Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

Nifrətin göz yaşları 
 
35 
mənlə  əlaqə  yarat.  Səbirsizliklə  cavabını  gözləyirəm. 
İmza «Qızılsaç». 
Hər gün kompyuteri açır və xeyli axtarış aparan 
Dəniz Üfüqdən bir səs-səda çıxmadığını görsə də için-
də inadından dönmür. Vaxtının çox hissəsini internet-
də keçirən Dənizə bir məsələ tam aydın idi ki, o, Üfü-
qə qarşı olan istəyini cilovlaya bilmir. 
 
* * * 
Lena  gedəndən  sonra  Üfüq  qayıdıb  yatağına 
girdi. Bütün gecəni Dənizlə «danışdı». Dənizin xəyalı 
ilə də yuxuya getdi. Səhər qalxıb işə tələsdi. İşini yo-
luna qoyub iş yerindən çıxıb fikrini dağıtmaq məqsədi 
ilə  gəzinə-gəzinə  evə  yola  düşdü.  Birdən  böyürdəki 
mağazaya gözü sataşdı. Mağazaya daxil oldu və kom-
pyuterləri görən kimi sifətini bir təbəssüm işıqlandırdı. 
«Heç  gör  ağlıma  gəlirmi  ki,  internet  vasitəsi  ilə  həs-
rətimə son qoyam. Allah səni ixtira edənin atasına rəh-
mət eləsin» fikrini  beynindən keçirərək bir kompyuter 
seçib yoxladı və pulunu verdi. Sonra çantanı götürüb 
evə doğru addımladı. Kompyuteri evə qoyub, internet 
açdırmaq məqsədi ilə ofisə getdi. Saata baxdı ki, axşa-
ma az qalıb, hələ də günorta çörəyini yeməyibdi. Ka-
feyə dönüb əlüstü çörək yeyib iş yerinə yollandı. Ürə-
yində axşamın tez düşməyini elə arzulayırdı ki, inter-
netdə Dənizlə «həmsöhbət» olsun. 
Artıq gecədi. İşdən çıxan Üfüq evə tələsir. Ota-
ğa daxil olan kimi kompyuteri stolun üstünə qoyub aç-
dı. Bir azdan Dənizin şəklini ekranda görən Üfüq ek-
randan öpüb «A mənim həyatım, gözlərindən heç nif-
rət  oxunmur.  Yox,  sənsiz  mənə  həyat  yoxdur»  deyib 
başladı  səhifəni  «vərəqləməyə».  Dənizin  «məktub»u-


Fazil SƏNAN 
 
36 
nu oxuyan Üfüqün gözləri doldu. «Demək, mənsiz ona 
da çətindi» - fikrini beynindən keçirtdi. Cavab yazdı. 
«Həyatım Qızılsaş! Məktubunu oxudum. 
Elə  bil  dünyaya  yenidən  gəldim.  Dünyanın 
ən xoşbəxti mənəm. Heç bilirsən sənsiz keçən 
günlərimin əzabını ancaq sevənlər bilər. Hər 
şey yaxşıdır. Bir çatışmayan sən idin. İndiyə 
kimi  heç  kompyuter  ağlıma  gəlməyibdi.  Bu 
gün təsadüfi olaraq kompyuter aldım ki, in-
ternetdə  şəklin  olsa  ona  baxam.  Məktubunu 
oxuyanda nə qədər sevindiyimi təsəvvür edə 
bilməzsən.  Mən  səni  sevirəm.  Səni  isə  bil-
mirəm…» 
İmza:  Üfüq   
 
* * * 
Dəniz Üfüqlə əlaqə yaradandan rəngi-rufu açıl-
mışdı.  Amma  içində  bir  ağrı  gəzdirirdi.  Ailəli  olmaq 
məsələsi.  Odla-su  arasında  qalan  Dəniz  bütün  günü 
ancaq, «nə etmək» sualı ətrafında düşünürdü. 
- Yox, hisslərimin əsirinə çevrilə bilmərəm. Mə-
nim on üç-on dörd yaşım yoxdur ki, eşqə düşəm. Ailə-
nin müqəddəsliyini, toxunulmazlığını qorumaq lazım-
dır. El-oba, qohum-əqrəba nə deyər? Rüstəmin getdi-
yindən gör neçə il keçir. Yox, icazə alıb, Rüstəmin ar-
xasınca getməliyəm. Görüm bu neçə ildə nə işlə məş-
ğuldu. İnanmıram... İşdi əgər məni başqasına dəyişmiş 
olsa… yox, yox, nə axmaq şeylər barədə düşünürəm. 
Ola bilməz. Getmək lazımdır. Rüstəmin ünvanını necə 
əldə edim?.. Birdən yadına düşdü ki, Osman bilər. Ax-
şam qaynanamı  göndərim görək bir şey öyrənə bilər-
mi? – fikri ilə axşam işdən evə qayıdan kimi Zərifə ar-
vadı Osmangilə göndərdi. 


Nifrətin göz yaşları 
 
37 
Zərifə arvad gecədən keçmiş gəldi. Əlindəki ka-
ğızı Dənizə uzatdı. 
- Ala, ay qızım. Hər şey burda yazılıb.  
Dəniz kağızı alıb oxudu. Sankt-Peterburq şəhəri
Avropa prospekti, bina 47, mənzil 275. 
-  Sağ  ol,  xala.  Dəniz  ünvan  yazılmış  kağızı  əl 
çantasına qoydu. 
- Get, a qızım, get gör o şərəfsiz nə işlə məşğul-
du. Vallah, qızım, sənin üzünə baxanda ürəyimdən qa-
ra qanlar axır, – deyən Zərifə arvad yaylığının ucu ilə 
gözlərinin yaşını sildi. 
- Ağlama, xala. Səhər işdən icazə alım, həm də 
bilet alım. Birisi gün yola düşəcəm. 
- Nə deyim, a qızım. Dilimiz yanında gödəkdi. 
Daha  bizim  sənə  deməyə  bir  sözümüz  yoxdu.  Allah 
üzünü ağ eləsin. Sənin kimi gəlinə yeyə çıxa bilmədik. 
Heç oğlumun üzü ağ olmasın. 
- Fikir eləmə, xala, hər şey öz yoluna düşəcək. 
Bir də ki, nə olsa, yenə də sənin gəlininəm.  
-  Yox,  ay  qızım,  qadan  ürəyimə,  Rüstəm  gəlin 
kimi  sənin  yanında  başımızı  yuxarı  eləmədi.  Nə  isə, 
bala,  yaralarımı  qopartma,  -  deyən  Zərifə  arvad  gəli-
nindən aralanıb o biri otağa keçdi. 
Birisi gün Dəniz yol çantasını götürüb qapıdan 
çıxmaq  istəyəndə  Zərifə  arvad  gəlininə  yaxınlaşıb 
əlindəki pulu ona uzatdı: 
- Al, qadan ürəyimə. Qoy cibinə. 
- Yox, sağ ol xala, pulum var, desə də Zərifə ar-
vad  əl  çəkməyib  zorla  pulu  Dənizin  ovcuna  qoydu. 
Dəniz qapıda dayanmış taksinin qapısını açıb oturdu. 
İslam kişi yaxınlaşdı və əlini cibinə salıb bir qom pul 
çıxardıb uzatdı. 
- Qızım, al görüm. 


Fazil SƏNAN 
 
38 
- Yox, əmi, heç bir şey lazım deyil, pulum var. 
Dəniz  etiraz  etsə  də  İslam  kişi  ötkəmliklə:  -  Söz  gü-
ləşdirmə. Al qoy cibinə. 
Dəniz pulu alıb çantasına qoydu. 
- A, gəlin! O qurumsağı tap, denən ki, dədən de-
di  ki,  bizim  nəsildən  şərəfsiz  çıxmayıbdı.  Sən  kimə 
oxşadın? – deyən İslam kişi «Yaxşı yol», deyib üzünü 
yana  çevirdi.  Zərifə  arvad  isə  tərpənən  maşının 
arxasınca bir parç su atdı və dedi: 
- Qurban olum sənə ay Allah, bu gəlini bizə çox 
görmə. Allah oğluma da ağıl versin. 
Ər-arvad darvazadan həyətə keçdilər. 
 
* * * 
Taksi hava limanının qarşısında dayandı. Sürü-
cü tez maşından düşüb yük yerindən yol çantasını gö-
türüb yerə qoydu. Dəniz sürücünün pulunu verib tak-
sini  yola  saldı,  sonra  çantasını  götürüb  içəriyə  daxil 
oldu. Bileti çıxardıb qeydiyyatdan keçirtdi və gözləmə 
salonuna keçdi. Uçuşa yarım saata yaxın vaxt var idi. 
İlk dəfə idi Dəniz tək uzaq səfərə çıxırdı. Hər ehtimala 
qarşı Üfüqün ünvanını və telefon nömrəsini də götür-
müşdü.  Birdən  lazım  olar.  Bu  barədə  Üfüqə  heç  bir 
şey  deməmişdi.  Hətta,  Dənizin  Sankt-Peterburqa  gəl-
məyindən  belə  Üfüqün  xəbəri  yox  idi.  Bir  istədi  ki, 
Üfüqə  zəng  etsin  ki,  onu  qarşılasın,  sonra  fikrindən 
daşındı.  Öz-özünü  danladı.  Deyəsən  olan  ağlımı  da 
itirmişəm? Mən ərimin arxasınca gedirəm, yoxsa baş-
qasının dalınca? Belə olanda arvadın dərisini boğazın-
dan çıxardırlar, düşünən Dəniz köksünü ötürdü və te-
lefonu çıxardıb qurdalanmağa başladı. Üfüqün şəklinə 
baxdı  və  «Sən  nə  bəla  olub  keçmisən  mənim  xirtdə-
yimə? Ürəyimə elə od salmısan ki, için-için yanıram. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə