Azərbaycan Tarixi
209
razı olmaz. O, öz əmisinin yanına
hədiyyə və sursatla elçilər
göndərib, ona heç bir şaiyəyə inanmamağı və öz xanlığına
qayıtmağı təklif etdi. Lakin İbrahim xan Məhəmməd bəyin
paxıllığını çəkən saray adamlarının təsiri altında ona inanmadı
və Fətəli şahın vədini almadan Qarabağa qayıtmaqdan imtina
etdi.
Payızda Fətəli şahdan belə bir əmr aldı ki, İbrahim xan öz
xanlığına qayıdıb Ağaməhəmməd şahın nəşini və onun
ölümündə müqəssir olan Məhəmməd bəyi və pişxidmət Səfərəli
bəyi onun yanına göndərsin. İbrahim xan öncə
Məhəmməd
bəyin yeznəsi olan oğlu Mehdiqulu xanı Qarabağa göndərdi ki,
Məhəmməd bəyi və əhalini onu qarşılamağa hazırlaşdırsın, özü
isə muzdla tutulmuş böyük bir ləzgi dəstəsi ilə yola düşdü.
Öz əmisindən əsla bədgüman
olmayan Məhəmməd bəy
xanın böyük oğlu Məhəmmədhəsənağa ilə birlikdə İbrahim
xanı qarşılayıb sarayına qədər müşayiət etdi, ertəsi gün isə ona
Ağaməhəmməd şahın xəzinəsindən ələ keçirdiyi qiymətli
hədiyyələr göndərdi.
İbrahim xan oğlu Məhəmmədhəsənağanın məsləhətinə
məhəl qoymayaraq bədxah qohumu Mirzəli bəyin təkidi ilə
Fətəli şahın əmrinin yerinə yetirilməsi üçün fərman verdi. O, öz
fikrini sonra dəyişsə də Məhəmmədhəsənağa tərəfindən
qabaqcadan xəbərdar edilən Məhəmməd bəy ona inanmırdı.
Məhəmməd bəy Qarabağı tərk etməli oldu. Məhəmməd
bəyin keçmiş rəqibi Şəki xanı kor Məhəmmədhəsən xan onun
yanına adamlar göndərib qızını ona ərə vermək və kor olduğu
üçün düşmənləri ilə mübarizə apara bilmədiyindən xanlığı idarə
etməyi ona tapşıracağı vədi ilə Şəkiyə dəvət etdi.
Məhəmməd bəy ona inandı. Məhəmməd bəy Şəkiyə gəl-
diyinin 6-cı günü, toya hazırlıq zamanı xanın əmri ilə həbs edil-
di, sərvəti əlindən alındı və qandallanıb güclü keşikçi dəstəsi ilə
qan düşməni Şamaxı xanı Mustafa xanın yanına göndərildi.
Mustafa xan isə Məhəmməd bəy tərəfindən öldürülmüş atası və
qardaşlarının intiqamını alaraq onu öldürdü.
Qəzənfər Rəcəbli
210
İbrahim xan Səfərəli bəyi Şəki xanından
tələb edib
Ağaməhəmməd şahın cənazəsi ilə birlikdə Fətəli şaha göndərdi.
Bir qədər sonra isə Fətəli şahın tələbi ilə oğlu Əbülfət xanı
girov kimi göndərdi və qızı Ağabəyimağanı ona ərə verdi.
Beləliklə, 1804-cü ilədək İrandan vassal asılılığına düşmüş
Qarabağın həyatında əhəmiyyətli dəyişiklik olmadı.
Gəncə xanlığı Gəncə bəylərbəyliyi əsasında yaranmışdı.
XVI əsrdən 1804-cü ilədək, kiçik fasilələrlə Gəncəni qacar
soyların köçəri feodal əyanlarından olan Ziyadoğlular idarə
etmişdir. Ziyadoğlu sülaləsindən Gəncənin ilk bəylərbəyi XVI
əsrdə sultan Şahverdi, Gəncənin sonuncu xanı isə Cavad xan
olmuşdur.
Ziyadoğlu sülaləsindən olan xanlar böyük bir ərazinin
faktik hakimləri idilər. Onların hökmdarlığı ilə Gürcüstan
arasında sərhəd «Sınıq körpüdən» yuxarı olan «Suri-daşa» qə-
dər uzanırdı. Cənubi Azərbaycanla Gəncə bəybərbəyliyi ara-
sında sərhəd isə «Xudafərin» körpüsünə çatırdı.
Bəzi vaxt Gən-
cə xanlarının hökmranlığı Darüssürür (Tiflis) şəhərinə də şamil
edilirdi (Darüssürür – torpaq, su, od və hava mənasını verir).
II Uğurlu xan Ziyadoğlu 1736-cı ildə Muğanda Nadir
xanın şah seçilməsinin əleyhinə çıxmışdı. O, gizli və aşkar
surətdə çalışmışdı ki, «səfəvilərdən başqa bir kimsə» şah
olmasın. Nadir şah bundan xəbər tutduqda, Ziyadoğulların qə-
dim sülalə və böyük bir duduman olduqlarına görə, ona ağır cə-
za vermədi. O, Qazax və Borçalını Ziyadoğlulardan alıb Gür-
cüstan əmirlərinin hakimiyyəti altına (Kartliya çarı Teymuraza)
verdi; Cavanşir, Otuziki və Kəbirli elatlarını Qarabağdan köçü-
rüb Xorasanın Sərəxs torpağında məskunlaşdırdı. O, Qarabağın
Xəmsə əmirlərini də Gəncə xanlarının tabeliyindən azad edib,
yalnız ona tabe olmalarını əmr etdi. Beləliklə, Gəncə xanlarının
ixtiyarları tamamilə əllərindən alındı.
Nadir şahın vəfatından sonra Ziyadoğlu sülaləsinin nüma-
yəndəsi Şahverdi xan öz hakimiyyətlərini bərpa
edib Gəncə
xanlığını yaratdı. Gəncə xanlığı hərbi-siyasi və iqtisadi
Azərbaycan Tarixi
211
cəhətdən əhəmiyyətli mövqeyə malik idi. O, Şərqlə aparılan
mühüm ticarət mərkəzi idi. Müstəqil olmuş Gəncə xanlığı bir
tərəfdən Quba xanlığının, digər tərəfdən isə Kartli-Kaxetiya
çarlığı və Qarabağ xanlığının mübarizə obyektinə çevrilmişdi.
1750-ci ildə Kartli-Kaxetiya çarı Teymuraz ilə Qarabağ xanı
Pənah xan arasında Gəncə üstündə müharibə oldu. Gəncə
xanlığı Qarabağ xanlığından bir müddət asılı vəziyyətə düşdü.
Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığı nəinki
öz müstəqilliyini bərpa edə bildi, hətta öz hakimiyyətini
Şəmşədil mahalına da yaymağa müvəffəq oldu. Belə vəziyyət
rus işğalına qədər davam etdi.
Azərbaycanın ilk xanlıqlarından biri də Şəki xanlığı
olmuşdur. Hələ XIV əsrin dördüncü rübündə Şəki müstəqil
dövlət kimi yaranmışdı.
Onun müstəqilliyi XVI əsrin
ortalarında şah Təhmasib tərəfindən ləğv edilmişdi. Nadir şahın
dövründə Şəkidə milli-azadlıq hərəkatı genişlənir və 1743-cü
ildə Şəki İran dövlətindən ayrılır. Üsyana başçılıq edən Hacı
Çələbi müstəqil Şəki xanlığını yaradır. Hacı Çələbi 1551-ci ildə
I Təhmasibə qarşı üsyana başçılıq edən Dərviş xanın 7-ci nəsli-
nin nümayəndəsi idi. Xanlığın ilk mərkəzi Gələsən-görəsən qa-
lası idi. 1746-cı ildə xanlığın paytaxtı Şəki şəhərinə köçürülür.
XVIII əsrin 40-cı illərinin sonu və 50-ci illərində Şəki
xanlığı Azərbaycanda böyük siyasi qüvvəyə çevrilir. Qutqaşın,
Ərəş və Qəbələ sultanlıqları ondan vassal asılılığı vəziyyətinə
düşürlər. Car-Balakən camaatlığı da ona tabe olur.
Şəki xanlığının güclənməsi, Çələbi xanın hakimiyyətinin
möhkəmlənməsi Qarabağ xanı Pənah xanı, Qaradağ xanı
Kazım xanı, Naxçıvan xanı Heydərqulu xanı və Gəncə xanı
Şahverdi xanı narahat edirdi. Onlar birləşib gürcü çarları
Teymuraz və II İrakli ilə Şəki xanlığına qarşı ittifaqa girdilər.
Gəncəni özünə tabe etmək istəyən II İrakli müttəfiqlərinə
xəyanət etdi. O, 1791-ci ildə Şəmkir yaxınlığındakı düşərgəsinə
xanları dəvət edərək onları həbs etdi. Hacı Çələbi xan düşmənin
hücumunu gözləmədən qəflətən hücuma keçdi. O, Şəmkir ya-
Qəzənfər Rəcəbli
212
xınlığında II İraklinin qoşunlarını əzib xanları əsirlikdən azad
etdi. O, Qazax və Borçalı mahallarını öz hakimiyyəti altına al-
dı. 1751-1752-ci illərdə Gəncə, Şəmkir, Qazax və Borçalı uğ-
runda II İrakli ilə Hacı Çələbi xan arasında kəskin mübarizə
getdi. Bu mübarizə sonralar öncə 1755-ci ilə qədər Şəkinin üs-
tünlüyü ilə, 1755-ci ildən sonra isə gürcü çarlarının üstünlüyü
ilə fasilələrlə davam etdi.
XVIII əsrin II yarısında Şəki xanlığı Azərbaycanın siyasi
həyatında mühüm rol oynamış, onun paytaxtı Şəki şəhəri isə
Azərbaycanın iri ticarət-iqtisadi mərkəzinə çevrilmişdi.
Şamaxı xanlığı XVIII əsrin ortalarında yaranmışdır. Qeyd
edildiyi kimi bu ərazidə əvvəlcə iki hakimiyyət yaranır. Ağsu
yaxınlığındakı Yeni Şamaxıda Hacı Məhəmmədəli xan, Köhnə
Şamaxıda isə Məhəmməd Səyid xan hakimiyyəti ələ almışdılar.
1763-cü ildə Məhəmməd Səyid xan Hacı Məhəmmədəli xanı
məğlub edib əsir götürdü və o, 5 həftə sonra həbsxanada öldü.
Məhəmməd Səyid xandan sonra Şamaxı xanı onun qardaşı
Ağası xan oldu. Sonrakı 25 il ərzində isə Şamaxı xanlığı öz
müstəqilliyini itirib Quba xanlığından vassal asılılığına düşdü.
Beləliklə, XVIII əsrdə Azərbaycanda
feodal pərakəndəli-
yi hökm sürürdü. Azərbaycanda yaranmış xanlıqlar feodal döv-
lətləri idi. Onların, möhkəm olmasa da, müəyyən sərhədləri var
idi. Azərbaycan xanlıqları üçün ümumi cəhət o idi ki, onlar gah
tam müstəqil olur, gah da biri digərini özündən asılı vəziyyətə
salır və ya daha qüvvətli olan qonşu dövlətlərdən vassal asılılığı
vəziyyətinə düşürdülər.
13.3. Xanlıqlar dövründə Azərbaycanın ictimai-iqtisa-
di həyatı. XVIII əsrin I yarısında Azərbaycanda dərin iqtisadi
böhran hökm sürürdü. Xarici basqınlar, ara müharibələri, feodal
dağınıqlığı ölkənin təsərrüfatını dağıdır, məhsuldar qüvvələrin
inkişafına mane olurdu. Bunlara yerli hakimlərin amansız
istismarı da əlavə olunurdu. Ölkənin şəhərləri tənəzzül edir,
kəndlər boşalırdı. Azərbaycanda Təbriz istisna olmaqla bir dənə
olsun 10 mindən çox əhalisi olan şəhər qalmamışdı.