Azərbaycan Tarixi
53
yır və hökmdar Artabazd Parfiyaya əsir düşür.
Ancaq tezliklə o
əsirlikdən qaçır Atropatendə hakimiyyətini bərpa edir. Artabazd
e.ə. 31-ci ildə Aksiya döyüşündə Antoniyə kömək üçün süvari
qoşun da göndərir. Aksiya döyüşündə Oktavianın Antoni üzə-
rində tam qələbəsindən sonra Kleopatra Artabazdın köməyinə
ümid bəsləyərək, vaxtilə əsir kimi Misirə aparılmış erməni
hökmdarı Artavazın başını kəsdirib Atropatenə göndərir.
Romada Oktavian – Antoni mübarizəsi Oktavianın
qələbəsi ilə başa çatdıqdan sonra, Roma dəstəyindən məhrum
olmuş Atropaten yenidən Parfiya hökmranlığı altına düşür.
E.ə. 20-ci ildə Roma ilə Parfiya arasında sülh müqaviləsi
imzalanır. Bu müqaviləyə görə Parfiya Romanın
Ermənistan
üzərində hakimiyyətini tanıyır, əvəzində Roma Parfiyanın
Atropaten üzərində hakimiyyətinə razılıq verir. Lakin e.ə. I
əsrin sonunda Atropaten yenidən Romanın “dostu” və müttəfiqi
olur. Roma hökmdarı Qay Yuli Sezar Ermənistana gəlib
Artabazdın oğlu, Atropaten hökmdarı Ariobazdı həm də
Ermənistanın hökmdarı təyin edir. Lakin Parfiya tərəfindən
qızışdırılan ermənilər eramızın 2-ci ilində üsyan qaldırırlar.
Qay Yuli Sezar ikinci dəfə Ermənistana yürüş edir. Artakir qa-
lası yaxınlığındakı döyüşdə Yuli Sezar Parfiya sərkərdəsi Ado
tərəfindən ölümcül yaralanır və bir neçə ay sonra həmin yara-
dan ölür. Yuli Sezarın ölümünə baxmayaraq birləşmiş Roma -
Atropaten qoşunları ermənilərin üsyanını yatirda bilirlər.
Ariobazd yenidən Ermənistanda hakimiyyətini bərpa edir.
Eramızın 20-ci ilinə yaxın
Atropatendə hakimiyyət
Parfiyanın Arşakilər sülaləsinin bir qolunun nümayəndəsinin
əlinə keçdi. Beləliklə, Atropaten dövləti tarixində Romaya
meyl dövrü başa çatdı. Atropaten yenidən Parfiya təsiri altına
düşdü və iki əsr onunla bir cəbhədə oldu.
4.3. Atropatenin təsərrüfatı və mədəniyyəti. Qədim
qaynaqlarda Atropatenin münbit torpaqlarından bəhs olunur və
qeyd edilir ki, dağ yamaclarında torpaq bərəkətli, münbit və
çox məhsuldardır, çaylar və bulaqlar ilə çox zəngindir. Strabon
Qəzənfər Rəcəbli
54
xəbər verir ki, Atropatendə üzüm və əncir bitir. Qaynaqlarda bu
ölkədə buğda, alma, badam və zeytun yetişdirilməsindən,
qurudulmuş və döyülmüş alma unundan kökə, qovurulmuş
badam unundan çörək bişirilməsindən, bəzi bitkilərin kökündən
şərab çəkilməsindən xəbər verilir. Strabon Atropatendə atlar
üçün ən yaxşı yem olan yoncadan bəhs edir və onu “Mada otu”
adlandırır. Antik müəlliflərin məlumatına
görə Atropaten
Madasında silfi, yaxud gecə otu adlanan yabanı yerkökü də
yetişirdi. Ondan “Mada şirəsi” deyilən şirə çəkirdilər. Bu şirəni
uzun müddət saxlamaq mümkündür. Həmin şirədən ədviyyat və
dərman kimi istifadə olunurdu.
Qaynaqlar Atropatendə arıçılıqdan da bəhs edir və arı
balından geniş istifadə olunmasından xəbər verirlər. Antik
müəlliflərdən Polibi və Ellian Atropatendə maldarlıq
təsərrüfatından xəbər verirlər və qeyd edirlər ki, atropatenlilər
dəvəçiliklə məşğul olurlar. Onlar atçılıq sahəsində tanınmış
xalqdırlar.
Atropatendə balıqçılıqla da məşğul olurdular. Ellian yazır
ki, Kaspi ölkəsində çox böyük bir göl vardır və o göldə
uzunburun balıqlar yetişir. Onların uzunluğu hətta yeddi qulaca
çatır. Kaspilər onları tutur, duzlayır, qurudur və dəvələrə
yükləyib satmaq üçün Ekbatana şəhərinə aparırlar. Balıqlara
vurmaq üçün çoxlu duz Atropatenin duzxanalarından gətirilirdi.
Duzxanalar şor göllərdə düzəldilirdi. Kaspilər uzunburun
balığın piyindən məlhəm hazırlayırlar. Çox qatı və tünd
iyi olan
ballıq yağını dərman kimi içir və dərilərinə sürtürlər. Onlar
balıqların içalatını bişirməklə ondan çox keyfiyyətli yapışqan
hazırlayırlar. Həmin yapışqan hər şeyi elə bərk yapışdırır ki,
hətta on gün suda saxladıqda belə nə boşalır, nə də qopur. Fil
sümüyündən əşyalar düzəldən ustalar da bu yapışqandan
istifadə edir və çox gözəl keyfiyyətli əşyalar düzəldirlər.
Qədim Roma tarixçisi Appian Atropatendə “Mada yağı”
hazırlanmasından xəbər verir. Həmin yağdan həm hərbi işdə,
həm də təsərrüfatda istifadə edilirdi. “Mada yağı” gil və metal
Azərbaycan Tarixi
55
çıraqlar üçün yanacaq idi. O, “Mada yağı”nın hazırlanması
üsullarından bəhs edərək yazır ki, yağın içərisinə xüsusi bir ot
atır və qatlaşmağa qoyurlar. Yağ qatılaşdıqda ona təbii yağa
bənzər qatı məhlul qatmaqla daha da qatılaşdırırlar. Bu
məhsula yerli dildə “naft” deyilirdi.
Naxçıvan, Mil, Muğan, Talış və b. bölgələrdən tapılmış
küp qəbrlərdə aşkar edilmiş keramika məmulatı Atropatendə
saxsı qablar istehsalının da yüksək səviyyəsindən xəbər verir.
Atropatendə əkinçilik, maldarlıq və sənətkarlıqla yanaşı
ticarət də tərəqqi etmişdi. Atropaten şəhərləri sənətkarlıq
mərkəzləri olduqları kimi həm də, ticarət mərkəzləri idilər.
Babilistandan və Hindistandan Atropatenə və Kaspianaya gələn
ticarət karvanları Atropaten şəhərlərindən keçərək Xəzər dənizi
sahili boyunca uzanan yollarla şimala doğru gedirdilər.
Atropatenin mədəniyyəti də yüksək dərəcədə inkişaf
etmişdi. Cənubi Azərbaycan ərazisindən tapılmış antik dövrə
aid arxeoloji materiallar Atropaten əhalisinin maddi və mənəvi
mədəniyyəti haqqında aydın təsəvvür yaradır.
Atropatendə inşaat işləri və memarlıq, şəhərsalma
mədəniyyəti yüksək səviyyədə olmuşdur.
Antik müəlliflərdən
Strabon, Plutarx, Ptolomey, Dion Kassi və b. Atropatendə
Fraaspa, Qazaka, Fanaspa, Vera və b. mühüm şəhərlərin
olduğundan xəbər verirlər. Tədqiqatçılar Faraspanın müasir
Marağa şəhəri yaxınlığında yerləşməsini ehtimal edirlər.
Strabonun verdiyi məlumata görə Vera şəhəri ya Qazakanın,
yaxud da Faraspanın iç qalası olması təsəvvürü yaranır. Lakin
son illərdə aparılmış arxeoloji qazıntılar Vera şəhərinin
Marağadan 16 km şimalda Səhəng dağının ətəklərində Zöhhak
qala adlı yaşayış məskəni olmasını müəyyənləşdirmişlər.
Tədqiqatçılar Vera şəhərinin Atropaten hökmdarlarının yay
iqamətgahı olmasını da ehtimal edirlər.
Atropatendə inşaat işlərində gil, əhəng daşı, çay daşı və
gips kimi tikinti materiallarından istifadə etmişlər. Divarların
hörgüsündə daş ilə yanaşı bişmiş kərpicdən də geniş istifadə
Qəzənfər Rəcəbli
56
edilmişdir. Məsələn, Zöhhak qalasındakı bir pavilyonun
divarları çay daşı ilə birlikdə bişmiş kərpicdən hörülmüşdür.
Tikintidə ağac materiallardan
çox məhdud istifadə edilmişdir,
yalnız dam örtüyünün tirləri və qapı çərçivələri üçün ağacdan
istifadə olunmuşdur. Həmin dövrdə daşdan tağlı dam örtüyü
geniş yayılmışdı. Cənubi Azərbaycan və İran Kürdüstanı
şəhərlərində Kerefti dağlarında nadir memarlıq abidəsi
mövcuddur. Kerefti memarlıq kompleksinin qayalığının
dibindəki 9 m hündürlükdə olan giriş qapısı vardır. Qapı bir
neçə tağlı otaqdan ibarət aşağı mərtəbəyə aparan yola açılır.
Otaqların qapılarının yuxarı hissəsində olan oyuqlardan məlum
olur ki, ağır asma – sürütmə daş qapılardan istifadə
olunmuşdur. Memarlıq üslubuna görə Kerefti yaşayış –
memarlıq kompleksini Atropaten tarixinin başlanğıcına, yəni
e.ə. IV əsrin sonu – e.ə. III əsrin başlanğıcına aid edirlər.
Atropaten dövlətinin əhatə etdiyi ərazidə arxeoloji
axtarışlar zamanı bardaq, kuzə, nimçə, güldan və s. saxsı qablar
tapılmışdır. Saxsı qablar qırmızı, qırmızımtıl, açıq qəhvəyi,
oxra (sarı - qızılı), boz və qara rəngli boya ilə həndəsi fiqur,
zəncir, çiçək və s. şəkillər ilə bəzədilmişdi. Saxsı qablar
arasında minalanmış qablar xüsusi yer tutur.
Atropaten ərazisindən ellinizm dövrünə aid Parfiya drax-
maları və Roma denarilərindən ibarət sikkələr tapılmışdır.
Atropaten əhalisinin mənəvi mədəniyyətinin əsasını atəş-
pərəstlik və zərdüştilik dini təşkil edirdi. Atropaten əhalisi oda
sitayiş edirdi.
Demək olar ki, atəşpərəstliyin mərkəzi Atropaten
idi. Təsadüfi deyil ki, atəşpərəstliyin 6 böyük məbədindən 4-ü,
o cümlədən baş məbəd – Qazaka məbədi Atropatendə idi. Zər-
düştilik qədim dövrdə Ön Asiyanın şərq hissəsinin xalqlarının
ideologiyası idi. Zərdüştilik hələ e.ə. VI əsrdə şərqi İranda mey-
dana gəlmiş və sonralar atəşpərəstliyin vətəni sayılan Atropate-
nə də yayılmışdı. Zərdüştiliyin dini fəlsəfi sistemi üçün dualizm
daha çox səciyyəvidir. Zərdüştilikdə iki başlanğıcın Xeyir ilə
Şərin, Həqiqət ilə Yalanın, İşıq ilə Zülmətin bir-birinə qarşı qo-