Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   41   42   43   44   45   46   47   48   49

Fazil SƏNAN 
 
180 
kimi apardığı «düzəliş»lər Əjdər əminin cibini yavaş-
yavaş boşaldırdı. 
Əjdər  əmi  masabəyinin  stoluna  yaxınlaşıb  gö-
dəkcəsini  çıxartdı  və stulda  əyləşdi. Dəsmalını  çıxar-
dıb  boyun-boğazının  tərini  sildi.  Dərindən  bir  nəfəs 
alıb  ətrafına  göz  gəzdirməyə  başladı.  Xanəndə  qız 
oxuya-oxuya  arxadan  sinəsini  Əjdər  əminin  kürəyinə 
söykəyərək  “Çal-oyna,  çal-oyna  Əjdər  əmi!”  dedikcə 
Əjdər  əminin  içində  anlaşılmaz  duyğular  baş  qaldı-
rırdı.  Xanəndə  qızın  kürəyinə  sıxılmış  yumru  döşləri 
Əjdər əminin getdikcə ürək döyüntülərini artırırdı. Əj-
dər  əmi  yaranmış  imkanı  əldən  qaçırmayaraq  tez  ağ-
zını xanəndə qızın qulağına tutaraq «Toy qurtaran ki-
mi  səni  çöldə,  qapının  ağzında  gözləyirəm»,  dedi  və 
qızın rənglənmiş üzündən öpdü. Əjdər əminin öpüşün-
dən  xoşhal  olduğunu  təbəssümü  və  baxışları  ilə  bil-
dirən xanəndə qız yavaş-yavaş çalğıçılara tərəf getdi. 
 
* * *  
Toy qurtarmağa az qalıb. Qapıda bir maşın da-
yanır. İki nəfər mülkü geyimli şəxs maşından düşür və 
şadlıq evinin qapısına yaxınlaşır. Mülkü geyimli şəxs-
lər qapıda dayanmış cavan oğlana yaxınlaşırlar: 
- Cavan oğlan, Nadirin oğlunun toyudur? 
- Bəli. 
- Zəhmət olmasa Əjdər əmini çağırın. Tanıyırsı-
nızmı? 
-  Bəli,  tanıyıram.  Onu  tanımayan  adam  varmı? 
Bütün şəhər onu tanıyır. 
- Sağ ol. Onda Əjdər əmini çağır. 
-  Baş  üstə.  Oğlan  içəri  –  salona  keçib  məclisə 
bir  anlıq  göz  gəzdirdi.  Əjdər  əminin  oturduğu  stulu 
görcək tez özünü həmin stola çatdırıb dedi: 


Nifrətin göz yaşları 
 
181
- Əjdər əmi, iki nəfər qapıda sizi çağırır. 
- Əlində dolu qədəhi stolun üstünə qoyan Əjdər 
əmi: 
- İçəri dəvət edərdin, gəlib yeyib-içərdilər. 
- Əjdər əmi, dəvət etdim, gəlmədilər. 
Kimsə söz atdı. 
-  Əjdər  əmi,  yəqin  ciblərində  pulları  yox  imiş. 
Nəmər yazdırmaqdan qorxublar. 
- Nəmərdən qorxmağa dəyməz. Əjdər əmi ölmə-
yib  ki,  onun  stolunda  əyləşənlər  nəmər  yazdıra.  Elə 
xırda  şeylər  Əjdər  əminin  boynuna.  Yaxşı,  siz  rahat 
yeməyinizi yeyin, mən gedim görüm kimdi. 
Əjdər  əmi  güclə  ayağa  qalxdı  və  yıxılmamaq 
üçün oğlanın əlindən tutub qapının ağzına doğru getdi. 
Qapının ağzında dayanmış adamlara yaxınlaşaraq. 
- Salam. Məni çağırtdıran sizsiniz? 
Əjdər  əmi  adamlara  diqqət  etməyə  çalışsa  da 
içginin təsirindən diqqətini toplaya bilmirdi. 
-  Əjdər  əmi  sizsiniz?  Mülkü  adamlardan  biri 
soruşdu. 
- Bəli mənəm. Bu boyda şəhərdə bir Əjdər əmi 
var. O da mənəm. Sizə nə lazımdı, onu söyləyin? Əj-
dər əmi ötgəm-ötgəm qarşısında dayananlara baxdı. 
Mülkü  geyimli  adamlardan  biri  əlini  cibinə 
salaraq qırmızı üzlü vəsiqəni çıxartdı və Əjdər əminin 
gözünün qabağına tutaraq dedi: 
- Çox yaxşı. Bizimlə gedəcəksiniz. 
- Ha…r…a…ya? – deyən Əjdər əmi birdən-birə 
bürüşdü və sözünün dalını gətirə bilmədi. 
- Lazımi yerə. 
Mülkü  adamlar  Əjdər  əminin  qolundan  tutaraq 
maşına doğru getdilər. 
- Cənab rəis, gətirdik. 
- İçəri gətirin. – Rəis dedi. 


Fazil SƏNAN 
 
182 
Otağa  daxil  olan  Əjdər  əmi  Kəlbətin  Ramizi, 
Dəmirdiş  Ənvəri,  Qaraböcək  Böyükkişini  və  üst-üstə 
yığılmış karobkaları görəndə hər şeyi başa düşdü. 
-  Demək,  Əjdər  əmi  sizsiniz?  Ələ  keçməyən 
məşhur  narkobiznes.  Çətinliklə  də  olsa  ələ  keçdiniz. 
Bu  adamları  tanıyırsınız?  –  Rəis  ayaq  üstə  dayanmış 
və əlləri qandallı adamları göstərdi. 
- Yox, tanımıram. Mən pis işlərlə məşğul olmu-
ram. Sizə yanlış məlumat veriblər. Əjdər əmi ayaq üst-
də dayananları gözünün altı ilə süzdü. 
- Aparın! Səhvini-düzünü istintaq aydınlaşdırar. 
Rəis göstəriş verdi. 
Toy qurtarıbdı. Şadlıq evinin qarşısında bir nə-
fər yan-yörəsinə boylanır. Hiss olunur ki, kimisə göz-
ləyir. Bu, ağ paltarlı xanəndə qızdı. Əjdər əmi ilə ax-
şam keçirəcəyi xoş anları və başına səpiləcək yüzlük-
ləri xəyalında canlandırdıqca öz-özünə oxuduğu «Çal 
oyna,  çal  oyna,  Əjdər  əmi»  mahnısı  eşidilirdi.  Lakin 
mahnının səsini qızın özündən başqa heç kim eşitmir-
di. 
 
23.01.2016 


Nifrətin göz yaşları 
 
183
 
 
 
 
CALAQ 
 
-  Xoş  gördük,  ay  Qurban.  Çox  istəyirdim  sə-
ninlə görüşüm. 
- Barat, məni arzulamaqda xeyir ola? 
-  Eşitdiyimə  görə,  sən  yaxşı  ağac  calayırsan. 
Düzmü eşitmişəm? 
- Düz eşitmisən. Nədi, calanası ağacın var? 
- Qapıda körpə bir çəkilim var. Dedim ona be-
dana tutdan bir calaq vurasan. Nə vaxt səni gözləyim? 
- Barat, sənin kimi adamın sözünü yerə salmaq 
olar?  Sabah  günorta  sənin  qulluğunda  hazıram.  Ne-
cədi? 
-  Əla.  Sabah  günorta  səni  gözləyirəm,  -  deyən 
Barat  sağ  əli  ilə  öz  boğazına  bir  çırtma  vurdu.  Bu  o 
demək idi ki, stolun üstündə vurmağa bir şey olacaqdı. 
 
* * * 
Səsə Barat çölə çıxdı. Qapının ağzında Qurbanı 
görcək «Xoş gəlmisən» deyib içəri dəvət etdi. 
-  A  Qurban,  mən  səni  belə  sözünə  düz  bil-
məzdim. 
- Barat, o baxır adamına. Sənin kimi adama ya-
lan danışmaq olmaz. Hə göstər görüm çəkili. Qurban 
ətrafa boylandı. 
- Sağ ol, Qurban. Gəl görüm, - deyən Barat hə-
yətdə qapıya yaxın yerdə əkilmiş çəkili Qurbana gös-
tərdi. Çəkilin o tərəf, bu tərəfinə baxan Qurban «Əsl 
calaq  vaxtıdı.  Nə  çox  yoğun  deyil,  nə  də  çox  nazik» 
deyib əlindəki yaşıl budağı yerə qoydu. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə