Azərbaycan Tarixi
217
müəssisəsi sayılırdı. Həmin təhsil
müəssisəsində yeddi min
tələbə təhsil alırdı. Rəbi-Rəşididə darülfünunun yerləşdiyi yer
“Tələbə məhəlləsi” adlanırdı. Darülfünunda təbiətşünaslıq,
fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat şöbələri vardı.
Çindən, Hindistandan, Misirdən və Suriyadan Darülfünuna cəlb
edilmiş 50 görkəmli alim tədris işi ilə məşğul olur və eyni
zamanda xəstələri müalicə edirdilər. Təbabəti tədris edən hər
bir müəllimin 12 tələbəsi olurdu. Təbabət şöbəsində təhsil
müddəti 5 il idi. Təhsilini bitirmiş tələbələrdən bir il ərzində
Rəbi – Rəşididə xəstələri müalicə etmək tələb olunurdu. Bu
müddət ərzində tələbənin aldığı ixtisasın keyfiyyəti hərtərəfli
yoxlanılır, xəstələri müalicə etmək
qabiliyyəti müəy-
yənləşdirildikdən sonra həkim işləmək üçün ona icazənamə
verilirdi.
XVI-XVII əsrlərdə maarif və məktəb işləri ilə ruhanilər
məşğul olurdular. Uşaqların təhsili ilə məscidlərin nəzdində
olan mədrəsələr və şəxsi evlərdə təşkil edilmiş məktəblər məş-
ğul olurdular. İlkin mərhələdə dərslər ana dilində, yuxarı sinif-
lərdə isə fars və ərəb dillərində keçilirdi. (Çünki Azərbaycan
dilində hələ dərs vəsaiti yox idi).
Məktəblərdə şagirdlər əvvəlcə əlifbanı öyrənir, sonra isə
“Quran”ı əzbərləyirdilər. Sonra kiçik kitabçalar,
o cümlədən
Übeyd Zakaninin “Siçan və pişik”, Fəridəddin Əttarın “Nə-
sihətnamə”, Sədinin “Gülüstan”, Hafizin “Divan” əsərlərindən
parçalar öyrənirdilər. Mədrəsələrdə ilahiyyat dərslərinin əsas
yer tutmasına baxmayaraq, təbiət və ictimai elmlərin tədrisinə
də geniş yer verilirdi. Şamaxı mədrəsəsini müşahidə etmiş
Adam Oleari ölkədə astronomiyanın, riyaziyyatının və fəlsəfə-
nin tədrisinin Avropa tədrisinə uyğun gəldiyini xəbər verirdi.
XVIII əsrdə Azərbaycanda məktəblər məscidlərin bir gu-
şəsində, xüsusi dükanlarda və şəxsi evlərdə yerləşirdi və bir
qayda olaraq onları yaradan müəllimlərin adları ilə adlanırdılar.
Məsələn, Şuşa şəhərində Molla Pənah Vaqif məktəbi, Şıxlı
kəndində Molla
Vəli Vidadi məktəbi, Qıraq Salahlı kəndində
Qəzənfər Rəcəbli
218
Molla Cəbrayıl məktəbi və s. Uşaqlar, bir qayda olaraq altı
yaşından məktəbə gedirdilər. Məktəblər
şagirdlərin
valideynlərinin verdikləri “həftəlik” maddi yardım hesabına
fəaliyyət göstərirdilər. Məktəblərdə, adətən, bir müəllim –
molla dərs deyirdi. Şagirdlər ərəb əlifbasını öyrəndikdən sonra
“Quran”ı oxumağa başlayırdılar. Dərs vəsaitləri məhdud idi.
Şagirdlər “Quran”dan əlavə, əsasən Sədinin “Gülüstan” əsərini
oxuyur və əzbərləyirdilər. Məktəblər ibtidai təhsil verirdi.
Təhsilin yuxarı pilləsini isə mədrəsələr təşkil edirdi. Mədrəsələr
böyük məscidlərin nəzdində yerləşirdi. Mədrəsədə nisbətən
geniş bir dərs otağı və tələbələrin yaşadıqları kiçik otaqlar –
hücrələr olurdu. Mədrəsədə dərs deyən müəllim “müdərris”,
təhsil alan şəxs isə “tələbə” adlanırdı. Tələbə mədrəsədə ərəb
və fars dilləri və “Quran”ı öyrənməklə yanaşı islam fəlsəfəsini
və islam qanunlarını (“fiqh”i) də öyrənirdilər. Mədrəsələrdə,
həmçinin ədəbiyyat, riyaziyyat və nücum (astronomiya) elmləri
də tədris olunurdu. Həm məktəblərdə, həm də mədrəsələrdə
hüsn-xəttə diqqət yetirilirdi. Ona görə də mədrəsələri
bitirən-
lərin əksəriyyəti gözəl xəttə malik olurdular.
XII-XIII əsrlərdə Azərbaycanda elm, o cümlədən fəlsəfi
fikir yüksək zirvəyə qalxmışdır. Görkəmli şərqşünas alim
Y.Bertels şərqin bu dövrdə tanınmış görkəmli şəxsiyyətləri
sırasında şairlər şairi böyük Nizaminin adını birinci çəkir. Onun
yazdığına görə zəmanəsinin və bütün zamanların ən böyük şairi
Nizami Gəncəvi dövrünün biliklərinin tam məcmusuna sahib
idi. Nizami fəlsəfə, ədəbiyyat, astronomiya, riyaziyyat, kimya,
coğrafiya, ilahiyyat və b. elm sahələri ilə tanış idi.
Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin yara-
dıcılığı isə XIII əsrə aiddir. Məhz bu dövrdə Xacə Nəsirəddin
Məhəmməd Tusinin (1201-1274) rəhbərliyi ilə 1259-cu ildə
Marağa yaxınlığında, yüksək bir yerdə Yaxın
və Orta Şərqin ən
məşhur rəsədxanası yaradılmışdı. Tusinin yaradıcılığında pla-
netlərin və digər səma cisimlərinin öyrənilməsinə həsr olunmuş
Azərbaycan Tarixi
219
“Elxani cədvəlləri” adlı əsəri ilə yanaşı “Əxlaqi - Nasiri”, adlı
fəlsəfi, məntiqi və pedaqoji əsəri mühüm yer tutur.
XIII-XIV əsrlərin görkəmli alimi Xacə Fəzlullah Rə-
şidəddin (1247-1318) elmin müxtəlif sahələrindən bəhs edən 24
enlik “Əl-əhya vəl-əsar” adlı ensiklopedik əsər yazmışdır.
Riyaziyyatçılardan Übeyd Təbrizi, Məhəmməd Təbrizi və Şeyx
Abdulla Şəbüstəri bir sıra əsərlərin müəllifi olmuşlar. Fəlsəfə
sahəsində Şeyx Məhəmməd Şəbüstəri (1252-1320) “Gülşəni-
raz” (“Sirlər gülşəni”) və “Səadətnamə” kimi dəyərli əsərlərin
müəllifi idi. XV əsr alimi Seyid Yəhya Bakuvi (1464)
“Gülşəni-raz” əsərinə şərh yazmış və “Əsrar ət-talibin”
(“Həqiqətən axtaranların sirrləri”) adlı fəlsəfi traktatı
yaratmışdı. “Gülşəni-raz” əsəri 1836-cı ildə Vyanada, alman
dilinə tərcüməsi ilə birlikdə nəşr edilmişdir.
Bu dövrdə İmanəddin Məhəmməd Yekui və İbrahim
Salmasi kimi hüquqşünas alimlər, Əbühica əl-Rəvvadi Bərdəi
kimi tarixçi alim də yetişmişdi. Fəzlullah Rəşidəddinin
rəhbərliyi ilə XIV əsrin əvvəllərində Təbrizdə tarixçilər
tərəfindən hazırlanmış “Cami ət-təvarix” (“Salnamələr
məcmuəsi”) adlı dünya əhəmiyyətli çoxcildli tarixi araşdırma
qiymətli elmi əsər hesab edilir. XIV əsrdə yaşamış tarixçi
Məhəmməd ibn Hinduşah Naxçivaninin “Dəstur əl-kitab”da
ölkəmizin
XIII-XIV əsrlərdə siyasi, ictimai və iqtisadi tarixini
əks etdirən xeyli məlumat vardır.
XIII-XV əsrlərdə Azərbaycanda fəlsəfi fikrin əxilik təlimi
də təşkilati baxımdan xeyli möhkəmlənmiş və güclənmişdi.
Əxiliq təlimi solçu, sufi mahiyyətli şiəliyə çox yaxın idi. Bu
dövrdə ismaili təlimi də müəyyən təsir dairəsinə malik
olmuşdur. Məhəmməd Şəms Təbrizi sufiliklə bərabər
ismaililiyin əsas təbliğatçılarından biri idi. İsmaililiyin
hürufiliyin və səfəviyə təliminin formalaşmasına güclü təsiri
olmuşdur. Səfəviyyə təliminin yaradıcısı Səfəvilər sülaləsinin
banisi Şeyx Səfiəddin İshaq Ərdəbili (1252-1334) olmuşdur.
Bu dövrdə Azərbaycan fəlsəfi fikrinin tanınmış nümayəndələri
Qəzənfər Rəcəbli
220
Nəsirəddin Tusi, Şeyx
Zahid Gilani, Siracəddin Urməvi, Əf-
zələddin Xunəci, Şəmsəddin Əhməd Xoylu, Nəcməddin Nax-
çıvani, Şəmsəddin Şirvani, Mahmud Şabüstəri Təbrizi, Zül-
füqar Şirvani, Şah Qasım Ənvər, Seyid Yəhya Bakuvi, Yusif
Miskuri, Şükrulla Şirvani, Bədrəddin Seyid Əhməd Lələvi,
Qaraqoyunlu hökmdarı Cavanşah Həqiqi və b. hesab edilirlər.
XVI əsrin başlanğıcında mərkəzləşmiş və qüdrətli
Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə əlaqədar xalqın
mədəniyyəti də xeyli inkişaf edir. Təbriz, Gəncə, Ərdəbil,
Şamaxı və Marağa şəhərləri bu dövrün mühüm mədəniyyət
mərkəzləri kimi tanınmışdılar.
XVI əsrin sonu – XVII əsrin əvvəllərində Səfəvi –
Osmanlı müharibələri xalqın mədəniyyətinə ağır zərbə vurdu.
Azərbaycan alimlərindən bir çoxu əsir kimi İstanbula aparılmış,
bir qismi isə Qəzvin və İsfahana köçürülmüşdü. Azərbaycan
filosofu Yusif Məhəmmədcan
oğlu Qarabaği isə ölkə
osmanlılar tərəfindən zəbt olunan zaman Orta Asiyaya köçmüş,
Səmərqənd və Buxarada yaşamışdı. O, ərəb və fars dillərində
hüquqa dair bir sıra əsərlərin müəllifidir.
Uzun sürən müharibənin ağır nəticələrinə baxmayaraq
XVI-XVII əsrlərdə elm sahəsində müəyyən irəliləyişlər
olmuşdu. Mədəni irsin öyrənilməsi sahəsində xeyli iş görülmüş,
“Təzkirə” adlanan elmi məcmuələr yazılmışdı. I Şah İsmayılın
oğlu Sam Mirzə Ərdəbildə məşhur “Töhveyi Sami” əsərini
yazmışdı. Şahın digər oğlu İbrahim Mirzə “Tərhəngi - İbrahim”
(“İbrahimin lüğəti”) əsərini yazmışdı. Bu dövrdə tarix elmi də
inkişaf etmişdi. Bu dövrün tanınmış tarixçiləri tarixi hadisələri
yalnız təsvir etməklə kifayətlənməyib,
hadisələrə öz
münasibətlərini də bildirmişlər. XVI əsrin məşhur tarixçisi
Həsən bəy Rumlu I Şah Təhmasibin sarayında xidmət etmiş,
onun yürüşlərinin iştirakçısı olmuşdur. Onun yazdığı “Əhsən
ət-təvarix” (“Tarixlərin ən yaxşısı”) əsəri dövrümüzə qədər
gəlib çatmışdır.