Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   2   3   4   5   6   7   8   9   ...   49

Nifrətin göz yaşları 
 
19 
-  Yaxşı,  gedin,  –  deyən  Dəniz  Muradın  arxa-
sınca baxdı və öz-özünə «Halaldı sənə Üfüq. Dərdini 
mənim kimi içində çəkmisən. Nə etməli» - ürəyindən 
keçirtdi. 
 
* * * 
İş  günün  necə  başa  çatdığını  bilmədi.  Ayağa 
qalxdı,  üst-başını  səliqəyə  salıb  kabinetdən  çıxdı  və 
qapını  bağladı.  Dəhlizi  nəzərdən  keçirtdi.  Heç  kimin 
olmadığına  əmin  olandan  sonra  Üfüqün  iş  otağının 
qapısını açıb içəriyə daxil oldu. 
«Stolun arxasında Üfüqü gördü. Lakin Üfüq çö-
nüb ona tərəf baxmadı. 
- Niyə mənə tərəf baxmırsan? Həmişə deyirdin 
saçlarının  çiyinlərinə  tökülməyini  və  gözlərinin 
dərinliyində heç kəsin görə bilmədiyi sonsuzluğu çox 
sevirəm.  Bax,  saçlarımı  çiyinlərimə  tökmüşəm.  Dur 
ürəyin istədiyi kimi oxşa, öp. 
-  Sağ  ol.  Gecdi.  Nifrətini  də  özümlə  götürüb 
getdim. Məni ölmüş bil.  
- Yox, yox! Nə danışırsan? Elə demə. Nə nifrət! 
Mən  sənsiz  yaşaya  bilmirəm.  Görmürsən  neçə  dəfə 
otağına daxil olmuşam? Bu sevmək deyilmi?” 
Öz-özünə danışdığını hiss edən Dəniz «Yox, de-
yəsən mən dəli oluram. Yoxsa ağlımı itirirəm? Bu nə-
dir?  Belə ki,  ondan ötəri  ölürdün  niyə qoyurdun get-
məyə?..» - qəlbindən keçən fikirləri özündən uzaqlaş-
dırmaq məqsədi ilə otaqdan çölə çıxdı və qapını bağ-
layıb pillələrlə aşağı düşməyə başladı.  
Evə çatdı, paltarını dəyişib qaynanasına kömək 
eləmək istədi. Lakin Zərifə arvad «Qadan canıma, hər 
şeyi  özüm  eləmişəm.  Sən  otur  çörəyini  ye.  Gözümə 
bir təhər dəyirsən. Xəstələnmisən?» - dedi. 


Fazil SƏNAN 
 
20 
- Yox, yox, xala. Sadəcə işdə yorulmuşam. Ona 
görə  elə  görünürəm.  Dəniz  yemək  stolunun  arxasına 
keçdi. 
Yeməyini yeyib, qalxıb stolun üstünü təmizlədi, 
qabları yuyub yerinə qoydu. Divanda əyləşib təzə qə-
zetləri nəzərdən keçirməyə başladı. Bir az keçmiş İs-
lam kişi içəri girdi. 
- Axşamın xeyir, a qızım. Nətərisən? Kefin ne-
cədi? 
Tez  ayağa  qalxan  Dəniz  qayınatasına  «Sağ  ol, 
əmi! Yaxşıyam. Kefim də əladı» - deyərək gülümsün-
dü. 
-  Burda  bir  balaca  yalan  dedin.  Gözlərinə  ba-
xanda  kefinin  yaxşı  olmadığını  görürəm.  –  deyən  İs-
lam kişi stolun arxasına keçdi. 
-  İşdə  yorulmuşam.  Yəqin  ona  görə  elə  görü-
nürəm. Qoy bir çay gətirim. Dəniz mətbəxə keçdi. 
-  Hə  bu  başqa  məsələ.  Sənin  çayından  olmaz, 
gəlin. 
Sinidəki  stəkanı  və  qənd  qabını  stolun  üstünə 
qoyan Dəniz: 
-  Yox,  əmi,  mən  dəmləməmişəm.  Xalam  dəm-
ləyibdi. Bu çay daha tamlı olar. – dedi və güldü. 
Bir xeyli televizora baxandan sonra, Dəniz sto-
lun  üstünü  yenidən  səliqəyə  saldı,  qabları  təmizləyib 
yerinə  qoydu  və  qayınanasının  yanına  gəlib,  «Xala, 
mənlik bir iş yoxdursa, gedim yatım» - dedi. 
-  Yox,  ay  qızım.  Get  yat,  qadan  alım.  Tezdən 
axşama kimi hökumətin işində yorulursan. Get dincəl, 
get, başına dönüm. Zərifə gəlininin yataq otağına get-
məsini təkid etdi. 
 
 
 


Nifrətin göz yaşları 
 
21 
* * * 
Gəlininin  yataq  otağına  keçdiyindən  əmin  olan 
Zərifə  arvad  üzünü  ərinə  tutub,  özünəməxsus  aramla 
sözə başladı: 
- Ay İslam, hər dəfə bu gəlinə baxanda ürəyim-
dən qara qanlar axır. Axı belə olmaz. Xalxın qızını gə-
tirib  oturtmuşuq  burda.  Kənardan  baxan  adama  nə 
deyir? 
- Allah, vecsiz oğulu adama verincə bir qara daş 
versəydi  daha  yaxşı  olardı.  Neynim,  ay  arvad,  yol-iz 
bilirəm ki? İki-üç aydan bir zəng edir ki, gəlirəm. Hələ 
də gəlir. Az qalıb beş il ola getdiyi. Hələ də bir xəbər 
yoxdur. Yerini də doğru-düzgün demir. Nə kələyi var-
sa, baş aça bilmirəm. 
- Yox kişi, belə olmaz. Yaxşı gəlindir. Heç kim 
bu oyuna oynamaz. Bir-iki ay qalıbdı yazın gəlməyi-
nə. Havalar qızan kimi gəlin iş yerinin böyüklərindən 
icazə  alsın.  Rüstəmin  dalınca  özü  getsin.  Uşağı  da 
yoxdu ki, heç olmasa başını onunla qata. 
- Zərifə, gəlinə denən bir həkimə getsin. 
- Demişəm, a kişi. Hər dəfə deyəndə yaxşı gedə-
rəm deyibdi. Vallah nəticəsini soruşmağa utanmışam. 
Çox abırlı gəlindi. Oğlumun üzü qara olsun. 
-  Yox  arvad,  bu  məsələni  belə  qoymaq  olmaz. 
Ağıllı söz deyirsən. Sən gəlinə özün de ki, Rüstəmin 
yerini-yurdunu  ətraflı  öyrənsin,  havalar  isinən  kimi 
getsin görsün bu gədənin dərdi nədi? 
-  Hə, özüm deyərəm.  Daha gəlinin üzünə baxa 
bilmirəm.  Xəcalət  çəkirəm.  Nə  deyim  vallah.  Qalmı-
şam  belə.  Oğlumun  başımıza  gətirdiyi  oyunu  fikirlə-
şəndə başımdan tüstü çıxır. Dur a kişi, dur gir yerinə. 
- Sən get yat, ay arvad. Bu kino qurtarsın, sonra 
yatacağam  –  deyən  İslam  kişi  mütəkkəyə  dirsəklənib 
televizora diqqət kəsildi. 


Fazil SƏNAN 
 
22 
- Bəxtəvər başına. Kinoya da baxır. – deyən Zə-
rifə arvad incik-incik ayağa qalxıb yataq otağına keç-
di. 
 
* * * 
Yataq otağına girən Dəniz, paltarını soyunub iki 
adamlıq mebel çarpayısına baxdı. Qoşa qoyulmuş ba-
lınca  gözü  sataşdı.  Bu  qoşa  balıncda  cəmi-cümlətanı 
yeddi-səkkiz  ay  birlikdə  yatmışdılar.  Artıq  beş  ilə  az 
qalır ki, çarpayıda tənha yatan Dəniz hər gecə yatağına 
girəndə  Rüstəmlə  birgə  keçirtdikləri  o  yeddi-səkkiz 
ayın xəyalları ilə ovunub yuxuya gedir. Dəniz heç vaxt 
ağlına sığışdıra bilməzdi ki, Rüstəm bu tezliklə ondan 
doysun.  Heç  indi  də  elə  bir  fikri  özünə  yaxın  burax-
mır. Elə onun üçün də Üfüq fikrini özündən uzaqlaş-
dırırdı. 
İşığı  söndürüb  yerinə  girdi  və  yorğanı  sinəsinə 
kimi çəkdi. Özündən asılı olmayaraq fikri onu bu gün 
iş yerində «qarşılaşdığı» məqamlara apardı. 
Qaynanası ilə qayınatasının qaranlıq otağa sızıb 
gələn  söhbəti  Dənizin  fikrini  qapıya  doğru  yönəltdi. 
Şüşəbənddə  gedən  söhbətin  otaqda  aydın  eşidilməsi 
Dənizin  yataq  otağının  qapısının  aralı  qalması  səbə-
bindən olmuşdu. Qapının  arasından düşən işıq zolağı 
özü ilə birlikdə İslam kişi ilə Zərifə arvadın arasında 
gedən söhbəti Dənizə “çatdırırdı”. Əvvəldən axıra ki-
mi qarı-qoca arasında gedən söhbəti eşidən Dəniz hər 
iki qocanın çıxılmaz vəziyyətə düşdüyünü çoxdan ba-
şa  düşsə  də  amma  indi  onlara  yazığı  gəldi.  Övlad-
larının xəcalətini çəkən qarı-qoca Dənizin gözündə da-
ha da ucaldılar. Dəniz qayınanasının və qayınatasının 
gəlin kimi onu belə çox sevmələrini, çox istəmələrini 
eşitdikcə  gözünün  yaşını  yorğanın  küncü  ilə  silərək, 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə