Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   41   42   43   44   45   46   47   48   49

Fazil SƏNAN 
 
188 
Yaxşı boy atır. Qurban əlini yanına silib qapıya doğru 
yönəldi. 
- Hara gedirsən. Bəri gəl görək. Barat Qurbanın 
qolundan tutub əlüzyuyanın yanına çəkdi. Hər ikisi əl-
lərini  yuyub  eyvanda  qoyulmuş  stolun  arxasına  keç-
dilər.  
Bir azdan Barat ayağa qalxdı və mətbəxə keçdi. 
Əlində  yarımçıq  üç  litrlik  bankanı  gətirib  stolun  üs-
tünə qoydu. Olan-olmazdan stolun üstünü düzəldib əy-
ləşdi.  Qədəhlərə  araq  süzüb  «Götür  görək,  əmioğlu» 
dedi. 
Qədəhlər  öpüşüb  başa  qalxıb  endikcə  keflər 
durulmağa başlayırdı. 
- Qurban bunu da içək sənin caladığın tutun sağ-
lığına. Gələn il mənim üçün üzümlə qozu calayarsan. 
- Oldu, Barat. O nə sözdü. Qurban bir az da şe-
şələnərək  «tutun  sağlığına»  deyib  dolu  qədəhi  başına 
qaldırdı. 
Darvazadan çıxan Qurban ayağı-ayağına dolaşa-
dolaşa yola düzəldi. 
 
* * * 
Aradan  on-on  beş  gün  keçmişdi.  Eyvanda  əy-
ləşmiş Barat özü üçün bala-bala vururdu. Səsə bir tə-
hər ayağa durub qapıya çıxan Barat: 
- Xoş gəlmisən Qurban. Nə yaxşı gəlmisən? 
- Dedim görüm calağın vəziyyəti nə cürdür? 
- Lap yaxşı eləmisən. Get calağa bax, gəl içəri, - 
deyən  Barat  əli  ilə  Qurbana  həyəti  göstərdi,  özü  isə 
eyvana çıxdı. 
Həyətə keçib calağa baxan Qurban qayıdıb Ba-
ratla qabaq qənşər oturdu. 


Nifrətin göz yaşları 
 
189
- Əla bitib. Hələ  belə calaq  olmayıb. Nə  qədər 
sürətlə böyüyür? Belə getsə gələn il araq çəkmək olar. 
Qurban irişə-irişə dolu qədəhi götürdü. 
Axşamçağı  Qurbanı  yola  salan  Barat  «Yolun 
kənarı ilə get. Maşın zad vurar» - dedi. 
-  Maşın  kordu,  görmür  məni,  -  deyən  Qurban 
səntirləyə-səntirləyə yola düzəldi. 
 
* * * 
Aradan  bir  həftəyə  yaxın  vaxt  keçibdi.  Barat 
eyvanda əyləşib üç litrlik banka da qarşısında. İki-üç 
qədəh  içib.  Kefinin  duru  vaxtıdı.  Bu  zaman  darvaza 
döyülür.  Barat  ərindiyindən  ayağa  durmur.  Oturduğu 
yerdə çığırır:  
- Kimsən, gəl içəri! 
Məhəccərin  yanında  dayanmış  Qurban  irişə-
irişə Barata baxır: 
- Ə, nə yaxşı gəlmisən, Qurban? 
- Burdan keçirdim, dedim ki, bir baxım görüm 
calağın vəziyyəti nətəridi? 
- Lap yaxşı eləmisən. Gəl, otur, qalxanda calağa 
baxarsan. Olarmı? – deyən Barat güldü. 
Qurban stolun üstündəki yarımçıq üç litrlik ban-
kanı  görcək  ayaqqabılarını  çıxardaraq  Baratın  qarşı-
sındakı stulda əyləşdi. 
Barat durub içəridən bir qədəh gətirib Qurbanın 
qarşısına qoydu və bankanı əlinə götürüb dedi: 
- Qurban, bu bankanı görürsənmi? 
- Hə, görürəm Barat. 
-  Qurban  gördüyün  bu  bankanı  boşaltmalıyıq. 
Tut  arağıdı  ha…  Axıra  kimi  mənimlə  vura  bilə-
cəksənmi? 
- Baş üstə. Orda nə var ki? Elə bil dünyanı Qur-
bana bağışladılar. 


Fazil SƏNAN 
 
190 
- Onda götür görək! Barat dolu qədəhi götürüb 
Qurbanın qədəhi ilə toqquşdurub başına çəkdi. 
Artıq banka boşalmışdı. Barat özünü tarazlayıb 
ayağa durdu və əlini stola çırparaq dedi: 
- Dur Qurban! Dur gedək calağa da bax! Barat 
Qurbanın  qolundan  tutub  yavaş-yavaş  calağın  yanına 
apardı. 
- Ə, bu nə qədər böyüyübdü. Əməlli-başlı kölgə 
salır  ki,  -  deyən  Qurban  əyildi  ki,  calağa  yaxından 
baxsın, özünü saxlaya bilməyib calağın böyrünə uzan-
dı. 
Barat  əl  ataraq  calağı  kökündən  çıxardıb  əlinə 
aldı.  Qurbanı  ayağa  qaldırdı  və  qoluna  girdi.  Yavaş-
yavaş darvazanın ağzına gəldilər. 
-  Qurban,  al  bu  calağı  da  özünlə  apar.  Bir  də 
əziyyət çəkib calağı yoxlamaq üçün bura gəlmə, - de-
yən Barat əlində tutduğu calağı Qurbana verdi. 
Yeni  boy  atmış  calağı  sinəsinə  sıxan  Qurban 
yavaş-yavaş  yola  düzəldi.  Barat  isə  qapını  örtüb  evə 
qayıtdı. 
Velosipedlə  gedən  uşaq  yolun  kənarında  uzan-
mış adamı görcək velosipedi saxlayıb düşdü və «Qur-
ban dayı, niyə burda uzanmısan?» soruşsa da sualına 
bir cavab ala bilmədi. 
24.01.2016 


Nifrətin göz yaşları 
 
191
 
 
 
 
RAZBORKA 
 
Taksi dayanacağına çatan Ülfət tez boş bir ma-
şına əyləşdi: 
- Hara? – sürücü soruşdu. 
-  Tez  sür  Akif  dayı,  -  deyən  Ülfət  əlini  cibinə 
saldı. 
- Bir de görək hara gedirsən, nə verəcəksən. Sür 
deməklə olmur, axı. 
- Akif dayı nə desən onu verəcəyəm. Tələsirəm, 
tez ol. Bayraq meydanı olan təpəyə sür. 
- Oldu, baş üstə. Bu başqa məsələ, - deyən Akif 
mühərriki  işə  saldı.  Bir  azdan  «Jiquli»  asfalt  yolda 
qanad açmağa başladı. 
Mobil telefonu qulağına tutan Ülfət: «Maşında-
yam. Bir az dözün, bu dəqiqə çatıram. O, alçağa deyin 
ki, heç hara tərpənməsin.» – dedi. 
Getdikcə  öz-özünə  qızışan  Ülfət  arabir  üzünü 
sürücüyə tərəf çevirərək: 
- Akif dayı, maşının sürətini bir az artır. Elə bil 
maşın heç getmir, – deyir. 
Gözünü yoldan çəkməyən Akif: 
- Axı, nolub, bir məni başa sal görüm? 
- Razborkalıq iş var. Ülfət bir az öncə söndürdü-
yü telefonun düyməsini yenidən basdı və qulağına tut-
du. 
- A bala, razborka nədir? – Akif soruşdu. 
- Razborka, necə deyim, ey. Bir dolaşıq məsələ 
var… hə, hə yadıma düşdü - onu aydınlaşdıracağam. 


Fazil SƏNAN 
 
192 
- Soruşmaq ayıb olmasın, o nə məslədir ki, sən 
aydınlaşdırmağa  gedirsən.  Heç  olmasa  bir-iki  nəfər 
yoldaş götürəydin. 
- Yoldaşla gedənlər qorxaq adamların işidir. 
-  A  bala,  söhbət  qorxaqlıqdan  getmir.  Bəlkə  o 
adamlar  sayca  çoxdurlar.  Onun  üçün  deyirəm  ki,  tək 
getmə. 
- Ona deyin, tərpənməsin, çatıram. Onun anasını 
ağlar qoymasam Canavar Ülfət adı mənə haram olsun. 
Hələ  oğraşa  neçə  dəfə  demişəm  ki,  mənim  qarşıma 
çıxma.  
Ülfət hirsli-hirsli telefonu söndürüb cibinə qoy-
muşdu  ki,  maşın  “Bayraq  meydanı”  adlanan  təpəyə 
çatdı.  Akif maşını  yolun kənarına çəkib saxladı.  Ma-
şından düşən Akif Ülfətə dedi: 
- Sirr deyilsə, məni başa sal görüm nə məsələdi. 
Bəlkə heç getməyin lazım deyil. 
-  Narahat  olma,  Akif  dayı,  mən  belə  razborka-
ları çox yoluna qoymuşam. Beş-on dəqiqə burada göz-
lə, məsələni aydınlaşdırıb qayıdıram. Qayıdanda pulun 
nə eləyir iki qat verəcəm. 
- Ülfət, elə deyil, kənddən mənlə gəlmisən. Ge-
dərsən bir hadisə baş verər, məni də işə salarsan. Ya-
xam qalar polisin əlində. Ondan əlavə atan-anan, eşi-
dən-bilən deməzmi, o cavan idi, bəs sənə nə olmuşdu? 
Nə üçün qoyurdun getsin? 
- Akif dayı, ürəyini buz kimi saxla, beş-on dəqi-
qə gözlə bu dəqiqə qayıdıram. Onları başa salıb qayı-
dıram, - deyən Ülfət tələsik maşından aralanıb uçurum 
tərəfə yola düzəldi. 
Nazik,  qılçası-qılçasına  dolaşan,  boğazı  armud 
saplağına oxşayan, uzağı 45-50 kq çəkisi olan Ülfətin 
arxasınca  baxan  Akif  öz-özünə:  «Bunun  find-fasonu 
ilə danışığı, cəsarəti heç uyğun gəlmir», – dedi. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə