Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Nifrətin göz yaşları 
 
55 
- Düz deyirsən Lena. Mən Dənizi çox sevirəm. 
Ona görə də ona xəyanət edə bilmədim, - deyən Üfüq 
günahkar adamlar kimi başını aşağı saldı. 
-  Alqışlayıram  belə  məhəbbəti.  Azərbaycan-
lıların öz sevgilərinə sadiq olmalarını çox bəyənirəm. 
Onun üçün səni görən kimi vuruldum. Etiraf edim ki, 
elə indi də səni sevirəm. Hələ indiyə kimi mənim qəl-
bimi heç bir oğlan kəşf edə bilməyibdi. İlk dəfə qəlbi-
mi siz fəth etdiniz, çox heyif ki… Nə isə Lena dolux-
sunmuş gözlərini yana çevirdi. 
Bir  az  keçmiş  «Yaxşı,  gedək»  Lena  qapıya 
doğru addımladı. 
-  Çox  sağ  ol,  Lena.  Qoyma  Dənizə  bir  şey  ol-
sun. Professora de ki, pul haqda fikirləşməsin. Lazım 
gəlsə  xarici  ölkədən  həkim  çağırsın.  Xərcini  çəkəcə-
yəm, – dedi, Üfüq. 
-  Üfüq,  qəlbinə  başqa  şey  gəlməsin.  Sənə  olan 
məhəbbətimə görə əlimdən nə gəlirsə edəcəyəm. Hələ 
qoy  xəstə  ayılsın  görək  vəziyyəti  nə  cürdü.  Düzünü 
deyim  ki,  yaşamaq  şansı  çox  azdır.  Yenə  bilmək  ol-
maz, – deyən Lena Üfüqü qapıdan ötürüb içəriyə keç-
di. 
 
* * * 
Ertəsi  gün  günortaya  yaxın  Üfüq  xəstəxanaya 
gəldi. Lena ilə  görüşüb Dənizin  yatdığı  palataya  get-
dilər. İçəri keçib bir xeyli xəstənin hərəkətlərini, nəfəs 
almasını  müşahidə  etdilər.  Üfüq  Dənizin  saçlarını  sı-
ğallayıb  solmuş  yanağından  öpdü  və  ağladı.  Lena  da 
Üfüqə  qoşuldu.  Üfüq  yaxınlaşıb  «Dəniz,  mənəm, 
Üfüqdür.  Gözünü  aç,  bax.  Mənəm,  Üfüqdür.  Dəniz, 
bir dəfə gözlərini aç…» deyərək dolmuş gözlərini kə-
nara çevirdi. 


Fazil SƏNAN 
 
56 
Gözlərini açan Dəniz ətrafa boylansa da bir şey 
dərk edə bilmədi. Bunu görən Üfüq «Dəniz gözlərini 
açdı» – deyib sevincək Lenanı qucaqlayıb öpdü. 
-  Məni yox,  onu öp,  onu! – deyən  Lena  əli ilə 
çarpayıda uzanmış Dənizi göstərdi. 
Üfüq tez Dənizin gözlərindən öpüb, “Gözlərinin 
qadasını alım, Dəniz. Hər şey yaxşı olacaq” - dedi. 
Dənizin dodaqlarında görünən təbəssüm Üfüqün 
ürəyində bir inam işığı yandırdı. Üfüq bu işığın sevin-
cini Lena ilə bölmək üçün xəstəxanadan çıxıb harasa 
getdi. Bir xeyli keçmiş Üfüq üç böyük gül buketi ilə 
qayıtdı. 
Xidmətçini  çağırıb  xahiş  etdi  ki,  buketin  birini 
Lenanın stolunun üstünə, birini professorun, birini isə 
Dənizin yanına qoysun. 
Stolun  üstündə  gülləri  görən  Lena  «Bunu  kim 
göndərib?» - deyə soruşdu. 
- Üfüq göndərib həkim. Xidmətçi cavab verdi. 
- Gülləri iyləyən Lena «Gətirdiyi güllər də özü 
kimi gözəldir» - fikrini ürəyindən keçirdi. 
 
* * * 
Dənizin  vəziyyəti  yaxşılaşdıqca  Lena  ilə  arala-
rında isti bir münasibət yaranmışdı. Heç bir şeydən xə-
bəri olmayan Dəniz hər şeyi – Üfüqlə bağlı məhəbbət 
macərasını  başdan-ayağa  Lenaya  danışdı.  Lenanın 
Dənizə ürəyi yanmaqla bərabər qəlbinin dərinliyində, 
haradasa  bu  qıza  qarşı  gizli  bir  məhəbbət  də  yaran-
mışdı. Artıq Lena Dənizə necə bağlanmışdısa, günün 
çox vaxtını Dənizin yanında keçirirdi. 
Lena da Üfüqlə bağlı macərasını və onu sevdi-
yini Dənizə danışdı. Sözünün sonunda «Üfüq sənindir. 
Çünki,  sən  məndən  qabaq  onun  qəlbini  fəth  etmisən. 


Nifrətin göz yaşları 
 
57 
Sənin  haqqına  heç  kimin  şərik  olmağa  mənəvi  haqqı 
çatmır»  deyəndə  Dənizin  bu  rus  qızının  qəlbinin  bö-
yüklüyünə, mənəvi təmizliyinə heyran kəsildi. 
Üfüqlə Lena Dənizin yanını bir an da olsa yal-
nız qoymurdular. 
Xəstənin vəziyyətinin tez-tez dəyişməsini görən 
Lena Üfüqə məsləhət gördü ki, xəstənin ailəsinə mə-
lumat vermək lazımdır. Üfüq professorun yanına get-
di. 
- Professor, xahiş edirəm mənə düzünü deyəsi-
niz. Xəstənin yaşama şansı var, ya yox? – sualına əlin-
dəki qələmi yerə qoyan həkim, bir anlığa fikirləşərək 
çox çətinliklə cavab verdi: 
- Oğul, məni bağışla, düzünü deyəcəyəm. Xəstə-
nin  iki-üç  gün  ömrü  qalıbdı.  Məsləhət  görürəm  ki, 
evlərinə məlumat verəsiniz. 
Bütün ümidləri payız yarpağı kimi saralan Üfüq 
Dənizin yanına gəldi. Lenanın Dənizlə söhbət etdiyini 
görən Üfüq «Nə yaman taleyim var imiş» fikrini için-
dən  keçirərək  Dənizin  çarpayısının  yanında  dayanıb 
məhzum-məhzum  qızın  solmuş  üzünə  baxdı.  Təkcə 
rəngini dəyişməyən qızılı saçları idi. Üfüq Dənizin ba-
şını sığalladı və gözlərindən öpdü, özünü saxlaya bil-
məyib hönkürməyə başladı. 
- Sən niyə ağlayırsan, Üfüq? – Bulud kimi dol-
muş  Dəniz  özünü  bir  təhər  toxtadıb  Üfüqün  üzünə 
baxdı. 
-  Nə  bilim,  heç  özüm  də  bilmirəm,  –  deyən 
Üfüq üzünü yana çevirdi. 
- Kişi ağlamaz, Üfüq. Dünya belə gəlib, belə də 
gedəcək. Fikir eləmə. Bu bizim qismətimiz imiş. Təki 
məni  qəlbində  unutma  –  deyən  Dəniz  Üfüqü  yanına 
çağırdı. Üfüq gəlib çarpayının yanında dayandı. Sonra 
üzünü Lenaya çevirdi və dedi: 


Fazil SƏNAN 
 
58 
-  Lena,  əlini  mənə  ver.  Lena  nazik  titrək  əlini 
Dənizin solğunlaşmış əlinə uzatdı. Üfüq, sən də əlini 
mənə ver dedi. Üfüq də əlini Dənizə uzatdı. Dəniz hər 
iki  əli  taqətsiz  əli  ilə  bir  təhər  qaldırıb  öz  sinəsinin 
üstünə qoydu və əlləri bir-birinə verərək dedi: 
-  Üfüq,  mən  bilirəm  ömrümə  az  qalıbdı.  Lena 
ilə dərdləşdik. Lena səni təmiz məhəbbətlə sevir. Al-
lah məni sənə qismət etmədi. Mən arzu edirəm ki, Le-
na ilə evlənəsən. O, sənə layiqli həyat yoldaşı olacaq-
dır.  Bir  də,  qızınız  olsa,  adını  Dəniz  qoyarsınız.  Evə 
məlumat  verin,  gəlsinlər.  İldə  heç  olmasa  bir  dəfə 
mənim  məzarımı  ziyarətə  gələrsiniz.  Sizə  xoşbəxtlik 
arzulayıram. Əyilin hər ikinizin üzündən öpüm. 
Üfüqlə  Lena  Dənizin  üzərinə  əyildilər.  Dəniz 
hər ikisinin üzündən öpərək “Xoşbəxt olun!” – dedi.  
Üfüqlə Lena ölümün caynağında can verən Də-
nizin solmuş üzündən öpərək «Qorxma, hər şey yaxşı 
olacaq» desələr də göz yaşlarını gizlətmək üçün hərəsi 
otağın bir küncünə çəkilmişdi.  
 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə