Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Nifrətin göz yaşları 
 
51 
- Yox, nə danışırsan? Hökmən getməliyəm. İş-
dən çıxmalıyam, boşanma haqqında ərizə verməliyəm. 
Ümumiyyətlə,  işlərimi  tam  yoluna  qoyub  birdəfəlik 
gəlməliyəm. Geri qayıtmamaq şərti ilə. Elə deyil, qa-
dan ürəyimə, - deyən Dəniz Üfüqü bağrına basıb ətir 
qoxuyan nəfəsi ilə boyun-boğazını gəzdi. Gözləri do-
lan Dəniz «Yaxşı salamat qal. Gedək» deyib qapıdan 
çıxdı. 
- Dəniz,  sən  yavaş-yavaş  düş, mən taksi  saxla-
dım. Oldu? – deyən Üfüq cəld aşağı düşdü. 
Üfüq yolun o biri tərəfinə keçib gələn boş tak-
sini saxlatdı və sürücüyə bir az gözləməsini xahiş etdi. 
Taksinin yanında dayanan Üfüqün gözləri, yolun o bi-
ri tərəfində Dənizin səkiyə çıxmasını axtarırdı. Dəniz 
səkiyə çıxan kimi Üfüq: 
- Dəniz burada səni gözləyirəm. Bəri keç! – de-
məsinə çönüb baxan Dəniz yolun o biri tərəfində ağa-
cın  kölgəsində  dayanmış  taksini  və  yanında  Üfüqü 
görcək, ürəyi atlandı. İçərisindən «Allaha şükürlər ol-
sun.  Daha  mənim  də  qayğımı  çəkən  var.  Tanrı  bu 
günü  çox  görməsin.  Nə  bilim…»  fikirlərinin  sevinc 
işığında bütün diqqəti Üfüqün üzərində cəmləşdiyi bir 
məqamda  yolu  keçməyə  başladı.  Qəflətən  Üfüqün 
D…ə…n….i…z!  çığırtısına  çönüb  baxarkən  sürətlə 
gələn maşının bir göz qırpımında onu haqlamasını an-
caq görə bildi. Qızılı saçları al-qırmızı qana bulaşmış 
Dənizin  başını  sinəsinə sıxan Üfüq «Qorxma, Dəniz! 
Hər şey yaxşı olacaq. Bir az döz» deyib təsəlli vermə-
sinə  baxmayaraq  Dənizin  rənginin  bozarması  qızılı 
saçlarına  bulaşmış  qanın  qırmızısı  ilə  gizlədilmişdi. 
Güclə nəfəs alan Dəniz: 
- Üfüq, mən xoşbəxtəm, sənin qolların arasında 
can  verirəm.  Mən  ölsəm  burada  dəfn  edərsən.  Mən 


Fazil SƏNAN 
 
52 
səndən  uzaqda  qala  bilmərəm.  Yaxşımı?  -  deyərək 
sozalan baxışlarını ağlayan Üfüqün gözlərinə dikdi. 
Təcili  yardımdan  düşən  həkimlər  yaralıya  tə-
ləsik  lazımi  yardım  göstərərək,  xərəyi  gətirib  xəstəni 
maşına  mindirdilər.  Yaralını  təcili  əməliyyat  otağına 
götürdülər. Üfüq nə qədər cəhd etsə də içəriyə burax-
madılar.  Qapı  ağzında  qalan  Üfüq  boş  stullardan  bi-
rində əyləşdi və gözləməyə başladı. Tez-tez saata ba-
xan  Üfüq  qapıya  boylansa  da  çölə çıxan olmurdu  ki, 
heç olmasa bir məlumat öyrənə. Canının yeri daralan 
Üfüq  saata  baxdı.  Səkkiz  saata  yaxındır  əməliyyat 
gedir. “Yox, yəqin xilas edə bilmədilər” fikrini özünə 
yaxın  buraxmayan  Üfüq  ümid  və  inamla  əməliyyat 
otağının qapısına yaxınlaşdı. Gözlənilmədən qapı açıl-
dı və ağsaçlı qoca bir həkimlə cavan qadın həkim dəh-
lizə çıxdı. Üfüq tez həkimlərə yanaşıb: «Həkim, xəstə-
nin vəziyyəti necədir?” Qoca həkimin «Bir söz demək 
olmaz!»  Qadın  həkim  isə  çönüb  oğlana  baxanda, 
«Üfüq,  sənsən?»  təəccüb  qarışıq  sualına  «Lena,  sən-
sən?  Burada  nə  iş  görürsən?»  deyən  Üfüq  özündən 
asılı olmayaraq Lenanı qucaqlayıb bağrına basdı. 
-  Görünür  köhnə  tanışlarsınız.  Siz  söhbət  edin, 
mən isə kabinetə gedirəm. – deyən qoca həkim Lena 
ilə Üfüqü tək qoyub özü isə ayrıldı. 
- Axı mən sənə demişdim ki, cərraham. Gedən 
isə məşhur cərrah Pyotr Yankoviçdir. Xəstənin vəziy-
yəti haqqında dəqiq bir söz demək çətindir. Sabah ax-
şama  ayılmalıdır.  Həm  çox  qan  itirib,  həm  də  daxili 
orqanlarının çoxu ağır zədə alıbdır. Qabırğalarının 4-ü 
qırılıbdır.  Demək  olar  ki,  zədə  almayan  yeri  yoxdur. 
Xəstə  ayılsın,  görək  özünü  necə  hiss  edir.  Sonra  hər 
şey  bilinəcəkdir.  Bəs  yaxşı,  xəstə  sənin  nəyindir?  - 
Lena soruşdu. 


Nifrətin göz yaşları 
 
53 
-  Kəndçimdir.  Təsadüfi  rastlaşmışıq.  Evə  yola 
salırdım. Yolu keçdiyi məqamda maşın vurdu. 
- Yaxşı Üfüq, narahat olma. Get evə, onsuz da 
xəstənin yanına üç gün adam buraxmayacaqlar. 
- Lena, xahiş edirəm gözün xəstənin üstündə ol-
sun. Sabah axşamçağı gəlsəm bir neçə dəqiqəliyə ica-
zə verərsinizmi xəstə ilə görüşməyə.  
- Söz vermirəm. Əgər professor burada olmasa 
çalışaram  sənin  xahişini  yerinə  yetirim,  -  deyən  Le-
nanı Üfüq yenidən qucaqlayıb dodaqlarından öpdü və 
«Bilirdim ki, sən yaxşı qızsan» deyib sevincək Lena-
dan  ayrıldı.  Lena  isə  Üfüqün  arxasınca  boylanaraq 
«Yaxşı  oğlansan,  amma  mənə  qismət  olmadın.  Hələ 
də  mən  səni  sevirəm  Üfüq»  sözlərini  öz-özünə  pıçıl-
dayaraq kabinetinə keçdi. 
 
* * * 
 
Sabah axşamçağı Üfüq xəstəxanaya gəldi. Lena-
nın kabinetinə yaxınlaşıb qapını döydü və qapını açdı. 
Stolun arxasında əyləşib yazı yazan Lena Üfüqü görən 
kimi  ayağa  durub  «Xoş  gəlmisiniz»  deyib  yer  gös-
tərdi.  Bir  azdan  tibb  bacısını  çağırıb  iki  fincan  kofe 
dəmləməyi xahiş etdi. 
- Həkim,  xəstənin yanına  getmək  olar?  – Üfüq 
soruşdu. 
- Kofe içək, sonra gedərik. Nə yaman maraqla-
nırsınız? Yoxsa sevgilinizdir? – Lena gözünün altı ilə 
Üfüqü süzdü. 
- Gözlənilmədən verilən sualdan ilk öncə özünü 
itirən Üfüq nə cavab verəcəyini fikirləşdiyi məqamda 
çıxış yolu tapdı və cavab verdi: 
- Lena, mən bu xanımın yanında işləyirdim. Bu 
şöbə müdiri idi. Sonra mən işdən çıxıb bura gəldim. 


Fazil SƏNAN 
 
54 
- Üfüq, bəs bu qadın burada nə gəzir? 
- Lena, neçə ildir evləniblər. Yoldaşı bura gəlib, 
hələ  indiyə  kimi  arvadı  ilə  əlaqə  saxlamayıbdı.  O  da 
gəlib ki, görsün ərinin başına nə iş gəlibdi. Gəlib gö-
rüb əri evlənibdi və bir uşağı da var.  
-  Yazıq  qadın.  Gözəl  də  qadındı.  Çox  heyif. 
Yaxşı bu qadının ünvanını deyin evlərinə məlumat ve-
rək. Olarmı Üfüq? 
- Həkim, gözləyək ayılsın, görək özü nə deyir? 
– deyən Üfüq müəmmalı cavab verdi. 
Tibb bacısı sinidə iki fincan kofe gətirdi. Birini 
Üfüqün, o birini isə Lenanın qarşısına qoydu. 
Kofeni içəndən sonra Lena stuldan durdu. 
–  Gedək,  Üfüq.  Amma  professor  bilsə  məni 
danlayacaq.  Xahiş  edirəm  orada  artıq  hərəkət  və  söz 
olmasın. – dedi.  
Reanimasiya otağının qapısını açan Lena baxış-
ları ilə Üfüqə içəri keçməyə işarə etdi. 
İçəri  keçən  Üfüq  səssiz  addımlarla  çarpayının 
yanına gəldi. Qızılı saçları çarpayıya dağılmış, dodaq-
larının  qanı  qaçmış,  ağappaq  ağarmış  yumru  sifətinə 
kölgə salan qara,  uzun kirpikləri yumulu  görən  Üfüq 
bir anlığa hər şeyi unudaraq Dənizin gözlərindən, do-
daqlarından və pəjmürdə halda olan qızılı saçlarından 
öpərək  «Sənə  gələn  ölüm  mənə  gəlsin  Dəniz!  Niyə 
məni  yarı  yolda  qoydun?»  –  deyib  gözlərinin  yaşını 
sildi. 
Gözlənilməz  hərəkəti  müşahidə  edən  Lena  do-
luxsunmuş vəziyyətdə üzünü Üfüqə tutaraq:  
- Mənə hər şey indi aydın oldu. Bu qızı sevdiyin 
üçün mənə toxunmadın, düz deyirəmmi Üfüq? – dedi 
Lena. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə