Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

Nifrətin göz yaşları 
 
43 
sanki ovunu parçalamağa hazırlaşan pələngə oxşayır-
dı. 
Bu beş ildə ailə şərəfini qoruyan Dəniz eşitdik-
lərinə  inana  bilmirdi.  İçində  baş  qaldıran  fırtına  qəf-
lətən püskürməyə başladı. 
-  Borc-xərc  eləyib  səni  əməliyyat  elətdirdim. 
Əməliyyat üçün aldığım borc və krediti bir il olar ki, 
güclə  qurtarmışam.  Həkim  məsləhət  gördü  ki,  ağır 
ürək  əməliyyatı  olduğu  üçün  hələlik  qadınla  yaşaya 
bilməz. Yaxşı olar ki, bir neçə il yoldaşından aralı ol-
sun. Salamat qalmağın üçün səni Rusiyaya göndərdik. 
Daha demədik ki, gəl burada evlən.  
Mən cavan ömrümü sənin sağlamlığın üçün qur-
ban verdim, sənsə burada özün üçün keflə məşğulsan. 
Sən  nə  qədər  alçaq,  şərəfsiz  və  vicdansız  imişsən,  – 
deyən  Dənizin  söz  ağzından  qurtarmamış  «Rədd  ol 
buradan, fahişə!» deyən Rüstəmin gözlənilmədən vur-
duğu şapalağın zərbəsindən Dənizin gözlərindən ətrafa 
sanki  qığılcım  dağıldı.  Səntirləyən  Dəniz  yerə  yıxıl-
maq  istəyəndə  kənarda  durub  hadisəni  seyr  edən  rus 
qızı cəld özünü köməyə çatdırdı və onu bəlkə də ölü-
mün  caynağından  xilas  etdi.  Ola  bilsin  Dənizin  başı 
pilləkənin  məhəccərinə  və  yaxud  sement  döşəməyə 
dəyib ölümünə səbəb olardı. 
-  «Sən  vəhşisən?  Qadına  da  əl  qaldırarlar?»  – 
deyən rus qızı Dənizin qolundan tutaraq bir təhər onu 
otağa aparıb stulda əyləşdirdi. Cəld içəridən su gətirib 
verdi  ki,  içsin.  Suyu  içən  Dəniz  bir  az  özünə  gəlib 
ayağa durdu. 
- Keçin o biri otağa – içəri, sizə qulluq edim, - 
deyən rus qızı yazıq-yazıq Dənizin üzünə baxdı.  
- Çox sağ olun! – deyən Dəniz ayağa qalxıb, ge-
riyə baxmadan qapıdan çıxdı. 


Fazil SƏNAN 
 
44 
Küçəyə  çıxan  Dəniz  ətrafına  boylandı.  Bir  an-
lığa asfalt yolda şütüyən maşınları, səkidə gedib-gələn 
saysız-hesabsız  adamları  nəzərdən  keçirtdi.  Yaxınlıq-
da olan parkda qoyulmuş boş skamyada əyləşdi. Olub 
keçənləri təhlil etməyə başladı. Boğazına yığılmış qə-
həri səssiz boşaldandan sonra, özünə gəlib ayıq başla 
düşünməyə başladı. Neyləməli? Nə cür hərəkət etmə-
li? Hansı yolu seçməli? – fikirlərinin burulğanında bo-
ğulan Dəniz özünə gəlib saata baxanda axşama az qal-
dığını indi başa düşdü. “Hara getməli? Bu yad şəhərdə 
cavan  gəlin  oteləmi  getsin?  Yox,  ola  bilməz.  Bəs  nə 
etməli?” Dumanlı beynində bir işıq doğdu və Üfüqün 
ünvanı yadına düşdü. Gözlənilmədən gedim? Bəlkə, o 
da evlidir. Orada da gözlədiyimin əksini görsəm daha 
yaşamağın  mənası  yoxdu.  Amma  inanmıram  Üfüq 
məni  unuda.  Bütün  ağrı-acıları  unudan  Dəniz  skam-
yadan  qalxdı  və  ürəyində  özü  də  başa  düşmədiyi  bir 
sevinc  hissi  ilə  yola  düşdü.  Taksi  saxladıb  ünvanı 
dedi. Bir az sonra pillələrlə yuxarı qalxan Dəniz 315 
nömrəli  otağın  qarşısında  dayanıb  zəngi  basdı. 
İçəridən  gələn  səsdən  hiss  olunurdu  kimsə  qapıya 
yaxınlaşdı  və  qapı  açıldı.  Üfüq  qarşısında  Dənizi 
görəndə  özünü  itirdi.  Bir  anlığa  duruxdu  və  handan-
hana  «Doğrudan  sənsən?  İnanmıram.  Gözümə 
görünür,  yoxsa  doğrudur?  Ola  bilməz!»  deyən  Üfüq 
hər iki əli ilə gözlərini silib yenidən baxdı.  
- Doğrudan, Dəniz, sənsən? – dedi. 
-  Xəyal  deyil,  mənəm!  Üfüq,  mənəm!  Dənizin 
özüdür! - Deyən Dəniz gülümsündü. 
-  Xoş  gəlmisən.  İçəri,  keç!  Keç  içəri!  –  deyən 
Üfüq Dənizi içəri dəvət etdi. 
Dəniz  elə  fikirləşirdi  ki,  Üfüq  onu  görən  kimi 
boynuna sarılacaqdır. Ürəyindən keçəni görməyən Də-
nizin  «Yəqin  məni  unudub.  Nə  çoxdu  gözəl-göyçək 


Nifrətin göz yaşları 
 
45 
rus qızları və s.» fikirləri beynindən keçdi. Üfüq Də-
nizə əyləşməyə yer göstərib çay hazırlamaq üçün mət-
bəxə keçdi. 
İmkandan  istifadə  edən  Dəniz  otağı  nəzərdən 
keçirtdi. Divarda öz şəklini görəndə istər-istəməz cəld 
ayağa qalxaraq gəlib şəkilin önündə dayandı. Bu şəkil 
Dənizin ən çox sevdiyi şəkil idi. Şəkildə sifətini bürü-
yən  təbəssüm, çiyinlərinə  tökülən qızılı  saçları  sifəti-
nin bir tərəfini gizlətmişdi. Şəkil internetdən götürül-
müşdü.  Dəniz  bu  şəkili  qəsdən  internetə  qoymuşdu. 
Bilirdi ki, Üfüq bu görkəmdə onu daha çox sevir. Gö-
rünür  səhv  etməmişdir.  Üfüq  acıq  eləyib  doğma  yer-
lərdən  ayrılsa  da,  Dənizlə  nəfəs  alırmış,  onun  xəyalı 
ilə  yaşayırmış.  Ürəyində  ağlagəlməz  sevinc  və  qurur 
hissi duyan Dəniz gəlib divanda əyləşdi. Elə oturdu ki, 
şəkili görməsin. 
- Dəniz, durun gəlin mətbəxə. Çay hazırdı. Bir 
stəkan çay için. – dedi Üfüq.   
-  Əl-üzümü  yuyum,  sonra  –  deyən  Dəniz 
Üfüqün üzünə baxdı. 
- Hamam ordadı.  
Üfüq hamamı göstərdi və özü mətbəxə keçdi. 
Əl-üzünü  qurulayıb  mətbəxdə  stolun  arxasına 
keçən Dəniz çay içməyə başladı. 
- Yəqin ac olarsınız? – Üfüq ayağa qalxdı və so-
yuducunu açıb stolun üstünə yemək qoymağa başladı.  
- Rahat çörək yeyin. Bura sizin öz evinizdi. So-
yuducuya  baxın,  ürəyiniz  nə  istəyirsə  ondan  istifadə 
edə bilərsiniz.  
Üfüq Dənizin rahat yeməsi üçün onu mətbəxdə 
tək qoyub o biri otağa keçdi. 
Dəniz  yeməyini  yeyib  qabları  yudu,  stolun  üs-
tünü  və  mətbəxi  səliqəyə  saldı.  Mətbəxə  gələn  Üfüq 
mətbəxin  təmizliyini  nəzərdən  keçirib  «O  saat  bilinir 


Fazil SƏNAN 
 
46 
ki, burada qadın əli gəzibdi. Sağ ol Dəniz» - dedi və 
gülümsündü. 
Üfüqün  sözlərindən  utanan  Dəniz  başını  aşağı 
saldı. 
- Əyləşin təzə çay dəmləyim, - deyən Dəniz do-
lu  çayniki  elektrik  cərəyanına  qoşdu.  İki  stəkana  çay 
süzüb  stolun  üstünə  qoydu.  Üfüq  çayını  içib  saata 
baxdı və dedi: 
- Dəniz, gəlin sizi evlə tanış edim, deyən Üfüq 
otaqlarla tanışlıqdan sonra Dənizə lazım olan göstəriş 
və tapşırıqlarını dedi. Mən işə gedirəm. Gecə 11-12-də 
gələcəyəm.  Özünü  öz  evindəki  kimi  hiss  et.  Qapını 
içəridən bağla və dincəl. Yəqin ki, yorulmusan – de-
yən Üfüq qapıdan çıxdı. 
 
* * * 
Üfüq  gedəndən  sonra  Dəniz  evə  əl  gəzdirdi. 
Axşama yemək hazırladı. Hamamlanıb paltarını dəyiş-
di  və  güzgünün  qarşısında  dayanıb  özünü  nəzərdən 
keçirtdi. Televizoru açdı və divanda əyləşdi. Qapının 
döyülməyinə ayağa qalxdı və saata baxdı. Saat 11-ə az 
qalmışdı. Qapıya yaxınlaşdı. «Kimdir?» deyə soruşdu. 
-  Açın,  mənəm,  Üfüqdür.  -  sözünü  eşidən  –
Dənizin içindən bir sevinc dalğası keçdi. 
Qapıdan içəri girən Üfüqün qarşısında dayanan 
Dənizin  üzündən sevinc tökülürdü. Əynindəki  qolsuz 
xalatın  üzərindəki  çiçəklər  də  sanki  sevinirdi.  Qızılı 
saçları çiyinlərinə tökülən Dənizin gözəlliyi Üfüqü bir 
anlığa duruxdurdu və içindən qızı qucaqlayıb bağrına 
basmaq keçdi. Yadına nə düşdüsə «Axşamınız xeyir» 
deyib  otağa  keçdi.  Üfüqün  «Axşamınız  xeyir»  deyib 
yanından  ötməsi  Dənizin  içində  aşıb-daşan  sevincin 
bir anda üstündən xətt çəkdi. Dənizin gözlədiyi arzusu 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə