Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   2   3   4   5   6   7   8   9   ...   49

Nifrətin göz yaşları 
 
23 
qapını yaxşı örtmədiyi üçün özünü danlamağa başladı. 
Beləcə nə vaxt yuxuya getdiyini bilmədi. 
 
* * * 
Səhər Dəniz iş vaxtına bir xeyli qalmış çantasını 
götürüb dayanacağa gəldi. 
Dəhlizə daxil olan kimi hansısa bir hissin təsiri 
ilə Üfüqün iş otağına girdi. İçərini bir anlığa nəzərdən 
keçirib tez dəhlizə çıxdı və öz kabinetinə yollandı. Də-
nizə  elə  gəlirdi  ki,  Üfüq  hardansa  ona  baxır.  Stuldan 
qalxıb  güzgünün  qarşısına  keçdi.  Saçlarının  çiyninə 
tökülməsini güzgüdə seyr etdi və gülümsünərək «Har-
dasan, gəl. Sən deyən kimi saçlarım çiynimə tökülüb. 
Gəl oxşa sevdiyin saçları. Gəl, qurban olum. Ölürəm 
səndən  ötrü.  Heç  vaxt  bilməzdim  ki,  səni  bu  cür  se-
vərəm, Üfüq! Bircə dəfə, tək bircə dəfə səni uzaqdan 
görmək  üçün  hər  şeydən  keçməyə  hazıram.  Heç  ol-
masa,  bir  zəng  də  edə  bilməzsən?»  Qəlbindən  keçən 
duyğulara fikrində acığı tutdu. Dənizə elə gəldi ki, fik-
rindən keçənləri kimsə eşidir. Tez güzgünün qarşısın-
dan  çəkilərək  stolun  arxasına  keçdi  və  qorxa-qorxa 
otağı nəzərdən keçirtdi ki, bəlkə kimsə gizlənib onun 
danışığına qulaq asır. 
Yox,  deyəsən,  mən  dəli  oluram.  Ailəli  qadın 
ola-ola gör nə axmaq şeylər fikirləşirəm. Yaxşı ki, get-
di. Yoxsa suyulacaqdım. Bir az fikrini dağıtmaq üçün 
durub kabinetdən çıxaraq işçilərə baş çəkməyə getdi.  
Üfüqün  getməsindən  on  günə  yaxın  bir  vaxt 
keçmişdi.  Bu  vaxt  ərzində  Dəniz  heç  cür  özü  ilə  ba-
cara  bilmirdi.  Bir  dəqiqə  də  olsun  Üfüqü  unuda  bil-
mirdi. İmkan düşən kimi çantasından Üfüqün yazıb iş 
stolunun  üstündə  qoyduğu  «məktub»u  çıxardıb  oxu-
yurdu: «Mən ürəyimi burda qoyub gedirəm…» sözlə-
rini nəzərdən keçirən kimi ürəyi az qalırdı ki, köksün-


Fazil SƏNAN 
 
24 
dən  çıxsın.  Boğazına  yığılmış  qəhəri  udaraq,  dolux-
sunmuş gözlərini silib özünü güclə ələ alırdı. 
Dənizin  gözü  iş  stolunun  üstündə  qoyulmuş 
kompyuterə sataşdı. «Heç gör ağlıma gəlirmi»… fikri 
ilə kompyuterin düyməsini basdı və ekran açılan kimi 
başladı internetdə Üfüqü axtarmağa. Üfüqün müxtəlif 
formada  çəkilmiş  şəkillərini  bir-bir  nəzərdən  keçirt-
dikcə az qalırdı ki, ekranı köksünə sıxa. «Səni icad eli-
yənə qurban olum. Axır ki,  həsrətimə son  qoydun»  - 
deyən  Dəniz  Üfüqün  xoşuna  gələn  şəkilləri  mobil 
telefonuna köçürtdü ki, ürəyi istəyəndə baxa bilsin. 
Əvvəlki günlərə  nisbətən  bu  gün  evə yaxşı  əh-
val-ruhiyyədə gəlmişdi. Gəlinin əhvalının yaxşı oldu-
ğunu  görən  Zərifə  arvadın  da  sifətindən  sevinc  tökü-
lürdü. Axşam ailə birlikdə şam edərək, söhbət etdi və 
televizorda gedən verilişlərə birgə baxdılar. Və nəha-
yət Dəniz «Gecəniz xeyirə qalsın» deyib yataq otağına 
keçdi.  İşığı  söndürüb  yatağına  girdi.  «Mən  ürəyimi 
burda  qoyub  gedirəm»  –  sözlərini  yenidən  xatırladı, 
telefonu götürüb açdı və Üfüqün şəkillərini bir-bir nə-
zərdən  keçirtməyə  başladı.  «Niyə  tale  səni  mənim 
bəxtimə  əvvəlcə  yazmadı?  İndi  bu  nə  zülmdü  mənə 
verir. Düz deyirsənmiş Üfüq: “Dilim, ürəyimlə gözü-
mə  xəyanət  edirmiş”.  Bunu  sən  gedəndən  sonra  bil-
dim». 
Gözlənilmədən  içində  dəli  bir  sevgi  burulğanı 
baş qaldırdı. Və Üfüqün telefon nömrəsinə zəng etdi. 
Bir azdan «Bu nömrə mövcud deyil» sözlərinin eşidil-
məsi  Dənizi  sanki  eşqin  səmasından  yerə  endirdi. 
«Deyəsən  özümü  idarə  edə  bilmirəm.  Nə  yaxşı  bu 
nömrə mövcud deyil» sözləri eşidildi. Yoxsa, gecənin 
bu  vaxtı  adama  zəng  edərlər?  Başımı  itirmişəm.  Nə 
elədiyimi heç özüm də bilmirəm. Və nəhayət necə yu-
xuya getdiyini özü də hiss etmədi. 


Nifrətin göz yaşları 
 
25 
«Haradaydın Üfüq? Bəs bilmirsən ki, sənsiz da-
rıxıram. Heç bilirsən səni görmək üçün nə əzablar çək-
mişəm? 
- Yalan deyirsən. Sən mənə nifrət edirsən. 
-  Yox,  Üfüq,  nifrət  etmirəm.  Bir  bax,  saçlarım 
çiynimə tökülüb, necə də yaraşır. Belə istəyirdin, elə-
mi? 
Üfüq alt köynəkdə qarşısında dayanmış Dənizin 
çiyinlərinə  tökülən  saçlarını  görən  kimi  onu  qucaq-
layıb  köksünə  sıxdı  və  saçlarından  öpməyə  başladı. 
Bax, Dəniz bu saçların həsrətini çox çəkmişəm.  
Dəniz Üfüqün köynəyini əynindən çıxardıb kə-
nara qoydu və işığı söndürüb birlikdə çarpayıya uzan-
dılar.  
Dəniz Üfüqə sarıldı, boynunu, boğazını öpüşlərə 
qərq etdi. 
Yox, səni heç kimə verən deyiləm, - deyib incə 
qolları ilə Üfüqü sinəsinə çıxdı və qolları arasında yu-
xuya getdi….» 
Otağa düşən işığın təsiri ilə gözünü açdı. Yanına 
boylandı və heç kimi görmədi. Balıncı qolları arasında 
sinəsinə  sıxılmış  vəziyyətdə  görəndə  axşamkı  yuxu, 
indi ona aydın oldu. Yorğanı başına çəkib hönkürdü. 
İçində olan fırtınanı göz yaşları ilə boşaldandan sonra 
özünü  toxdadıb  ayağa  durdu.  Paltarını  geyinib  çölə 
çıxdı. 
 
* * * 
Üfüqlə Səfər uşaqlıq dostu idilər. Sonralar Səfər 
tay-tuşlara  qoşulub  Rusiyaya  getdi.  Səfərin  işi  yaxşı 
idi. Şəhər prokurorunun qızı ilə ailə həyatı qurdu. Pro-
kurorun bir qızı var idi. Səfər  qayınatasının  prokuror 
olmasından ağılla istifadə edərək tədricən özünə yaxşı 
gün-güzəran  düzəltdi.  Hər  dəfə  Səfərin  yolu  doğma 


Fazil SƏNAN 
 
26 
yerlərə  düşən  kimi  hökmən  Üfüqü  tapar,  onunla  gö-
rüşüb dərdləşər, gedənə kimi günlərinin çoxunu Üfüq-
lə  keçirərdi.  Səfər  həmişə  qayıdıb  gedəndə  Üfüqə, 
“Burada  nə  var,  çıx  gəl,  orada  kömək  edim,  özünə 
gün-güzəran  düzəlt.  Hökumətin  180  manat  maaşı  ilə 
nə cür ailə dolandıracaqsan? Səhər-birisi gün evlənə-
cəksən. Onda sənin aldığın bu maaş heç uşağın pam-
persini görməyəcək, - deyərdi. 
-  Nə  bilim.  Heç  özüm  də  bilmirəm  nə  eləyim. 
Bir fikrim var, baş tutmasa hökmən gələcəyəm. – de-
yən Üfüq Səfərə sevincək cavab verərdi. 
- İstədiyin varsa, utanma, de, elçi gedək. Toyun 
xərcini özüm çəkəcəyəm. Yox, istədiyin yoxdursa, gəl 
gedək. Qorxma, gücüm nəyə çatırsa, sənə şərait yara-
dacağam. 
-  Sağ  ol  Səfər,  razıyam.  Bir  fikrim  var,  əgər  o 
baş tutmasa hökmən gələcəyəm. 
-  Üfüq,  telefon  nömrəmi  və  ünvanımı  bilirsən. 
Nə  vaxt  gəlsən,  gözüm  üstə  yerin  var,  -  deyən  Səfər 
əlini Üfüqün cibinə salardı.  
- Yox, yox, nə iş görürsən? İnciyərəm, - deyən 
Üfüq əlini cibinə salmaq istəyəndə Səfər qoymazdı və 
deyərdi: 
- Xahiş edirəm, narahat olma. Allaha şükür im-
kanım  var,  verirəm,  xərclə.  Qorxma  borc  vermirəm. 
Ye, iç kef elə. Nə vaxt əlin aşağı olsa, utanma, zəng et, 
göndərim. – deyən Səfər Üfüqlə mehribanlıqla ayrılar 
və «Gözləyirəm, gəl!» deyərdi». 
Üfüq açıb deyə bilmirdi. Necə desin? Nə cür de-
sin? Səfərə desin ki, ərli qadına vurulubdu. Ona görə 
heç yana gedə bilmir? Səfər gülməzdimi? Deməzdimi 
ki, bu boyda dünyada subay qız qəhətidi ki, ərli qadına 
vurulmusan?  Lap  deyək,  həmin  ərli  qadın  sənə  «hə» 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə