Azərbaycan Tarixi
249
Köçkünlər Naxçıvan və İrəvan xanlıları ilə bərabər Qara-
bağ xanlığının da ən münbit torpaqlarında məskunlaşdırıldılar.
Onlar 6 il müddətinə bütün vergilərdən və 3
il müddətinə feodal
mükəlləfiyyətlərini yerinə yetirməkdən azad edildilər. Erməni-
lərin varlı kəndli təsərrüfatları yaratmaqları üçün onlara maliy-
yə yardımı göstərildi, iş heyvanları və damazlıq mal-qara
verildi. Cənubi Qafqazda mövcud olan bütün kənd təsərrüfatı
texnikası sərgilərinə göstəriş verildi ki, Avropadan gətirilən
yeni müasir kənd təsərrüfatı texnikalarını birinci növbədə
ermənilərə satsınlar.
Beləliklə, Cənubi Azərbaycan xanlıqlarından Şimali
Azərbaycanın Qarabağ, Naxçıvan və İrəvan xanlıqları torpaq-
larına köçürülən ermənilər qısa müddətdə varlı təsərrüfatlar
yaratmaq imkanı əldə etdilər.
Bununla da çar hökuməti er-
mənilərin simasında Azərbaycanda özünə xristian əhalinin
sosial dayağını yaratdı.
15.4. İstiladan sonra Şimali Azərbaycanın inzibati -
ərazi və idarə sistemi. Çarizmin müstəmləkəçilik siyasətinə
qarşı xalq üsyanları. İstiladan sonra Şimali Azərbaycanın
inzibati-ərazi bölgüsündə və idarə sistemində əsaslı
dəyişikliklər baş verdi. 1804-cü ildə Gəncə xanlığı, 1806-cı ildə
Bakı, Quba və Dərbənd xanlıqları, 1819-cu ildə Şəki xanlığı,
1820-ci ildə Şamaxı xanlığı, 1822-ci ildə Qarabağ xanlığı,
1826-cı ildə Talış xanlığı, 1828-ci ildə Naxçıvan və İrəvan
xanlıqları ləğv edilib Rusiyanın əyalətlərinə çevrildilər.
Şimali Azərbaycan 7 əyalətə (Bakı, Quba, Dərbənd,
Qarabağ, Lənkəran, Şəki və Şirvan), 2 dairəyə (Yelizavetpol və
Car – Balakən) və 2 distansiyaya (Qazax və Şəmşədil) bölündü.
Şimali Azərbaycanda hərbi idarə sistemi tətbiq edildi. Şəki,
Şirvan, Qarabağ və Lənkəran əyalətləri, iqamətgahı Şuşada
yerləşən hərbi-dairə komendantı tərəfindən idarə edilirdi. Bakı,
Quba və Dərbənd əyalətləri, iqamətgahı Dərbənddə yerləşən
hərbi-dairə komendantı tərəfindən idarə edilirdi.
Hər bir
əyalətin özünün də komendantı var idi. Komendantlar rus
Qəzənfər Rəcəbli
250
ordusunun zabitləri arasından təyin edilirdilər. Belə inzibati-
ərazi idarə sistemi komendant idarə-üsulu adlanırdı.
1840-cı il aprelin 10-da çar hökuməti Cənubi Qafqaz üzrə
inzibati- ərazi bölgüsü haqqında fərman verdi. Həmin fərmana
əsasən Şimali Azərbaycanın Yelizavetpol,
Balakən və
Naxçıvan qəzaları 1841-ci il yanvarın 1-dən Gürcüstan –
İmeretiya quberniyasının tərkibinə daxil edilirdi. Həmin ilin
aprelin 20-dən isə Qazax, Şəmşədil və Borçalı qəzaları da
Gürcüstan – İmeritiya quberniyasının tərkibinə daxil edildi.
Şimali Azərbaycanın qalan ərazisində mərkəzi Şamaxı şəhəri
olmaqla Kaspi vilayəti yaradıldı. Kaspi vilayəti Şimali
Azərbaycanın Şamaxı, Lənkəran, Şuşa, Bakı, Quba və Dərbənd
qəzalarını əhatə edirdi.
1844-cü ildə çar hökuməti
Qafqazda öz mövqeyini
möhkəmlətmək üçün Qafqaz canişinliyi yaratdı. Qafqazın ilk
canişini knyaz M.Voronsov oldu. 1846-cı ildə Tiflis, Kutaisi,
Şamaxı və Dərbənd quberniyaniyaları yaradıldı. 1850-ci ildə
isə İrəvan quberniyası yaradıldı. Yelizavetpol qəzası Tiflis
quberniyasının, Şamaxı, Nuxa, Şuşa, Lənkəran və Bakı qəzaları
Şamaxı quberniyasının, Quba və Dərbənd qəzaları Dərbənd
quberniyasının, Naxçıvan və İrəvan qəzaları isə İrəvan
quberniyasının tərkibinə daxil edildilər. Car – Balakən
torpaqlarında və İlisu sultanlığında xüsusi Zaqatala dairəsi
yaradıldı.
Azərbaycan Rusiya və İran arasında iki yerə bölündükdən
sonra Şimali Azərbaycan xalqı həm müstəmləkə əsarətindən,
həm də feodalların istismarı və öz başından əziyyət çəkirdi.
XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda çarizmin
müstəmləkə əsarətinə və feodal zülmünə qarşı xalq
kütlələrinin
çıxışları genişlənib ölkənin bütün ərazisini bürümüşdü. Bu
dövrdə Şimali Azərbaycanda baş verən xalq çıxışlarından ən
böyükləri Zaqatala, Talış və Qubada olan üsyanlar olmuşdur.
Car – Balakən camaatlığını işğal etmiş çar hökuməti
1830-cu ilin fevralında camaatlığı ləğv edib Zaqatala dairəsinə
Azərbaycan Tarixi
251
çevirdi. O, komendant idarə üsulu ilə nəzərdə tutulmuş, xüsusi
qaydalarla idarə olunmalı idi. Camatlığın rus qoşunları
tərəfindən tutulması və yeni hərbi
idarə sisteminin tətbiqi
carlıların narazılığına səbəb olmuşdu. Onlara Dağıstan
dağlılarının çarizmə qarşı apardığı mübarizə də öz təsirini
göstərmişdi. Carlılar dağlıların rəhbərlərindən biri olan Həmzət
bəylə əlaqə yaratdılar. 1830-cu il sentyabrın 12-də Həmzət
bəyin dəstələri dağlardan enərək Zaqatala dairəsinə gəldilər.
Car əhalisi üsyan qaldırıb dağlılarla birləşdi. Oktyabrın 15-də
rus qoşunları ilə üsyançılar arasında baş verən döyüşdə
üsyançılar qələbə çaldılar. Lakin rus qoşunlarının komandanlığı
dağlıların başçılarından biri ilə, sonra isə Həmzət bəyin özü ilə
danışığa girə bildi. Həmzət bəy öz dağlılarını Zaqatala
dairəsindən çıxarıb apardı. Nəticədə noyabrın 14-də rus
qoşunları Carı ələ keçirtdilər və üsyan yatırıldı.
Talışda komendant İlınski tərəfindən Talış xanı Mirhəsən
xan təqib edilirdi. O xana məxsus olan torpaqlarının 2/3
hissəsini əlindən almışdı. Ona görə də 1826-cı ildə Mirhəsən
xan İrana qaçmışdı. Talış bəylərinin
çoxlu tələbindən sonra çar
hökuməti tərəfindən İlinski məhkəməyə verilsə də Talış
zadəganlarının narazılığı artmaqda davam edirdi. Rus hərbi
hakimiyyəti nümayəndələri tərəfindən hüquqları tapdanmış
talış bəyləri və ruhanilər Mirhəsən xanla əlaqə yaradaraq onun
geri qayıtmasını xahiş etdilər. 1831-ci il martın 5-də Mirhəsən
xan 20 nəfər süvari ilə geri qayıdaraq Lənkəran şəhərindən 10
km aralıda düşərgə saldı. Lənkəran, Alar və Dırıq mahallarının
əhalisindən ibarət olan dəstələr xana qoşuldular. Martın 12-də
Mirhəsən xanın atlı dəstələri Lənkərandakı rus qarnizonunun
Şirvan və Qarabağda yerləşən hərbi hissələr ilə quru yolla olan
əlaqəsini kəsdilər. Lakin aprelin əvvəllərində üsyan yatırıldı.
Mirhəsən xan hakimiyyətə qayıtmaq
təşəbbüsünün
mümkünsüzlüyünü başa düşərək 1831-ci il mayın əvvəlində
yenidən İrana qaçdı.
Qəzənfər Rəcəbli
252
Qubada komendant Qimbutun özbaşınalığı kəndlilərin
səbr kasasını doldurmuşdu. Belə şəraitdə 1837-ci ilin əvvəlində
Varşavada yerləşən hərbi-müsəlman alayında xidmət üçün
süvarilərin çağırışı elan edildi. Bu kəndlilərin çıxışına səbəb
oldu. Onların hiddəti orduda xidmət etməyə qarşı deyildi, onlar
süvarilərin çağırışının növbəti qarət mənbəyinə çevrilməsinə
qarşı çıxış edirdilər. Yerli məmurların özbaşınalığı nəticəsində
Qubada hər bir atlının paltar və ləvazimatının qiyməti 350 rubla
qaldırılmışdı, halbuki başqa əyalətlərdə bu 130-150 rubla başa
gəlirdi. Üsyan 1837-ci ilin aprelində başladı. Bərmək
mahalında onlara Buduq kəndinin yüzbaşısı Hacı Məmməd
Yaroğlu adlı bir kəndli başçılıq edirdi. Avqust ayında üsyan
yeni vüsət aldı. Sentyabr ayında üsyançıların sayı 12 minə çatdı
və üsyan Bərmək mahalının hüdudlarını aşdı. Üsyançılar Hacı
Məmmədi xan seçdilər. Üsyan 1838-ci ilin əvvəlində yatırıldı.
Quba üsyanı ilə eyni vaxtda Şimali Azərbaycanın digər
bölgələrində də kəndli çıxışları baş verirdi. Məsələn: 1837-ci
ilin mayında Naxçıvanda, 1838-ci ildə Şəkidə kəndli çıxışları
olmuşdu.
Ədəbiyyat:
1. Azərbaycan tarixi. 7 cilddə, 4-cü cild, Bakı, 2000, s.14-53.
2. Azərbaycan tarixi. Dərslik, s. 569-579.
3. Azərbaycan tarixinə dair qaynaqlar. Bakı, 1989, s. 271-
286.
4. Azərbaycanın Rusiya ilə birləşdirilməsi
və onun mütərəqqi
iqtisadi və mədəni nəticələri. Bakı, 1956.
5. С.Глинка. Описание переселения армян Азербай-
джанских в пределы России. Москва, 1831 (Баку,
1990).