
- Qız nəvəm bu il Türkiyənin ali məktəbinə qə-
bul olunub. Çox savadlı qızdı. 
- Əhsən, elə qıza. Təbrik edirəm. 
- Sağ olun, olmayanlara da qismət olsun. Sevinc 
xanım razılığını bildirdi. 
Sərdar  bişmiş  kababları  Pənah  hazırladığı  süf-
rənin  üzərində  olan  qablara  çəkdi.  Yuyulmuş  mey-
vələri,  doğranmış  qarpızı  süfrəyə  gətirən  Sərdar  özü 
də əyləşdi. 
- Hə, di başlayın görək, deyib əlini süfrəyə uzat-
dı. 
Aradabir Sərdar tikələrin yaxşısından seçib Se-
vincin qarşısındakı boşqaba qoyaraq: «Ye, canım gö-
züm» deyib gülümsünür. 
Bir az keçmiş Sərdar dedi: «Görürəm daha heç 
kim yemir. Duraq bir balaca gəzinək, təbiətin bu ecaz-
kar  gözəlliyinə  tamaşa  edək,  sonra  gəlib  arxasını  da-
vam etdirərik». 
Pənah ayağa durdu. Sevincin qalxa bilmədiyini 
görən  Sərdar  ona  kömək  eləyərək  ayağa  qalxmasına 
yardım etdi. 


Fazil SƏNAN 
 
198 
Sərdarın  qolundan  tutub  ayağa  qalxan  Sevinc: 
«Bəs süfrəni yığışdırmırsınız?» dedi. 
- Burda nə var ki, it yox, pişik yox. Bir bizik, bir 
çaydı, bir də meşə. Sərdar güldü. 
Bu  zaman  telefon  zəng  çaldı.  Sevinc  xanım 
telefonun düyməsini basıb qulağına tutdu. 
- Eşidirəm, nənə qurban. 
- Nənə, hardasan? (Yaxın olduğumuza görə tele-
fonda gedən danışığı biz də eşidirdik). 
- Toğana çayının üstündə, dağların arasında, hər 
tərəf yaşıl meşəlikdi, qurban olum. 
- Nənə gözəldimi? 
- Hə, qurban olum, hər şey gözəldi. 
- Nənə, bəs kiminlə getmisən? 
-  Gözlərinə  nənən  qurban,  Sərdar  dayınnan 
getmişəm. 
- Nənə, sənə yaxşı istirahət arzulayıram. 
Sevinc xanım telefonu söndürüb cibinə qoydu.  
- Nəvəmdi. 
- Neçədə oxuyur nəvən? Pənah soruşdu.  
-  Ali  məktəbdə  oxuyur.  Yaxşı  da  oxuyur,    Se-
vinc xanım sevinclə cavab verdi. 
- Yaxşı bir şey soruşum, amma xətrinizə dəymə-
sin. Pənah üzünü Sevinc xanıma tutdu. 
- Soruşun, xətrimə dəyməz. 
-  Görürəm  oğlun,  qızın,  gəlinin,  nəvələrin  var. 
Bunlardan biri sizdən soruşmur ki, Sevinc xanım hara 
gedirsiniz, kimin yanına gedirsiniz? Toğanada nə gə-
zirsiniz? Mənim üçün çox maraqlıdır. Pənah dedi. 
Pənahın  gözlənilməz  sualından  bir  az  duruxan 
Sevinc xanım incik-incik dilləndi: 
-  Xətrinizə  dəyməsin,  Pənah  müəllim,  biz  XXI 
əsrdə  yaşayırıq.  Bütün  dünya  ölkələri,  o  cümlədən, 


Nifrətin göz yaşları 
 
199
Azərbaycan  da  Avropaya  inteqrasiya  olunur.  Siz  bu 
dünyagörüşünüz ilə hara gedə bilərsiniz? 
Biz müasir ailəyik. “Müasir” sözü, bilirsiniz nə 
deməkdir? Yəni, “savromenni” ailəyik. 
- Bildim Sevinc xanım, bildim və başa düşdüm 
ki, müasir ailə deyəndə, sizin ailələr kimi ailələri nə-
zərdə tuturlar. Yəni, kim kiminlə haraya istəyir, ora da 
gedir. Sizin kimi. Düzmü deyirəm? 
- Düz deyirsiniz. Şəxsiyyət azadlığıdır, - deyən 
Sevinc xanım razılıqla gülümsündü və yanında dayan-
mış Sərdarın üzündən öpdü.   
Pənah isə Sevincin bu hərəkətindən xəcalətlənə-
rək  üzünü  yana  çevirdi  və  maşına  tərəf  gedə-gedə  – 
«Hələ utanmır, arsız-arsız deyir ki, biz müasir ailəyik. 
Əhsən belə ailələrə!” – dedi.  
 
05.07.2017. 


Fazil SƏNAN 
 
200 
 
 
 
 
YARMARKADA 
 
Həkim  Zöhrə  qarını  müayinə  edib  stolun  arxa-
sına  keçdi.  Döş  cibindən  qələm  çıxardıb  yazmağa 
başladı.  Qurtarandan  sonra  nüsxəni  Bayrama  verib 
dedi: 
-  Nüsxədə  yazdığım  dərmanları  al  gətir.  Görək 
nə göstərir. 
-  Həkim,  dərdi  nədi?  Yəni  bu  dərmanların  bir 
köməyi olacaq? Bayram ümidlə həkimin ağzına baxdı. 
-  Elə  qorxulu  bir  şey  yoxdu.  Biz  əlimizdən  gə-
ləni  edəcəyik.  Allah  özü  bilən  məsləhətdi.  Həkim 
ayağa qalxdı və qapıya tərəf yönəldi. 
Bayram  əlindəki  on  manatı  həkimin  yan  cibinə 
qoyub «Sağ olun, həkim, əziyyət çəkdiniz» dedi. 
Həkimi yola salandan sonra evə qayıdan Bayram 
eyvanda  qoyulmuş  stolun  arxasında  əyləşdi  və  həki-
min yazdığı nüsxəni qarşısına qoyub fikirləşməyə baş-
ladı. Əlində gətirdiyi çay dolu stəkanı Bayramın qar-
şısına qoyan Afaq «Nə yaman fikrə getmişəm?» dedi. 
- Evdə bir qəpik də yoxdu. Bu dərmanları nə ilə 
alacağam? İnsaf yox, mürvət yox. Bir manatlıq dərma-
nı on manata verirlər. Yaşamaq mümkün deyil. İş yeri 
də yox ki, işləyəsən. İndi mən neynəyim? Bir oğul ki-
mi anama dərman almağa imkanım yoxdursa, mənim 
yaşamağa nə haqqım var? 
- Neynəyək, hamı nətəri, biz də elə. 
Afaq Bayrama təsəlli vermək istədi. 


Nifrətin göz yaşları 
 
201
- Mən də bilirəm, hamı mənim kimi, mən də ha-
mı kimi. Sözsüz ki, bu dərmanlar bir dünya pul tuta-
caq.  Başımıza  haranın  daşını  salaq?  Bayram  tərs-tərs 
arvadına  baxdı.  Elə  bil  ki,  bu  işlərin  günahkarı  Afaq 
imiş. 
- İstəyirsən kredit götür. 
-  Kredit  götürdüm,  nə  ilə  verəcəyəm?  Bir  uçuq 
evimiz var, onu da bank əlimizdən alsın, qalaq düzdə. 
Banklar  krediti  elə  verir  ki,  illərnən  borcdan  yaxanı 
qurtara bilmirsən. Bayram yazıq-yazıq arvadının üzü-
nə baxdı. Suda boğulan saman çöpündən yapışan kimi 
Bayram da arvadından bir kömək umurdu. Arvadının 
imkansızlığını  bildiyi  halda  özündən  asılı  olmayan 
hansısa  bir hissin təsiri ilə içində  Afaqdan  çıxış  yolu 
gözləyirdi. 
- Fikir eləmə, hər qaranlıq gecənin bir işıqlı sə-
həri var. Qoy görək bir şey fikirləşərik. Afaq boşalmış 
stəkanı götürüb mətbəxə keçdi. 
- Gətirmə, istəmirəm. 
Bayram  ayağa  qalxdı.  Elə  bu  məqamda  «Tap-
dım! Tapdım!» deyə sevincək çığıran Afaqın mətbəx-
dən səsi eşidildi. 
-  Az,  nəyi  tapdın?  Bayram  sifətini  bürümüş  acı 
istehza ilə mətbəxin qapısına baxdı. 
-  Heç  yadıma  düşmür,  qapıda  dörd  dənə  xoruz 
hünduşka var. Ölən yeri birinin 8-9 kilo əti var. Nə qə-
dər aşağı satsan birini 25-30 manata satacaqsan. Mən-
cə dərmanın pulunu ödəyər. Sevinən Afaq ərinin üzü-
nə baxdı. Arvadının çıxış yolu tapdığına sevinən Bay-
ram  «Sağ  ol,  arvad,  məni  vəziyyətdən  çıxartdığın 
üçün. Dərmandan artıq pul qalsa, hökmən sənə bir hə-
diyyə alacağam». – dediyi sözlər Afaqın sifətini işıq-
landırdı. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə