Azərbaycan Tarixi
233
ilə uyğur rəssamlığının, Bağdad məktəbi
vasitəsilə əxz olunmuş
ərəb boyakarlığı ənənələrinin və yerli təsviri sənət dəyərlərinin
sintezi kimi təşəkkül tapmışdı. Təbriz rəssamlıq məktəbinin
böyük uğurlar qazanmasında Kəmaləddin Behzad (1450-1536)
mühüm rol oynamışdır.
XVI əsrdə Təbriz məktəbinin təsiri ilə kitab sənəti və
miniatür rəssamlığı Şirvanda da inkişaf etmişdi. Sədi Şirazinin
“Bustan” əsərinin 1539-cu ildə tərtib edilmiş əlyazmasındakı
miniatürlər Müzəffərəli Şirvani və Əbdüllətif Şirani tərəfindən
çəkilmişlər. (Həmin nüsxə İstanbulda Topqayı muzeyində
saxlanılır).
XVII əsrdə Azərbaycan rəssamlıq sənətində durğunluq
dövrü başlanır və XVIII əsrdə miniatür sənəti tamamilə
tənəzzülə uğrayır. (Azərbaycanda miniatür rəssamlığı yalnız
XIX əsrin II yarısından sonra dirçəlməyə başlamışdır).
XVI-XVII əsrlər Azərbaycan sənətkarlığı tarixdə zəngin
dövrlərdən biri sayılır. Bu dövrdə Azərbaycan şəhər və
kəndlərində xeyli zərgər, misgər, toxucu və duluscu çalışırdı.
Onların hazırladıqları sənət nümunələrinin şöhrəti
ölkənin
hüdudlarını aşmışdı. Bu dövrdə Azərbaycanda əsl mənada bədii
parça istehsalı sənayesi yaradılmışdı. Azərbaycanda istehsal
edilən bədii parça nümunələri Venetsiya, Geniya, Fransa,
Hollandiya, İngiltərə və Rusiyada böyük şöhrət tapmışdı.
XVI-XVII əsrlərdə Azərbaycanda xalçaçılıq sənəti də
yüksək inkişaf mərhələsinə çatmışdı. Bu dövrün xalçalarında
nəbati naxışlara daha çox üstünlük verilirdi. Bu dövrün naxışlı
xalçaları arasında 1530-cu ildə Ərdəbildə Şeyx Səfi məscidi
üçün toxunmuş və hazırda Nyu-Yorkun “Metropoliten”
muzeyində saxlanılan xalını və 1539-cu ildə Təbrizdə yenə
həmin məscid üçün toxunmuş və hazırda Londonun “Viktoriya
və Albert” muzeyində saxlanılan xalını xüsusi olaraq qeyd
etmək lazımdır. “Şeyx Səfi” adı ilə məşhur olan və 1893-cü
ildə ingilislər tərəfindən alınıb Londona aparılan qeyd
etdiyimiz həmin Təbriz xalçasının eni 5,34 metr, uzunluğu
Qəzənfər Rəcəbli
234
10,51 metrdir. Həmin xalı dünya muzeylərində saxlanılan nadir
incəsənət nümunələrindən sayılır. Bu dövrün Şirvan, Qarabağ,
Gəncə və Qazax xalçaları naxışlarının məzmunu etibarı ilə
Təbriz və Ərdəbil xalçalarına oxşasalar da, üslub
xüsusiyyətlərinə görə onlardan fərqlənirlər. Mütəxəssislər
Təbriz və Ərdəbil xalılarının rəsm və naxışlarının digər
mərkəzlərdə toxunan xalılara nisbətən daha çox real bəzək
ünsürlərinə malik olduqlarını qeyd edirlər.
XVI-XVII əsrlərdə metaldan məişət avadanlığı, bəzək
şeyləri və silah hazırlamaq işi Təbriz, Ərdəbil, Naxçıvan,
Gəncə, Şamaxı və Bakı şəhərlərində xüsusilə inkişaf etmişdi.
Metal məmulatı üzərində Nizaminin əsərlərindən alınmış
surətlərin həkk olunması XVI əsrdə geniş yayılmışdı.
Daşişləmə sənətinin XVI-XVII əsrlərə aid nümunələrinə
məzarüstü daşlarda rast gəlmək olar. Məzar daşları müxtəlif
forma və bəzəklərdə tərtib edilir. XVI-XVII əsrlərə aid ən zərif
və orijinal üslubda oyma yolu ilə hazırlanmış məzar daşlarına
Abşeron, Şamaxı, Bərdə, Laçın, Naxçıvan, Gəncə, Lerik və
Qəbələ ərazilərində rast gəlmək mümkündür.
Azərbaycanda XVI-XVII əsrlərə aid daş qoç fiqurları
xüsusilə geniş yayılmışdı. Bu da Azərbaycanda qoyunçuluq
təsərrüfatının
inkişaf etməsilə, qədim dövrdən fərqli olaraq orta
əsrlərdə Azərbaycan xalqının qoyun ətinə qida məhsulu kimi
daha çox üstünlük verməsilə əlaqədardır. Daş üzərində oyma
bəzəklər və şəbəkə bəzəyi vurma sənəti də inkişaf etmişdi.
XVI-XVII əsrlərdən bizə şəbəkəçilik sənətinin iki gözəl
nümunəsi gəlib çatmışdır. Onlardan biri Gəncədə Cümə
məscidinin minarəsi, o biri isə Qusar rayonunda Həzrə
kəndindəki Şeyx Cüneyd türbəsinin qəbirüstü daşıdır.
XVIII əsr təsviri incəsənətinin geniş yayılmış və inkişaf
etmiş sahəsi divarüstü boyakarlıq olmuşdur. XVIII əsr
divarüstü boyakarlıq sənətinin ən gözəl nümunələri memarlıq
abidələrində zəmanəmizə qədər gəlib çatmışdır.
Azərbaycan Tarixi
235
XVIII əsrdə Azərbaycanda divar naxışlarının ən
tipik və
gözəl nümunələri “Şəki xan sarayı”nda, Şəkixanovların evində,
Lahıc, Şuşa, Ordubad və digər şəhərlərdəki yaşayış evlərinin,
ictimai tikililərin interyerlərində qorunub saxlanmışdır.
Azərbaycan divar naxışlarında fantastik və real heyvan, quş,
eləcə də nağıl qəhramanlarının təsvirləri ilə yanaşı, portret
xarakterli və süjetli tematik kompozisiyalar da vardır. Portret
təsvirlərinin və insan fiqurları olan süjetli əsərlərinin ən yaxşı
nümunələri Şəkixanovun evinin və “Şəki xan sarayı”nın
memarlıq dekorunda qorunub saxlanmışdı. Portret xarakterli
naxış Ordubad rayonu Vənənd kəndindəki bir yaşayış binasında
da qorunub saxlanmışdır.
XVIII əsrdən bu günədək xeyli miqdarda dekorativ
tətbiqi incəsənət nümunələri, o cümlədən,
daş və ağac üzərində
bədii oyma, metal üzərində döymə məmulatı, saxsı qablar,
xalçalar, parçalar və naxışlı tikmələr qorunub saxlanmışdır.
Müxtəlif dekorativ incəsənət növləri arasında aparıcı yer
xalçaçılığa məxsusdur. XVIII əsrdə Quba, Bakı, Şamaxı,
Qarabağ, Gəncə, Qazax, Təbriz və Ərdəbil xalçaları məşhur idi.
Xalq yaradıcılığının geniş yayılmış növlərindən biri də
bədii tikmədir. Azərbaycan Milli Tarix Muzeyində saxlanılan
həmin dövr bədii tikmə nümunələri onların yüksək səviyyəyə
və müxtəlif icra texnologiyasına malik olduğunu göstərir.
Təkəlduz və güləbətin kimi ənənəvi üslubla yanaşı, XVIII
əsrdə məişət əşyalarına, paltarlara bəzək vurulduqda müxtəlif
metallardan – gümüş, bürünc və s. hazırlanmış dairə (pilə), və
romblardan geniş istifadə olunurdu. Bu tikmələrdən daha çox
Gəncə, Şuşa, Şəki, Qazax və Naxçıvanda istifadə olunurdu.
Taxça üçün pərdələrdən və xonça örtüklərindən tutmuş at
çulunadək ən müxtəlif əşyalar pilələrlə bəzədilirdi. Azərbaycan
Dövlət İncəsənət Muzeyində saxlanılan Qarabağ xanının
təkəlduzla tikilmiş papağı, Naxçıvanda güləbətinlə işlənmiş
qadın arxalığı, Şuşada hazırlanmış muncuqlu
bürüncək XVIII
əsr tikmələrinin ən gözəl nümunələridirlər.
Qəzənfər Rəcəbli
236
XI-XII əsrlərdə Azərbaycanda şəhərlərin inkişafı ilə bağlı
olaraq memarlıq yüksək zirvəyə qalxmışdı. Bu dövrdə
Azərbaycan şəhərlərində gözəl saraylar, qəsrlər, karvansaralar,
məqbərələr, türbələr, körpülər və s. memarlıq nümunələri
yaradılmışdı. Bu dövrdə Təbriz, Marağa, Gəncə, Şamaxı,
Naxçıvan, Bakı və b. şəhərlərdə tikilmiş qala divarları orta
əsrlər memarlıq məktəblərinin xüsusiyyətlərini əks etdirməklə
bərabər hər bir şəhərin ümumi memarlıq görkəminə
uyğunlaşdırılırdı.
Azərbaycanın XI-XII əsrlər memarlıq
nümunələrindən
Bakının "Qız qalası", Marağanın "Qırmızı kümbəz türbəsi" və
Naxçıvanın "Möminə xatun məqbərəsi" (Memar Əcəmi
Əbubəkr oğlu tərəfindən 1186-cı ildə tikilmişdir) dünya
şöhrətli memarlıq inciləri hesab edilirlər.
XIII əsrin ikinci yarısında Azərbaycan torpaqlarının
Elxanilər dövlətinin əsas mərkəzi olması nəticəsində nisbi
sabitliyin qərarlaşması ölkədə memarlığın inkişafı üçün də
şərait yaratdı. Hələ Hülaku xanın dövründə Nəsirəddin Tusinin
başçılığı ilə Marağada rəsədxana inşa edildi. Rəsədxana elmi
mərkəz olmaqla yanaşı, həm də gözəl memarlıq kompleksi
kimi məşhurlaşmışdı.
1297-ci ildə Şənb adlı yerdə Təbrizin yeni mərkəzinin
əsası qoyuldu. “Şənbi-Qazan”, yaxud “Qazaniyyə” adı ilə
tanınmış bu kompleksdə Qazan xanın məqbərəsi mərkəzi yer
tuturdu. Azərbaycanın qülləvari abidələri tipinə aid edilən bu
məqbərə kaşılarla bəzədilmişdi. Memar Tacəddin Əlişah
tərəfindən inşa edilmiş bu məqbərə qaynaqların verdiyi
məlumata görə XVI əsrə qədər mövcud olmuşdur.
O dövrdə
Təbrizdə yaradılmış iri memarlıq kompleksi olan “Rəbi-
Rəşidi”, yaxud “Rəşidiyə” adlandırılan şəhərcik olmuşdur. Bu
şəhərcik Qazan xanın vəziri Rəşidəddininin rəhbərliyi ilə
salındığına görə belə adlanırdı. Rəşidiyyədə darülfünundan
əlavə 24 iri karvansara, 1500 dükan, 30 min ev, hamamlar,
kağız istehsal edən karxana, boyaqçı emalatxanası, sikkəxana,