Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   2   3   4   5   6   7   8   9   ...   49

Nifrətin göz yaşları 
 
15 
qəlbinəm,  ürəyinəm  və  hamıdan  gizlətdiyin  duyğula-
rınam. Üfüqü sevmirsənsə nə üçün səhərin açılmasına 
az  qalıbdı,  hələ  də  yata  bilməmisən,  onun  haqqında 
fikirləşirsən? Ailəli olduğuna baxma. İçin boş idi. Hə-
min boşluğu Üfüqün məhəbbəti doldurur. Bu gündən 
gözlərin Üfüqü axtaracaq, onun səsinin, özünün həsrə-
tindən saralmağa başlayacaqsan. 
Çox təəssüf ki, artıq gecdi. Heç olmasa iş yerin-
də Üfüqü görməklə təskinlik tapırdın. Bu  xoşbəxtliyi 
özün əlindən verdin. Həsrət təmiz məhəbbəti alovlan-
dırır, yarımçıqları isə məhv edir. Bu dediklərimi sonra 
biləcəksən.  Nə  isə…  Hər  şeyi  zaman  özü  həll  edə-
cək…” 
Pəncərədən  səhərin  açıldığını  görən  Dəniz  qal-
xıb  əynini  geyindi.  Evin,  qapı-bacanın  işi  ilə  məşğul 
oldu. Səhər yeməyi üçün hazırlıq gördü. 
 
* * * 
İş yerinə çatan Dənizin içində özündən asılı ol-
mayaraq Üfüqü görmək arzusu baş qaldırdı. Qeyri ix-
tiyari bir-bir işçilərin otağına girdi. Hamıya «sabahınız 
xeyir» dedi və «uğurlu iş günü» arzuladı. Sonda Üfü-
qün  iş  otağının  qapısına  yaxınlaşdı.  Ayaqları  titrədi, 
sanki  bədəni  ayaqlarına  ağırlıq  edirdi.  Qapını  açıb 
otağa  daxil oldu. Bir anlığa elə gəldi ki,  Üfüq  stulda 
əyləşib  və  qapının  səsinə  çönüb  ona  baxdı.  Hardasa 
içində Üfüqün səsini eşitdi: 
- «Sizdən çıxmayan iş. Nə yaxşı səhər-səhər bizi 
yoxlamağı məsləhət bilmisiniz? 
-  Dedim  görüm  nə  işlə  məşğul  olursunuz?  – 
deyən Dənizin sifətində ani bir təbəssüm oynadı. 
-  Hələ  ki  heç  bir  işlə  məşğul  ola  bilmirəm,  - 
Üfüq cavab verdi. 


Fazil SƏNAN 
 
16 
-  Bilmək  olarmı,  nə  üçün  işləyə  bilmirsiniz?  – 
marağına  üstün  gələ  bilməyən  Dəniz  Üfüqün  ona 
zillənmiş gözlərinin içinə baxdı. 
- Sirr deyil. Şöbə müdiri kimi bilmək istəyirsi-
nizsə deyə bilərəm. Gecə gördüyüm yuxu barədə dü-
şünürəm, – dedi Üfüq. 
-  O  necə  yuxudu  ki,  axşamdan  bəri  onun  tə-
sirindən  ayrıla  bilmirsiniz?  Dənizin  içərisində  səbəbi 
öyrənmək marağı daha da gücləndi. 
- Heç bir şey. Yuxuda sizi gördüm. Gördüm ki, 
iş yerində olduğu kimi yuxuda da mənə nifrət edirsi-
niz. Bir məsələ mənə qaranlıq qaldı ki, nə üçün insan-
lar  istəklərini,  arzularını,  sevgilərini  əxlaqi  qanunlara 
qurban verirlər? 
- Bilmirsən, mən deyim. Dəniz Üfüqün alov sa-
çan  gözlərinin  içinə  baxdı  və  orada  öz  əksini  gördü, 
özünü saxlaya bilməyərək doluxsunmuş halda «Əxlaqi 
normalar  cəmiyyəti  tənzimləyir.  Həmin  normaların 
müəyyən  etdiyi  səddi  keçmək  mümkün  olmayanda 
özün-özünü aldadaraq yaşamağı bacarmalısan. - dedi. 
- Sizin kimi, eləmi? – Üfüq incimiş halda üzünü 
yana çöndərdi.» 
Özünə qayıdan Dəniz Üfüqün iş stoluna yaxın-
laşdı və stolun üstündə olan vərəq diqqətini çəkdi. Tez 
vərəqi  götürüb  «Mən  ürəyimi  burda  qoyub  gedirəm. 
Nə qədər çalışdım ki, mənə olan nifrəti məhəbbətə çe-
virim,  təəssüf  ki,  bacara  bilmədim.  İmza:  Üfüq.»  - 
sözlərini  oxuyanda  qeyri-iradi  yanaqları  aşağı  axan 
göz yaşlarını dəsmalı ilə qurulayıb tələsik otaqdan çıx-
dı. Kabinetinə yaxınlaşaraq cəld qapını açıb otağa da-
xil oldu ki, işçilərdən görüb eləyən olar. Tez güzgünün 
qarşısına  keçdi,  gözləri  qızarmışdı.  Üz-gözünü  səli-
qəyə  salıb  iş  stolunun  arxasına  keçdi  və  kağızı  çı-
xardıb bir də oxudu. «Yox, deyəsən dözə bilmirəm», - 


Nifrətin göz yaşları 
 
17 
fikri  beynindən  keçdi.  Əlindəki  kağızı  səliqə  ilə  qat-
layıb əl çantasına qoydu, «lap uşaqlaşıram». Yaxşı ol-
du  getdi.  Bəlkə  də  özümü  saxlaya  bilməyib  biabır 
olardım. Sağ olsun, getməyi ilə məni də biabırçılıqdan 
qurtardı». 
Qapının  döyülməsi  ilə  özünü  ələ  alıb  «Buyu-
run» dedi. 
İçəri daxil olan Gülarə: 
- Dəniz xanım, bağışlayın, bir iş üçün gəlmişəm.  
- Buyurun. 
- Dəniz xanım, Üfüqün yerində kim işləyəcək? 
Siz  bilirsiniz  ki,  Üfüqün  işini  aparan  olmasa,  idarə 
iflic vəziyyətinə düşər. 
-  Bilirəm  Gülarə.  Elə  mən  də  onu  fikirləşirəm. 
Kimi qoyaq, kim bacara bilər? 
- Nə deyim Dəniz xanım. Hər halda işçiləri siz 
məndən daha yaxşı tanıyırsınız. Məsləhət özünüzündü. 
Hər  kimi  məsləhət  bilirsinizsə  bir  nəfərə  tapşırın, 
işimiz axsamasın. 
-  Məncə  Murad  bacarar.  Siz  nə  deyirsiniz, 
Gülarə? Dəniz soruşdu. 
- Yaxşı fikirləşmisiniz. Üfüqün işini ancaq o ba-
carar. 
- Yaxşı, onda Murada deyin bura gəlsin. 
- Baş üstə, - deyən Gülarə otaqdan çıxdı. 
Bir az keçmiş Murad kabinetə daxil oldu. 
-  Məni  çağırtdırmısınız,  Dəniz  xanım?  Xeyir 
ola? 
-  Xeyirdi  Murad.  Üfüqün  işini  sizə  tapşırmaq 
fikrindəyəm. Nə deyirsiniz? 
- Dəniz xanım, çox ağır işdi. Üfüq  idi ki, orda 
dözüb dayanırdı. Gərək buraxmayaydınız. 
- Nə etməli, qalmadı. Həm də gedəni saxlamaq 
mümkün deyil. 


Fazil SƏNAN 
 
18 
- Yox, Dəniz xanım, Üfüq yaxşı oğlan idi. Özü 
də sizin xətrinizi çox istəyirdi. Mən elə başa düşürəm 
ki, ürəkdən xahiş etsəydiniz, bəlkə də qalardı. 
- Dedim, sözümə baxmadı. Nə isə fikri qəti idi. 
(“Yazıq Murad hardan biləsən ki, Üfüq elə mənə görə 
getdi”. Dəniz içində düşündü).  
- Dəniz xanım, müvəqqəti apararam. Bir şərtlə, 
– Murad dedi. 
- O nə şərtdi, Murad? Dəniz soruşdu. 
- Üfüq yaxşı oğlan idi. Hamı onun xətrini istə-
yirdi. Mən də. Mən heç vaxt onun otağında, onun stu-
lunda  otura  bilmərəm.  Bizim  idarədə  heç  kim  onun 
otağında oturub işləməz. Həmin işi öz otağımda görə-
rəm. 
- Yaxşı, necə bilirsiniz, elə də edin. Təki işimiz 
axsamasın. Üfüqün belə hörmətli olduğunu bilmirdim. 
- Nə danışırsınız Dəniz xanım. Üfüq canlara də-
yən oğlan idi. Birdən-birə işdən çıxıb getməyi hamını 
təəssübləndirdi. Son vaxtlar çox fikirli görünürdü. So-
ruşanda  da  elə  bir  söz  demirdi.  Uşaqların  bəzilərinin 
deməyinə  görə  istədiyi  var  imiş.  Deyilənə  görə  qız 
«hə» demədiyinə görə gedib.  
Hardansa  Dənizin  ağlına  bir  fikir  gəldi  ki,  öy-
rənsin  görsün  idarədə  məsələnin  məğzini  bilən  var, 
yoxsa  yox.  Bəlkə  Üfüq  yaxın  iş  yoldaşlarına  bir  söz 
deyib. Bu məqsədlə soruşdu: 
- Görəsən o qız kim imiş ki, Üfüq kimi oğlana 
«hə»  deməyib.  Bizim  idarədən  olsa,  qıza  minnətçi 
düşərdik ki, razı ol, Üfüq geri qayıtsın. Bizim də işi-
miz axarına düşsün. – deyən Dəniz maraqla Muradın 
verəcəyi cavabı gözlədi. 
- Düzü bilmirəm. Bizim idarədə olsa, bilinərdi. 
Görünür  kənarda  olan  qızdı.  Murad  güldü  və  “İcazə 
verin, gedim.” – dedi. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə