Azərbaycan Tarixi
229
Qarabağa hücumunun qarşısının alınmasında
fəal iştirak
etmişdi. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı ələ
keçirdikdə Vaqif həbsxanaya salınır. Lakin Ağa Məhəmməd
şahın öldürülməsi şairin həbsxanadan azadlığa çıxmasına səbəb
olsa da, onun həyatını xilas etmir. Şair saray çəkişmələrinin
qurbanı olur.
Vaqif yaradıcılığı üçün xəlqilik, canlı və ifadəli dil, ob-
razlar zənginliyi, cilalanmış bədii sənətkarlıq və gerçəkliyin
nikbin ifadəsi səciyyəvi cəhətlərdəndir. O, nikbin şair kimi
Azərbaycan poeziya tarixində xüsusi yer tutur. Həyat sevinclə-
rini tərənnüm edən şair dövrünün ədalətsizliklərinə və insan
əzablarına da biganə deyildi. Vaqif “Görmədim” müxəmməsin-
də dövrünün ümumbəşəri nöqsanlarını, ədalətsizlikləri lakonik
şəkildə ifadə etmişdir:
“Mən cahan mülkündə mütləq
doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.”
Vaqif klassik Şərq poeziyasının sirlərinə, onun bədii ifa-
də formalarına dərindən yiyələnmiş, onları aşıq poeziyası ilə
üzvi surətdə bağlamışdı. Nəticədə xalq şeir formaları olan qoş-
ma yazılı poeziyada geniş tətbiqini tapmışdı.
XVIII əsr Azərbaycan ədəbiyyatının ikinci görkəmli nü-
mayəndəsi Molla Vəli Vidadi olmuşdur. Vaqif və Vidadi dost
olmuşlar. Bu iki dost şairi müəyyən amillər bir-birinə yaxınlaş-
dırmışdı. Vaqif və Vidadi birlikdə Azərbaycan poeziyası dilini,
şeir formasını dəyişmiş, onu xalq üçün daha anlamlı etmişlər.
Vaqif və Vidadi yaradıcılığında klassik və xalq ənənələri birləş-
sə də, onların hər biri özünəməxsus tərzdə,
bir-birindən fərqli
halda həyatı dərk etmiş və xalqa çatdırmışlar. Bu da onların
yaradıcılığında təkrarolunmaz iz buraxmışdır.
Vidadi iri həcmli müxəmməslər də yazmışdır. Onun
“Müsibətnamə”si incəsənəti hümayə edən görkəmli Şəki xanı
şair Hüseyn xan Müştaqa həsr edilmiş şeirlər sırasında ən
önəmlisidir. Vidadi “Müsibətnamə”də Hüseyn xanı düşmən
əhatəsində təsvir edir, onu taxtdan salmaq istəyən namərd düş-
Qəzənfər Rəcəbli
230
mənlərini qəzəblə lənətləyir. Hüseyn xan Müştaqın obrazında
Vidadi özünün adil və vicdanlı hökmdar haqqında arzusunu əks
etdirmişdi.
XVIII əsrdə
Şəki xanlarına qulluq edən şair Nəbi
yaradıcılığının bir hissəsini Hacı Çələbi xana həsr etmişdir.
Onun müxəmməslərində Hacı Çələbi xanın Nadir şaha qarşı cü-
rətli çıxışı və digər hərbi yürüşləri öz bədii əksini tapmışdır.
Aşıq Şikəstə Şirvaninin poeması isə Ağa Məhəmməd şah Qaça-
rın 1795-ci ildə Tiflisi tutması ilə əlaqədar baş vermiş faciəli
hadisələrə həsr edilmişdi. Poemada əhalinin qarət olunması
ürək ağrısı ilə təsvir olunur.
XVIII əsr də, əvvəlki yüzillikdə olduğu kimi, aşıq poe-
ziyasının yüksəlişi dövrü olmuşdur. Bu dövrdə Aşıq poeziyası-
nın ən böyük ustadı Xəstə Qasım idi. Onun ustadnamələrindən
həm XVIII əsrdə, həm də sonrakı əsrlərdə yaradılmış bir çox
dastanların giriş hissələrində geniş istifadə olunmuşdur.
XVIII əsr Azərbaycan şifahi xalq ədəbiyyatına bir sıra
maraqlı nəsr nümunələri də vermişdir. Onlardan ən maraqlısı
“Şəhriyar” dastanıdır. Əsər naməlum müəllif tərəfindən “Şəhri-
yar və Sənubər” adlı xalq dastanı əsasında yazılmışdır. Əsərdə
silki bərabərsizliyin amansızlığı təsvir edilir. Şəhriyar
tacir oğ-
ludur, Sənubərin atası isə zadəgandır. Şəhriyarın atası varlı da
olsa Sənubərin zadəgan atası onunla qohum olmağı özünə
əskiklik bilir. Yalnız Şəhriyar Tiflisin hakimi təyin edildikdən
sonra sosial durum dəyişir, sevgililər sosial iyerarxiya pilləsin-
də bərabərləşirlər və bir-birinə qovuşurlar. Dastanda sosial du-
rumlarından asılı olmayaraq bir neçə təmiz, ağıllı, cəsarətli və
tədbirli insan obrazları vardır. Bu obrazlar insanların şəxsi key-
fiyyətlərinin, qabiliyyətinin onların sosial mənsubiyyətindən
asılı olmadığının nümunələri kimi verilmişdir.
Orta əsrlər Azərbaycan ədəbiyyatı milli mədəniyyətimi-
zin təkamülündə mühüm mərhələ olmuşdur.
Bu dövrün nailiy-
yətləri sonrakı yüzillikdə Azərbaycan ədəbiyyatının keyfiyyətcə
yeni inkişaf mərhələsi üçün təməl yaratdı.
Azərbaycan Tarixi
231
14.3. XI-XVIII əsrlərdə Azərbaycanda incəsənət və
memarlıq. XIII-XV əsrlərdə Azərbaycanda musiqiçilərlə yana-
şı, musiqi nəzəriyyəçiləri də yetişmişdi. Təbriz şəhərində Nəsi-
rəddin Tusi, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Xacə
Rizvanşah Təbrizi, Hafiz və Yusifşah kimi musiqişünaslar ya-
şayırdı. Səfiəddin Urməvi, Əbdülqadir
Marağayi və Xacə Riz-
vanşah Təbrizi Azərbaycan ənənəvi musiqi nəzəriyyəsinin, pe-
şəkar musiqi məktəblərinin və not yazılışı sahələrinin baniləri
hesab olunurlar.
Məşhur xanəndə olmuş Əbdülqadir Marağayi (1353-
1435) mahnılara özü şeir yazırdı. Onun Azərbaycan, fars və
ərəb dillərində yazdığı şeirlərdən nümunələr indiyədək qalmış-
dır. Onun bəstələdiyi bir mahnının sözləri Azərbaycan dilində
yazılmış “Bizi unutma” rədifli şeiri geniş yayılmışdı. O, Miran-
şahın hakimiyyəti dövründə Səmərqənddən Təbrizə qayıtmış və
saray musiqiçiləri Həbib Udi, Qütbəddin Nai və Əbdülmömin
Quyəndə ilə musiqi fəaliyyətini davam etdirmişdi. Miranşah at-
dan yıxınlığı üçün əsəbləri pozulmuş və günlərini eyş-işrətdə
keçirirdi. Bundan qəzəblənən Əmir
Teymur Təbrizə gələrək
Miranşahı guya eyş- işrətə məcbur edən həmin məşhur musiqi-
çiləri edam etdirmiş, Əbdülqədir Marağayi isə canını qurtarıb
Bağdada Əhməd Cəlairinin yanına qaçmışdı. Əmir Teymur
Bağdadı tutduqdan sonra Əbdülqədirin edam olunmasını əmr
etdi. Kəndir boğazında ikən görkəmli musiqişünas və müğənni
bir Quran ayəsini muğam musiqisi axarında xoş avazla oxuyur.
Bu Əmir Teymurun xoşuna gəlir, ölüm hökmünü ləğv edir.
Azərbaycan musiqisi Qaraqoyunlu və Ağqoyunlu
hökmdarlarının dövründə xeyli inkişaf etmişdir. Bu dövrdə mu-
siqi təkcə sarayda deyil, Təbrizin 30 min tamaşaçı tutan “Qurd
meydanı”nda təşkil edilən müxtəlif məclislərdə də səslənirdi.
Təbrizin musiqi həyatı Avropa səyyahlarının və elçilərinin də
diqqətini cəlb etmişdi. Avropalı müəllif Barbaronun yazdığına
görə Təbrizin meydanında uzunluğu bir gəzdən artıq
olan cəng,
ud, bərbət, ney və sinc çalınırdı.
Qəzənfər Rəcəbli
232
Orta əsrlərdə Azərbaycanda təsviri incəsənət də inkişaf
etməkdə idi. Təsviri sənətin əsas və daha çox tərəqqi etmiş
növünə kitab tərtibatını və miniatür sənətini misal göstərmək
olar. Marağa, Təbriz və Şamaxı şəhərində dini və dünyəvi
məzmunlu çoxlu əlyazma kitabları hazırlanmışdır. Kitablar
əlvan miniatür rəsmləri ilə bəzədilirdi. Təsviri incəsənətin məhz
bu sahəsində Azərbaycan xalqı dünya mədəniyyətində önəmli
yer tutur. Azərbaycan miniatür sənəti müsəlman Şərqində
miniatür rəssamlığının ümumi inkişafı prosesində aparıcı rol
oynamışdır. XIII əsrdə “Vərqa və Gülşa”, XIV əsrdə “Cami ət-
təvarix” kimi məşhur əlyazmalarına
çəkilmiş miniatürlər Azər-
baycanda bədii sənət ənənələrinin mövcudluğunu, yeni bədii
məktəbin yarandığını sübut edir. 1330-1340-cı illərdə Təbriz
miniatür rəssamlığı məktəbində Firdovsinin “Şahnamə”sinə çə-
kilmiş miniatürlər nəinki Azərbaycan miniatür sənətinin, habelə
bütün Şərq rəssamlıq sənətinin inkişafında yeni və yüksək mər-
hələni təşkil edir. Həmin miniatürlərin böyük bir hissəsini ustad
rəssam Şəmsəddin çəkmişdir. Miniatürlərin başqa qismini onun
şagirdi, XIV əsrin tanınmış rəssamı Əbdül Xoyluya aid edirlər.
Bu dövrdə Təbriz məktəbinin incilərindən biri Nizami
“Xəmsə”sinin 1481-ci ildə tərtib edilmiş əlyazmasıdır. Əlyaz-
manı saray xəttatı Əbdürrəhim əl-Yaqubi tərtib etmişdir. Rəs-
samlardan Şeyxi və Dərviş Məhəmməd bu əlyazmasını 19 mi-
niatürlə zənginləşdirilmişdir. Özlərinin
quruluşu və kolorit həl-
linə görə bu rəsmlər XIV əsrin əvvəllərinin ən yaxşı mi-
niatürləri hesab edilirlər. Hazırda bu nüsxə İstanbulun Topqapı
muzeyində saxlanılır.
XVI əsrdə də Azərbaycan miniatür rəssamlığı çoxəsirlik
ənənələrini davam etdirirdi. Tariximizin Səfəvilər dövrünün
miniatür sənəti İslamın rəssamlığa mənfi, qadağaedici
münasibət bəsləməsi haqqında qeyri-obyektiv fikri təkzib edir.
XVI əsrdə özünün yüksək mərhələsinə çatmış Təbriz miniatür
məktəbinin meydana gəlməsi və təkmilləşməsi mənbələri
müxtəlif olmuşdur. Təbriz miniatür məktəbi monqolların gəlişi