Microsoft Word Nifretin goz yawlari Teze kitab 2018. doc



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix15.10.2018
ölçüsü0,95 Mb.
#74402
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

Nifrətin göz yaşları 
 
171
titrəyən  nazik  bədəni  Cəlilən  qolları  arasında  sevinc-
dən aşıb-daşırdı. 
–  Gülay,  dilin  ilə  «sevirəm»  demirsən,  amma 
gəlib  burada  məni  gözləyirsən?  Bunu  necə  başa 
düşək? – deyən Cəlil Gülayın köksünə sığınmış nazik 
çənəsini qaldıraraq nəmli qara gözlərindən öpdü. 
Köksünü ötürən Gülay «Sən bilmirsən, qızlar öz 
sevgilərini  dilə  gətirmirlər.  «Səni  sevirəm»  demək 
qadının alçalması deməkdir. Biz qızlar «səni sevirəm» 
sözünü  hərəkətlərimizlə,  baxışlarımızla  deyirik.  Mən 
dəfələrlə  sənə  «Sənsiz  yaşaya  bilmirəm»  sözünü  de-
mişəm»  –  dedi  və  isti  nəfəsi  ilə  Cəlilin  boyun-bo-
ğazında gəzindi. 
– Demək, sən həmişə mənim yolumu gözləyir-
sən, eləmi? – deyən Cəlil qızı daha da köksünə sıxdı.  
– Bil və agah ol, mənim gözlərim həmişə sənin 
yollarına  tikilidi.  Sənsiz  keçən  hər  dəqiqəm  bir  ilə 
bənzəyir, – deyən Gülayı Cəlil sevincək sinəsinə sıxdı. 
Qara  gözlərindən  öpmək  istəyəndə  baxdı  ki,  qolları 
arasında  yorğandı.  Bir  xeyli  gördüyü  yuxunun  təsiri 
altında  qalan  Cəlil  özünə  gəldi  və  divardan  asılmış 
saata baxdı.  Saat altıya işləyirdi.  Bir azdan  hava  tam 
işıqlanacaqdır. 
«Yox,  düz  deyir.  Gülay  mənim  yolumu  gözlə-
yir. Yazıq qız, görür ki, başa düşmürəm, axırı yuxuma 
gəlib məni başa salır. Elə mən də tutmuşam ki, nə var, 
nə var, gərək dilinlə deyəsən ki, səni sevirəm. Telefon 
zəngləri ilə, söhbətləri ilə deyir də. Yox, gedirəm Gü-
layı  çağırıb  görüşəcəm.  Günortaya  yanındayam,  Gü-
lay!» – deyən Cəlil qalxıb paltarını geyindi. 
 
* * * 
«Mersedes»  rahat  yolla  irəliləyir.  Maşının 
radiosundan  salona  yayılan  Məhəbbət  Kazımovun 


Fazil SƏNAN 
 
172 
məlahətli  səsi  Cəlili  ətraf  aləmdən  təcrid  eləyibdi. 
Yolun  kənarında  bir-birini  əvəz  edən  küknar,  şam, 
çinar ağacları, elektrik dirəkləri də səhərin təmiz hava-
sında  sanki  sevincdən  rəqs  edir  və  Cəlilın  sevincinə 
qoşulurlar.  Yolun  kənarında  yol  boyu  göz  işlətdikcə 
uzanıb gedən səhraya bənzər şoran torpaqlar elə bil ki, 
Cəlilin gözündə başdan-ayağa gül-çiçəyə bürünmüşdü. 
Birdən  Cəlilin  gözü  yol  kənarında  yüksək  gərginlikli 
elektrik dirəyinin başında qurulmuş yuvada dayanmış 
iki leyləyə sataşdı. Leyləyin biri uzun dimdiyi ilə o bi-
risinin boyun-boğazını sığallayır, aradan bir az keçmiş 
sığallanan  leylək  sanki  bu  nəvazişdən  xoşallandığını 
bildirmək  məqsədi  ilə  dimdiyi  ilə  öz  həmcinsini  «sı-
ğallamağa»  başlayır.  Bu  mənzərəni  seyr  edən  Cəlilin 
gözünün önünə Gülay gəldi. 
«Uzaqda  görünən  Gülay  incə,  zərif  qollarını 
açaraq gülə-gülə «Gəl, Cəlil, tez gəl. Yaman sənsizlə-
mişəm. Həsrətinə dözə bilmirəm. Tez gəl, səni qucaq-
layıb köksümə sıxım. Heç bilirsən qollarım, köksüm, 
dodaqlarım  sənin  həsrətindən  ilan  kimi  qıvrılır.  Həs-
rətini  çəkdiyin  xurmayı  saçlarım  əllərinin  sığalından 
süzülən  məhəbbətin  təması  üçün  göyüm-göyüm  göy-
nəyir. Sənsiz öldüm axı, ay insafsız, tez gəl…» 
Maşın irəlilədikcə Gülay daha da uzaqlaşır. Ma-
şın artıq dənizin kənarı ilə irəliləyir. Mavi suların üzəri 
ilə addımlayan, əl eyləyən Gülay: «Bax, Cəlil, mən Su 
pərisiyəm. Sən də gəl yanıma! 
– Sən nə vaxtdan su pərisi oldun? Bəs mən sənə 
necə qovuşacağam? – Cəlil məyus-məyus dilləndi. 
– Qorxma, bizim məhəbbətimiz ilahi məhəbbət 
olduğu üçün Tanrı məni Su pərisinə – yarı balıq, yarı 
insan cildinə saldı. Səni də bu formaya salacaq. Ondan 
sonra biz qovuşacağıq. Bizim eşqimiz də özümüz kimi 


Nifrətin göz yaşları 
 
173
təmiz  olduğuna  görə,  Yaradan  insanlar  arasında  ya-
şamağı məsləhət bilmədi. 
Bütün  çirkabları  təmizləyən  bu  mavi  dənizin 
qoynunu bizə doğma məkan seçdi. Ona görə Tanrıya 
çox şükürlər olsun. Gəl, gəl bu mavi suların qoynunda 
məhəbbətimizin mavi dünyasında qovuşaq, əzizim». 
Maşının  qəflətən  dənizin  kənarından  şəhərə  tə-
rəf yola burulması Cəlili özünə qaytardı.  
Bir  azdan  maşından  düşən  Cəlil  saata  baxdı. 
Günortaya az qalırdı. Ürəyi köksünə sığmırdı. 
«Gülayla bir şəhərdəyəm. Necə də Gülayın nə-
fəsini hiss edirəm. Burnuma Gülayın saçlarının qoxu-
su gəlir. Bir azdan ətri burnuma gələn saçların özünü 
sığallayıb öpəcəm». 
Xoşbəxt anları xəyalında canlandıran Cəlil tele-
fonu çıxardıb Gülayın nömrəsini yığdı. 
– Alo, Gülay, salam, necəsən? 
Çox sağ ol, Cəlil. Yaxşıyam. 
– Gülay şəhərdəyəm. Gəldiyim bir az olar. Vax-
tınız  varsa,  beş-on  dəqiqəlik  görüşək?  –  deyən  Cəlil, 
sanki telefondan gələn cavabdan asılı idi. 
– Cəlil, gələ bilməyəcəyəm. Həm qonağım var, 
həm də rəfiqəmgilə gedəcəyəm. 
Bir  anlığa  nə  deyəcəyini  bilməyən  Cəlilə  elə 
gəldi ki, binalar uçub üstünə töküldü, parkdakı ağaclar 
böyrü üstə yıxıldı. Bir təhər özünü ələ alan Cəlil dedi: 
– Gülay, bəs yaxşı, bu qədər yolu sizinlə görüş-
mək  üçün  gəlmişəm.  Yəni  olmaz  beş-on  dəqiqəliyə 
gələsiniz, sizi görəm, sonra qayıdam? Səsindəki əsəb 
qarışıq  kövrəkliyi  gizlədə  bilməyən  Cəlil,  ümidini 
itirməyərək yenidən telefona diqqət kəsildi. 
–  Cəlil,  mən  sizə  deməmişdim  ki,  gəlin.  Gələ 
bilməyəcəyəm, qonağım var, həm də rəfiqəmlə görüş-
məliyəm. İncimə, – deyən Gülay telefonu söndürdü. 


Fazil SƏNAN 
 
174 
Cəlilin gözündə sanki Günəş söndü, ətrafa zül-
mət  bir  qaranlıq  çökdü.  Bu  zülmət  qaranlıqda  çox 
uzaqdan güclə seziləcək bir işartı göründü. Getdikcə o 
işartı da söndü. Son ümidin işartısı olan həmin işıq da 
sönəndən  sonra  Cəlil  zülmət  qaranlıqdan  çıxış  yolu 
axtarmağa  başladı.  Özünə  gələndə  dənizin  kənarında 
məhəccərə  söykənmiş  vəziyyətdə  baxışları  dənizin 
üfüqlə birləşən xəttinə dikilmişdi. 
Birdən  mavi  sulardan  Gülay  Su  pərisi  şəklində 
göründü və Cəlilə əl etməyə başladı. Su pərisinin ça-
ğırışı  zamanı  hardansa  uzaqdan  Cəlilin  qulağına  bir 
səs gəldi: «Gəl, Cəlil, gəl! Gözləyirəm səni. Tez gəl. 
Dənizin  qoynu  təmizdi.  Bizim  məhəbbətimiz  kimi. 
Biz ancaq burada xoşbəxt ola bilərik. Gözləyirəm. Söz 
verirsənmi?»  –  deyən  Su  pərisi  uzaqdan  gələn  mavi 
dalğaların qoynunda yoxa çıxdı. 
Bu zaman uzaqdan gələn dalğalar bir-birini qo-
va-qova sahilə doğru yan aldıqları bir vaxtda məhəc-
cərdən  tutub  dənizə  tullanmaq  istəyən  Cəlilin  üzünə 
çırpılan damlalar özü ilə birlikdə yeni bir həyat gətirdi. 
Özünə gələn Cəlil məhəccərdən aralanıb yaxında qo-
yulmuş oturacaqda əyləşdi və baxışları dənizə baş vu-
ran  qağayılara  ilişdi.  «Sən  ağlama  dəniz,  mən  ağla-
yaram.  Bu  dərd  öz  dərdimdi,  özüm  də  çəkməliyəm. 
Sağ  ol  dəniz,  məni  ikinci  dəfə  dünyaya  sən  gətirdin. 
Bundan sonrakı həyatımı sənə borcluyam. Gülay məni 
ölümə, dəniz, sən isə həyata səsləyirsən» – fikirlərini 
qəlbindən  keçirən  Cəlil  ayağa  qalxdı  və  sahil  boyu 
uzanıb gedən gözəlliyi bir anlığa nəzərdən keçirtdi və 
yavaş-yavaş  yola  düzəldi.  Düşdüyü  vəziyyəti  saf-çü-
rük etməyə başladı. Hardansa uşaq vaxtları yay fəsli-
nin  zülmət  gecələrində  işıldaquş  adlandırdıqları  bö-
cəkləri  tutmaq  üçün  dəridən-qabıqdan  çıxdığı  yadına 
düşdü. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə