Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   2   3   4   5   6   7   8   9   10   ...   49

Nifrətin göz yaşları 
 
27 
dedi. Bəs sonrası nə olacaq? Heç fikirləşirsən bu sev-
ginin sonunu? 
Beləcə  məsələni  özlüyündə  götür-qoy  edə-edə 
axır ki, gəlib indiki vəziyyətlə rastlaşdı. Dənizin «Nə 
vaxt gedirsən?» sözü Üfüqün bütün ümidlərini alt-üst 
etdi. 
Üfüqün fikrincə Dənizin onun acığına saçlarını 
arxadan bağlaması belə bir qənaətə gəlməyə əsas verdi 
ki, «Yox, Dəniz mənə nifrət edir. Mən isə ona görə hə-
lə də burada qalmışam. İşıq ucu görünməyən qaranlıq-
da  çıxış  yolu  axtarmağa  dəyməz»  fikri  ilə  də  işdən 
çıxma ərizəsinə qol çəkdirən kimi evə gəlib pal-palta-
rını  yol  çantasına  yığdı.  Sənədlərini  götürüb  qapıdan 
çıxanda  mobil  telefonu  cibindən  çıxardaraq  Səfərin 
nömrəsini tapıb ekrana gətirdi və düyməni basdı. Bir 
az keçmiş «Alo» sözünə cavab verdi: 
- Salam Səfər. Tanıdın? Mənəm, Üfüqdü. 
-  Salam  Üfüq.  Tanıdım.  Nə  var,  nə  yox,  necə-
sən? Kefin-halın? Evdə-eşikdə sağlıq, salamatlıqdımı? 
Nə yaxşı, bizi yada salmısan? 
- Çox deyirdin, gəl, gəl! İndi gəlirəm. 
- Üfüq, axır ki, mən deyənə gəldin? Doğru de-
yirsən, yoxsa zarafat edirsən? 
-  Nə  zarafat,  yoldayam.  Allah  qoysa  səhər 
Sankt-Peterburqdayam. Necədi? Güldü Üfüq. 
- Çox əla! Xoş gəlirsən. Gözüm üstdə yerin var. 
Heç bir şey fikirləşmə. Hər şey yaxşı olacaq. Çatan ki-
mi zəng elə qarşılayaq. Sağ ol, – deyən Səfərin sevinci 
sanki telefona sığmırdı. 
Təyyarədən  düşən  Üfüq  ətrafa  döyükürdü  ki, 
Səfərin uşaq sevinci ilə onu qucaqlaması Üfüqü köv-
rəltdi. Bu kövrəklik hər iki dostu mütəəssir etsə də üz-
gözlərindən  yağan  sevincin  seli  elə  bil  bütün  şəhəri 
bürümüşdü.  


Fazil SƏNAN 
 
28 
Üfüqün  Sankt-Peterburqa  gəlməyindən  üç  ay-
dan  bir  az  keçmişdi.  Səfər  aldığı  iki  otaqlı  evi,  bir 
marketini və bir kafesini Üfüqə vermişdi. Marketlə ka-
fedən heç bir təmənna güdmədən bir illik rəhbərliyini 
və gəlirini Üfüqə verməklə demişdi: 
- Marketlə kafeni bir il işlət. Gələn gəliri ilə sə-
nə yeni ticarət və yaxud iaşə obyekti alarıq. Evdə də 
öz evin kimi yaşa. Ürəyin istədiyi qızla ailə həyatı qur, 
imkanın olanda özünə yeni ev alarsan, – söyləmişdi. 
Yaradılmış  şəraitdən  razı  qalan  Üfüq  üç  ayda 
əlinə  gələn  gəliri  qəpiyinə  kimi  Səfərin  ovcuna  qo-
yurdu. Səfər isə Üfüqün qazancını ayrı yığaraq ona şə-
rait yaratmaq  barədə  götür-qoy edirdi.  Hər  axşam iş-
dən  evə    qayıdan  Üfüq  yeməyini  yeyib  dincəlmək 
üçün  divanda  əyləşəndə  özündən  asılı  olmayaraq  xə-
yalı onu Dənizin yanına aparırdı. Nə qədər çalışsa da 
Dənizi unuda bilmirdi. Hətta bir dəfə əl çantasında sə-
nəd axtararkən əlinə bir kağız keçdi. Kağızı nəzərdən 
keçirtdi.  Bu  qəbzlə  Dənizin  mobil  telefonuna  kontur 
yükləmişdi. Yüklədiyi konturun qəbzi idi. Əziz xatirə 
kimi çantaya qoymuşdu. 
Beləcə gündüz iş, gecə Dənizin xəyalı ilə Üfüq 
hiss etmədən Sankt-Peterburqda günləri bir-bir arxada 
qoyurdu. 
* * * 
Səfərin  dostu  Kərimin  ad  günüdür.  Restoranda 
stollar başdan-başa bəzədilib. Sağlıqlar bir-birini əvəz 
edir.  Deyilən  sağlıqların  hədəf  nöqtəsi  Kərimdir. 
Üfüqlə bir stol arxasında əyləşən Lenanın gözü qarşı-
sında əyləşmiş uzunboylu, qara saçları yana daranmış, 
qara  qaşlı,  enlikürək,  əzələli  oğlanda  ilişib  qalmışdı. 
Masabəyi  Üfüqə  söz  verdi.  Əlində  araq  dolu  qədəh 
ayağa duran Üfüq Kərim haqqında xoş sözlərini deyib 
oturmaq  istəyəndə  Lena  ayağa  duraraq  gəlib  Üfüqün 


Nifrətin göz yaşları 
 
29 
qarşısında dayandı. Əlindəki dolu qədəhi Üfüqün qə-
dəhi ilə toqquşduraraq «Sənin sağlığına» deyib dodaq-
larına yaxınlaşdırdı. Üfüq boşalmış qədəhi stolun üstü-
nə qoydu. Lena da keçib yerində əyləşdi. Lenanın gö-
zəlliyi  Üfüqün  diqqətini  bütünlüklə  özünə  cəlb  et-
mişdi. Qızın zərif, incə, boy-buxununun yerli-yerində 
olması  barədə  düşündüyü  bir  məqamda  Lenanı  qar-
şısında dayanmış gördü Üfüq: 
- Sizlə rəqs etmək olarmı? – deyən Lenanın can-
alan  təbəssümü  qarşısında  ayağa  qalxan  Üfüq  gülə-
gülə qızın qolundan tutub «Sizin kimi gözəl qızla rəqs 
etmək  mənim  üçün  xoşdur»  -  deyərək  musiqiçilərin 
əyləşdiyi stolun qarşısındakı rəqs meydançasına doğru 
getdi. Bir azdan Lenanın  incə beli Üfüqin əzələli qol-
ları  arasında  çiçəkdən-çiçəyə  qonan  kəpənək  kimi 
uçurdu.  Bu  xoşbəxtlikdən  özünü  göyün  yeddinci  qa-
tında  hiss  edən  Lena  nazik  dodaqlarını  Üfüqün  qula-
ğına yaxınlaşdırdı və dedi: 
-  Siz  kişi  kimi  mənim  çox  xoşuma  gəlirsiniz. 
Evlisiniz? 
- Xeyir, evli deyiləm. Üfüq cavab verdi. 
-  Maraqlandığınız  qız  varmı?  Lena  həyəcan 
içində cavab gözləməyə başladı. 
- Xeyir, nə mənim maraqlandığım, nə də mənlə 
maraqlanan qız var. 
- Sizin kimi gözəl, mədəni bir oğlanla indiyə ki-
mi nə yaxşı maraqlanan qız olmayıbdı? 
- Bilirsiniz Lena, bəlkə də elə bir qız olub. Ola 
bilsin mən fikir verməmişəm. 
-  Onda  xoşbəxt  qızam.  Lena  sevincək  Üfüqün 
dodaqlarından öpdü. 
- Başa düşmədim? Üfüq bir anlığa key-key Le-
nanın gözlərinin içinə baxdı və qızın gözlərinin dərin-
liyində öz əksini gördü. 


Fazil SƏNAN 
 
30 
-  Mən sizi sevirəm.  Gedək, gecəni  birlikdə  ke-
çirək. - deyən Lena rəqsini yarımçıq saxlayaraq Üfü-
qün  qoluna  girib  restorandan  çıxdı.  Taksiyə  əyləşib 
ünvanı deyən Üfüq başını çiyninə qoyan Lenanın ətir 
qoxuyan iyindən tamam özünü unutmuşdu. 
Taksi dayandı. Üfüqlə Lena maşından düşdülər. 
Taksinin getdiyini görən Lena üzünü Üfüqə çevirdi: 
- Necə də gözəl gecədi. Gəl bir az gəzinək. 
- Doğrudan gözəl gecədi. – deyən Üfüq Lena ilə 
qarşıdakı parka doğru addımladılar. 
Bir xeyli gəzintidən sonra  evə döndülər.  Otağa 
daxil  olan  Üfüq  «Xoş  gəlmisiniz»  -  deyərək  Lenanı 
içəri dəvət etdi. 
- Necə də gözəldi. Hər bir şey sadə və gözəldi. 
Lena otaqların hamısı ilə tanış olandan sonra yenidən 
üzünü Üfüqə tutaraq: 
- Öz evindi? 
- Xeyir, dostumundu. 
- Kirə alırmı? 
-  Xeyir.  Deyib  ki,  özünə  ev  alana  kimi  yaşa. 
Amma bir şərtlə evi mənə təmənnasız verib ki, evlən-
məlisən.  Evlənməsən  evdən  çıxardacağam,  –  deyən 
Üfüqin sözlərinə hər ikisi güldü. 
-  Necə  də  gözəl  dostdur.  -  deyən  Lena  Üfüqə 
yaxınlaşdı və nəfəs-nəfəsə dayanaraq gözlərinin içinə 
baxdı. Qızın gözlərindən sıçrayan ehtiras qığılcımları-
nın  qorları Üfüqün  içində  izah  olunmaz  hisslərin  do-
ğulmasına səbəb olurdu. Bir azdan Üfüqün qolları ara-
sında  sığallanan  Lena  özünü  ağlagəlməz  xoşbəxt  bir 
aləmdə hiss edirdi. 
Qızın zərifliyi, gözəlliyi, qızılı saçlarının boyun-
boğazına tökülməsi Lenanı Üfüqün gözündə mavi sə-
madan enmiş bir məlaikəyə bənzədirdi. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə