Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   41   42   43   44   45   46   47   48   49

Nifrətin göz yaşları 
 
193
Xeyli  keçmiş  Akif  narahat  olmağa  başladı. 
«Yox,  gərək  mən  də  onunla  gedəydim.  Başına  bir  iş 
gəlsə zibili məni tutacaq» və s. fikirləri ilə məşğul olsa 
da  özü-özünü  sakitləşdirməyə  çalışırdı.  Axırda  səbri 
tükənən Akif Ülfətin getdiyi səmtə yollanmaq istəyirdi 
ki, bu zaman eşidilən «Akif dayı, kömək elə, öldüm» 
deyə səs gələn tərəfə çönəndə  üst-başı qan içində, pal-
paltarı  cırılmış  vəziyyətdə  yola  tərəf  sürünən  Ülfətə 
tərəf yüyürməyə başladı. 
Akif Ülfəti qucağına alıb bir-təhər maşının yanı-
na  gətirdi.  Cibindən  yaylığını  çıxardıb  Ülfətin  sir-
sifətinin qanını təmizləyən Akif: 
- Sənə dedim, qoy mən də gedim. Razı olmadın. 
Bu nə gündü düşmüsən? – deyə soruşdu. 
- Akif dayı, məni evə çatdır, deyəsən ölürəm, - 
deyən Ülfət başını maşının yanına söykədi. 
-  Ə,  bəs  deyirdin  ki,  mənə  Canavar  Ülfət  de-
yərlər. Belə razborkaları çox yoluna qoymuşam? Sən 
heç  tülkü  də  deyilmişsən.  Razborkaya  belə  aydınlıq 
gətirirsən? – deyən Akif Ülfəti birtəhər arxa oturacağa 
uzandırıb yola düşdü. 
 
22.04.2016 


Fazil SƏNAN 
 
194 
 
 
 
 
MÜASİR AİLƏ 
 
Səhər  yenicə  işıqlaşmışdı.  Mobil  telefon  zəng 
çaldı. 
“İşıqlanmamış  xeyir  ola?”  –  Pənah  telefonun 
düyməsini basdı. 
- Sabahın xeyir, Pənah! Nə var, nə yox? 
-  Sağ  ol.  Sağlığın,  Sərdar.  Xeyirdimi,  səhər-
səhər zəng etməkdə? 
-  Xeyirdi,  Pənah.  Şəhərə  gəl,  ayrı  yerə  gedə-
cəyik.  
- Hara? 
- Uzaqdı. Tovuz tərəfə. 
-  Üstümdə  elə  pul  da  yoxdu.  De  görək  xeyir-
dimi? 
- Xeyirdi. Pul lazım deyil. Dostlar var, qonaqlığı 
onlar verəcək. Gözləyirəm. Bir az tez gəl. 
Pənah qalxıb paltarını geyindi, əl-üzünü yudu və 
bir  stəkan  çay  içib  yola  çıxdı.  Dörd  yol  deyilən  yerə 
çatanda  gördü  ki,  Sərdar  maşını  yolun  kənarında 
saxlayıb, özü isə şam ağacının yanında dayanıbdı. 
Hal-əhvaldan sonra «əyləş» gedək. Sərdar əli ilə 
qabaqda  olan  boş  yeri  göstərdi,  özü  isə  sükanın 
arxasına keçdi. 
Pənah  maşının  qapısını  açıb  oturmaq  istəyəndə 
gözü  arxada  əyləşmiş  qadına  sataşdı  və  «Sabahınız 
xeyir» deyib Sərdarın üzünə baxdı. 
-  Əyləş  görək.  Yaxın  adamdı.  Sərdar  arxada 
əyləşmiş qadına baxıb qımışdı. 


Nifrətin göz yaşları 
 
195
Tərəddüd  içində  qalan  Pənah  «Mənim  getmə-
yim  məsləhət  deyil»  desə  də,  Sərdar:  «A  kişi,  əyləş. 
Məsləhətdi ki, deyirəm, əyləş» - deyə təkid etdi. 
Bir  az  getmişdilər  ki,  Pənah:  -  «Belə  hara  ge-
dirsən?  Bəs  demirdin  Tovuza  gedirik?»  -  deyə  so-
ruşdu. 
-  Özüm  elə  deyirdim.  Toğanaya  gedirik.  Bəlkə 
Göy-Gölə qalxdıq. 
- Bazardan hərlənəydin, ayından-oyundan alay-
dıq.  
-  Narahat  olma,  Pənah.  İcazə  ver  ətraflı  izahat 
verim.  Yadında  qalıbsa,  bir  dəfə  söhbət  əsnasında 
demişdim ki, ali məktəbdə oxuyanda bir qız sevirdim. 
O qız da məni istəyirdi. Lakin qismət olmadı. Həmin 
qızı  internet  vasitəsilə  tapdım  və  yenidən  «tanış»  ol-
duq. Görüşmək razılığını aldım. Həmin qız dünən gə-
lib. Bu gecə qonağım olubdu. Gec də olsa, gör aradan 
neçə  illər  keçib,  həsrət  qaldığımız  illərin  heyfini 
çıxdıq. Səhər qalxanda dedi ki, imkan olsa məni Göy-
Gölə,  Toğanaya  apar,  oraları  görmək  arzusundayam. 
Mən də dedim «Baş üstə». Hər şey almışam. Maşının 
yük yerindədir. Hə, indi tanış ola bilərsiniz. Sevinc de-
diyim qız arxada oturandır. 
Pənah  arxaya  dönərək:  -  «Tanışlığımız  üçün 
məmnun oldum» - dedi. 
-  Sağ  olun.  Mən  də  şad  oldum.  Sevinc  xanım 
gülümsündü.       
Maşını  yolüstü  mağazanın  qarşısında  saxlayan 
Sərdar, “Bir az da meyvə alaq” – deyib maşından düş-
dü.  Pənah  da  Sərdarla  birlikdə  mağazaya  daxil  oldu. 
Meyvələrdən seçib bir torba düzəldən Sərdar Pənahın 
təkidinə baxmayaraq meyvənin pulunu özü verdi. Ma-
şın  meşənin  arasında  irəlilədikcə  Sərdar  Hacıkəndin 
və Göy-Gölün gözəlliklərini ürək dolusu Sevincə tərif-


Fazil SƏNAN 
 
196 
ləyirdi. Yolüstü bulağın yanında maşını saxlayan Sər-
dar «Düşün, həm soyuq sudan için, həm də bu gözəl 
havadan udun» deyib qonaqpərvərliyini göstərirdi. 
-  Deyirəm,  Toğana  çayının  yolu  ilə  çay  yuxarı 
qalxaq.  Gözdən  uzaq  olaq  və  meşənin  sakitliyindən 
zövq alaq. Ağlınız nə kəsir. Sərdar Pənaha baxdı. 
- Yaxşı fikirdi. Hərbi postdan buraxacaqlarmı? 
- O mənlikdi. Sərdar dönüb arxaya, Sevincə bir 
göz vurdu. 
Maşın  hərbi  postun  yanında  dayandı.  Sərdar 
əsgərə «Bacıoğlu, icazə ver keçək» dedi. 
- Olmaz, ağsaqqal! 
- Oğul, komandirin hardadı? 
-  İçəridədi,  dayı.  Əsgər  başı  ilə  «vaqon  ev»i 
göstərdi. 
Sərdar əlində kitab «vaqon ev»in qapısını döy-
dü. Çölə çıxan cavan zabit «Eşidirəm dayı» - dedi. 
Bacıoğlu  qonağım  var,  istəyirəm  çayın  kəna-
rında bir balaca istirahət edək. Sərdar cibindən bir ne-
çə vəsiqə çıxardıb qarşısında dayanmış zabitə uzatdı. 
Zabit vəsiqələri bir-bir nəzərdən keçirərək «Da-
yı,  orda  dincəlmək  sənin  haqqındır.  Ürəyin  harada 
istəyir, orada da istirahətini et», deyib güldü. 
-  Sağ  ol  bacıoğlu.  Al  bu  kitabı  öz  kitabımdır. 
Biz qayıdana kimi oxu. Qayıdan da fikrini deyərsən. 
Kitabı alan zabit əsgərə üzünü tutaraq: 
-  Dayının  maşınını  burax,  -  dedi  və  Sərdara 
«Yaxşı istirahət» arzuladı. 
 
* * * 
Çayın  kənarında,  mənzərəli  bir  yerdə  Sərdar 
maşını saxladı. Maşının yük yerini açıb palazı göy çə-
mənliyə sərdi. Döşəkcə və balıncları yerə qoydu. Mer-


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə