Azərbaycan Tarixi
41
İskəndər tutduğu ölkələrdə özünü işğalçı kimi deyil,
qanuni “varis” hökmdar kimi aparır, köhnə idarə üsullarını
saxlayır, yunanlar və makedoniyalılarla
bərabər yerli
zadəganlara da vəzifə verirdi. O, öz döyüşçülərinin yerli əhali
ilə yaxınlaşması üçün xüsusi tədbirlər həyata keçirir, onların
yerli qızlar ilə evlənməsinə və Şərqdə məskunlaşmalarına şərait
yaradırdı. İskəndər süvari qoşunlarının baş sərkərdəsi
Perdikkini atəşpərəstlərin atropatı (baş kahini) olan Kiçik
Madanın satrapının qızı ilə evləndirmişdi. İskəndər yunan
alimlərini, bacarıqlı ustalarını Şərq ölkələrinə aparır, yunan
mədəniyyətinin Şərqə yol almasına şərait yaradırdı. Nəticədə
qarışıq yunan – şərq mədəniyyəti yaranır. Bu mədəniyyət
qədim Elladanın adı ilə bağlı olaraq, “elin mədəniyyəti” adı ilə
tarixə düşmüşdür.
Ədəbiyyat:
1. Azərbaycan tarixi. 7 cilddə, 1-ci cild, s. 226-251.
2. Azərbaycan tarixi. Dərslik, s. 120-130.
3. И.Алиев. История Мидии. Баку, 1960.
Qəzənfər Rəcəbli
42
IV FßSÈL
ATROPATEN DÖVLƏTI
4.1. Atropaten dövlətinin yaranması. “Atropaten”
dövlət və “Azərbaycan” ölkə adlarının mənşəyi haqqında.
Atropaten dövlətinin adı “atropat” sözündən götürülmüşdür.
Hələ e.ə. V-IV əsrlərdə Haxamanişilər Madası imperiyasına
daxil olan ölkələrin hakimləri özlərini müstəqil hökmdar kimi
aparırdılar. Belə ölkələrin satrapları “şah” adlanırdı. İmperiyaya
daxil olan Kiçik Madanın satrapına isə “atropat” deyirdilər. III
Artakserksin hakimiyyəti dövründə Kiçik Mada satraplarına
“atropat” deyilməsi haqqında qaynaqlarda məlumat vardı. E.ə.
331-ci ildə Qavqamel döyüşündə də Mada qoşunlarının başçısı
“atropat” adlanırdı.
“Atropat” yunan sözü olan “atr” [od] (hind-avropa dil
ailəsinin İran qrupu xalqlarının dillərində isə “adur”, “adər”,
“atər”, “azər” və s.) və “pat” [qoruyan] sözlərindən düzəlmiş və
“odu qoruyan” mənasını verir.
Atəşpərəstlərin Kiçik Madanın mərkəzi şəhəri Qazakada
yerləşən baş məbədinin ali kahini də “atropat” adlanırdı.
Deməli, din başçısı hesab edilən “atropat”, həm də Kiçik
Madanın satrapı idi. Lakin tarixşünaslıqda Atropat hökmdarının
adı kimi, şəxs adı kimi izah edilir. Əlbəttə belə izahın heç bir
elmi əsası yoxdur. Onu da qeyd etmək lazımdır ki, 7
cildlik
“Azərbaycan tarixi"ndə “atropatın” hökmdar titulu olması
haqqında həqiqət əslində etiraf edilir. Kitabda yazılır ki, “...
sonralar Atropatenin siyasi quruluşu, ola bilsin müəyyən
dərəcədə dəyişir və Atropaten bəlkə də teokratik dövlətə - bir
növ Papa dövlətinə (oxşar dövlətə - Q.R.) çevrilir ki, bu da
Azərbaycan Tarixi
43
görünür Mada maqlarının dövlətdə çox böyük rol oynamaları
ilə bağlı idi... Biz Atropatın hökmdarlıq illərinin necə
keçdiyini... bilmirik, ... hətta Atropatenin bu ilk tacidarının nə
vaxt vəfat etdiyini, taxt-tacı kimə miras qoyduğunu da bilmirik.
Lakin sonrakı onilliklərin və hətta
yüzilliklərin hadisələri
göstərir ki, Atrpaten monarxiyası başçısının hökmranlıq etdiyi
illər gənc dövlətin möhkəmləndiyi, qüvvətləndiyi bir dövr idi”
(1-ci cild, s. 258). Bu iqtibasa onu da əlavə etmək olar ki, Papa
dövlətindən öncə ərəb Xilafətində xəlifələr həm də dövlət
başçısı idi, daha sonra, Osmanlı imperiyasının müəyyən
dövründə sultanlar
həm hökmdar, həm də din başçıları idilər.
Müasir dövrdə İranda da teokratik hakimiyyət mövcuddur, ali
dini şuranın sədri ayatolla həm din başçısıdır, həm də dövlətin
başçısı – alı rəhbəridir. 7 cildlik “Azərbaycan tarixi” kitabında
atropatlardan birinin adı da qeyd edilir: “... “Avesta” – IV əsrdə
(e.ə. IV əsrdə - Q.R.) Atropatendə ali kahin Atropat
Mahrspandan tərəfindən kanonlaşdırılmışdır”. (1-ci cild, s.
315). Bu yazılardan belə bir məntiqi nəticə çıxarmaq olar ki,
Atropat şəxs adı olmamışdır, din və dövlət başçısı titulu, rütbə
adı olmuşdur. Lakin çox təəssüf ki, “Azərbaycan tarixi” kimi
çox sanballı, möhtəbər kitabda bu nəticə çıxarılmır.
Kiçik Madada dövlət başçısı titulu atropat olduğu üçün
dövlət də Atropat Madası, yaxud
sadəcə olaraq Atropaten
adlanırdı. Tarixdə bunun analoqu çoxdur. Məsələn, dövlət
başçısı papa olan Papa dövləti, dövlət başçısı xəlifə olan Xilafət
dövləti, dövlətin başçısı yabqu olan Yabqu dövləti, dövlət
başçısı elxan adlanan Elxanilər dövləti və i.a.
Məlum olduğu kimi Haxamanişilər sülaləsinin hakimiy-
yəti dövründə azərbaycanlıların ulu əcdadlarının yaşadıqları
torpaqlar X, XI və XIV satraplıqların tərkibinə daxil idi.
I Dara
zamanında X satraplığa, yaxud Kiçik Mada satraplığına Asar-
qata adlanan Cənubi Azərbaycan torpaqlarından əlavə parikan-
ların, oğuzların və sakların məskunlaşdıqları torpaqlar da daxil
idi. Haxamanişi Madası imperiyasında mərkəzi hakimiyyətin
Qəzənfər Rəcəbli
44
zəiflədiyi illərdə Kiçik Mada satrupları müstəqil siyasət
yeridirdilər. XI və XIV satraplıqların torpaqları da Kiçik Mada
Atropatının hakimiyyət dairəsinə daxil idilər. Məhz buna görə
də Qavqamel döyüşündə farslara
boyun əyməyən kadusilər Ha-
xamanişilər sülaləsinin hakimiyyəti altında deyil, Kiçik Mada-
nın tərkibində olan soy kimi, yaxud madalıların müttəfiqləri
kimi iştirak edirdilər.
Polibinin yazdığına görə Mada atropatının hakimiyyəti
hələ Haxamanişilər sülaləsinin hökmdarlığı zamanından möv-
cuddur. Buradan belə bir nəticə çıxartmaq olar ki, Kiçik Mada
satraplığının əhalisi din başçısı olan atropatı öz hökmdarları
hesab edirdilər və həmin satraplıq hələ müstəqil dövlətə çevril-
məmişdən əvvəl “Atropatın padşahlığı” adlandırırmış.
Makedoniyalı Aleksandr Ekbatanın
üzərinə yürüş
edərkən Kiçik Mada atropatının başçılığı altında madalılar,
kadusilər və saklar, III Daranın tərəfini saxlamasalar da ilk
vaxtlar işğalçılarla mübarizəyə girmək niyyətində imişlər. Ona
görə də İskəndər Haxamanişilər sülaləsini devirdikdən sonra
Kiçik Mada atropatı onun hüzuruna gəlib baş əymədi və
İskəndər e.ə. 330-cu ildə onu vəzifəsindən götürüb Oksadat adlı
bir nəfəri Kiçik Madaya satrap təyin etdi. Lakin Atropat az bir
zamanda İskəndər ilə münasibətləri yoluna qoya bildi və e.ə.
328-ci ildə yenidən Kiçik Madanın satrapı vəzifəsinə qaytarıldı.
Ola bilsin elə buna əsaslanan Strabon yazır ki, Atropat “bu
ölkənin makedoniyalıların hakimiyyəti altına düşməsinə yol
vermədi”.
Ali kahin – hökmdar Atropat müdriklik göstərərək, Şər-
qin yeni hökmdarı ilə yaxınlaşmaq və onun
tədbirlərində içtirak
etməklə istilaçıların Atropaten ərazisinə girməsinə yol vermədi.
İskəndərin qoşunları Atropatenin yalnız sərhədlərinə qədər gə-
lib çatmış və ölkənin daxilinə girməmişdir. İskəndər Azərbay-
candan yan keçərək Orta Asiyaya və Hindistana getmişdir.
Onun bu səfəri e.ə. 328-ci ilədək davam etmişdir.