Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
  1   2   3   4   5   6   7   8   9   ...   49



Fazil SƏNAN 
 
 
 
 
 
 
 
 
Nifrətin  
göz yaşları
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
BAKI – 2018 
 
 
 


Fazil SƏNAN 
 

Redaktor:  Rəsul MUROVDAĞLI 
Şair-publisist. 
  
 
 
 
Fazil SƏNAN.  Nifrətin göz yaşları. 
Bakı, “Elm və təhsil”,  2018,  216 səh. 
 
 
 
Yazıçı-publisist  Fazil  Sənan  “Nifrətin  göz 
yaşları” adlı yeni nəsr kitabı ilə oxucuların gö-
rüşünə  gəlmişdir.  Kitaba  müəllifin  4  povesti  və 
10 hekayəsi daxil edilmişdir. 
Fazil  Sənan  özünün  yeni  qələm  məhsulla-
rında  bu  günümüzlə,  mənəvi-əxlaqi  dəyərləri-
mizlə bağlı məsələlərə toxunmuşdur. Onun oxu-
culara  təqdim  etdiyi  yeni  obrazlar  özlərinin 
maraqlı duyğu və düşüncələri, həyati mövqeləri 
ilə maraq doğurur. 
Kitabdakı  yazılar  orijinal  sənətkarlıq  xüsu-
siyyətləri və bədii dilinin mükəmməlliyi ilə  diq-
qəti cəlb edir. 
Ümidvarıq  ki,  müəllifin  sayca  16-cı  olan 
“Nifrətin göz yaşları” kitabı oxucular tərəfindən 
rəğbətlə qarşılanacaqdır.
 
 
 
ISBN 978-9952-8176-0-7    © Fazil Sənan, 2018 
 
 


Nifrətin göz yaşları 
 

 
 
 
 
SEVDALI  KÖNÜLLƏR 
 
arşımda  bir  kitabın  əlyazması  var.  Oxu-
mağa başladım. Məni  məndən alıb uzaq-
lara apardı. Sona qədər necə oxudum, onu 
heç özüm də bilmirəm. İndi isə burdayam, elə burda, 
yəni öz düşüncələrimi yazacağım yerdə!.. 
Əlyazmanın müəllifi Fazil Sənandır. O Fazil Sə-
nan  ki,  özünü  tanımamış  imzasını  tanımışam.  Özünü 
tanımaq  da  qismət  oldu.  Şükür,  çox  sadə,  təvazökar 
insandı, bir az kobud desəm, yəni bu zəmanənin adamı 
deyil.  Bu  əlyazma  Fazil  müəllimin  16-cı  kitabının 
əlyazmasıdı,  1-ci  yox.  16  kitab  müəllifinin  bu  qədər 
təvazökar  olması  məni  heyrətləndirir.  İlk  dəfədir  ki, 
ustad bir yazardan bu qədər təvazökarlıq görürəm. Əl-
qərəz,  bu  yazıları  oxuyan  varsa,  demək,  Fazil  mü-
əllimin 16-cı görüşü baş tutub. İcazənizlə, siz oxucu-
larla  könlümü  yaxın  edib  bu  sadə,  gözəl  insanı  al-
qışlayım və  mübarək görüşünüz mübarək olsun Fazil 
Sənan, - deyim!!!. 
 
*** 
 
Bəli, indi keçək əsas məsələyə... "Nifrətin göz 
yaşları" adlı bu kitabda dörd povest və on hekayə var. 
Bu  povest  və  hekayələrdə  iki  gəncin  bir  birinə 
olan saf məhəbbəti üstünlük təşkil etməsinə baxmaya-
raq, vətən eşqi, milli dəyərlər və günümüzün digər ya-
şanmış real hadisələri də əks olunur. 
Q


Fazil SƏNAN 
 

Fazil  müəllimin  yazılarının  çox  böyük  hissəsi 
yaşanmış real hadisələrə söykənir. Fazil Sənan yaradı-
cılığının  sevilməsinin  ən  böyük  sirri  də  məncə  elə 
bundadır. 
Kitab  adını  aldığı  "Nifrətin  göz  yaşları"  po -
vesti  ilə  başlayır.  Oxumadan  öncə  düşüncələr  insanı 
haralara  çəkir,  haralara?!.  Povest  evli  bir  qadına  dəli 
sevgi ilə bağlanan Üfüqün, son ana qədər sevgisinə sa-
diq  qalan  Dənizin  keçdikləri  acılı-şirinli  sevgi  yolla-
rından bəhs edir. Bundan əlavə əsərdə dost etibarına, 
milli adət-ənənələrə də xüsusi yer ayrılır. 
Eyni idarədə işləyən Üfüqlə Dəniz povestin baş 
qəhrəmanlarıdı.  Dənizə  ülvi  məhəbbətlə  bağlanan 
Üfüq sevgi oduyla qovrulur. Dənizin ona : "Nə zaman 
burdan  gedirsən?"  -  sözlərini  nifrət  kimi  qəbul  edən 
Üfüq işdən ayrılır. Eyni şəhərdə Dənizdən aralı yaşa-
mağı  qəbul  edə  bilməyən  Üfüq  Rusiyaya  -  dostunun 
yanına gedir. 
Dənizin isə xəyalları hərdən Üfüqə tərəf boylan-
sa  da,  özünü  qınayır  və  illərdir  özündən  uzaqlarda 
olan, bir dəfə də olsun bir zənglə, ya da məktubla belə 
onu yada salmayan ərinin namusuna ləkə gətirmədən 
yolunu gözləyir. 
Həsrət  amansız,  zaman  yüyrək  olar.  Povestdə 
Üfüqlə  Dənizin  sevgisindən  vüsal,  vüsaldan  ayrılıq, 
ayrılıqdan  nələrin  doğduğunu  oxuduqca  kövrək 
düşüncələrimi  poeziyanın  dili  ilə  ifadə  etməyə 
çalışdım: 
 
Ürəklərdə boy atıb, vərəqlərdə inləyib,- 
"Nifrətin göz yaşı"ndan doğulan bir məhəbbət. 
İşvəsini yazmağa qələm cəsarət etmir
Bir şeirə sığışmır bu dəcəl, kür məhəbbət. 
 


Nifrətin göz yaşları 
 

Fazil Sənan könlünün tellərin zilə çəkib
Bülbülü mat eyləyən sevgisin gülə çəkib, 
Hər sözü bircə-bircə rəssamtək elə çəkib
Hər sözdə göy məhəbbət, hər sözdə yer məhəbbət. 
 
Ürəklər hey ah çəkib olsa da qabar-qabar
Ömrün tale yüküdü, yazılıbsa dərd, qubar. 
Nifrətdən keçən eşqdə ayrılıq var, vüsal var, 
Ayrılıq doğan vüsal, vüsalda sirr məhəbbət. 
 
"Bir  cüt  qərənfil"  povestində  Atəşin  Səmaya 
olan müqəddəs sevgisindən söhbət gedir. Səmanı bü-
tün varlığı ilə sevən Atəşin sevgisinə biganə olmayan 
Səma  ürəyinin  ən  uca  zirvəsində  olan  ata  məhəbbə-
tinin  yanına  heç  bir  sevgini  yaxınlaşdırmayacağına 
inanır və bu inamı da qorumağa çalışır. Lakin ata itkisi 
yaşadıqdan  sonra  həyatına  qəst  edən  Səma  xəstəxa-
naya  düşür.  Atəş  isə  gecə  həkimdən  icazə  alaraq  Sə-
manın baş ucunda dayanıb sağalması üçün Allaha dua 
edir.  Duası  qəbul  olan  Atəş  Səmadan  hansı  cavabı 
aldığını, bundan sonra Səmaya qarşı olan sevgisini və 
Səmanın ata məhəbbətini Səma qədər necə əzizlədiyi-
ni lirik bir duyğu ilə Fazil Sənan oxuculara çatdırır. 
Mənsə Atəşin sevən ürəyinin həsrət döyüntülə-
rini bir bəndlə oxucuya çatdırmaq istəyirəm. 
 
Sarışın qız, dilim tutmur söz deyəm
Qorxuram ki, öldürəsən yox deyib. 
Həsrətinə işıq olan közdəyəm, 
Köz ağlayır ürəyimdən yağ yeyib. 
 
«Ürək ağrısı» povestində isə bir kənddə yaşaya 
Cəmil  və  Şəlalənin  sevgidən  qismətlərinə  düşən  pay 
qələmə alınıb. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə