Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

Nifrətin göz yaşları 
 
63 
gözlərinin  dərinliyində  öz  əksini  gördü.  Və  tez  də 
«Yox ola bilməz!» fikrinin təsiri ilə özünü ələ aldı. 
- Bilirsiniz Səma, mən o oğlanlardan deyiləm ki
gündə bir qıza eşq elan edəm. Həqiqi sevginin dili lal 
olur. Həqiqi sevgidə baxışlar və hisslər «danışır». Qor-
xuram, sözümü deyəm, «yox» cavabı alam. Bax o za-
man mənim üçün yaşamaq öz əhəmiyyətini itirər. Atəş 
qarşısında  dayanan  Səmaya  cavab  versə  də,  içində 
neynim, necə eləyim vəziyyətində qalmışdı. 
- Yaxşı, özünüz bilərsiniz. Yenə deyirəm, qızın 
adını desəniz, mən deyərəm. Amma bir şeyi bilin ki, 
hər şeydə cəsarət olduğu kimi, məhəbbətdə də cəsarət 
lazımdı, Səma gülə-gülə qapıya doğru getdi. 
Səmanı baxışları ilə yola salan Atəş fikirləri ilə 
təkbaşına qaldı. 
-  Düz  deyir  Səma.  Məndə  cəsarət  yoxdu.  Axı 
neynim,  onu  görən  kimi  dilim-ağzım  bağlanır.  Yaxşı 
girəvə idi. Özü dili ilə dedi: «Utanırsan, qızın adını de, 
mən deyim». 
Deyə bilmədim ki, o qız elə sizsiniz. Özünü nə 
qədər qınasa da, artıq ov bərədən keçmişdi. 
Yox,  daha  bəsdi.  Gör  nə  vaxtdandır  məni  mə-
həbbət oduna yandırır. Bu qədər düşüncəli olduğu hal-
da, görəsən mənim onu sevdiyimi Səma hiss etmirmi? 
Səhər  hökmən  fikrimi  açıq  bildirəcəyəm.  Nə  olur-ol-
sun, Atəş qətiyyəti ilə ayağa qalxdı və qapını bağlayıb 
evə tələsdi. 
 
* * * 
Səhər iş yerində Atəş Səmaya ürək sözünü –onu 
sevdiyini demək üçün tez-tez gah dəhlizə çıxır, gah da 
otağına qayıdır. Qız isə elə bil qeybə çəkilmişdi. Gö-
rünmürdü ki, görünmürdü. Atəş saata baxdı. Günorta 
fasiləsindən keçsə də, Səma hələ də gözə dəyməmişdi. 


Fazil SƏNAN 
 
64 
– «Bəlkə heç bu gün işə gəlməyibdi. Gedim bir 
otağına  baxım.  Yazıq  qız  düz  deyir  də,  «hər  şeydə 
cəsarətli olmaq lazımdır!» Yoxsa mənim kimi. Gözü-
mün qabağında olan bir qıza «səni sevirəm» kəlməsini 
deməyə cəsarətim çatmır. 
Özünü  cəmləyən  Atəş  ayağa  qalxıb  otağından 
çıxdı. Səmanın otağının qarşısına çatanda gördü yox, 
ayaqları  sözünə  baxmır.  Qapının  ağzında  dayanan 
Atəş  otağa  girim,  girməyim  fikrini  götür-qoy  etdiyi 
məqamda qəflətən açılan qapının ağzında Səmanın gü-
lümsər  çöhrəsini  görcək  qeyri-ixtiyarı  «işdəsiniz?»  - 
dedi.  Səma  Atəşin  özünü  itirdiyini  hiss  etsə  də,  üzə 
vurmayaraq  «Nə  yaxşı  gəlmisiniz?  Bir  işiniz  var?» 
deyə soruşdu. 
Qızın  «Nə  yaxşı  gəlmisiniz?  Bir  işiniz  var?» 
sözləri Atəşi düşdüyü gərginlikdən sanki xilas etdi. 
- Səhərdən gözüm sizi axtarır. Dedim bəlkə işə 
gəlməmisiniz. 
-  Gələndən  otaqdan  çıxmamışam.  Sənədlər  var 
idi,  onları  yazırdım.  Mənlə  işiniz  var?  Sözlü  adama 
oxşayırsınız. –  Səma  sual dolu baxışlarını Atəşin  ağ-
zına dikdi. 
- Hə, işim var. 
- Onda qapıda niyə durmusunuz. Gəlin içəri. Sə-
ma  Atəşi içəri dəvət etdi, oturmaq üçün stul göstərdi 
və özü isə yerinə keçdi. 
Səma  ilə  üzbəüz  əyləşən  Atəş  hardan  və  necə 
başlamaq  barədə  düşündüyü  məqamda  Səma  –  «Nə 
fikirləşirsiniz? Buyurun, eşidirəm» - dedi. 
- Bilirsiniz, Səma… sözünün arxasını gətirə bil-
məyən Atəş Səmanın ona zillənən baxışları altında ud-
qunmağa başladı. 


Nifrətin göz yaşları 
 
65 
- Utanmayın, sözünüzü deyin. – deyən Səmanın 
özündən asılı olmayaraq ürəyinin döyüntüsü getdikcə 
artmağa başladı. 
- Cəsarətlənmişəm. İstəyirəm sizə deyim ki… 
-  Hə,  bildim.  Qızın  adını  demək  istəyirsiniz. 
Utanmayın, deyin. Bu saat gedib sizin sifarişinizi o qı-
za çatdıraram. Sevənə kömək etmək ən böyük savabdı. 
Deyin görək kimdi o qız ki, sizi bu günə salıb, diliniz 
də söz tutmur? – deyən Səma gülümsünən sifətini ör-
tən qızılı saçlarını əli ilə yana elədi. 
- O, q..ı..z  s..i..z..s..i..n..i..z! - deyən Atəşin bə-
dəni sanki od tutub yanmağa başladı. 
-  N..e..c..ə,  o  q..ı..z    m..ə..n..ə..m?  –  deyən 
Səmanın sifəti pörtdü, ürəyi qəfəsə salınmış quş kimi 
çırpınmağa başladı. 
- Hə, s..i..z..s..i..n..i..z! Atəş baxışlarını döşəmə-
yə dikdi.  
Bu gözlənilməz cavabdan özünü itirən Səma bir 
xeyli fikrə getdi və özünü ələ alıb dedi: Demək o mah-
nını mənim üçün oxudursanmış? O, Sarışınım da mə-
nəm? Saçlarımın qızılı rəngdə olmağına görə «Sarışı-
nım» mahnısını da mənim üçün seçmisiniz? Elədimi? 
Qızın bu cür sərbəst danışığı sanki Atəşin içəri-
sində bir cəsarət əmələ gətirdi. Bu cəsarət yavaş-yavaş 
bədəninə yayılmağa başladı. 
-  Elədi.  O  mahnı  ancaq  sizin  üçün  yazılıbdı. 
Mənim  Sarışınım    indi  söz  sizindi.  –  Atəş  cəsarətlə 
qızın gözlərinə baxdı. 
Atəşin  qığılcım  saçan  baxışlarına  davam  gətir-
məyən Səmanın baxışları yerə dikildi. Heç elə bil dil-
dil ötən Səma deyildi. 
- Fikrinizi bilmək olarmı? – Atəş sual verdi. 
- Düzü, mən bunu çoxdan hiss etmişdim. Özlü-
yümdə  inanmırdım.  Məndən  daha  yaxşı,  gözəl  qızlar 


Fazil SƏNAN 
 
66 
var. Başa düşürəm, sevmək sifarişlə deyil. Sizin kimi 
oğlan  hər  cür  sevgiyə  layiqdir.  Amma,  mən  ərə  get-
mirəm. 
- Nə üçün? Bəlkə ayrı istədiyiniz var? 
- Xeyir. Heç bir istədiyim yoxdur. Elə bir fikrim 
də yoxdur. 
- Nəyə görə? 
-  Ona  görə  ki,  mən  atamı  ağılagəlməz  bir  mə-
həbbətlə sevirəm. Heç vaxt ağlıma gətirə bilmərəm ki, 
atama  olan  sevgimi  parçalayıb,  bir  başqasını  da  sevə 
biləm. 
- Evdə un çuvalına tay olacaqsınız? 
Atəşin sualındakı incə istehzanı göydə tutan Sə-
ma dedi: 
-  Bəli!  Evdə  qalacağam.  Mən  atamsız  ayrı  ya-
şaya bilmərəm. Atam mənim həyatımdı. 
-  Çox  maraqlıdır.  Hamı  atasını,  anasını  sevir. 
Amma ataya olan məhəbbətinə görə qızın ərə getmə-
məsini birinci dəfə eşidirəm. Çox qızlar əvvəlcə sizin 
kimi  deyib,  məhəbbətin  oduna  düşəndən  sonra  fikir-
lərini dəyişiblər. 
- Mən o qızlardan deyiləm, Atəş. 
- Sizin fikrinizdən belə çıxır ki, biz ata-anamızı 
sevmirik? 
-  Yox,  mən  elə  demirəm.  Hamı  ata-anasını  se-
vir. Amma mənim kimi yox. Yenə deyirəm, siz yaxşı 
oğlansınız. Hər cür sevgiyə, özü də dünyanın ən gözəl 
qızının sevgisinə layiqsiniz. 
- Mənim üçün dünyanın ən gözəl qızı elə sizsi-
niz. 
- Atəş, bir ürəkdə ancaq bir məhəbbətə yer ola 
bilər.  Atama  olan  məhəbbət,  mənim  ürəyimin  sər-
həddini elə  tutub və elə qoruyur ki, oraya daha ikinci 
bir  adamın  məhəbbəti  daxil  ola  bilməz.  Bu  məndən 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə