Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

Nifrətin göz yaşları 
 
39 
Tüstüsü ancaq özümə görünür». Barmaqları həriflərin 
üstündə gəzdikcə sözlər ekranda öz əksini tapırdı: 
-  «Məncə,  dünyada  ən  qorxulu  bəd  dua  və  pis 
qarğış «Səni görüm sevəsən», - deməkdir. Hətta ölüm 
sevgi qədər qorxunc deyil. 
Bütün  əzablardan,  bəlalardan  və  xəstəliklərdən 
qurtulmaq üçün yanlış yol seçib ölümü xoşbəxtlik sa-
nanlar az deyil. Amma sevgi müddətsiz məhbus, çarə-
siz  xəstəlik,  ömürlük  əzabdır.  İnsanın  içini  oyduqca 
oyur,  zərrə-zərrə  sona  çıxarır,  ancaq  sonu  görünmür. 
Bax, sonu görünməyən yolu getmək budur. Sevdinsə, 
sevgini müqəddəs saxlamaq üçün elə sonuna qədər də 
getməlisən. 
Sevgi  içindəki  təlatümdə  boğulan  xəyalları, 
ümidləri,  arzuları  hiss  etsən  belə  onları  qurtarmaq 
üçün onlara əlini uzada bilmirsən və sakitcə can ver-
mələrini izləyirsən. Çarəsizlik bax, budur!..» 
Dəniz yazını bir də oxudu və xeyli fikirləşdi. Bu 
məqamda təyyarəyə minik elan olundu. Nömrəni yığıb 
ismarıcı  Üfüqün  telefonuna  göndərdi,  ayağa  qalxıb 
sərnişinlərlə birgə təyyarəyə doğru addımladı.  
Bir  azdan  Dəniz  hava  laynerinin  ilmünatorun-
dan buludları seyr edirdi. Qarşıda isə onu nə gözlədi-
yini bilmirdi. Özü də hiss etmədən içində bir səksəkə 
var idi. Bu nə idi, onu başa düşə bilmirdi. 
 
* * * 
Səsə Üfüq telefonun düyməsini basdı. Gələn is-
marıcı  oxuyanda  həm  sevindi,  həm  də  təəssübləndi. 
Üfüq bir tərəfdən Dənizə bəraət qazandırdı. Çünki Də-
niz ailəli idi. Digər tərəfdən isə… heç cür izah edə bil-
mirdi. İki divar arasında sıxılan Dənizin yazdığı isma-
rıcda dumanlı fikirlərə öz münasibətini bildirməyi qə-


Fazil SƏNAN 
 
40 
rara  aldı  Üfüq.  Dənizə  belə  bir  ismarıc  yazdı:  «İn-
sanlar  çox  qəribədir.  Nə  istədikləri bəlli  deyil. Nəyin 
dalınca qaçırlar, nə istəyirlər, heç özləri də bilmir. Nə 
istədiyini bilməyən insanların ucbatından, nə istədiyini 
bilən insanlar daima əziyyət çəkir». 
Təyyarədə  ismarıcı  oxuyan  Dəniz  «Düz  deyir-
sən Üfüq, mən nə istədiyimi bilmirəm. Həqiqətən iki 
od arasında qalan mən nə etdiyimi özüm də bilmirəm. 
Gah  hisslərimin  quluna  çevrilirəm,  gah  da  ağlımın. 
Amma Üfüq, sən nə istədiyini bilirsən. Sən məni istə-
yirsən, sən qızılı saçlarımı sığallamaq, gözlərimin də-
rinliyində  həmişəlik  qalmaq,  məni  köksünə  sıxmaq 
arzusundasan.  Neyləməli,  adət-ənənənin  sərhəddini 
aşmaq mümkün deyil. Xüsusən də, biz qadınların, çox 
vaxt ürəyimiz başqasına, bədənimiz isə digərinə mən-
sub olur. Bax, Üfüq mən həmin o qadınlardanam. Qəl-
bim sənin, bədənim isə Rüstəmindi. Etiraf edim ki, bu 
günahı özüm-özümə bağışlaya bilmərəm. Yolunu azan 
qadının başı  kəsilməlidir fikrinə mən  də şərikəm. Nə 
isə…»  
Fikrində  Üfüqlə  danışan  Dəniz  stüardessanın 
“Kəmərləri  bağlayın,  təyyarə  meydançaya  enir”,  söz-
lərindən sonra salonda bir canlanma hiss olundu. 
 
* * * 
Dəniz  taksiyə  əyləşib  gedəcəyi  ünvanı  söylədi. 
Taksini yola salan Dəniz binanın nömrəsinə baxdı, 47 
rəqəmini  görəndən  sonra  arxayınlaşdı  ki,  ünvana  düz 
gəlibdi.  Liftdən  düşüb  qapıların  üstündə  yazılmış  rə-
qəmləri gözdən keçirtdi. 275 rəqəmini görən kimi elə 
bil nəsə içində qırıldı. Özünü ələ alıb toxtadı. Qapıya 
yaxınlaşdı  və  barmağını  zəngin  düyməsinə  qoymağı 
ilə bədənindən bir üşütmə keçdi.  


Nifrətin göz yaşları 
 
41 
İçəridən  «Kimdir?»  sualını  verənin  qadın  səsi 
olmağını eşidən Dənizin bədəni qılçalarına ağırlıq et-
məyə  başladı.  Yıxılmamaq  üçün  qapının  yanına  söy-
kəndi və toxtayıb «Yaxın adamdır» - dedi. Qapı açıldı. 
Bu zaman orta boylu göyçək bir rus qızı qapının ağ-
zında  dayandı.  Təxminən  üç  yaşında  totuq  bir  oğlan 
uşağı  özünü  tez  anasının  yanına  çatdırdı  və  maraqla 
qapıda dayanmış Dənizə baxmağa başladı. 
- Sizə kim lazımdı? – rus qızı soruşdu.  
-  Bağışlayın,  Rüstəm  burada  yaşayır?  –  Dəniz 
soruşdu. 
- Hansı Rüstəm? – deyən rus qızının elə bil göz-
ləri böyüdü və sifəti tutuldu. 
- Zakirli Rüstəm İslam oğlu. Azərbaycanlıdı.  
Dənizin  ürəyinin  döyüntüsü  sanki  qulaqlarına 
çatırdı. 
-  Bəli,  burada  yaşayır.  Siz  onun  nəyisiniz?  – 
deyən rus qızının göyçək, ağ sifətini birdən-birə qara 
bulud bürüdü. 
- M..ə..n..., m..ə..n…, udquna-udquna qalan Də-
niz  bir  təhər  özünü  cəmləşdirdi  və  mən  onun  həyat 
yoldaşıyam. – dedi. 
Rus  qızının  əsəbi  şəkildə  «necə?»  deməsinə, 
Dənizin yenidən «Mən Rüstəmin arvadıyam» cavabını 
eşidən  ev  sahibəsi  qəfil  qopan  boğanağın  qarşısında 
dayana bilməyib yıxılan ağac kimi gözlənilmədən dö-
şəməyə sərildi. Anasının döşəməyə yıxılmasından qor-
xan  uşağın  çığırtısına  içəridən  çıxan  Rüstəm  qapının 
ağzında dayanmış Dənizi görən kimi bir anlığa özünü 
itirdi.  Sonra  özünə  gəlib  gözlərini  sildi  və  yenidən 
baxdı: 
-  Ola  bilməz.  Sən  hara,  bura  hara?  Necə  gəlib 
bura çıxmısan? 


Fazil SƏNAN 
 
42 
- Olar, hər şey ola bilər. İçəridən su gətir, sonra 
danışarıq, - deyən Dəniz yerə uzanmış rus qızının nəb-
zini  yoxladı  və  əli  ilə  yavaş-yavaş  sifətini  döyəclə-
məyə başladı. Rüstəmin gətirdiyi stəkanı əlindən alıb 
rus qızının sifətinə və sinəsinə su çilədi. Əli ilə həmin 
su  damcılarını  yayaraq,  rus  qızının  özünə  gəlməsini 
gözlədi. Anasının yanında durub ağlayan uşağı özün-
dən asılı olmayan hansısa sehirli bir məhəbbətin təsiri 
ilə  qucağına  alan  Dəniz  uşağın  qara  saçlarını  sığal-
layıb üzündən öpdü. 
Dəniz gözünü açıb özünə gələn rus qızının qo-
lundan  tutub  ayağa  qaldırdı.  Rüstəmlə  o  biri  otağa 
apardı və bir azdan geri qayıtdı.  
-  Nəyə  gəlmisən?  Mənim  ünvanımı  necə  öy-
rənmisən? Tək arvad xeylağı kimlə gəlmisən? – deyən 
Rüstəm Dənizi ittiham etməyə çalışırdı. 
Rüstəmdən  yersiz  sualları  eşidən  Dəniz  qəhər-
dən boğularaq danışa bilmirdi. 
- Bu nə deməkdir? Mən sənin qanuni həyat yol-
daşınam.  Beş  ildən  çoxdur  gəlmisən.  Fikirləşmirsən 
ki, mən 6-7 ayın gəlinini neçə ildir ki, tullayıb gəlmi-
şəm. Bir qoca ata-ana sənin dərdini çəkir. Yaxşı, bütün 
bunlar sənin ürəyini ağrıtmır?  
Dəniz  boğazına  yığılmış  acı  qəhəri  udaraq  göz 
yaşını silib özünü ələ almağa çalışdı. Bu vaxtı içəridən 
rus qızı da gəlib bir az kənarda dayanaraq dilini bilmə-
diyi bu söhbətə qulaq asmaqla bərabər, jest və mimi-
kaları müşahidə edərək nə isə başa düşməyə çalışırdı. 
- Niyə başa düşmək istəmirsən ki, mən səni sev-
səydim, bu neçə ildə bir dəfə yanına gələrdim. Görür-
sən  ki,  arvadım  da,  uşağım  da  var.  Qaldı  ata-anama. 
Onların  dərdi  sənə  qalmayıbdı.  Sən  o  evdə  olduğun 
üçün  mən  gəlmirdim,  pul  göndərmirdim.  Sən  evdən 
çıx  get.  Qalan  işlərlə  işin  yoxdur.  –  deyən  Rüstəm 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə