Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   2   3   4   5   6   7   8   9   ...   49

Fazil SƏNAN 
 

Məsəl var ki, gözə qadağa yoxdu. Göz ürəyi də 
öz  tərəfinə  çəkir.  Təsadüfi  olan  görüş  zamanı  elə  ilk 
baxışdan  Cəmillə  Şəlalənin  də  ürəyinə  sevgi  toxumu 
səpilir. 
Şəlalə  sevgisinin  əsiri  olmasına  baxmayaraq, 
gecə-gündüz çalışıb ali məktəbə daxil olur. Aralı qal-
maq  bu  sevgidə  Cəmil  və  Şəlaləyə  nələr  verir,  nələr 
alır bunlar Fazil Sənan ustalığı ilə yerli yerində ardı-
cıllıqla povestdə öz əksini tapır. 
Şəlalənin  Cəmilə  ürək  ağrıdan  etirafı  və  sevən 
qəlbinin  göz yaşları məni  necə duyğulandırdısa, poe-
ziyadan yan keçə bilmədim. Şəlalənin Cəmil üçün ya-
naqları aşağı süzülən göz yaşını bir şeirlə qurulamağa 
çalışmışam: 
 
Məhəbbətin göz yaşıdı gözümdə, 
Silmə gözlərimi, yaşı inciyər. 
Bu yaş mənə həm hicrandı, həm vüsal, 
Bu yaşdan duyğusuz, naşı inciyər. 
 
Gözlərimdən gəl bir arx çək, yu eşqi, 
Ləkə salmaz, pak eyləyər su eşqi. 
Göz yaşımla cücərdəcəm bu eşqi, 
Yoxsa ürəyimin başı inciyər. 
 
Boylanırsan divarından ömrümün, 
Sevincindən, qubarından ömrümün. 
Payım olub baharından ömrümün, 
İndi ağlamasam qışı inciyər. 
 
"Kolleksiya" povesti haqda nə yazım bilmirəm. 
Hələ  də  bu  povestin  ağrılarının  təsiri  altında  qalmı-
şam.  Qələm  hansı 
tərəfə
  çəksə  elə  o  tərəfə  də  gedə-
siyəm. 


Nifrətin göz yaşları 
 

Povestdə müharibənin ağrı-acılarını yaşayan iki 
gəncin  nakam  məhəbbəti  göz  önünə  sərilir.  Düşmən 
gülləsi  nəticəsində  Gülərin  nakam  qalmış  məhəbbəti 
məndən asılı olmayaraq aşağıdakı dörd misra ilə özü-
nə "ağı" dedizdirdi. 
 
Bir istək boy atdı iki ürəkdə
Var oldu məhəbbət tacına bağlı. 
Arzusu qızılgül ləçəklərinə, 
Qisməti güllənin ucuna bağlı. 
 
Məni çox duyğulandırdı Fazil Sənanın "Kollek-
siya"sı. 
İllər  öncə  Əlibala  Hacızadənin  "Ayrılığın  sonu 
yoxmuş"  kitabını  oxumuşdum,  bu  iki  misra  ordan 
yaddaşımda qalıb: 
 
"Ayrılıq var sonu şirin vüsaldı, 
Ayrılıq var sonu yoxmuş, ay aman." 
 
Bax... - mən də elə "AY AMAN" deyib bu po-
vest haqda fikrimi sonlandırıram. 
 
* * * 
Kitabda  bir-birindən  maraqlı  hekayələr  könül 
oxşayır.  Hekayələr  "Həsrətində  gözlə  məni"  və 
"Ağlaya  bilmədim"  adlı  iki  bölmə  şəklində  verilib. 
Yazıçının povestləri və "Həsrətində gözlə məni" böl-
məsində  verilən  hekayələrini  Sevdalı  könüllər  xətti 
ətrafında birləşdirmək olar. Povestlərdə və həmin böl-
mədə  verilən  hekayələrdə  sevdalı  könüllər  tərənnüm 
olunur. Obrazlar müxtəlif olsa da, hamısının bir arzusu 
var: – həsrətə qalib gəlmək və vüsala qovuşmaq... 


Fazil SƏNAN 
 

"Ağlaya  bilmədim"  bölməsində  verilən  heka-
yələrdə  isə  yazıçı  cəmiyyətdə  baş  alıb  gedən  ağrıları 
oxucu  diqqətinə  çəkir  və  həmin  ağrılardan  oxucuları 
ibrət dərsi götürməyə çağırır. 
Mən sözümü yekunlaşdırıram. İnanıram ki, Fa-
zil Sənanın «NİFRƏTİN GÖZ YAŞLARI» adlı yeni 
kitabı sevilən kitablar sırasında özünə yer tutacaqdı. 
 
18.01.2018 
 
Rəsul MUROVDAĞLI,  
şair-publisist, 
Azərbaycan Yazıçılar birliyinin üzvü. 
 
 


Nifrətin göz yaşları 
 

 
 
 
 
POVESTLƏR 


Fazil SƏNAN 
 
10 
 
 
 
 
 
NİFRƏTİN GÖZ YAŞLARI 
 
ş  yerinə  yaxınlaşdıqca  ürək  döyüntüsü  art-
mağa  başladı.  «Yox  getməliyəm»  fikrində 
qətiləşdirdi. Pillələri çıxdıqca elə bil həmişə 
bir  nəfəsə  çıxdığı  pillələr  deyildi.  Tənginəfəsliyi  art-
mağa,  bədənini  tər  basmağa  başladı:  «Bu  pillələrlə 
mənim  axırıncı  çıxışımdı.  Bir  daha  buralarda  görün-
məyəcəyəm. Mənim burada işləməyim onu mənən ra-
hat buraxmır. Bütün varlığıyla mənə nifrət edir. Bunu 
başa  düşməyə  nə  var  ki?»  fikirləri  ilə  pillələri  çıxıb 
qurtardı  və  otağına  girib  iş  stolunun  arxasına  keçdi. 
Stolun siyirməsini çəkib ağ bir kağız çıxardaraq qarşı-
sına  qoydu  və  yazıb  qurtarandan  sonra  ayağa  qalxıb 
otaqdan  çıxdı.  Dəhlizlə  gedib  «Şöbə  müdiri:  Dəniz 
Vüqarlı»  yazılmış  qapının  ağzında  dayandı.  Qapının 
yanında divara vurulmuş lövhəni bir də nəzərdən keçi-
rib yavaşca qapını döydü. İçəridən «Buyurun» sözünü 
eşitcək qapını açıb içəri keçdi. Stolun arxasında  əyləş-
miş Dənizin baxışları ilə baxışlarının çarpazlaşmaması 
üçün başını aşağı dikdi.   
- Eşidirəm, Üfüq! Xeyir ola, belə səhər-səhər? – 
deyən  Dənizin  səsindən  içərisinə  yayılan  anlaşılmaz 
duyğuları qəddarcasına boğaraq, əlində tutduğu kağızı 
stolun üstünə qoydu. 
- Bu nədi? Dəniz çaşqın halda soruşdu. 
- Ərizədi. 
İ 


Nifrətin göz yaşları 
 
11 
- Nə üçün? Dəniz təəccüblə Üfüqün üzünə bax-
dı. 
- İşdən çıxmaq üçün.  
- İndi iş yeri  tapmaq çox çətindi. Bilmək olarmı 
nə üçün işdən gedirsiniz? 
- Niyə, bilmirsiniz? Bizim bir yerdə işləməyimiz 
mümkün deyil. 
- Nə üçün Üfüq? Mənim sizə nə pisliyim keçib 
ki, elə deyirsiniz? Dəniz səbəbi bilsə də özünü o yerə 
qoymadı. 
- Siz mənə nifrət edirsiniz. Nifrətinizlə hər gün 
qarşılaşmaq  istəmirəm.  Xahiş  edirəm  ərizəyə  qol  çə-
kin, gedim. Üfüq üzünü yana çevirdi. 
-  Heç  olmasa  o  nifrətin  birini  xatırlatsan  yaxşı 
olar. 
- İki gün bundan əvvəl gülə-gülə dediyiniz «Nə 
vaxt gedirsiniz?» sözlərini nə tez yadınızdan çıxartdı-
nız?  Üfüqün  dodaqlarının  səyirməsi  Dənizin  diqqə-
tindən yayınmadı. 
- Mən o sözü zarafatla dedim. Nə yaman xətri-
nizə dəyibdi. 
- Dəniz xanım, gəlin söhbəti çox uzatmayaq. Di-
liniz gözünüzlə ürəyinizə xəyanət edir. Bu xəyanətdən 
nə vaxtsa peşman olacaqsınız. Ürəyinizdə həmişə mə-
ni  axtaracaqsınız.  Ağılla  hisslərinizi  cilalayıb  nifrət 
eləyirsiniz. İndi nə məni görün, nə də nifrət edin. Xa-
hiş edirəm, ərizəyə qol çəkin, - dedi Üfüq. 
Özünü  sındırmayan  Dəniz  ərizənin  kənarına 
«Ərizəsinə əsasən  işdən  azad  edilsin»  sözlərini  yazıb 
qol çəkdi və ərizəni Üfüqə uzadaraq «Düz fikirləşmi-
siniz. Getməyiniz daha yaxşıdır» - dedi. 
- Elə mən də onu fikirləşdim. Sizinlə bir yerdə 
işləməkdən,  hətta  bir  ölkədə  yaşamaqdan  ayrılıram. 
Sağ olun. Salamat qalın, - deyən Üfüq qapıdan çıxdı.  


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə