Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

Nifrətin göz yaşları 
 
71 
ğısan. Nə gizlədim qızım, səni xoşbəxt görmək istər-
dim. 
- Nə olub mənə, ata? Ən xoşbəxt qızam. Atam, 
anam, bacım, qardaşım, evimiz-eşiyimiz, Allaha şükür 
yeməyə  çörəyimiz  var.  Daha  nə  lazımdır,  ata?  Səma 
incimiş  halda  atasını  öpər  və  «Bir  də  elə  söz  demə, 
ata.  Səndən  küsərəm»  -  deyib  uşaq  kimi  nazlanar  və 
yanağını  atasının  dodaqlarına  yaxınlaşdıraraq  «Öp, 
barışaq».  Şəmil  Səmanın  hər  iki  yanağından  öpər  və 
«Mənim ağıllı qızım» deyib onu oxşayardı: 
- Qızım, Allah səndən razı olsun. Düzdü, sada-
ladıqların var. Axı sənin yaşıdların ailə qurub, ev-eşik, 
uşaq sahibidirlər. Sən isə… səsindəki kövrəkliyi qızın-
dan gizlətmək üçün ayağa qalxan Şəmil bağçaya tərəf 
yön alardı. 
Səmanın  tutulduğunu  görən  anası  üzünü  qızına 
çevirərək: 
- Qızım, atan düz deyir. Yaşın keçir. Hər şeyin 
öz  vaxtı  var.  Sənin  əlinə  su  tökməyə  yaramayanların 
çoxu ailə qurublar. Özü də gözəl-göyçək, imkanlı oğ-
lanlarla.  Atanın  da,  mənim  də  dərdimiz  bir  sənsən,  - 
dedi. 
- Demək, ana, sizin dərdiniz mənim ərə getmə-
yimdi, hə? Səma güldü. 
- Hə başına dönüm… Atan bu barədə daha çox 
fikirləşir.  Bilirsən,  atan  ürəkdən  əməliyyat  olunub. 
Ona əsəbiləşmək, fikirləşmək olmaz. Necə ola bilər ki
sənin  kimi  gözəl-göyçək  qızın  adını  çəkən  olmasın, 
qızım? – deyən Sona Səmanın üzünə baxdı. 
-  Fikir  eləmə,  ana.  Bilirəm,  fikirləşirsiniz  ki, 
bəlkə, qızım özünü yaxşı aparmır. Ona görə adını çə-
kən yoxdur. İndi zaman dəyişib, yaxşı oğlan, yaxşı qız 
tapmaq çox çətindi. Ürəyini buz kimi saxla. Qızın elə 


Fazil SƏNAN 
 
72 
axmaq qızlardan deyil. Qızının dərdindən ölən oğlan-
lar çoxdur. Qızın özü getmir. – dedi, Səma. 
Qızının  sözlərindən  Sonanın  ürəyindən  keçən 
sevinc gözlərində və sifətində özünü göstərdi. Anası-
nın  bu  sevinci  Səmanın  gözündən  yayınmadı.  Sona 
dedi: 
- Qadan alım. Bəs niyə o oğlanlardan birini seç-
mirsən? 
-  Ana,  düzünü  bilmək  istəyirsənsə,  mən  atamı 
qoyub ərə gedəsi deyiləm. 
-  Bıy,  başıma  xeyir.  A  bala,  bu  da  təzə  çıxdı? 
Onda, heç bir qız ata-anasını qoyub ərə getməsin. Bu 
nə deməkdir?  
- Ana, o qızlar başqa, mən başqa. Mən ərə get-
səm, atama kim baxar? 
- A qızım, xoruz yoxuydu, səhər açılmırdı? İn-
diyə kimi atana kim baxıb? Mən baxmamışammı, ba-
şına dönüm? 
-  Baxmısan,  yaxşı  eləmisən.  İndən  sonra  özüm 
baxacağam, atama. 
- Qızım, yaşın ötür. Bu da atana bir dərddi. Ata-
nın ən böyük arzusu sənin toyunu görməkdir. Bu arzu-
nun həyata keçməsi atanın uzun yaşaması deməkdir. 
- Demək, ana, mən ərə getsəm atamın ağrı-acısı 
sağalacaqdır? Yox, ana, mən atamla nəfəs alıram. Ər 
məsələsi mənim başıma girmir. Mənə ata lazımdır. Əri 
nə vaxt istəsəm tapa bilərəm, amma, atamı tapa bilmə-
rəm. 
-  Qızım,  söhbət  yaşının  ötməsindən  gedir.  Bir 
zaman ayılacaqsan ki, hər şey arxada qalıbdı. 
- Narahat olma, ana, qızın elə qızdı ki, onun la-
yiqli elçiləri hər zaman ətrafındadır. 


Nifrətin göz yaşları 
 
73 
-  Nə  deyirəm,  qızım.  Təki  Allah  eləsin.  Bizim 
arzumuz  səni  xoşbəxt  görməkdi.  Sona  arvad  ayağa 
durub evə getdi. 
 
* * * 
Neçə gün idi ki, Şəmilin ağrıları kəskinləşmişdi. 
Bir ilə yaxın əməliyyat olsa da, vəziyyəti elə də ürək-
açan  deyildi.  Səma  atasının  ağrımağını  eşidən  kimi 
zorla da olsa həkimə apardı. Əməliyyatla bağlı daxili 
orqanlarda problemlər ortaya çıxdı. 
Şəmilin  xəstələnməsi,  əməliyyat  olması  ailənin 
iqtisadi durumunu çox zəiflətmişdi. Buna baxmayaraq 
Səma  ümidini  və  nikbinliyini  itirmir.  Hətta,  bir  neçə 
dəfə işdən icazə alıb atasını xarici dövlətlərin həkim-
lərinə də aparmışdı. Səmanın əlindən gələni etməsinə 
baxmayaraq xəstənin vəziyyəti isə stabilləşmirdi. 
Son günlər xəstənin vəziyyətində baş verən də-
yişikliklər  heç  cür  Səmanın  xoşuna  gəlmirdi.  Səma 
həkimin dediyi dərmanları alıb tapşırıqlarına əməl etsə 
də  vəziyyətin  ürəkaçan  olmaması  diqqətindən  yayın-
mırdı. 
 
*** 
Gecədir.  Səhərə  yaxın  xəstənin  vəziyyətinin 
kəskinləşməsi  evdəkilərdən  fərqli  olaraq  Səmanı  va-
rından  yox  eləyıbdi.  Yaxınları  xəstənin  çarpayısının 
yanında  əyləşiblər.  Şəmil  özünü  tox  tutmağa  çalışır. 
Bir azdan gözünü Səmaya dikdi. Səma atasına yaxın-
laşdı. Xəstə əlini uzadıb Səmanın əlini əlinə aldı. Də-
rindən  köks  ötürüb,  baxışlarını  Səmanın  solğun  sifə-
tində saxladı və yavaş-yavaş pıçıldadı. 


Fazil SƏNAN 
 
74 
- Sağ ol, qızım. Mənə çox əziyyət çəkdin. Zəh-
mətini halal et. Çox razıyam. Bircə, səni xoşbəxt gör-
səydim, dünyadan rahat köçərdim. 
-  Ata,  mən  xoşbəxtəm.  Sən  yaxşılaş,  söz  veri-
rəm, tezliklə səni arzuna çatdıracağam. Təki, sən yaxşı 
ol. Səma atasının ağ balınca söykənmiş başını ehmalca 
qaldırıb, ağarmış sifətini öpüşlərə və göz yaşına qərq 
etdi. 
-  Yox,  bu  olmadı.  Sən  ki,  ağlayırsan.  Ağlama. 
Mənə nə olub. Bir az ağrıyıram. Bu ağrılar həmişə var. 
Səhər hökmən ayağa duracağam. 
Atasının inamlı danışığından Səmanın sifətində 
doğan Günəşin işıqları Şəmilin dodaqlarında təbəssüm 
yaratdı.  
- Bax, belə. Sən həmişə gül. Bu gülüş sənə çox 
yaraşır, qızım. 
- Ata, mənim gülüşüm səndən asılıdı. Sənin ke-
fin yaxşı olanda, mənim də kefim yaxşı olur. 
- Bax, mənim kefim əladı, - deyən Şəmil özünü 
cəmləyib çarpayıda oturdu və Səmaya dedi. 
- Özün bişirdiyin yeməkdən gətir, acmışam. 
Səma tez atasının hər iki üzündən öpərək sevin-
cək mətbəxə keçdi. 
İşıqlaşmağa  az  qalıbdı.  Səma  tez-tez  xəstənin 
tənginəfəs olduğunu müşahidə etsə də, ümidinə kölgə 
düşməyə imkan vermir. 
Şəmil əli ilə su istədiyini işarə etdi. Səma cəld 
mətbəxə  keçdi.  Bir  stəkan  ilıq  su  hazırlayıb  geri  qa-
yıtdı. Otağa daxil olanda xəstənin boynunun balıncdan 
düşdüyünü  görcək,  stəkan  əlindən  yerə  düşdü  və 
“a…t…a!!!” deyib özündən getdi. Səmanın döşəməyə 
yıxılmağı bir göz qırpımında baş verdi. 
 
 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə