Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

Nifrətin göz yaşları 
 
47 
gözündə qalsa da, özünü o yerə qoymadı. «Eybi yox-
dur.  Mən  neçə  ildir  ona  əzab  vermişəm.  Bəs  o  insan 
deyildimi?»  fikrini  içindən  keçirən  Dəniz  mətbəxə 
keçdi  və  stolun  üstünü  hazırladı.  «Üfüq,  yemək  ha-
zırdır, gəl yeməyini ye» - dedi. 
Üfüq  əl-üzünü  qurulayıb  yemək  stoluna  yaxın-
laşdı. 
Görünür  mənim  qismətimdə  qadın  hazırladığı 
yeməyi yemək var imiş. Doğru deyirlər ki, qadın evin 
günəşidir. Elə bil mətbəx də, ev də gözəlləşibdi – de-
yən Üfüq Dənizə minnətdarlıq edərək stolun arxasına 
keçdi. Hər ikisi axşam yeməyini yeyəndən sonra Də-
niz  stolun  üstünü  yığışdırdı  və  qabları  yuyub  yerinə 
qoydu. 
- Çox sağ ol. Böyük əziyyət çəkmisən. İndi dur 
keçək o biri otağa həm televizora baxaq, həm də söh-
bət  edək,  –  deyən  Üfüq  otağa  keçib  divanda  əyləşdi. 
Dəniz də gəlib Üfüqün yanında oturdu. 
-  Dəniz,  qonaqdan  soruşmazlar  nə  üçün  gəl-
misən.  Amma  sirr  deyilsə,  nə  məqsədlə  bura  gəlmi-
sən?  Xüsusən  də  mənim  yanıma.  Mənim  üçün  çox 
maraqlıdır. – Üfüq Dənizin üzünə baxdı. Qızın gözlə-
rinin dərinliyində aşıb-daşan məhəbbəti gördü. 
Dəniz  Üfüqün  iş  yerini  tərk  edəndən  sonra  ke-
çirtdiyi mənəvi sıxıntıları incəliyinə kimi danışdı. Rüs-
təmin evliliyini və ona qarşı olan hörmətsizliyini incə-
lədikcə  Üfüq  özünü  saxlaya  bilməyərək:  «Şərəfsizin 
alçaqlığına  bax!»  deməsi  Dənizə  elə  bil  hadisəni  – 
Rüstəmin onu vurmasını unutdurdu. 
Parkda oturub bir az fikirləşdim ki, gedim otel-
də yer alım, səhəri qayıdım rayona. Yadıma düşdü ki, 
sənin ünvanını və telefonunu əldə etmişəm. 
-  Mənim  ünvanımı  və  telefon  nömrəmi  necə 
əldə etmisiniz? – Üfüq soruşdu. 


Fazil SƏNAN 
 
48 
-  Xahiş  edirəm,  bir  də  mənə  rəsmi  müraciət 
etməyin.  “Siz”  rəsmiyyətini  “sənlə”  əvəz  etsən  daha 
yaxşı olar. 
Dənizin sifətindəki təbəssüm Üfüqün gözündən 
yayınmadı. 
-  Axı siz  mənim  müdirəmsiz. İşçi müdirə necə 
müraciət etməlidir? 
- Xeyir, mən müdir yox, sənin qonağınam. 
- Baş üstə! Sən deyən kimi olsun. 
- Ürək istəsə hər şeyi əldə etmək olar. - Dəniz 
güldü  və  bir  az  da  Üfüqə  yaxınlaşdı.  -  Sonrasını  da 
gördüyün kimi, sənə qonaq gəldim. Özü də sənə əziy-
yət  vermədən,  öz  ayağımla.  Xətrinə  dəyirsə,  gedə  də 
bilərəm. Dəniz nazla gülümsündü. 
Üfüqün  baxışları  Dənizin  divardan  asdığı  şək-
linə ilişmişdi. 
-  Şəkli  görəndə  hər  şey  mənə  aydın  oldu.  – 
deyən Dəniz qollarını Üfüqün boynuna doladı. –  Mən 
belə gözləmirdim. Gəlişimə peşmansansa, durub gedə 
bilərəm.  Telefonunun  nömrəsini  bildiyim  halda,  mən 
özüm sənə zəng etmədim. Fikirləşdim ki, gəlişim sənə 
sürpriz olsun. Elə bilirdim ki, məni görən kimi bağrına 
basacaqsan. Yoxsa, Rüstəm kimi sən də evlənmisən? 
-  Yox,  nə  danışırsan?  Mən  Rüstəm  deyiləm. 
Mən bir dəfə sevmişəm, özü də bir nəfəri. O mənə nə 
qədər nifrət etsə də, mən onu unudan deyiləm. – Üfüq 
zərif  qolları  ilə  boynuna  sarılmış  Dənizin  gözlərinin 
içinə baxdı. Qızın gözlərində alovlanan ehtiras alovu, 
Üfüqün qəlbindən yan keçmədi. 
-  Qoy,  «Sevirəm,  unudan  deyiləm»,  deyən  do-
daqlarından öpüm, – deyən Dəniz Üfüqün başını, ətir 
qoxuyan  bəyaz  sinəsinə  sıxıb,  nazik  dodaqlarını  do-
daqlarına sıxdı. Bir azdan ayağa qalxan Dəniz: 


Nifrətin göz yaşları 
 
49 
- Üfüq, bilirəm, saçlarımı çiynimə tökməyib ar-
xada bağlamağım, bir dəfə də “Nə vaxt gedirsən? Get-
sən daha yaxşı olar» hərəkət və sözümü nifrət kimi qə-
bul edərək iş yerini tərk etdin. Bir məsələni yaddan çı-
xartma ki, mən ailəli idim. Səndən ötrü ölsəm də, ailə-
mə  xəyanət  edə  bilməzdim.  Bunu  mən  özüm-özümə 
bağışlaya bilməzdim. İndi isə… Eşitdiyin kimi, o ailə-
lidir. Mən isə sərbəstəm. İndi mən səninəm. Görürsən, 
saçlarımı sən dediyin kimi daramışam. Nə qədər istə-
yirsən həsrətində olduğun bu qızılı saçları oxşa, sığal-
la, özün bilərsən.  
Dəniz  Üfüqə  yaxınlaşdı  və  bir  azdan  Üfüqün 
qüvvətli qolları arasında çoxdan kişi nəfəsinə, kişi sı-
ğalına həsrət olan nazik, incə bədəninin alovu söndük-
cə  Dəniz  Üfüqü  daha  çox  özünə  sıxır  və  «Qurban 
olum sənə. Axır ki, mən də uzun illər içimdə gəzdir-
diyim sevgimin barını dada bildim» - dedi. 
Səhər açıldı. Dəniz özünü Üfüqün qolu üstündə, 
qızılı saçlarının Üfüqün sinəsinə dağılmış, hətta saçı-
nın bir hissəsini sol əli ilə dodaqlarına tutulmuş vəziy-
yətdə  gördü.  Özünü  xoşbəxtlər  xoşbəxti  hesab  edən 
Dəniz,  «Bu  canım  sənə  qurban,  Üfüq.  Gör  saçlarımı 
necə sevirsə, bütün gecəni sığallayıb öpübdü. Qadının 
sevilməyi onun əvəzolunmaz xoşbəxtliyidir» fikirləri-
ni  qəlbindən  keçirən  Dəniz  Üfüqün  dodaqlarından 
öpüb  yatağından  qalxdı  və  paltarını  geyinib,  hamam 
otağına  keçdi.  Qurulanıb  səhər  yeməyi  üçün  tədarük 
görməyə başladı. 
On  gündən  çox  olardı  Üfüqün  Dənizlə  birgə 
yaşaması. Hər gün işə gedən Üfüq iş qurtaran kimi evə 
tələsirdi.  Dəniz  də  ki,  bir  qadın  kimi  özünü  xoşbəxt 
hesab edirdi. Dəniz Üfüqlə razılaşmışdı ki, gedib rəs-
mi  boşansın və işdən  çıxıb gəlsin. Üfüqlə  ailə  həyatı 
qursunlar.  Beləcə  günlərin  necə  keçdiyini  bilməyən 


Fazil SƏNAN 
 
50 
Üfüq  Dənizlə istirahət günü olduğuna görə həm  gəz-
mək, həm də Dənizə bilet almaq üçün şəhərin gəzməli 
yerlərinə  yollandılar.  Səhərə  bilet  alan  Üfüq  Dənizə 
yaxınlaşdı.  
- Al, bu da sənin səhər saat 13
30
-a təyyarə bile-
tin. 
Dəniz bileti açıb nəzərdən keçirtdi və əl çantası-
na qoydu. 
- Bilmirəm, bu neçə günü səndən ayrı necə du-
racağam, - deyən Dəniz yanağını gizlədən saçlarını əli 
ilə geri darayıb gözünün altı ilə Üfüqə baxdı. 
- Elə mən də onu fikirləşirəm. Bilet alanda tək 
səbr  gəldi.  İstədim  almayam.  Bacarmadım.  Axı  sən 
getməlisən.  Amma  nədənsə  ürəyim  elə  narahatdı  ki, 
elə bil nə isə… sözünü tamamlamayan Üfüq Dənizi si-
nəsinə sıxdı. 
- Eh, heç bir şeyə fikir vermə. Şükür hər şey öz 
yolu ilə gedir. Bizə nə lazımdır. Qovuşduq. Uzun illər 
çəkdiyimiz  həsrətə  son  qoyuldu.  Görünür  taleyimiz 
belə yazılıbmış. Gedək evə. Darıxıram. Elə bil kimsə 
səni məndən almaq istəyir, – deyən Dəniz Üfüqün qo-
luna girdi və evə getməyə üz qoydular. 
Axşamdı.  Divanda  əyləşən  Üfüqlə  Dəniz  gələ-
cək  arzuların  qanadlarında  bir-birinə  həzin  nəğmələr 
pıçıldayırlar. Arzuların qoynunda yatağa girən hər iki 
aşiqin səhərin necə açıldığından xəbərləri olmadı. 
Artıq  vaxta  az  qalır.  Dəniz  hazırlaşıbdı.  Üfüq 
Dənizin yol çantasını götürüb qapıdan çıxmaq istəyən-
də Dənizin sözünə çöndü. 
- Üfüq, məni qınama, ürəyim yaman narahatdır. 
Elə bil bu bizim son görüşümüzdür. 
-  Dəli-dəli  nə  danışırsan?  Nə  olub  ki,  belə  dü-
şünürsən? Getmək istəmirsən, getmə. – dedi. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə