Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

Nifrətin göz yaşları 
 
59 
 
 
 
E
E
P
P
İ
İ
L
L
O
O
Q
Q
 
 
Ə
Ə
V
V
Ə
Ə
Z
Z
İ
İ
 
 
 
Aradan on ilə yaxın bir vaxt keçibdir. Üfüq Le-
na ilə ailə həyatı qurub və Dəniz adlı gözəl bir qızları 
da var. 
Lena bu illər ərzində tibb elmləri doktoru olub, 
Üfüq isə biznes sahəsində inkişaf edərək müxtəlif xa-
rici  ölkələrdə  yeni  biznes  sahələri  açmaq  üçün  mil-
yonlarla yatırımlar qoyur. 
Üfüq  hər  il  ailəsi  ilə  birlikdə  Dənizin  məzarını 
ziyarətə  gəlir.  Yenə  də  Dənizin  məzarını  ziyarətə 
gəliblər.  Əllərindəki  gül  dəstələrini  məzarın  üstünə 
qoydular. 
Baş daşındakı şəkildə Dənizin çiyninə tökülmüş 
saçları daha gözəl görünür. Dənizin qızılı saçları Üfü-
qü sağlığında necə məftun etmişdisə, Üfüq Dənizin qı-
zılı saçlarını yenə də həmin məhəbbətlə sevirdi. 
- Ata, bu xala necə də gözəldir! – deyən balaca 
Dəniz atasının üzünə baxdı.  
-  Hə  qızım,  gözəl  xaladır.  Sən  də  ona  oxşayır-
san, onun kimi gözəlsən, – dedi, Üfüq. 
-  Demək  Dəniz  xalaya  oxşayıramsa  onda  məni 
də çox istəyəcəksən, eləmi? – dedi balaca Dəniz. 
-  Qızım,  mən  Dənizi  çox  sevirəm.  Həm  o  Də-
nizi, həm də sən Dənizi. 
 
04.06.2016-17.07.2016 


Fazil SƏNAN 
 
60 
 
 
 
 
BİR CÜT QƏRƏNFİL 
 
Bütün  dünya  üçün  yalnız  bir 
adam ola bilərsən, lakin bəziləri 
üçün sən bir dünyasan. 
Qabriel Qarsiya Markes 
 
şığı söndürüb yatağına girdi. Yerində nə qə-
dər o tərəf, bu tərəfə çöndüsə də yuxusu gəl-
mədi.  Əlini  uzadıb  çarpayının  yanındakı 
dolabın  üstündən  telefonu  götürüb  düyməsini  basdı. 
Ekranda  məşhur  türk  müğənnisi  İbrahim  Tatlısəsin 
adını  tapdı.  Bir  azdan  müğənninin  «Sarışınım»  mah-
nısının sədası otağı bürüdü.  
 
Ne esmerde, ne kumralda, 
Könlüm yalnız Sarışında. 
Aradığım her şey onda
Sarışınım, Sarışınım. 
*** 
Gözləri deniz mavisi,  
Saçları altun sarısı, 
Sanki Güneşin yarısı, 
Sarışınım, Sarışınım. 
*** 
Gül üstüne gül koklamam
Öldürseler aldatmam, 
Sarışın sevgilim varken
Başqa sevgili tanımam. 
İ 


Nifrətin göz yaşları 
 
61 
*** 
 
Gözləri deniz mavisi,  
Saçları altun sarısı, 
Sanki Güneşin yarısı, 
Sarışınım, Sarışınım. 
 
Mahnının qanadlarında içinə çəkilən Atəşin do-
daqlarından  «Əhsən  sənə!  Elə  bil  mənim  sifarişimlə 
yazılıb» sözlərinin pıçıltısında Səmanı gördü. 
Səmanın qızılı saçlarının çiyninə tökülməsi, gir-
də sifəti, incə bədəni, nazik dodaqları, uzun kirpikləri, 
qabarıq  sinəsi  və  süzgün  baxışları  Atəşin  ixtiyarını 
çoxdan özünə tabe etmişdi. Lakin Atəş nə qədər edir-
disə, özündə cəsarət tapıb qıza bir söz deyə bilmirdi. 
Qızı  görəndə  dili-dodağı  səhrada  susuzluqdan  yanan 
adamın dil-dodağı kimi təpiyirdi. 
Səmanın  arabir  gözünün  altından  baxması  və 
nazik  dodaqlarından  sıyrılan  təbəssüm  dalğası  Atəşin 
ürəyində elə bir çırpıntı əmələ gətirirdi ki, özünü güclə 
tarazlayırdı.  İş  yerində  xəlvətlikdə  və  evə  gələndə 
«Sarışınım»  mahnısını  oxutmaqla  yanan  ürəyinə  su 
çiləyirdi. 
Bir dəfə iş yerində heç kimin olmadığına əmin 
olduqdan  sonra  cibindən  telefonu  çıxardıb  stolun  üs-
tünə qoydu və düyməsini basdı. Mahnının dalğaların-
da  özünü  unudan  Atəş,  qapının  açılmasından  xəbəri 
olmadı. 
-  Nə  yaman  fikrə  getmisən?  Sözlərinə  çönüb 
arxaya baxanda Səmanın dayanaraq ona diqqət kəsil-
diyini  görcək  tez  özünü  cəmləşdirib:  «Bağışlayın,  si-
zin otağa daxil olmağınızdan xəbərim olmayıb» deyə-
rək cəld telefonu söndürdü. 


Fazil SƏNAN 
 
62 
- Yox, söndürməyin. Qoyun oxusun. - deyə Sə-
manın təbəssüm dolu sifətinin işığından içərisinə yayı-
lan  sevincdən  özünü  xoşbəxt  hesab  edən  Atəş  cəld 
əlində  tutduğu  telefonun  düyməsini  basmaqla  İbrahi-
min  ürək  oxşayan  səsi  yenidən  otaqda  dalğalanmağa 
başladı. 
Mahnının  təsiri  ilə  özlərini  unudan  Atəşlə  Sə-
manın baxışları elə qovuşmuşdu ki, qeyri ixtiyari hər 
kəsin  öz  dünyasında  nələr  düşündüyünü  sözə  çevir-
məkdə qələm acizdi. Bu səhnəni ancaq yaşayanlar du-
ya bilər. 
-  Bu  mahnını  çoxmu  sevirsiniz?  –  Səma  so-
ruşdu.    
- Bəli. Çox sevirəm. Hətta yatanda da bu mahnı 
ilə yatıram. Atəş utana-utana cavab verdi. 
-  Sirr  deyilsə,  bu  nə  ilə  bağlıdır?  Çox  gözəl 
mahnıdır.  Mənim  də  xoşuma  gəlir.  Səma  əli  ilə  çiy-
ninə tökülmüş qızılı saçlarını arxaya daraqladı və Atə-
şin pörtmüş sifətini nəzərdən keçirtdi. 
Atəş çiyinlərini çəkdi və başını aşağı dikdi. 
- Yoxsa vurulmusunuz? Səma güldü. 
- Deyəsən. Atəşin bədənini tər basdı. 
Qarşısında dayanmış yaraşıqlı oğlanın bu qədər 
utancaq olması Səmaya sanki ləzzət eləyirdi. 
- Deyəsən nədi? Oğlanlar gündə birinə eşq elan 
edirlər. Siz də oturub mahnı oxudursunuz. Qız nə bil-
sin ki, siz onu sevirsiniz? Qızın qarşısını kəsib sözünü-
zü  deyə  bilmirsiniz?  Elə  bil  XXI  əsrdə  yaşamırsınız. 
Utanırsınız,  deyin,  mən  deyim.  Hələ  o  qızın  minnəti 
olsun  ki,  sizin  kimi  oğlan  onu  sevir.  Səma  gülərək 
Atəşin gözlərinin içinə baxdı. 
Atəşin  gözlərində  olan  parıltı  qızın  içində  an-
laşılmaz duyğular oyatdı. Səmaya elə gəldi ki, Atəşin 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə