Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

Nifrətin göz yaşları 
 
87 
çivəsindən götürərək qarşısında dayanmış Atəşi sinəsi-
nə  sıxdı,  boyun-boğazını  həm  öpüşlərə,  həm  də  göz 
yaşlarına qərq etdi. Qızın isti nəfəsindən Atəşin içi eh-
tirasa gəldi. Səma Atəşin köynəyinin düymələrini aç-
mağa başladı və Atəşi qoşa balınclı çarpayının yanına 
gətirib dedi: 
- Yer hazırdı. Yata bilərsən. Amma işığı yandır-
ma. Utanıram. Ürəyimizin işığı bəsdi, deyən Səma so-
yunub yatağa uzandı və əlinin havası ilə Atəşi yanına 
gətirib ona sarıldı. 
-  Atəş,  bilirəm  həsrətimi  çox  çəkmisən.  İndi  o 
həsrət odunu söndür. – deyən Səma, Atəşi nazik qol-
ları arasına alıb daha da ona qısıldı. 
Bir azdan nazik beli Atəşin qüvvətli qolları ara-
sında  sıxıldıqca  Səma  özünü  dünyanın  ən  xoşbəxt 
qadını hesab edirdi. 
Başını Atəşin qolu üstə qoyub xoşbəxt anlarını 
yaşayan  Səmanın  beynindən  bir  fikir  keçdi.  «Qızım, 
səni  xoşbəxt  görsəydim,  ölsəm  də  dərdim  olmazdı. 
Bircə dərdim sənsən!» «Ata, xoşbəxtəm. Dünyanın ən 
xoşbəxti.  Məni  həyatı  qədər  sevən  Atəşlə  bir  yerdə-
yəm.  Çox  heyiflər  olsun,  bu  xoşbəxtliyin  gecikməsi 
mənim günahımdan oldu. Artıq hər şey arxada qalıb». 
Fikirlərindən  Səmanın  içərisinə  bir  rahatlıq  yayıldı. 
Dolabın  üstündə  qoyulmuş  telefondan  ətrafa  yayılan 
musiqi sədaları sanki Atəşin ürək döyüntülərini Səma-
nın qulağına pıçıldayırdı. 
 
Gül üstünə gül koklamam
Öldürseler aldatmam. 
Sarşın sevgilim varken
Başqa sevgili tanımam.  
- Nə gözəl oxuyur, Səma pıçıldadı. 


Fazil SƏNAN 
 
88 
- Gözəldi. Mənim Sarışınım, deyən Atəş Səmanı 
sinəsinə sıxıb ağ qarışıq qızılı saçlarından öpdü… 
 
EPİLOQ ƏVƏZİ 
 
İllər bir-birini əvəz etdi. Xoşbəxtlik ətri ilə dolu 
iki  otaqlı  evdən  balaca  bir  oğlan  uşağının  səsi  eşidi-
lirdi. Bu uşaq balaca Şəmil idi. 
27.06.2017 
Mərdəkan. 


Nifrətin göz yaşları 
 
89 
 
 
 
 
ÜRƏK AĞRISI 
 
Həyatda yeganə bir 
xoşbəxtlik var ki, o da 
başqası üçün yaşamaqdır. 
L.Tolstoy 
 
əmil  iki  yolun  ayrıcında  qalmışdı.  Ge-
dim-getməyim  fikri  ilə  içində  əlbəyaxa 
olan Cəmil «Yox, getmək lazımdır» fik-
rini  qətiləşdirəndən  sonra  marşrut  avtobusuna  minib 
yola düşdü. 
Yolun  kənarında  göz  işlədikcə  uzanan  yaşıllıq, 
müxtəlif çeşidli güllərin rəngbərəngliyi, xüsusi zövqlə 
tikilmiş  yaraşıqlı  binalar  Cəmilin  könlünü  oxşamaqla 
bərabər, fikrini də çox uzaqlara, lap uzaqlara aparmış-
dı. Arada neçə onilliklərin zaman kəsiyi var idi. 
O  vaxtlar  gənc  idi.  Ali  məktəbi  yenicə  bitirib, 
təyinatını da öz kəndlərinə almışdı. Yayın qızmar isti-
sindən yaxa qurtarmaq üçün arabir həyətdə – ağacların 
kölgəsində  gəzinər,  bezikəndə  isə  ikinci  mərtəbəyə 
qalxaraq çarpayıya uzanıb kitablara baxardı. Beləliklə, 
günləri  yola  verərdi.  Belə  günlərin  birində,  təxminən 
günortadan  bir  az  keçmiş  aşağıdan  dedilər  ki,  Cəmil 
səni çağırırlar. 
Cəmil  aşağıya  düşdü  və  üzünü  əlində  süpürgə 
qapını süpürən anasına tutaraq: «Ana, kimdi çağıran?» 
deyə soruşdu. 
C


Fazil SƏNAN 
 
90 
-  Qapıda,  darvazanın  yanında,  söyüd  ağacının 
altında  durublar.  Rəfiqə  arvad  əlindəki  süpürgə  ilə 
darvazanı göstərdi. 
Cəmil  darvazanın  yanındakı  salxım  söyüdün 
altında  dayanmış  «qonaq»ların  yanına  çatıb:  «Xoş 
gəlmişsiniz.  Burda  niyə  dayanmısınız?  Gedək  evə» 
dedi. 
- Sağ ol, qadan ürəyimə. Eşitdik ki, məktəbi də 
bitirmisən.  Allaha  şükür,  deyən  Salatın  arvad  Cəmili 
qucaqlayıb üzündən öpdü. 
-  Sağ  olun,  Salatın  xala.  Gedək  beş-on  dəqiqə 
əyləşin,  yenə  gedərsiniz.  Cəmilin  təkidi  qarşısında 
boyun qaçıra bilməyən Salatın arvad evə gəldi. Cəmil 
ağacın  kölgəsində  qoyulmuş  stolun  ətrafında  yer 
göstərdi. 
Salatın  “Allah  canına  can  sağlığı  versin,  ay 
oğul”, - deyib əyləşdi. 
Rəfiqə tez süpürgəni yerə qoyub, “xoş gəlmisi-
niz” deyib Salatın arvad və qızı ilə görüşərək çay təda-
rükü görməyə başladı. 
-  Deyirəm,  ay  Rəfiqə  illər  nə  tez  gəlib  keçdi. 
Allaha  şükür  Cəmil  məktəbi  qurtarıb.  Salatın  arvad 
çay dolu stəkanı qarşısına çəkdi. 
- Allah balalarına da qismət eləsin. Rəfiqə arvad 
minnətdarlığını bildirdi.  
-  Nə  bilim  Şəlalə  də  oxumaq  istəyir.  Salatın 
yanında əyləşmiş  qızını  göstərdi.  Görək  girə  biləcək-
mi? Şəlalə dedi ki, ana Cəmildə kitab var. Gedək Cə-
mildən onu alaq. Ondan ötəri məni gətirib. Deyirəm, a 
bala  get  özün  al,  elə  deyil  ki,  Cəmili  tanımayasan. 
Uşaq  vaxtı  o  qədər  bir  yerdə  oynamısınız  ki.  Deyir, 
yox ey, utanıram. Bu günün istisində məni özü ilə sü-
rüyüb gətirib. 


Nifrətin göz yaşları 
 
91 
Salatın  arvadın  sözündən  sonra  Cəmil  yanında 
oturmuş Şəlaləyə baxdı. Gələndən birinci dəfə idi ki, 
Şəlaləyə  baxırdı.  Bu  maraq  Salatın  arvadın,  «Uşaq 
vaxtı o qədər bir yerdə oynamısınız» sözündən sonra 
yarandı.  Cəmilin  baxışları  ona  baxan  Şəlalənin  ba-
xışları  ilə  toqquşdu.  Və  bu  toqquşmadan  hər  ikisinin 
daxilinə  bir  qığılcım  düşdü.  Bu  qığılcımın  çartıltısını 
heç kim nə bildi, nə də duydu. 
Cəmil qızı ilk dəfə görən kimi qızın uca boyu, 
qırmızı  yanaqları,  yumru  sifəti,  qonur  gözləri,  qara 
saçlarının  bir  hörükdə  hörülərək  arxasına  atılması, 
düz, yoğun baldırları, dizindən yuxarı donunun ağ qıl-
çalara xüsusi bir yaraşıq verməsi, kriplin donunun si-
nəsindən  qırmızı  enli  zolağın  yarıya  qədər  enməsi, 
münasib bədəninə kip olan donun sinəni qabartması və 
qızın təbəssümü Cəmili bir baxışda ovsunladı. 
Balaca Şəlalənin belə gözəl qız olması heç vaxt 
Cəmilin  ağlına  gəlməzdi.  «Qız  səni  Tanrı  göndərdi? 
Deyəsən  bu  qız  mənim  qismət  payımdır.  Belə  gözəli 
heç  kim  əldən  buraxmaz.  Bəlkə  də  özünün  istədiyi 
var. Yox, əgər məndən qabağa düşən yoxdursa, bu qa-
lın  dodaqlar,  yeni  qönçələnmiş  narlar  mənim  olmalı-
dır»  fikri  ilə  Cəmil  beynində  məşğul  ikən  Şəlalə  də 
Cəmili nəzərdən keçirtdi. 
«Nə  gözəl  oğlandır.  Uca  boyu,  yana  daranmış 
qara saçları sifətinə xüsusi yaraşıq verir. Dolu bədən, 
əzələli qollar, qonura bənzər gözlər və s. sevilməyə la-
yiqdir.  Yox,  əşi,  sözsüz  ki,  bunun  sevdiyi  olar.  Belə 
gözəl, yaraşıqlı oğlanı heç bir qız əldən buraxmaz. Al-
lahın altında mənim olaydın, Cəmil. Heç bilirsən səni 
necə  sevərdim?»  fikirləri  Şəlalənin  içərisində  Cəmilə 
qarşı özündən asılı olmayaraq bir ilıqlıq əmələ gətirdi. 
Salatın  arvadın  gözlənilmədən  olan  müraciəti 
hər iki gənci özünə qaytardı. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə