Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

Nifrətin göz yaşları 
 
83 
- Sizə ağ saçlar da yaraşır. Amma bir şey var ki, 
ağ saçlar sizi daha yaşlı göstərir. 
- Atəş, bu gündən sonra məni heç bir şey maraq-
landırmır. Həyatımın ixtiyarını vermişəm zamanın əli-
nə, hansı tərəfə istəyirsə qoy aparsın. 
-  Səma,  birdən  zaman  sizi  mənə  tərəf  gətirdi, 
onda necə? 
-  Eybi yoxdu.  Gətirər  də,  gətirər.  Burda  pis  nə 
var ki?  
Səmanın sözlərinə hər ikisi güldü. 
- Atəş, mən sizə borcluyam. 
- Nəyə görə, Səma? 
-  Həkim  dedi  ki,  sizin  dualarınız  məni  həyata 
qaytarıbdı. Çox sağ olun. 
Səma  sözünü  bitirən  kimi  Atəşdən  aralandı. 
Hiss edirdi ki, içindəki hiss onu Atəşə tərəf itələyir. 
Səma  tez-tez  atasını  yuxuda  görürdü.  Yuxuda 
atası  ilə  dərdləşirdi.  Dərdini  atası  ilə  bölüşürdü.  Hər 
dəfə ayılanda atasının «Səndən nigaranam» deməsi qı-
zın içində bir göynərtiyə çevrilirdi. 
Səma  hər  cümə  günü  atasının  məzarını  ziyarət 
edirdi. Hər dəfə gələndə də məzarın üstündə bir cüt tə-
zə  qərənfil  görərdi.  Amma  qərənfilin  kim  tərəfindən 
qoyulmasını aydınlaşdıra bilmirdi. 
Qəbiristanlıqdan  qayıdandan  sonra  gecə-səhərə 
kimi  qohum-əqrabaları,  dost-tanışları  bir-bir  xəyalın-
dan keçirirdi. «Kim ola, hər həftə bir cüt tər qərənfil 
gətirib atamın məzarı üstünə qoyan?» sualı Səmaya bir 
dərd  olmuşdu.  Anasına  bu  barədə  bir  söz  demirdi. 
«Yox,  bu  məsələnin  vacehinə  yetməliyəm.  Burda  bir 
sirr var?” – düşünən Səma fikrində qətiləşdirdi ki, bu 
cümə  işdən  icazə  alıb  tezdən  axşama  kimi  qəbri  gü-
dəcəyəm. Görüm kimdi bu adam? 
 


Fazil SƏNAN 
 
84 
* * * 
Səhər Səma bazara gedib bir dəstə qərənfil alıb 
marşrutla qəbiristanlığa yola düşdü.  
Qəbrin  üstünü  nəzərdən  keçirtdi.  Məzarın  üs-
tünə təzə qərənfil qoyulmamışdı. Görünür həmin adam 
hələ gəlməyibdi.  
Səma heç bir şeyə əl vurmadan qərənfil dəstəsi 
əlində xəlvət bir yerə çəkilib gizləndi. Bu gün cümədi, 
kimdisə,  hökmən  gələcəkdi.  Axşama  kimi  də  olsa 
gözləməliyəm. Özü də həmişə bizdən əvvəl gəlir. 
Səma çantasından telefonu çıxardıb saata baxdı. 
Saat ikiyə işləyirdi. Səbri tükənsə də özünü ələ almağa 
çalışırdı. Hiss etdi ki, ürək döyüntüsü getdikcə artma-
ğa başlayır. Əlini ürəyinin üstünə qoydu və çönüb ata-
sının məzarına tərəf baxdı. Bir maşın gəlib düz qəbrin 
yanında  dayandı.  Qapı  açıldı,  Atəş  maşından  düşdü. 
Səma gözlərinə inanmadı. «Ola bilməz!» Gözünü silib 
bir də baxdı. «Yox, Atəşdi» fikrini içində təsdiq edən 
Səmanın  gözlərindən  axan  yaş  boğazı  ilə  sinəsinə 
axırdı. 
Maşından düşən Atəş yük yerindən kapron qab-
la  dolu  suyu  və  vedrəni  düşürtdü.  Məzarın  üstündə 
solmuş gülləri yığıb bir kənara qoydu. Sonra sükanın 
yanından dəsmalı götürüb, vedrəni su ilə doldurdu və 
məzarı  təmizləməyə  başladı.  Təmizlik  işini  qurtaran-
dan sonra maşından bir cüt qərənfil gətirib məzarın üs-
tünə qoydu. 
Kənarda dayanmış mollanı yaxına çağırdı və de-
di:  “Molla, bir  “Quran”  oxu.”  Molla  “Quran”ı qurta-
randan  sonra  Atəş  mollaya  bir  beşlik  uzatdı  və  «Bu-
yurun»  dedi.  Molla  pulu  alıb  cibinə  qoyaraq  “Allah 
rəhmət eləsin, yeri behişt olsun”, - dedi. 
- Bir şey soruşum. – Molla dedi. 


Nifrətin göz yaşları 
 
85 
- Buyurun. – Atəş maraqla mollanın sualını göz-
lədi. 
- Mərhumun oğlusunuz? 
- Xeyir. Yaxınıyam. 
-  Bilirsən,  siz  hər  cümə  bu  məzarın  üstünə gə-
lirsiniz.  Hər  gələndə  də  bir  cüt  qərənfil  gətirirsiniz. 
Hər dəfə də mənə “Quran” oxutdurub bir beşlik verir-
siniz. Elə bildim oğlusunuz. Ona görə soruşdum. Heç 
adamın doğma oğlu bu hörməti göstərmir. Bir də hər 
cümə sizdən sonra bir qız, bəzi hallarda da bir arvadla 
gəlib bu məzarı yad edirlər. Allah rəhmət eləsin. Gö-
rünür yaxşı insan olub ki, yad edirlər – deyən molla, 
Atəşlə  xudahafizləşib  ayrıldı.  Atəş  molladan  ayrılıb 
məzarın yanına gəlib sinə daşının üstünə qoyduğu nəm 
dəsmalı götürüb arxaya döndü ki, maşına tərəf getsin. 
Səmanı  qarşısında  görəndə  özünü  itirdi.  Ani  olaraq 
«Bu qız hardan çıxdı?» fikri beynindən keçdi. 
Səma əlindəki qərənfil dəstəsini məzarın üstünə 
qoydu və Atəşin boynunu qucaqlayıb ağlamağa başla-
dı.  «Qurban  olum  sənə,  Atəş!  Hər  şeyi  öz  gözümlə 
gördüm, öz qulağımla eşitdim. Mən sənin qədrini niyə 
bilməmişəm? Mən sənin sevgini nə üçün başa düşmə-
mişəm? Həkim hər şeyi dedi, amma inanmadım. Sənin 
məni sevən o ürəyinə qurban olum…» 
- Yaxşı, otur gedək. Atəş Səmanın qollarını boy-
nundan aralayıb, hər ikisi maşına doğru getdilər. Atəş 
maşını Səmagilin evlərinə tərəf döndərmək istəyəndə, 
Səma öz evinin ünvanını dedi. Atəş heç bir söz demə-
dən maşını deyilən ünvana yönəltdi və «Görünür evlə-
rini dəyişiblər» fikrini içindən keçirtdi. 
Atəş  düşüb  maşının  qapısını  açdı  və  Səmaya 
düşməyə yol göstərdi. Atəş «Sağ olun» deyib ayrılmaq 
istəyirdi ki, Səma onun qolundan tutub dedi: 


Fazil SƏNAN 
 
86 
- Hara gedirsən? Ömründə ola bilməz. Qızın qə-
tiyyəti  qarşısında  bir  söz  deməyən  Atəş  Səmanın  ya-
nınca addımlamağa başladı. 
- Ərzaq mağazasına dəyək. Səhərdən evdən çıx-
mışam,  yəqin  ki,  sən  də  acsan?  Mağazadan  yemək 
üçün lazım olan ərzağı alan Səma Atəşin təkidinə bax-
mayaraq pulunu özü verdi və çölə çıxdılar. 
Qapını  açıb  içəri  keçən  Səma  «Xoş  gəlmisən! 
Keç  içəri!»  deyib  Atəşi  içəri  dəvət  etdi.  Sən  keç  yu-
yun, mən çay-çörək hazırlayım. 
- Bəs kimlə olursan? Atəş maraqla soruşdu. 
- Anamla oluram. Anam o biri evdədi. Bura mə-
nim evimdi. Atam hədiyyə edibdi. Özüm bura gəlməyi 
məsləhət bildim. 
Atəş  yuyunub  çıxana  kimi  Səma  süfrəni  səli-
qəyə saldı. Üzbəüz oturdular. Yemək yeyib, bir stəkan 
çay içəndən sonra Atəş durub qapıya doğru yönəldi və 
“Sağ olun, axşamdı, mən gedim, məsləhətdirsə sizi də 
evinizə aparım”, – dedi. 
Səma  qapıya  doğru  gəlib  hər  əlini  qapının  bir 
çərçivəsinə qoyaraq üzünü Atəşə tutdu: 
- Heç hara gedə bilməzsən. Daha doğrusu qoy-
maram  gedəsən.  Çoxdan,  lap  çoxdan  sənə  qarşı  olan 
hisslərimi güclə boğurdum. İndi gördüm ki, bütün gü-
nü  fikrim-zikrim  səninlədir.  Məni  həyata  sən  qaytar-
mısan.  Əgər  məni  tək  qoyub  gedəcəkdinsə,  onda  nə 
üçün Tanrıya dualar edib, yalvarırdın? Soruşuram, ca-
vab ver. 
- Mən bütün varlığımla səni sevirəm. Heç vaxt 
sənsiz yaşaya bilmərəm. Ona görə də Allaha dua edir-
dim. Sən ki məni sevmirsən. Atəş dedi. 
- Yox, mən səni sevirəm. İçimdəki boşluğu sə-
nin məhəbbətin doldurubdu. O vaxt dediyin kimi, za-
man hər şeyi öz yoluna qoydu. Səma əlini qapının çər-


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə