Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   2   3   4   5   6   7   8   9   ...   49

Fazil SƏNAN 
 
12 
Dəniz  tez  durub  qapını  bağladı  və  stolun  ar-
xasına keçdi. Başını əlləri içərisinə aldı. Yanağı aşağı 
süzülən  göz  yaşları  stolun  üzərinə  qoyulmuş  şüşənin 
üstünə  damcılamağa  başladı.  Boğazına  tıxanmış  qə-
hərin  boşalması  sanki  Dənizin  içinə  bir  yüngüllük 
gətirdi. Bir istədi durub Üfüqü tapıb geri qayıtmasını 
xahiş etsin və desin: 
- Düz deyirsən, dilim gözümə, ürəyimə xəyanət 
edir.  Mən  səni  sevirəm.  Qayıt  canım,  gözüm.  Mən 
sənsiz yaşaya bilməyəcəyəm. Saçlarımı da sən deyən 
kimi açıb çiyinlərimə tökəcəyəm. Hər şey sən istəyən 
kimi, sənin istəyincə olacaq, təki sən getmə. 
-  Tez  qalxıb  qrafindən  su  töküb  üzünə  vurdu. 
Sifətini  və  gözlərini  qurulayıb  qapıya  doğru  getdi. 
Qapının dəstəyinə əl atanda «Nə iş görürəm. Deyəsən, 
olan-qalan  ağlım  da  gedibdi.  Mən  ailəli  qadınam. 
Təzədən  eşqə  düşən  vaxtımdı?  Üfüq  ağıllı  adamdı. 
Getməyi yaxşıdı. Allah işini avand etsin». Qapını açıb 
yenidən  örtdü  və  keçib  yerində  əyləşdi.  Amma  hiss 
etdi ki, əli heç cür işə yatmır. 
 
* * * 
Gecə  yarıdan  keçibdi.  Gözünə  yuxu  getməyən 
Dəniz yatağında gah sol böyrü üstə çönür, gah da sağ 
böyrü üstə. Heç cür rahatlıq tapa bilmir. Üfüqün surəti 
gözü önündən çəkilmir ki, çəkilmir. «Yox, gərək mən 
onun  ərizəsinin  üstünü  yazmayaydım.  İdarənin  əsas 
işini  o  görürdü.  İndi  onu  kim  əvəz  edəcəkdi?  Xahiş 
edib saxlaya bilərdim. 
Üfüqə görə idarə, o cümlədən şöbə müdiri kimi, 
mənim özüm də Baş idarə yanında xətir-hörmət sahibi 
idim. Bəlkə də xahiş etsəm sözümü yerə salmazdı». 
İçərisində  başqa  bir  fikir  özünü  ortaya  atdı. 
«Özünü  nə  üçün  aldadırsan?  Sən  bilmirdin  ki,  Üfüq 


Nifrətin göz yaşları 
 
13 
bütün  varlığıyla  sənə  vurulubdu?  O  səninlə  nəfəs 
alırdı. İdarənin bir o qədər işini də sənə görə işləyirdi. 
Gələn  yoxlamalar  işə  görə  şöbə  müdirini  –  səni 
tərifləyəndə  hamıdan  çox  Üfüq  sevinirdi.  Guya  sən 
bilmirdin ki, heç kəs aldığı cüzi maaşın müqabilində o 
qədər ağır işi görməzdi? Üfüqin səndən umacağı gülər 
sifət, xoş təbəssüm  idi. Sənsə özünü  dartıb lap  dağın 
başına qoydun. Siz qadınlar beləsiniz. Elə ki, biri sizə 
vuruldu  üzdə  özünüzü  laqeyd  göstərirsiniz,  amma 
içərinizdə qürrələnirsiniz ki, baxın, mənim dərdimdən 
ölənlər var. Əzab verməyi xoşlayırsınız.    
-  Sizin  məni  danlamağa  haqqınız  yoxdur.  Mən 
nə vaxt Üfüqə pis üz göstərmişəm, nə vaxt ona acı söz 
demişəm ki? 
- Üfüq, sənin işçindir. Sən isə şöbə müdiri kimi 
müxtəlif  bəhanələrlə  onun  iş  otağına  girib-çıxa  bilər-
din.  Buna  başqa  don  geyindirə  bilməzdilər.  Sən  ney-
nirdin? Ondan kənar olmağa can atırdın. Sözarası sənə 
eşitdirdi ki, saçını bağlama, qoy çiyinlərinə tökülsün. 
Elə  olanda  daha  gözəl  görünürsən.  Sən  nə  etdin? 
Səhəri  saçlarının  rəngini  dəyişməklə  bərabər,  saçın 
çiyinlərinə tökülməsin deyə arxada bağladın. Bu yaxın 
günlərdə  dediyin,  “Nə  vaxt  bu  idarədən  gedəcəksi-
niz?”, sözünü nə tez unutdun? O da bunların hamısını 
sənin ona nifrətin kimi qəbul etdi və işdən çıxmağı qə-
rarlaşdırdı. 
-  Bunları  düz  deyirsiniz.  Nə  üçün  mənim  və-
ziyyətimi başa düşmək istəmirsiniz. Mənim ailəm var. 
- Hansı ailədən danışırsan? Gör neçə ildi Rusetə 
gedib.  Hansı  pulları  göndərib?  Bu  neçə  ildə  nə  üçün 
fikirləşmir  ki,  cavan  bir  həyat  yoldaşı  qoyub  gəlmi-
şəm. Heç olmasa bir dəfə gedib ona dəyim. Bəlkə elə 
mənim üçün darıxıb? O necə ərdi ki, bu neçə ildə bir 
dəfə də olsun sənin üçün darıxmayıbdı? Yəqin ki, ərin 


Fazil SƏNAN 
 
14 
Rüstəm səndən gözəl, səndən də cavan rus qızları ilə 
öz kefindədi. Sən də burda ailəliyəm deyib durmusan. 
Ailəli ol də. Sənə kim deyir ki, ailəli deyilsən? Söhbət 
sevgidən, məhəbbətdən gedir. Üfüq səni təmiz məhəb-
bətlə sevirdi. Gördün, sənin davranışında və hərəkətlə-
rində olan etirazını nifrət kimi qəbul etdi və sənin ra-
hatlığın üçün işdən yox, hətta sənin yaşadığın ölkədən 
də çıxıb getdi. 
- Yox, siz düz demirsiniz. Rüstəm heç vaxt mə-
ni başqasına dəyişməz. O elə adam deyil. Məncə ailəli 
bir qadının başqa kişiyə sevgi gözü ilə baxması xəya-
nətkarlıqdı.  Mən  bunu  qəbul  edə  bilmərəm.  Ailə 
qurdun, daha hər şey arxada qaldı. Ailənə sadiq olmaq 
borcundur.  Sevgi,  məhəbbət  barədə  ailə  qurana  kimi 
fikirləşmək lazımdı. Ərə gedən qadın ərini sevməlidir. 
Mən  belə  başa  düşürəm.  Qaldı  Üfüqə.  Mən  heç  vaxt 
Üfüqə  deyə  bilməzdim  ki,  məni  sevmə.  Bu  onun  öz 
işidi. Mənim ona bir insan kimi böyük hörmətim var. 
- Yaxşı, onda Üfüq qapıdan çıxanda nə üçün qa-
pını içəridən bağlayıb doyunca ağladın? 
- Yaxşı bir işçinin işdən çıxmasına görə özümü 
saxlaya  bilmədim,  kövrəldim.  Bu  o  deməkdir  ki, 
Üfüqü sevirəm? Bu mümkün olan iş deyil. 
-  Xeyir  Dəniz,  düz  demirsən.  O  göz  yaşlarını 
necə  başa  düşək?  Heç  vaxt  nifrətdən  göz  yaşı  ya-
ranmır.  Üzdə  özünü  laqeyd  aparmaqla,  Üfüqün  arzu 
və  istəklərinin  əksinə  getməklə,  nifrətini  büruzə  ver-
məyə çalışsan da, göz yaşların başqa şey deyir. Sənin 
göz  yaşların  nifrətin  yox,  məhəbbətin  göz  yaşlarıdır. 
Nə  üçün  başa  düşmək  istəmirsən  ki,  nifrətinin  göz 
yaşları  içərisində  Üfüqü  sevən  ürəyinin  döyüntüləri 
eşidilir. 
- Dəniz, sən hamıya yalan deyə bilərsən, amma 
məni aldada bilməzsən. Mən sənin özünəm. Mən sənin 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə