Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

Nifrətin göz yaşları 
 
67 
asılı deyil. Mən atamla nəfəs alıram. Sizə müsbət ca-
vab verə bilmədiyim üçün məni bağışlayın. 
- Kimi istəyirsiniz sevin, ailə qurun. – deyən Sə-
manın  baxışları  qeyri-ixtiyari  Atəşin  baxışları  ilə  qo-
vuşdu. Bu qovuşuqdan Səma içərisindən bir titrəyişin 
keçdiyini hiss etdi. 
- Səma, bir dəfə sevmişəm, o da sizsiniz. Üç ilə 
yaxındır  ki,  mən  sizə  ürəyimi  açmağa  cəsarət  etmir-
dim. Bu günkü söhbətimiz üçün olan cəsarəti siz aşı-
ladınız  mənə.  Siz  dediyiniz  kimi,  sizin  məhəbbətiniz 
ürəyimə  elə  sərhəd  xətti  çəkib  ki,  o  sərhəddi  heç  bir 
qız, heç cür poza bilməz. Yadda saxlayın ki, məhəbbət 
düşünülmədən gələn bir bəladı. Heç kim o bəladan ya-
xasını qurtara bilmir. Hər şeyi zaman özü göstərəcək, - 
deyən Atəş ayağa durdu. 
- Düz deyirsiniz Atəş, hər şeyi zaman özü həll 
edir. Bizdən asılı olmayaraq. 
Səma da ayağa durdu və baxışları ilə Atəşi qa-
pıya kimi ötürdü. 
 
* * * 
İş vaxtı qurtarandan sonra Atəş parka getdi. Bir 
az gəzinib daldey bir yerdə qoyulmuş oturacaqlardan 
birində əyləşdi. Gündüz Səma ilə aralarında olan söh-
bəti xatırlayıb təhlil etməyə başladı. Hiss etdi ki, başı 
dumanlıdı. Durub çayçıya tərəf getdi. Çöldə qoyulmuş 
stullardan  birində  əyləşdi.  Çayçının  gətirdiyi  çaynik-
dən stəkana çay süzdü. Ətrafa boylandı. Tərs kimi ta-
nışlardan  heç  kim  gözünə  dəymədi.  Və  birdən-birə 
içində bir tənhalıq hissi baş qaldırdı. Ətrafda heç kim, 
heç nə gözünə görünmədi. Kimsəsiz bir səhrada tənha 
olduğunu gördü. Çığırmaq istədi. Səsinin çıxmadığını 
başa düşdü. 


Fazil SƏNAN 
 
68 
Getdikcə bədənini tər basmağa, boğulmağa baş-
ladı. Bir neçə dəfə udqunsa da, hiss etdi ki, havası çat-
mır. 
- Atəş, nə olub? Elə bil özündə deyilsən? 
Cavab gəlmədiyini, sudan kənara düşmüş balıq 
kimi Atəşin ağzının açılıb-yumulduğunu görən Ramiz 
tez  içəridən  su  gətirdi.  Əlini  Atəşin  çiyninə  qoyub 
yavaş  hərəkətlə  silkələyərək,  «Al,  bu  suyu  iç»  deyib 
əlində su dolu stəkanı Atəşin ağzına tərəf uzatdı. 
Suyu  içib  özünə  gələn  Atəş,  dərindən  köksünü 
ötürdü. 
- Nə olub? Ağrıyırsan, nədi? 
-  Yox,  Ramiz,  əyləşdim  bir  stəkan  çay  içəm. 
Birdən-birə hiss etdim ki, havam çatmır, bədənimi tər 
basır. 
- Atəş, dur gedək, taksi ilə səni yola salım. Sə-
hər  özünü  həkimə  göstər.  Ramiz  Atəşin  qolundan 
tutub, dayanacağa gəldilər. Ramiz Atəşi taksi ilə yola 
saldı. 
 
* * * 
Səma  evin  işlərini  yoluna  qoyandan  sonra  te-
levizorda  gedən  verilişə  baxsa  da,  fikri  Atəşlə  olan 
söhbətin yanında idi. Durub yataq otağına keçdi. İşığı 
söndürüb  yatağına  uzandı.  Atəşin  utancaqlığı,  sonra 
cəsarətlənib  ürəyini  boşaltmasını  yenidən    xatırlaya-
raq, öz-özlüyündə götür-qoy etməyə başladı. 
Yaxşı  oğlandı.  Sevilməyə  və  ailə  qurmağa  la-
yiqdir.  –  fikrinə  gələn  Səma,  «bəs  yaxşı,  elədisə,  nə 
üçün, «hə» demədin?» Özündən asılı olmayaraq öz su-
alı qarşısında özünü «itirdi». 
-  Yox,  mən atama olan  məhəbbətimi  parçalaya 
bilmərəm. Hiss edirəm ki, mənim içimdə Atəşə qarşı 
bir istək var. Heç vaxtı o istəyin pöhrələnməsinə im-


Nifrətin göz yaşları 
 
69 
kan verə bilmərəm. Sevdiyim bir nəfər var, o da atam-
dır.  Nə  qədər  atamın  ömrü  varsa  ona  qulluqçuyam. 
Onsuz  bir  gün  də  yaşaya  bilmərəm.  Birdən  özünün-
özünə acığı tutdu Səmanın. 
Boş-boş  şeylər  barədə  düşünürəm.  Özlüyündə 
qəti  fikrini  bildirdi.  «Sağ  ol  Atəş! Mən  sizi  sevə  bil-
mərəm.  Sizi  xoşbəxt  edə  bilmərəm.  Sizə  xoşbəxtlik 
arzulayıram.  Mən  atam  üçün  yaşayıram.  Mən  atamın 
rahibəsiyəm. Ömrümü ona sərf etmişəm və edəcəyəm 
də». 
Anasının  «A  bala,  işə  gecikmirsən?»  sualına 
gözlərini açan Səma divardakı saata baxdı və cəld qal-
xıb paltarını geyindi. 
 
* * * 
İş yerində, Atəşin otağında arabir səslənən «Sa-
rışınım» mahnısı Atəşin məhəbbət iztirablarının Səma-
ya tərcümanı idi. Səmada da bu mahnıya gizli bir ma-
raq  yaranmışdı.  Səma  da  mahnını  telefonuna  yazdır-
mışdı. Hər gecə yatağına girəndə özündən asılı olma-
yaraq «Sarışınımın» melodiyası ilə yuxuya gedirdi. 
Tədricən mahnı Səma üçün o dərəcədə doğma-
laşdı ki, hər dəfə qulaq asanda mahnının misralarında 
Atəşin yalvarışını, ürək döyüntülərini, məhzun baxış-
larını görüb hiss edirdi. Aradabir mahnının təsir dairə-
sinə düşən Səmada bir yumşaqlıq yaranır və telefonu 
götürüb zəng edərək «Səni sevirəm» demək istəsə də, 
tez  özünü  ələ  alaraq  içindən  gələn  «Sən  nə  iş  görür-
sən?  Özün  demirdinmi,  atama  olan  sevgimi  heç  vaxt 
parçalaya bilmərəm. Sən ki onu xoşbəxt edə bilməyə-
cəksənsə, bu addımı atmağa dəyməz» və tez də telefo-
nu  söndürüb  dolabın  üstünə  qoyar  və  ayağa  durardı. 
Mahnının  oyatdığı  xoş  ovqatdan  uzaqlaşmağa  çalı-
şardı. 


Fazil SƏNAN 
 
70 
Səma həmişə işdən çıxan kimi evə tələsər, pal-
tarını dəyişmədən atasını qucaqlayıb öpər və «Nə ye-
misən, nə içmisən? Anam nə bişirmişdi?» sualları ilə 
vəziyyəti  öyrənməyə  çalışardı.  Bunu  görən  anası  «A 
qızım, atanı ac saxlamırıq ha. Mənim işim-gücüm ona 
qulluq etməkdi», deyər və gülümsünərdi.  
-  Yox,  ana.  Atam  ürəyi  istədiyini  bişirməmisi-
niz.  Bu  dəqiqə  qızı  ona  qulluq  edəcək.  Mənim atam, 
dünyanın ən yaxşı atasıdır. Səma təkrar atasının boy-
nunu qucaqlayıb öpüşlərə qərq edərdi. 
Qızının bu cür qayğısından Şəmilin gözləri do-
lar  və  baxışlarını  qızından  gizlətməyə  çalışardı.  Sə-
manın sinəsinə dağılmış qızılı saçlarını sığallayıb öpə-
öpə deyərdi: 
-  Sağ  ol,  qızım.  Sağ  olsun  anan,  nə  lazımdısa 
eləyir. Allah hər ikinizdən razı olsun.  
-  Yox,  ata,  mənim  özüm  nəzarət  eləməliyəm. 
Körpəcə qızlar kimi Səma şıltaqcasına atasını öpər və 
«Ata, nə yeyirsən, onu bişirim» deyərdi. 
Atasının  etirazına  baxmayaraq,  Səma  inadkar-
lıqla  Şəmilin  ürəyi  istəyən  yeməyin  adını  öyrənər  və 
bişirməyə başlardı. 
Bir  göz  qırpımında  yeməyi  bişirib,  stolu  hazır-
layan Səma ata-anasını stola dəvət edər və özü də on-
larla  birgə  əyləşib  atasının  yeməyinə  nəzarət  edərdi. 
Qızının ona qarşı istəyini, qayğısını görən Şəmil için-
də  kövrəlsə  də  bunu  heç  vaxt  büruzə  verməzdi.  Sə-
manı  nəzərdən  keçirən  atanın  köks  ötürməsini  görən 
qızı tez: «Ata, qurban olum. Niyə köks ötürdün. Dü-
zünü de» sözlərinin inadkarlığı qarşısında deyərdi: 
- Bir ilə yaxındır ki, əməliyyat olmuşam.  Ana-
bala  sizin  qayğınızla  yaşamışam  və  yaşayıram.  Fərqi 
yoxdur nə qədər yaşasan da axırda qara torpağın qona-


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə