Azərbaycan Tarixi
65
Antik qaynaqlarda “albanlar” anlayışı ölkənin bütün
əhalisinə şamil edilirdi.
Lakin müxtəlif qaynaqlarda, yeri
gəldikcə alban etnik birliyinə daxil olan uti, sak, kaspi, mük
(muğ), savdey, qarqar, gel, leq və b. ayrı-ayrı soyların da adı
çəkilir. Albaniyanın əhalisi etnik cəhətdən müxtəlif olmuşdur.
Albaniyada müxtəlif dil ailələrinə məsub soylar - Qafqaz dil
ailəsinin şərq, yaxud Dağıstan qrupu, türk dil ailəsi və hind-
avropa dil ailəsinin iran qrupuna mənsub soylar yaşamışlar.
Nəzərə almaq lazımdır ki, Azərbaycan tarixşünaslığının
çox mötəbər tədqiqat əsərlərində və dərsliklərdə xalqların dil
mənsubiyyətləri haqqında məsuliyyətsiz, elmi baxımdan səhv
ifadələr və anlayışlar işlədilir. Məsələn, 7 cildlik “Azərbaycan
tarixi”nin 1-ci cildində Qafqaz dil ailəsinin şərq qrupu mənasın-
da yanlış olaraq “Şimal-şərq Qafqaz dilləri ailəsi” ifadəsi işlə-
dilir. “Azərbaycan tarixi” (Dərslik, Bakı, 1994) kitabında isə
“irandilli” mənasında yanlış “farsdilli”, “Dağıstandilli” məna-
sında yanlış “ləzgidilli” ifadələri işlədilir.
Rus alimi K.Trever guya Strabonun məlumatına əsaslana-
raq yazır ki, Albaniyanın əhalisi 26 dildə danışırdı. Akademik
Ə.Sumbatzadə isə Strabonun məlumatını belə tərcümə etmişdir:
“Qış vaxtı yağan qar dağlıq ölkə olan Albaniyanın sərt qa-
yalarını və dərin dərələrini uzun müddət keçilməz etdiyindən
ölkənin kəndləri və bölgələri arasında əlaqələri zəiflədirdi. Bu
da əhalinin 26 ləhcədə danışmasına səbəb olmuşdur”.
Strabo-
nun məlumatını Albaniyanın düzən və dağətəyi bölgələrinə aid
etmək mümkün deyildir və “26 ləhcə” anlayışını ölkənin şimal
hissəsinə, indiki Dağıstanın cənub bölgələrinə şamil etmək
lazımdır. Qafqazda çoxdillilik (çoxləhcəlilik) şəraiti erkən orta
əsrlərin qaynaqlarında da qeydə alınmışdır. Albaniyanın mərkə-
zi hissəsində, Kür çayının sağ və sol sahili ərazilərdə yaşayan
əhalinin dil müxtəlifliyi haqqında heç bir söz deyilmir. Buradan
belə nəticə çıxarmaq olar ki, qaynaqlarda Alban soyları adı ilə
bəlli olan – lpi, cilv, leq və başqalarının dilləri Qafqaz dil
ailəsinin Dağıstan qrupuna aid edilə bilər.
Qəzənfər Rəcəbli
66
Ali məktəblər üçün adı çəkilən “Azərbaycan tarixi”
dərsliyində,
çox düzgün olaraq, qədim utilər türk dilli soy hesab
edilir. Bəzi tədqiqatçılar (S.Yeremyan, K.Treven, F.Məmmə-
dova və b) isə qaynaqlarda adı çəkilən uti soylarını
müasir
utilərlə eyniləşdirir və onların dillərini “səhvən” şimal-şərq
Qafqaz dilləri ailəsinə aid edirlər. Əvvələn, müasir uti dili
Qafqaz dil ailəsinin şərq qrupuna deyil, cənub qrupuna aiddir.
İkincisi, müasir utilər ehtimal ki, qədim utilərin nəsilləridirlər.
Lakin qədim utilər türkdilli soy olmuşlar və sonralar Qafqaz
dilli olmuşlar.
E.ə. VIII əsrə aid Urartu mixi yazılarında Göyçə gölü
hövzəsində Uduri-Etiani vilayətinin adının çəkilməsi, utilərin
hələ o vaxt bu ərazidə yaşamalarını sübut edir. Haxamanişilər
sülaləsinin hakimiyyəti dövründə e.ə.
VI əsrə aid vergi
verənlərin siyahısında utilərin də adının çəkilməsi, onların
Azərbaycanın qədim sakinləri olmasını sübut edir. Görünür
Azərbaycanın bu qədim sakinlərinin bir hissəsi kuti və digər
tük soyları ilə birlikdə sonralar şərqə tərəf köç etmişlər. Daha
sonralar isə Qərbi Sibir və Uraldan keçərək Volqaboyuna
getmişlər. Ərəb müəllifi ibn Fədlan IX əsrdə Volqaboyunda
yaşayan türk soylarından onoqurlar, sarıqurlar, kutiqurlar və b
ilə yanaşı, utiqurların, yəni utioğuzların da adını çəkir. Uti adı
ilə “oğuz” adının birlikdə işlədilməsi utilərin oğuz türk soy-
larının qədim əcdadlarından biri olmasına dəlalət edir. Sibirdə
Krasnoyarsk vilayətində XVIII əsrdə türk mənşəli
udi soyunun
yaşaması qeydə alınmışdır. Şimali Azərbaycanın Kür və Araz
çayları arasındakı torpaqların böyük bir hissəsinin eramızın əv-
vəllərində Arsax və Uti adlanmaları M.Kalantuklunun “Albani-
ya tarixi” kitabından bəllidir. Qarabağın müasir utilərin dilində
“Böyük bağ” mənasını verən “Arsax” adlanması da məlumdur.
XIX əsrdə Qarabağ məlikliklərinin qədim alban xristian əhalisi
də utilər olmuşlar. Utilərin Araz çayından şimalda yerləşən böl-
gələrə cənubdan gəlmələri haqqında A.Bakıxanovun məlumatı
da utilərin Azərbaycanın qədim türkdilli soylarından olmasını
Azərbaycan Tarixi
67
sübut edir. Utilərin Qəbələ və Oğuz rayonlarındakı indiki
məskənlərinə gəlmələri XVIII əsrə aiddir. Görünür erməni
kilsəsi tərəfindən sıxışdırılan alban kilsəsinin tərəfdarları olan
utilər yeni məskənlərində gürcü kilsəsinin təsiri altında
olmuşlar. Ona görə də, gürcü kilsə dilinin təsiri altında dilləri
dəyişikliyə uğramış, Qafqaz dil ailəsinin cənub qrupunu təşkil
edən iber-kartvel dilləri qrupuna
aid olan müasir uti dilinə
keçmişlər. Mənşəcə uti olan görkəmli dilçi alim, professor
Voroşil də müasir utiləri qədim Albaniya soylarından olan
utilərin nəsli hesab edərək onların öncə türkdilli soy olduğunu
qeyd edirdi. O, udi dilində olan küllü miqdarda türk köklü
sözləri təhlil etməklə belə nəticəyə gəlirdi ki, müasir udilər qə-
dim utilərin nəsilləridir, onlar türkdilli soy olmuş, sonralar qaf-
qazdilli soya çevrilmişlər. “Kitabi – Dədə Qorqud” dastanından
bizə bəlli olan qədim türk mərasim yeməyi “yəxni”nin müasir
udilərin də geniş yayılmış ənənəvi mərasim yeməyi olması kimi
bir maraqlı fakt da qədim Albaniya utilərinin türkdilli olmasını
təsdiq edir.
Albaniya əhalisinin tərkibində utilər ilə bərabər sak, qar-
qar, kəngərli, peçeneq, çola, koman, ijmax, tərtər, hun, xəzər,
suvar (sabir, silir), mük (muğ), dondar, bayat və b. türk soyları-
nın adları da çəkilir. Albaniya ərazisində yaşayan irandilli soy-
lardan isə qaynaqlarda kaspi, maskut, savdey, mard, mehrani,
girdman və gel soyları haqqında məlumat vardır.
Beləliklə, Albaniya əhalisinin tərkibində türkdilli, irandil-
li və qafqazdilli soylar əsrlər boyu birgə yaşamışlar. Qədim za-
manlardan bəri onlar qohumlaşmış, qaynayıb-qarışmış və düş-
mənə qarşı birgə vuruşmuşlar.
5.3. Albanların təsərrüfat həyatı və ictimai münasibət-
ləri. Albaniya əhalisinin təsərrüfat həyatında əkinçilik
və mal-
darlıq əhəmiyyətli yer tuturdu. Albaniya qədim əkinçilik ölkə-
lərindən biri olmuşdur. Burada dəmyə əkinçiliyi ilə yanaşı
suvarma əkinçiliyi də geniş yayılmışdı. Strabon xəbər verir ki,
Albaniya düzənlikləri çayların suları və başqa su mənbələri
Qəzənfər Rəcəbli
68
vasitəsilə Babil və Misirdən daha yaxşı suvarılır. Əkinçilikdə
torpağı şumlamaq üçün ağac xışdan geniş istifadə olunurdu.
Taxılın saxlanması üçün küplərdən və quyulardan istifadə
edilirdi. Arxeoloji qazıntılar zamanı Albaniya ərazisindən taxılı
üyütmək üçün çoxlu dən daşları və əl dəyirman daşları aşkar
edilmişdir. Yaloylutəpə və Xınıslıda tapılmış əl dəyirmanları-
nın daşlarının diametri və qalınlığı eynidir. O zaman Albaniya-
da su dəyirmanları da olmuşdur. Albaniyada əkinçiliyin bağçı-
lıq və üzümçülük sahələri də kifayət dərəcədə inkişaf etmişdi.
Bağçılığın və üzümçülüyün inkişaf səviyyəsi haqqında IV əsrdə
Urnayırın fərmanı ilə meyvələrin ilk barının kilsə üçün ayrılma-
sı faktı fikir yürütməyə əsas verir.
Albaniyada maldarlığın inkişafı üçün əlverişli şərait ol-
ması haqqında məlumat verən Strabon yazır ki, Albaniya dü-
zənlikləri “daim zəngin otlaq görkəminə malik” idi. İlin qızmar
vaxtında mal-qara dağ yüksəkliklərində yerləşən Alp çəmənlik-
lərinə qaldırılır, qışın soyuğunda isə düzənliklərə endirilirdi.
Albaniyada qoyun-keçi çox yayılmışdı. Albaniyada atçılıq və
dəvəçilik də inkişaf etmişdi. Klavdi Ellian yazır ki, Kaspianada
“dəvələr
lap çoxdur, ... onların gözəl yunu vardır.” Mal-qara
əhalini süd məhsulları, ət, dəri və yun ilə təmin edirdi.
Albaniya əhalisi ovçuluq ilə də məşğul olurdu. Ovçuluq
əhalini əlavə azuqə ilə təmin etməklə yanaşı, həm də gənc dö-
yüşçülər üçün hərbi hazırlıq, bir növ tərbiyə məktəbi və mərdlik
dərsi idi.
Albaniyada sənətkarlığın dulusçuluq, ağacişləmə, daşişlə-
mə və metalişləmə sahələri inkişaf etmişdi. Dulusçular küp və
digər saxsı qablar hazırlayırdılar. Saxsı məmulatı arasında evlə-
rin damını örtmək üçün kirəmitlər xüsusi yer tuturdu. Arxeoloji
qazıntılar zamanı aşkar
edilmiş tunc, gümüş və qızıl əşyalar al-
ban zərgərlik ustalarının məharəti haqqında fikir söyləməyə
əsas verir. Bu sözləri Albaniyanın sümükişləmə sənətkarlığı
haqqında da demək olar.