Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

Nifrətin göz yaşları 
 
175
Uşaqların  işıldaquş  adlandırdıqları  həşəratların 
bir  növü  olan  həmin  böcəklər  zülmət  qaranlıqda  uç-
mağa başlayanda işıldayırdılar. Həmin böcəklərin işıl-
tıları  qaranlıq  gecədə  maraqlı  bir  görüntü  yaradırdı. 
Uşaqlar  böcəklər  uçarkən  yaranan  işıltıya  doğru  yü-
yürürdülər ki, işıldaquşu tutsunlar. Böcəklər isə qaran-
lıqda  uçuşunu  dayandırıb  otluğun  arasında  gizlənən 
kimi işıq da «sönür»dü. 
Beləcə  o  tərəf,  bu  tərəfə  yüyürüb  əldən-dildən 
düşən uşaqlar axırda bezib işıldaquş tutmaq fikrindən 
əl çəkirdilər. 
 
*** 
«Mersedes» yolu əlinə aldı. Baxışları yolun kə-
narında olan ağaclara dikilən Cəlilə elə gəldi ki, ağac-
lar özünü günahkar hesab etdikləri üçün başlarını aşa-
ğı əymişdilər.  
Telefonun səsi Cəlili özünə qaytardı və düyməni 
basdı. İsmarıc gəlmişdi. Cəlil ismarıcı ekrana gətirdi. 
Gülay yazırdı: 
«Çox zaman səssizliyə çəkilib zövqlə iz-
lədiyim  mənzərə  dəmiryol  vağzalındakı 
relslərdir. Gözümü çəkmədən qoşa uza-
nan  relslərə  baxdıqca  içimdən  qəribə 
hisslər  keçir.  Yəqin  ki,  dəmir  relslərin 
beləcə haradasa kəsişib qovuşduğu yer-
lər  vardır…  İnsan  sevgisindən  fərqli 
olaraq». 
İsmarıcı  təkrar  oxuyan  Cəlil  dodaqlarında  is-
tehzalı bir təbəssümlə «Yox, mənim işıldaquşum, daha 
sənin cəzbedici soyuq işığına doğru uçduğum yetər!» 
– deyərək telefonu söndürüb cibinə qoydu. 
19.06.2016 


Fazil SƏNAN 
 
176 
 
 
 
 
 
 
 
 
 
II BÖLMƏ 
 
 
Ağlaya bilmədim 
 


Nifrətin göz yaşları 
 
177
 
 
 
 
ƏJDƏR ƏMİ 
 
Masabəyi mikrofonu əlinə alıb salona göz gəz-
dirdi.  Çalğının  və  oynayanların  səsindən  ağız  deyəni 
qulaq eşitmirdi.. Belə bir vurçatdasında masabəyi pus-
quda dayanmış canavar kimi ov gəzirdi. Birdən salo-
nun yuxarısında, bir az kənarda, diqqət cəlb etməyən 
yerdə  əyləşmiş  Əjdər  əmini  görən  kimi  masabəyinin 
mədəsi şirə ifraz etməyə başladı. 
Oynayanlar  öz  yerlərinə  keçdi.  Musiqiçilər  də-
rindən nəfəs alıb, soyumuş çaydan bir-iki qurtum içib 
pıçıldaşmağa başladılar. 
Masabəyi mikrofon əlində bir az ortaya çıxdı: 
- Yoldaşlar, səhərdən məclisə fikir verirəm. Hər 
şey  öz  qaydasındadır.  Yemək-içmək,  çalmaq-oyna-
maq,  qulluq  etmək  isə  yüksək  səviyyədədir.  Bir  mə-
sələ  mənim  diqqətimdən  yayınıbdı.  Yəqin  ki,  mənim 
günahımdan keçərlər. 
Məclisdəkilər  bir  anlığa  əllərini  yeməkdən  çə-
kərək  masabəyinin  nə  deyəcəyini  gözlədilər.  Salona 
çökmüş lal sükutu görən masabəyi sözünə davam etdi. 
- Təklif edirəm bu badələri hamımızın, o cüm-
lədən  şəhərimizin  böyük  hörmət  və  ehtiramla  yanaş-
dığı Əjdər əminin sağlığına qaldıraq.  
Məclisin ucqar yerində qoyulmuş stuldan kimsə 
ayağa qalxmaq istədi. Masabəyi tez elan etdi ki, Əjdər 
əmi,  siz  əziyyət  çəkməyin  mən  özüm  sizin  yanınıza 
gəlirəm. 
Məclis əhlinin təəccüb qarışıq diqqətini masabə-
yi özü ilə birlikdə Əjdər əminin əyləşdiyi stola apardı. 


Fazil SƏNAN 
 
178 
Masabəyi  mikrofonu  Əjdər  əminin  ağzına  tutdu  və 
dedi: 
- Əjdər əmi, sizdə bəylə-gəlinə öz xeyir-duanızı 
verin. Sizin duanız daha müstəcəb olar. Çox adamlara 
xeyir-dua  vermisiniz.  Hamısı  da  xoşbəxt  olub.  Bu-
yurun, eşidirik. 
Əjdər əmi əlini cibinə salaraq bir 50-lik çıxardıb 
masabəyinin  döş  cibinə qoydu. Mikrofonu masabəyi-
nin əlindən alıb salona göz gəzdirdi və boğazını arıt-
layıb sözə başladı. 
-  Cavanlara,  bu  məclisin  səbəbkarlarına  «Xoş-
bəxt  olun!  Qoşa  qarıyın!  Oğullu-qızlı  olun!  Həmişə 
özünüzdən böyüklərə hörmət edin! Ata-ananızın gözü 
aydın olsun» və sairə sözləri ilə müraciətini tamamla-
yan  Əjdər  əmi  mikrofonu  masabəyiyə  uzatdı  və  bir 
50-lik də çıxardıb dedi: 
-  Bunu  da  verərsən  xanəndəyə.  Pulu  cibinə 
qoyan masabəyi Əjdər əminin hər iki üzündən öpərək: 
«Allah sizin kimi ağsaqqalları bizim başımızın üstün-
dən  əskik  etməsin»  dedi  və  öz  yerinə  qayıtdı.  Masa-
bəyi  ağzını  xanəndə  qızın  qulağına  yaxınlaşdıraraq 
“Yaxşı tərpən, tora hər vaxt qızıl balıq düşmür”, deyib 
üzünü çalğıçılara çevirdi. «Əjdər əmi». Elə musiqiçi-
lər yenicə başlamışdır ki, masabəyinin səsi gur-gur gu-
ruldamağa başladı. 
- Hörmətli qonaqlar, bu çalınan hava Əjdər əmi 
üçündür. Bəh, bəh!.. Görün nə gözəl mahnıdır, «Əjdər 
əmi» mahnısı Əjdər əmi üçün yazılıbdır. Qurban olum 
onu yazana, bəstələyənə, oxuyana və oynayana. Məc-
lisdən  bir  gülüş  dalğası  keçdi.  Boyca  gödək,  qarnı 
xeyli özündən irəli, eni ilə boyu bir olan, başında qara 
kepka, boynu yoğun bir nəfər yavaş-yavaş çalğıçılara 
yaxınlaşdı.  Çalğıçılar  hamısı  ayağa  durdu  və  «Xoş 
gəlmisiniz, Əjdər əmi» dedilər. 


Nifrətin göz yaşları 
 
179
Əjdər əmi cibindən bir paçka yüzlük çıxartdı və 
başladı hər çalğıçının döş cibinə bir yüzlük qoymağa. 
Xanəndələrin  də  hərəsinə  bir  yüzlük  verəndən  sonra 
başladı yavaş-yavaş oynamağa.  
Elə  ki,  Əjdər  əmi  xanəndə  qızın  səhv-düz 
oxuduğu: 
 
Samavarı alışdırın, 
Maşa verim qarışdırın. 
Yarım məndən inciyibdi
Onu mənlə barışdırın. 
Çal oynasın, çal oynasın 
Əjdər əmi! - - - - - -  
  
Mahnının ritminə uyğun əl-qolunu yenicə atmağa baş-
lamışdı ki, məclisin müxtəlif yerlərindən qalxan adam-
lar  ortaya  gələrək  əvvəlcə  Əjdər  əmini  qucaqlayıb 
üzündən  öpür,  sonra  başına  pul  səpir  və  başlayırlar 
onunla oynamağa. 
Getdikcə Əjdər əmi ilə oynamaq istəyənlərin sa-
yı artmağa başladı. Bir azdan oynayanlar Əjdər əmi ilə 
xanəndə  qızı  ortaya  salıb  özləri  isə  əl-ələ  tutuşaraq 
yavaş-yavaş fırlanmağa başladılar. 
Ağ paltar, ağ ayaqqabı geyinən xanəndə qız ara-
bir  üzünə tökülən saçlarını arxaya darayıb Əjdər  əmi 
ilə  qol-boyun  oynadıqca  Əjdər  əminin  tez-tez  əli  xa-
nəndə qızın sinəsinə doğru uzanır. Xanəndə qız Əjdər 
əminin hər dəfə sinəsinə tərəf uzadılan əlində bir yüz-
lük gördükcə oxuduğu mahnılarda 
 
Əjdər əmi məndən inciyibdi,  
onu mənlə barışdırın. 
 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə