Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

Nifrətin göz yaşları 
 
31 
-  Ayın  gözəlliyinə  bax!  Necə  də  işıqlıdı.  Hələ 
ulduzlar. Gəl eyvana çıxaq, bu gözəlliyi doyunca seyr 
edək. Elə bil Ay da, ulduzlar da bizim sevincimizə şə-
rik olurlar. Lena baxışları ilə pəncərədən görünən ay-
dın gecəni göstərdi. 
Üfüq Lenanın əlindən tutub eyvana çıxdı. Həqi-
qətən də ulduzların işığı ilə şəhərin işığının barış bu-
cağından  baxanda,  xəyali  bir  nöqtədə  səma  ilə  şəhər 
elə bil birləşmişdir. 
- Üfüq, gəlsənə yerimizi eyvanda salım – deyən 
Lena təbəssümlə Üfüqə baxdı. 
İçində  Lenanın  incə  duyğulu  bir  qız  olmasına 
sevinən  Üfüq,  «Sənin  kimi  gözəlin  sözünü  yerə  sal-
maq günahdır. Sən də gözəl, şəhər də gözəl, səma da 
gözəl. Üç gözəli seyr etmək nə qədər böyük xoşbəxt-
likdir» - dedi. 
Üfüqün bu sözlərindən sevinən Lena otağa keç-
di  və  döşəyi,  balıncı,  mələfəni  gətirib  eyvanda  yataq 
üçün  yer  hazırladı. Sonra otağa  keçib işığı söndürdü. 
Lena  Üfüqün  yanında  dayanıb  məhəccərə  söykəndi. 
Üfüq əlini qızın boynuna salıb başını sinəsinə sıxdı və 
qızılı saçlarını sığallamağa, Lena isə Üfüqün köynəyi-
nin düymələrini  açmağa başladı. Sonra isə öz paltarını 
soyunub  Üfüqün  yanına  uzanaraq  onun  köksünə  sı-
ğındı. Üfüq ona sığınmış qızın boyun-boğazında və si-
nəsinin qabarıq hissəsində dodaqlarını gəzdirdikcə Le-
na zərif qolları ilə Üfüqü daha möhkəm özünə sıxırdı. 
Ehtirasın  gözəgörünməz  alovunda  pörşələnən  Lena 
ağzını  Üfüqün  qulağına  yaxınlaşdırdı  və  pıçıldamağa 
başladı: 
-  Dünyada  məndən  xoşbəxt  bir  qız  ola  bilməz. 
Dünyanın ən xoşbəxti mənəm. Heç demirsən nə üçün 
özümü bu qədər xoşbəxt hesab edirəm, - deyən Lena 


Fazil SƏNAN 
 
32 
incimiş  şəkildə  Üfüqü  qolları  arasından  buraxaraq 
üzünü yana çöndərdi.  
Üfüq tez qızın yönünü özünə tərəfə çöndərdi və 
qızın qızılı saçları qolları üstünə dağıldı. 
-  Bilmək  olarmı  nə  üçün  bu  qədər  xoşbəxtsən, 
Lenacan? – deyən Üfüq qızı daha da köksünə sıxdı. 
-  Ağlım  kəsəndən  bir  arzum  olub  ki,  azərbay-
canlı oğlana ərə gedim. Özüm rus olsam da azərbay-
canlılara xüsusi məhəbbətim olub. 
- Azərbaycanlılara qarşı olan bu məhəbbət nə ilə 
bağlıdır? Üfüq qızın sinəsinə dağılmış saçlarının ətrini 
acgözlüklə sinəsinə çəkdi. 
- Qonşumuzda qəşəng bir rus qızı var. Azərbay-
canlıya ərə gedib. Əri həm onu çox sevir, həm də qıs-
qanır.  Qız  ərinin  qorxusundan  icazəsiz  heç  bir  yana 
gedə  bilməz.  Xoşlayıram  elə  kişiləri.  Arvad  kişidən 
qorxsa yaxşıdır. Kişi arvadı qısqananda demək onu se-
vir.  Ölürəm  elə  ər  üçün.  Yoxsa  bizimkilər  kimi.  Ar-
vadlarına  ixtiyarları  çatmır.  Yüz  qram  araq  içəndən 
sonra arvad-uşaq harada qaldı bilmirlər. 
- Elə demə, Lena. Yaxşı, pis hər millətdə var. 
- Yox, Üfüq İslam dinində, xüsusən azərbaycan-
lılarda olan bir adət var ki, qız ər evinə qız kimi köç-
məlidir. Avropada, o cümlədən biz ruslarda bu məsə-
ləyə bir qədər önəm verilmir. Hətta, bizdə qız kimi bir 
az yaşın keçmiş olsa, deyirlər ki, yaxşı qız olsan indi-
yə kimi səninlə biri gəzmiş olardı. 
- Bilirsən Lena, hər bir xalqın adətinə hörmətlə 
yanaşmaq lazımdır. Düz deyirsən, bizim adətdə qızın 
başqa oğlanla gəzməsinə çox pis baxırlar. 
- Mən cərraham, Üfüq. Mənim ən böyük arzum 
azərbaycanlı  oğlanla  tanış  olmaq  və  ona  ərə  getmək-
dir. Bu arzu ilə də indiyə kimi nə bir oğlanla gəzmi-
şəm, nə də görüşmüşəm. Bəlkə də inanmazsan, mənim 


Nifrətin göz yaşları 
 
33 
dodaqlarıma toxunan ilk oğlansınız. Özüm də qızam. 
Məqsədim  özümü  sizin  adətə  uyğun  tərbiyə  etmək 
olub. Məclisdə görən kimi sizə vuruldum. Bax, Üfüq, 
bu gecə, bu şairanə gecədə, Sankt-Peterburq şəhərində 
milliyyətcə rus olsam da azərbaycanlı adətinə uyğun – 
bakirə  və  namuslu  bir  qız  kimi  özümü  sənə  təslim 
edirəm.  Ömürlük  sənə  vəfalı,  sədaqətli  həyat  yoldaşı 
olacağıma söz verirəm. Harada yaşasan mən də sənin-
lə ora getməyə hazıram. Elə hesab et ki, azərbaycanlı 
qızı ilə  evlənmisən.  Sən  bir  ər  kimi  nə  desən  mənim 
üçün  qanundur.  Mənim  canım,  mənim  nəfəsim,  mən 
sənə  təslim,  bundan  sonrakı  taleyimin  ixtiyarını 
gözümü yumub sənə tapşırıram. 
Üfüq, qızılı saçları balıncın üstünə dağılmış Le-
nanın  boynunun  altından  qolunu  çəkib  qızın  üstündə 
nəfəs-nəfəsə dayandı. «Bəs məni sevirdin? Nə tez mə-
ni  başqasına  dəyişdin? Sən  gedəndən  gecəylə-gündü-
zümü  dəyişik  salmışam.  Ruhumu  özünlə  aparmısan, 
qalan cismimdir. Sən mənim olmalısan Üfüq! Səni heç 
vaxt  başqasına  verə  bilmərəm!..»  hardansa  qulağına 
gələn bu səs şahə qalxmış quduz dalğaları bir andaca 
sakitləşdirdi.  Ayın  süzülən  işığında  Dənizi  gördü. 
Gözlənilmədən Üfüqün qızın yanına uzanıb üzünü ya-
na çevirməsi ilə elə bil Lenanın üstünə bir vedrə soyuq 
su tökdülər. 
- Nə oldu, Üfüq? Bəlkə bir xəstəliyin var, utan-
ma,  de.  Mən  həkiməm,  -  deyən  Lenanın  göz  yaşları 
Üfüqün  çılpaq  sinəsinə  damcıladıqca  sanki  köksünü 
deşirdi.  
- Yox Lena, heç bir xəstəliyim yoxdur. 
- Tibdə belə şeylər var. Fikir eləmə, hər şey ke-
çib  gedər.  Bunu  həkim  kimi  deyirəm.  Lena  yenidən 
Üfüqü qucaqlayıb sinəsinə sıxdı. 


Fazil SƏNAN 
 
34 
- Bağışla, Lena, sadəcə mən sənə toxunmaq is-
təmədim.  Neçə illər  şərəflə  qoruduğun  qızlıq  şərəfini 
ləkələmək  istəmədim.  Bu  sonra  mənə  vicdan  əzabı 
verər.  
- Nə üçün Üfüq? Olmaya sevdiyin var? Düzünü 
de: - Lena dedi. 
-  Lena,  mənim  sevdiyim  var.  Düzünü  bilmək 
istəsən mən ona xəyanət edə bilmədim. Məni bağışla.  
Lena  ayağa  durub  paltarını  geyindi.  Üfüq  də 
əynini geyindi. Qapını açıb çölə çıxanda üzünü Üfüqə 
tutdu və dedi: 
- Üfüq, mən elə başa düşdüm ki, səadətimi tap-
mışam. Hardan bilim ki, başqasının payına şərik çıx-
maq istəmişəm. Amma çox təəssüf edirəm ki, mən sizi 
unuda  bilməyəcəyəm.  Çünki  siz  mənim  ilk  məhəb-
bətim idiniz. 
- İcazə verin sizi ötürüm. Üfüq qapıdan çıxmaq 
istəsə  də  Lena  razılaşmayıb  «Çox  sağ  olun!»  deyib 
pillələrlə aşağı düşdü.  
Üfüq isə qapının ağzında dayanıb tədricən uzaq-
laşan ayaq səslərini dinləyirdi. Bir azdan isə ayaq səs-
ləri eşidilməz oldu. 
 
* * * 
Dəniz  stolun  arxasında  əyləşdi.  Bir  xeyli  fikir-
ləşəndən sonra kompyuteri açdı və Üfüqün şəkillərinə 
tamaşa  etdi.  Öz-özlüyündə  qərarlaşdırdı  ki,  internet 
vasitəsi  ilə  Üfüqü  tapsın  və  əlaqə  yaratsın.  Belə  bir 
yazı yazdı. «Üfüq, bir təsadüf nəticəsində iş stolunun 
üstündə yazıb qoyduğun məktubu oxudum və indi də 
bir  xatirə  kimi  saxlayıram.  «Ürəyimi  burda  qoyub 
gedirəm»  sözlərini  hər  dəfə  yada  salanda  o  dünyaya 
gedib qayıdıram. Xahiş edirəm bu sözləri oxuyan kimi 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə