Azərbaycan Tarixi
49
III Antiox Selevkilərin əlindən çıxmış ölkələrdə
hakimiyyətini bərpa etmək məqsədilə e.ə. 212-205-ci
illərdə
Şərqə böyük yürüşə başladı. Parfiya da məğlub olub
Sellvkilərin ali hakimiyyətini tanımağa məcbur oldu. III
Antioxun Şərqə böyük yürüşü Selcukilər dövlətinin
parçalanması prosesini bir qədər ləngitsə də onun qarşısını
tamam ala bilmədi. E.ə. 190-cı ildə Maqnessiya döyüşündə III
Antiox romalılara məğlub olduqdan sonra selevkilərin Şərqdə
hakimiyyəti xeyli zəiflədi. Bundan istifadə edən Atropaten
hökmdarları e.ə. II əsrin 60-cı illərində dövrlərin müstəqilliyini
yenidən bərpa edə bildilər. Onunla eyni vaxtda şərqdə Mada və
Parfiya, cənubda Parsua və Elam, qərbdə Xurakena və
Ermənistan dövlətləri də müstəqillik əldə etdilər. Ermənistanın
ilk çarı I Artaşesdən başlayaraq Ermənistan və Atropaten hakim
dairələri arasaında
qohumluq, nikah əlaqələri vardı. Moisey
Xoranatsinin yazdığına görə Ermənistan və Atropat Madası
hakim təbəqələri arasında qohumluq əlaqələri e.ə. II əsrin
əvvəllərində nəinki adi hal almışdı, hətta Madalı olan Artaşes
Ermənistanda hakinmiyyət başına gəlmişdi. Lakin sonralar
tədricən Ermənistanın qonşuları ilə qohumluq əlaqələrini nəinki
dostluq münasibətləri, bir çox hallarda hətta hərbi toqquşmalar
dərəcəsinə çatan açıq düşmənçilik münasibətləri əvəz etdi.
E.ə. II əsrin sonu – I əsrin əvvəllərində Atropatenin tarixi
dünyanın o zamanın iki qüdrətli imperiyası olan Parfiya və
Roma arasında gedən mübarizə ilə bağlı olmuşdur. Bu dövrdə
Atropaten gah Parfiyanın, gah da Romanın müttəfiqi olmuşdur.
E.ə. 66-cı ildə Roma sərkərdəsi
Pompey Ermənistana
hücum edir, II Tiqranı məğlub edərək, əsir alır və Romaya
göndərir. II Tiqran Romanın bütün şərtlərini qəbul edərək onun
vassalına çevrilir. Ermənistanı tabe etdikdən sonra Roma əsas
düşməni Parfiya ilə qarşı-qarşıya gəlir. Atropaten isə Parfiyanın
müttəfiqi idi. Roma ilə Parfiya arasında ilk mühüm döyüş e.ə.
53-cü ildə Şimali Mesopotamiyada Karna şəhəri yaxınlığında
baş verir. Bu döyüşdə Atropaten Parfiya tərəfindən iştirak
Qəzənfər Rəcəbli
50
edirdi. Karna döyüşündə Roma qoşunları məğlub olur. Roma
tərəfdən 20 mindən çox döyüşçü, sərkərdələr, o cümlədən
Krass və oğlu həlak olurlar. Bu qələbədən sonra Parfiya
qoşunları İoniyaya qədər gedib çıxdılar.
Lakin Roma triumviri
Mark Antoninin dövründə e.ə. 38-ci ildə Roma ordusu Parfiya
ordusunu məğlub edib Dəclə çayının sol sahilinə çəkilməyə
məcbur etdi.
Misir hökmdarı Kleopatra ilə evlənən Antoni Şərqə doğru
İskəndərin yolunu davam etdirib dünya dövləti yaratmaq
arzusunda idi. Antoni də özünü ilahi mənşəli bir şəxs elan
etmiş, Kleopatradan olan oğlunun adını Aleksandr Helios
(Günəş allahı), qızının adını isə Kleopatra Selena (Ay ilahəsi)
qoymuşdu və rəsmi məclisdə elan etmişdi ki, Aleksandr
Makedonskinin adını daşıyan oğlu yaradacağı dünya dövlətinin
hökmdarı olacaqdır.
E.ə. 36-cı ildə Antoninin komandanlığlı altında Roma
ordusu Şərqdə böyük yürüşə başladı.
Bu vaxt Atropaten
hökmdarı Artabazd ilə Parfiyanın yeni hökmdarı IV Fraat
arasında nifaq düşmüşdü. Roma təhlükəsi onları bu nifaqa son
qoyub yenidən birləşməyə məcbur etdi. IV Fraat Şimali
Mesopotamiyaya çox böyük qoşun çəkib gətirdi. Atropaten
hökmdarı da 16 minlik süvari ordusu ilə Fərat çayının sol
sahilində düşərgə salmış IV Fraatla bir yerdə idi. Antoni
Parfiyanın paytaxtı Ktesofon üzərinə hərəkət etməyib şimala
yürüş etdi. O, Ermənistan ərazisindən keçib Atropatenə daxil
oldu. Plutarxın verdiyi məlumata görə Antoni Xoy – Mərənd
istiqamətində hərəkət edib Atropaten hökmdarının qış
iqamətgahı Fraaspanı mühasirəyə aldı. Antoninin gözləmədiyi
halda Fraaspa uzunmüddətli mühasirəyə hazir idi.
Antoninin ordusunun mühasirə texnikası, mərmi atan
maşınları və b. döyüş ləvazımatından ibarət dəstəni daşıyan
araba karvanının uzunluğu 10-12 km-dən çox idi. Antoni
sərkərdə Oppi Statiannın başçılığı altında 2
legionu həmin
karvanı mühafizə etmək üçün qoyub, özü sürətlə irəliləyərək
Azərbaycan Tarixi
51
Fraaspanı mühasirəyə almışdı. Pont hökmdarı Polemonun və
ermənilərin qoşunları da döyüş texnikasını daşıyan karvanın
mühafizəsi üçün saxlanmışdı. 40-50 minlik suvari ordu ilə
Fraaspın mühafizəçilərinin köməyinə gələn Atropaten
hökmdarı Artabazd Roma ordusunun bu vəziyyətindən xəbər
tutub Statianın dəstəsinə hücum etdi, onları mühasirəyə alıb
məhv etdi. Statian və onun 10 min nəfər döyüşçüsü həlak oldu,
Polemon əsir düşdü, erməni çarı Artavaz isə öz dəstəsini
götürüb aradan çıxa bilmişdi. Döyüş maşınları ələ keçirilib
məhv edildi. Antoni köməyə gəlib çıxdıqda, meyidlərdən başqa
heç nə tapmadı.
Aryerqardının məhv
edilməsinə baxmayaraq Antoni
Fraaspın mühasirəsini davam etdirirdi. Antoni ərzaq və yeni
hərbi sursat tədarükü üçün mühasirə düşərgəsini tərk edəndə
özü ilə 10 legion (hər legionda 10 min döyüşçü olurdu)
götürürdü. Parfiya – Atropaten ordusu isə əbəs yerə itgi
verməmək üçün romalılar ilə açıq döyüşə girmir, kiçik həmlələr
ilə düşməni taqətdən salırdılar. Qış düşəndə Antoni sülh
danışığı üçün IV Fraatın yanına elçilər göndərdi, lakin IV Fraat
heç bir şərtə razı olmayıb, əgər romalılar mühasirədən əl çəkib
geri qayıtsalar, onları təqib etməyəcəyini vəd etdi. Antoni geri
çəkilməyə məcbur oldu və beləliklə onun Parfiyaya hərbi
yürüşü uğursuzluqla başa çatdı.
Atropaten əhalisinin Fraaspanı qəhramanlıqla
müdafiə
etməsi və Roma işğalçılarına qarşı fədakarlıqla mübarizə
aparması Antoninin Parfiyanı özünə tabe edib “dünya dövləti”
yaratmaq planının pozulmasına səbəb oldu. Bu qələbə
nəticəsində Atropaten hökmdarı Artabazdın əlinə çox böyük
qənimət, o cümlədən Statianın legionlarından alınmış Roma
bayraqları keçdi. Pont çarı Palemon da onun əsiri idi. Bu qələbə
Artabazdın nifuzunu xeyli artırdı.
Bu qələbədən az sonra Partiyanın Atropateni tutub öz
dövlətinə qatmaq planı var idi. Bu plandan xəbər tutan
Artabazd əsiri Palemonu İskəndəriyəyə Antoninin yanına
Qəzənfər Rəcəbli
52
göndərib ona sülh və dostluq təklif edərək, onu Atropatendə
görməsinə şad olacağını bildirdi. Antoni Artabazdın təklifini
sevinclə qarşıladı və dəvətini qəbul etdi.
Antoni Atropatenin ox və kamalla silahlanmış atıcı süvari
ordusuna yüksək qiymət verirdi. Belə qoşun
növü Romada yox
idi. E.ə. 34-cü ilin yazında Antoni Atropaten ilə birləşib
Parfiyaya qarşı hərbi əməliyyata başlamaq üçün Ermənistana
hücum etdi. O, Ermənistanı tutub, hökmdar Artavazı, ailəsi ilə
birliksə əsir götürdü və xəzinəsini ələ keçirdi. Ermənistan
dövləti ləğv edildi və Ermənistan Romaya ilhaq edildi.
Artabazd ilə Antoni Araz çayı kənarında görüşdülər. Bu
görüş zamanı Artabazd Statiandan alınmış Roma bayraqlarını
Antoniyə qaytardı. Antoni Parfiya ilə müharibəni davam etdirə-
cəyini bildirdi. Artabazd Antoni ilə ittifaqı möhkəmlətmək
məqsədilə qızı İotapanı Antoninin oqlu Aleksandra verəcəyini
vəd etdi. İskəndəriyədə Ermənistan üzərində qələbə münasibə-
tilə keçirilən şənlikdə Antoni oğlu Aleksandr Heliosu Mada
geyimində camaatın qarşısına çıxartdı, onu təntənəli surətdə
Ermənistanın hökmdarı elan etdi və Parfiya
üzərində qələbədən
sonra böyük Şərq dövlətini ona verəcəyini bildirdi. Sonra isə
Aleksandr ilə İotapanın rəsmi nişanlanması mərasimi oldu.
E.ə. 33-cü ildə Antoni Ermənistana gəlib Parfiya üzərinə
yürüşə hazırlaşmağa başladı. Lakin digər tərəfdən Oktavianla
münasibətlərinin kəskinləşməsi onu Parfiya üzərinə hücumdan
çəkindirdi. Qərbə qayıtmağa tələsən Antoni Artabazd ilə görü-
şüb Parfiyadan müdafiə olunmaq üçün ona qoşun verdi və
Oktavianla mübarizədə onu dəstəkləməsini xahiş etdi. Artabazd
onu arxayın etdi ki, Antoni lazım gələrsə Atropaten
süvarilərinin köməyinə bel bağlaya bilər. Bu danışıqlar zamanı
Artabazd Atropatenin sərhədlərini Ermənistan torpaqları
hesabına bir qədər genişləndirməyə nail oldu.
Atropaten Roma qoşunlarının köməyi ilə bir müddət Par-
fiya basqınlarını dəf edə bilir. Lakin Antoni Roma qoşunlarını
geri çağırdıqdan sonra Atropaten qoşunları məğlubiyyətə uğra-