Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

Nifrətin göz yaşları 
 
75 
* * * 
Aradan  bir  aya  yaxın  vaxt  keçsə  də  Səma  heç 
cür atasının ölümü ilə barışa bilmirdi. Əlləri qoynunda 
olan Səmanın baxışları qeyri-ixtiyari uzaqlara dikilir-
di. İş yerində bir neçə dəfə Atəş Səmanı kənara çəkib 
təskinlik vermişdi. 
- Yox, dözə bilmirəm. Yaşamağımı da mənasız 
hesab edirəm, - deyən Səma hönkürərək iş otağına get-
mişdi. 
Atəş Səmanın  bu az  müddət ərzində  qızılı saç-
larının  ağ  saçlarla  əvəz  olunmasını  gördükcə  içindən 
qara qanlar axırdı. Qız günü-gündən şam kimi əriyirdi. 
Bir  gün  iş  yerinə  xəbər  gəldi  ki,  Səmanın  vəziyyəti 
ağırdı.  Özü  də  xəstəxanadadır.  Xəbəri  eşidən  kimi 
Atəş  özünü  xəstəxanaya  çatdırdı.  Qapının  ağzına  yı-
ğılmış  adamlardan  öyrəndi  ki,  Səma  içəridədi.  Xeyli 
vaxtdan sonra çölə çıxan həkimin «Xəstənin vəziyyəti 
ağır olaraq qalır, amma Allahdan ümid üzülməz. Əsas 
məsələ  isə  bu  gecəlikdi.  Əgər  xəstə  səhərə  salamat 
çıxsa,  qorxusu  yoxdur»  dediyi  sözləri  eşidən  Sona 
xanım irəli yeriyərək: 
-  Həkim,  başına  dönüm.  Mən  xəstənin  anası-
yam. İcazə verin bu gecəlik balamın yanında özüm qa-
lım. Bəlkə, bir sözü var. – dedi.  
- Olmaz, xala. Onsuz da xəstə özünü bilmir. Nə 
sözü olacaqdı. Yaxşısı budur ki, gedin evə. Səhər əla-
qə saxlayarsınız. Həkim sözünü tamamlayıb əməliyyat 
otağına daxil oldu. 
Naəlac qalan xəstə sahibləri yavaş-yavaş evləri-
nə getdilər. Atəş də evə yollandı. 
 
 
 


Fazil SƏNAN 
 
76 
* * * 
Gecə əl-ayaq çəkiləndən sonra Atəş xəstəxanaya 
gəldi. Növbətçi həkimin otağına daxil oldu. 
- Həkim, xəstənin vəziyyəti necədi?  
- Hansı xəstəni soruşursunuz? 
-  Səma  Muradlının.  Reanimasiyada  yatan  xəs-
təni deyirəm. 
-  Hə  bildim.  İndi  gəlirəm  yanından.  Hələ  ayıl-
mayıbdı.  Fikrimizcə  səhərə  yaxın  ayılmalıdı.  Güman 
bu gecəyədir. Nə lazımsa etmişik.  
-  Həkim  icazə  verərsiniz  xəstənin  yanına  ge-
dim? Atəş yalvarıcı, ümiddiləyici baxışlarını həkimin 
üzünə dikdi. 
- Yox, olmaz. 
- Xahiş edirəm, deyən Atəş daha da yazıqlaşdı.  
- Xəstənin nəyisiniz? 
Həkimin gözlənilməz sualından çaşan Atəş «ya-
xınıyam» dedi. 
-  Hə,  başa  düşdüm.  Sevgilisiniz.  Düzmü  deyi-
rəm. Həkim gülümsündü. 
- Elə bir şeydi. Atəş cavab verdi və başını aşağı 
dikdi. 
- Sevənlərə kömək etmək lazımdır. Dur gedək. 
Həkim ayağa qalxdı. 
Atəş  də  ayağa  durub  həkimin  arxasınca  getdi. 
Həkim  cibindən  açarı  çıxardıb  palatanın  dəmir    bar-
maqlıqdan düzəldilmiş qapısını açdı və üzünü yanında 
dayanmış Atəşə tutdu. 
- Keç içəri. Bir saat bəsdimi? 
- Bəsdi. Sağ olun həkim. Atəş razılığını bildirdi.  
Atəş  palataya  daxil  oldu.  Həkim  isə  qapını 
bağlayıb otağına qayıtdı. 
Atəş  çarpayıda  halsız  vəziyyətdə  uzanmış  Sə-
maya  yaxınlaşdı.  Uzun kirpiklərin ağarmış  üzə kölgə 


Nifrətin göz yaşları 
 
77 
salması, ağ, zərif qolların  yanına  uzadılması, mələfə-
nin sinədən aşağı sürüşməsi və yumru döşlərin açıqda 
qalması, qızılı saçların balınca dağılması Atəşin daxi-
lində gözlənilməz bir fırtınaya çevrilərək gözlərindən 
Səmanın  açıq  sinəsinə,  üzünə  damcılamağa  başladı. 
Əli  ilə  Səmanın  başını  qaldırıb  sağ  qolunun  üstünə 
alan  Atəş  «Qurban  olum  Səma,  aç  gözünü.  Aç,  mə-
nəm. Sənə gələn mənə gəlsin, Səma. Sənə bir şey olsa 
mən bir gün də yaşaya bilmərəm. Aç gözlərini Səma. 
Kirpiklərinə canım qurban».  
Səmanın yumulu gözlərini, solğun sifətini, sinə-
sinə  dağılmış  qızılı  saçlarını  göz  yaşları  içərisində 
öpüşlərə qərq edirdi Atəş. 
Həkim  saata  baxdı.  Ayağa  qalxdı  və  gələrək 
palatanın  dəmir  qapısını  açdı,  taxta  qapının  ağzında 
dayanıb  pəncərədən  içəriyə  baxdı.  Həkim  gözlərinə 
inanmadı. İlahi, bu necə sevgidi? Oğlanın yanaqların-
dan  yaş  sel  kimi  axaraq  xəstənin  sinəsinə  tökülürdü. 
Oğlan xəstəni duz kimi yalayırdı. Yalvarırdı: «Aç gö-
zünü, canım-gözüm, ürəyim. Məni öldürmə. Mənə ya-
zığın gəlsin. Eşidirsən, Səma? Sən yaşamalısan! Mənə 
görə  yaşamalısan!  Məni  yaşatmaq  üçün  yaşamalısan! 
Yoxsa, mən heç bir gün, bir saat da səndən artıq ya-
şamaram. Aç gözünü, Səma! Solğun dodaqlarına ürə-
yim qurban». Atəş dodaqlarını Səmanın solğun dodaq-
larına söykədi. 
Bunu  müşahidə  edən  həkim  kövrəldi  və  qapını 
açıb  içəri  daxil  olaraq  xəstənin  yanına  gəldi.  Atəşin 
qolundan tutub çarpayının yanından ayağa qaldırdı. 
- Cavan oğlan, əgər bu qız həyata qayıtsa, bil ki, 
sənin  yalvarışlarına  görə,  sənə  görə  Tanrı  bağışlayır. 
Mən  hər  şeyi  gözümlə  gördüm  və  qulağımla  da  eşit-
dim. Hamı  sevir. Allah bu qızı  sənə  bağışlasın. Sənə 
necə  deyim  ki,  get?  Deyə  bilmirəm.  İşıqlaşana  kimi 


Fazil SƏNAN 
 
78 
qal  xəstənin  yanında.  Elə  ki,  gördün  dan  yeri  ağarır, 
qapını bağla və açarı mənə gətir. Oldu? 
- Sağ ol, həkim. Allah sizdən razı olsun. - deyən 
Atəş həkimdən açarı alıb cibinə qoydu. 
Həkim  gedəndən  sonra,  Atəş  stulu  çarpayının 
yanına qoyub əyləşdi. Başladı Səmanın qollarını, əllə-
rini,  ayaqlarını  yavaş-yavaş  ovxalamağa.  Arada  bir 
pambığı isladıb qızın dodaqlarını silir. Qulağını qızın 
sinəsinə söykəyib ürək döyüntüsünə qulaq asır. 
- Aç gözlərini Səma, aç! Mənəm. Qadan ürəyi-
mə gəlsin, aç! - deyərək Atəş gah Səmanın gözlərin-
dən öpür, gah da Tanrıya yalvarır.  
Səmanın göz qapaqları yavaş-yavaş açıldı. Bunu 
görən  Atəş  sevincək  özünü  həkimin  otağına  salaraq: 
«Qurban olum, həkim! Səma gözlərini açdı!» dedi. 
Həkim  tələsik  Atəşlə  birlikdə  xəstənin  yanına 
gəldi.  Səma  gözlərini  açmışdı.  Amma  ətrafı  dərk  et-
mirdi. 
- Atəş, bu sənin göz yaşlarının Tanrı tərəfindən 
nəzərə alınmasıdır. Qorxma, daha qorxu arxada qaldı. 
Bir-iki saata özünü dərk edəcək. Bir az da xəstəxanaya 
gec çatdırsaydılar, heç bir köməyin xeyri olmayacaq-
dı. 
- Həkim, o atasını çox sevirdi. Atasının ayrılığı-
na heç cür dözə bilmirdi. Ona görə intihar edibdi. Bil-
diyimə görə yuxu həbləri udub. Bir neçə dəfə təskinlik 
mövzusunda  mənim  də  söhbətim  oldu.  Amma  hiss 
etdim ki, xeyri yoxdur.  
-  Var!  Elə  adamlar  var  ki,  sevdikləri  adamın 
itkisini  qəbul  edə  bilmir.  Psixoloji  gərginlikdən  yaxa 
qurtara bilmirlər. Axırda çıxış yolunu intiharda görür-
lər.  Maraqlıdır  ki,  intiharı  da  sevinc  hissi  ilə  qəbul 
edirlər. Səhər açılır, daha siz gedin. Baş həkim bilər, 
yaxşı olmaz. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə