Azərbaycan Tarixi
221
Azərbaycanın görkəmli tarixçisi İskəndər
bəy Münşi öncə
Məhəmməd Xudəbəndənin sarayında katiblik etmiş, sonra isə I
Şah Abbasın tarixçisi olmuşdur. Onun “Tarixi aləm arayi
Abbasi” (“Abbasın dünyanı bəzəyən tarixi”) əsəri XVI əsrin
sonu – XVII əsrin əvvəllərində Səfəvilər dövləti tarixini
öyrənmək üçün ən qiymətli mənbədir.
Səfəvilər dövlətinin yaranması ilə Ərdəbil səfəviyyə dini
ordenin ideoloji əsası olan şiəlik məshəbi Azərbaycan
ərazisində hakim dini-siyasi məfkurəyə çevrildi. Şah İsmayılın
hakimiyyətə gəlişindən sonra səfəvi-şiə məfkurəsi kəskin
surətdə dəyişdi. Onun müxtəlif ifratçı sufi cərəyanları ilə
əlaqələri ya tamamilə kəsildi, ya da formal səviyyə daşımağa
başladı. İslamın şiə ruhunda təbliği mülayim mövqelərdə duran
ideoloqlara xas idi. Bu xüsusiyyət şair – hökmdar Şah İsmayıl
Xətainin yaradıcılığında daha qabarıq
surətdə özünü nümayiş
etdirirdi. Şah İsmayıl Xətai yaşadığı dövrdə “qızılbaş” səfəvi
məfkurəsinin əsas təbliğatçısı olmuşdur. O, bidətçi
panteizmdən uzaqlaşaraq, hürufiliyə aludə olmuş əcdadlarının
ənənələrini davam etdirmiş və şiəliyin təbliğinə geniş yer
vermişdir. O, şiə imamları güclü təbliğ edir, lakin özünü
təkmilləşdirmənin təbliği zərurətini də unutmurdu.
Səfəvilər dövlətində amansızlıqla təqib olunan geniş
yayılmış bidətçi təlimlərdən biri “nöqtəvilik” olmuşdur.
“Nöqtəviliyin” başlıca cəhətləri materialist meyilli panteist
fəlsəfə olması və islamın bir çox ehkamlarına qarşı çıxmasıdır.
“Nöqtəvilik” təliminə qarşı təqiblər Şah I Abbasın dövründə
xüsusilə güclü olmuşdur.
XVI
əsrdə Azərbaycanda “nöqtəviliklə” yanaşı
“əliallahilik”, “əxilik”, “rövşənilik” və s. təlimlər də mövcud
olmuşdu. XVI-XVII əsrlərdə vaxtilə Səfəvilərin dayağı olan şə-
hərlilər, tədricən “qızılbaş” ideologiyasından uzaqlaşıb “hey-
dəriyyə” adlanan və asketizmi təbliğ edən sufi təşkilatları ilə və
panteist meyilli “neymətullahiyyə” təlimi ilə bağlı olmuşdur.
Qəzənfər Rəcəbli
222
XVI əsrdə Azərbaycanda ictimai-siyasi və fəlsəfi fikri
görkəmli nümayəndəsi dünya şöhrətli şair Məhəmməd Füzuli
olmuşdur. Füzuli bədii əsərlərini Azərbaycan (türk), fars və
ərəb dillərində yaratmışdı. Füzulinin divanları ilə yanaşı “Leyli
və Məcnun”, “Şah və gəda”, “Rind və Zahid”, “Səhhət və
Mərəz”, “Şikayətnamə”, “Ənis-ül qəlb”, “Həqiqət üs-şüəda”
(Həqiqət baxçası), “Qırx hədisin tərcüməsi” və “Mətlə ül-
etiqad” adlı bədii əsərləri dünya, o cümlədən Ön Asiya
poeziyasının inciləri hesab edilir. O, fəlsəfi və elmi əsərlərini
isə fars və ərəb dillərində yazmışdır. Füzuli dahi Nizami
Gəncəvinin fəlsəfi poeziyasını, islamın rasional təlimlərini,
sufilik və digər cərəyanların və təriqətlərin fəlsəfi təlimlərini
gözəl bilirdi və onlardan öz bədii yaradıcılığında geniş istifadə
etmişdi. Füzuli “Mətlə ül-etiqad”
fəlsəfi əsərində elmlərin
təsnifatını vermişdi. O, elmləri iki qrupa bölür: birinci qrupa
təcrübi elmləri (əxlaq, evdarlıq və siyasət), ikinci qrupa isə
nəzəri elmləri (ilahiyyat, riyaziyyat və təbiət) aid edir.
XVI-XVII əsrlər Azərbaycanda müxtəlif fəlsəfi fikirlərin,
xüsusilə sufiliyin geniş yayıldığı dövr olmuşdur. Bu dövrün
fəlsəfi fikir nümayəndələri Saib Təbrizi, Qövsi Təbrizi və Yusif
Qarabağının dünyagörüşü insanpərvərlik, azad fikirlilik,
ədalətlilik və xeyirxahlıq ruhundadır.
XVIII əsrdə Azərbaycanda elm sahəsində elə bir ciddi
irəliləyiş olmamışdı. Coğrafiyaşünas alim Hacı Zeynalabdin
Şirvani və onun qardaşı Hacı Məhəmmədəli Şirvani,
tarixçi
alim Əbdürrəzzaq bəy o dövrün tanınmış şəxsiyyətləri idilər.
Hacı Zeynalabdin Şirvani ömrünün qırx ilini Avropa, Asiya və
Afrikanın bir çox ölkələrində səyahətdə keçirmişdi. O, olduğu
yerlər, gördüyü xalqlar haqqında külli miqdarda material
toplamışdır. O, “Riyaz üs-səyahət” (“Səyahət baxçaları”),
“Hədayiq üs-səyahət” (“Səyahət bağları”), “Bustan üs-səyahət”
(“Səyahət bostanları”), “Kəşf ül-maarif” (“Mərifətlərin kəşfi”)
və b. əsərlərin müəllifidir. H.Z.Şirvani səyyah və coğrafiyaşü-
nas olmaqla yanaşı, həm
də tarixçi, etnoloq, filosof və şair kimi
Azərbaycan Tarixi
223
də tanınmışdı. H.Z.Şirvani Azərbaycan toponimlərinə dair
materialları “Bustan üs-səyahət” əsərində vermişdir. H.Z.Şirva-
ninin kiçik qardaşı Hacı Məhəmmədəli Şirvani Türkiyə, Misir,
İraq, İran, Əfqanıstan, Hindistan və başqa ölkələri gəzmiş, öz
təəssüratını “Həqiqətən əl-həqail” (“Həqiqətlərin həqiqəti”) adlı
əsərində əks etdirilmişdir. O, da qardaşı kimi həm də tarixçi,
filosof və şair olmuşdur.
XVIII əsrin ikinci yarısı XIX əsrin əvvəllərində yaşamış,
ensiklopedik biliyə malik olan alim Əbdürrəzzaq bəy Dünbuli
Təbriz xanı Nəcəfqulu xanın oğlu olmuşdur. O, on yaşında ikən
Şirazda Kərim xan Zəndin yanında girov saxlanmışdı. Yalnız
Kərim xan Zəndin ölümündən sonra vətəninə qayıtmışdır.
Əbdürrəzaq bəy antik və Şərq fəlsəfəsinin dərin bilicisi idi.
Onun tarix, etnologiya, ədəbiyyat və fəlsəfəyə dair əsərləri
vardır. Məftun təxəllüsü ilə yazan Ə.Dünbulinin yaradıcılığında
“Həqaiq əl-Ənvər”, “Hədaiq əl-üdəba”, “Məsnəvi”, “Humayun-
namə” əsərləri xüsusi yer tutur.
Azərbaycan mədəniyyəti tarixinin görkəmli nümayəndəsi
Mirzə Əbutalib xan Təbrizinin yaradıcılığı da XVIII əsrə aid-
dir. Nadir şahın hakimiyyəti dövründə Hindistana köçmüş azər-
baycanlı ailəsində anadan olan Əbutalib xanın yaradıcılığında
tarixi əsərlərlə yanaşı orta əsrlər şairlərinin yaradıcılığına həsr
olunmuş tədqiqatlar da xüsusi yer tutur. Onun 1791-ci ildə yaz-
dığı “Xülasət ül-əfxar” əsərində Şərq poeziyasının digər nüma-
yəndələri ilə bərabər görkəmli Azərbaycan şairi Xaqaninin
yaradıcılığı da tədqiq edilmişdir.
Azərbaycan mədəniyyəti tarixi üçün ənənəvi olan klassik
mədəniyyətin tədqiqi və təbliği XVIII əsr
fəlsəfi fikir tarixində
də xüsusi yer tutmuşdur. XVIII əsr panteist fəlsəfəsi
Azərbaycanda sufizmin ideoloqu Mirzə Həsən Zünuzinin “Bəhr
əl-ülum” və “Biyaz ül-cənnət” əsərlərində öz əksini tapmışdır.
14.2. Orta əsrlər Azərbaycan ədəbiyyatı. X-XII əsrlər
bütün müsəlman mədəniyyətinin, o cümlədən onun mühüm
tərkib hissəsi olan Azərbaycan ədəbiyyatının ən məhsuldar
Qəzənfər Rəcəbli
224
dövrlərindən biri hesab edilir. Bu dövrdə ərəb-fars dillərində
yazıb-yaratmış Azərbaycan şairləri öz əsərlərində dövrün
ümummüsəlman mədəniyyətini
ən yüksək səviyyəyə
qaldırmışlar. XI-XII əsrlərdə yazıb-yaratmış Azərbaycan şair və
mütəfəkkirlərinin türk (Azərbaycan) dilində qələmə aldıqları
heç bir əsər bizə gəlib çatmasa da
qaynaqlarda belə əsərlərin
mövcudluğu haqqında məlumat verilir.
Bu dövrdə Azərbaycan poeziyasının inkişafında Təbriz
ədəbi məktəbinin nümayəndələri xüsusi yer tuturlar. Təbriz
ədəbi mühitinin yetişdirmələri olan Hüseyn Təbrizi, Xətib Təb-
rizi, Qətran Təbrizi və b. fars dilində gözəl qəzəllər və şeirlər
yazmışlar.
XII əsrin əvvəllərindən başlayaraq Azərbaycan poeziya-
sında Əbül Üla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, İzzəd-
din Şirvani, Müzirəddin Beyləqani,
Məshəti Gəncəvi və Nizami
Gəncəvi kimi dahi söz ustaları öz gözəl əsərləri ilə bu
ədəbiyyatın xəzinəsinə qiymətli töhfələr vermişlər.
Əfzələddin Xaqani Şirvani (1121-1199) öz yaradıcılığı ilə
Yaxın və Orta Şərq xalqlarının poeziyasında yeni səhifə açdı.
Ensiklopedik biliyə malik olan bu görkəmli şair o dövrdə fars
dilinin hökmranlıq etdiyi şeir dilinə doğma Azərbaycan söz-
lərini ustalıqla gətirdi. Xaqaninin poeziyaya gətirdiyi ye-
niliklərdən biri də şerlərdə işlətdiyi fəlsəfi fikirlərdi. Belə fəl-
səfi fikirlər ilk dəfə onun məşhur “Həbsiyyə” qəsidələr silsilə-
sində, “Tövhətül-İraqeyn” məsnəvisində və “Mədain xarabala-
rı” əsərində öz əksini tapmışdır.
Azərbaycanın ilk görkəmli qadın şairi Məshəfi Gəncəvi-
nin dastana dönmüş həyatı haqqında məlumatı XV-XVI əsr-
lərin şifahi xalq yaradıcılığı məhsulu olan “Məshəti və Ənvər
Əhməd” dastanından bəllidir.
Ehtimal ki, dastanda olan şeirlər
XII-XIII əsrlərdə yaratmış Məshəti Gəncəviyə məxsusdur.
XII-XIII əsrlər Azərbaycan ədəbiyyatının ən görkəmli si-
ması Nizami Gəncəvi olmuşdur. Şərq xalqlarının və bütün bə-
şəriyyətin böyük şairi, şeir dünyasının Allahı adlandırılan Şeyx