Azərbaycan Tarixi
45
E.ə. 324-cü ildə Böyük Madada Bariaks adlı biri özünü
Parsua və Madanın şahı elan edərək, Haxamanişilər Madasını
bərpa etmək adı altında İskəndərin hakimiyyətinə qarşı çıxdı.
Kiçik Mada atroparı üsyanı yatıraraq Bakiaksı əsir tutub
İskəndərə verdi. Atropat İskəndərlə satraplığın
sərhəddində
olan Niseya çölündə görüşür və bir müddət onun yanında qalır.
E.ə. 323-cü ildə Hindistanda İskəndər malyariya xəs-
təliyinə tutulur və imperiyasının paytaxtı Babilə qayıdaraq
vəfat edir. Onun ölümündən sonra imperiyası dağılmağa
başlayır. İskəndərin sərkərdələrindən Selevk və Perdikka
imperiyanın naibləri adı ilə Şərq ölkələrinin idarə olunmasını
əllərinə alırlar. Onlar imperiyanın Şərq ölkələrinin satraplarını
və sərkərdələri Babildə müşavirəyə çağırırlar. Müşavirədə
əvvəlki satraplar təsdiq edilir, yaxud yeni satraplar təyin edilir
və naiblərə sədaqət andı içilir. Kiçik Mada atropatı həmin
müşavirəyə çağırılmamışdı. Bu Kiçik Mada atropatının
müstəqil hökmdar kimi tanınması ilə əlaqədar idi. E.ə. 321-ci
ildə Kiçik Mada atropatının kürəkəni, suvari qoşunların
komandanı, naib Perdikkanın döyüşlərdən birində həlak olması
ilə əlaqədar Selevk Babildə ikinci and içmə mərasimi çağırır.
Bu müşavirəyə də Kiçik Mada atropatı dəvət olunmur. Bu
İskəndər imperiyasının varisi Selevki imperiyası tərəfindən də
Kiçik Madanın müstəqil dövlət kimi tanınması demək idi. Odur
ki, bu tarixdən Kiçik Mada müstəqil dövlət sayılır.
Yeni yaranmış dövlət ilk çağlar rəsmən Mada adlanırdı.
Sonralar isə antik qaynaqlarda hökmdar titulu ilə bağlı Atropat
Madası, yaxud Atropaten adlanırdı. Atropaten makedon –
yunan asılılığından azad olmuş ilk Şərq dövləti idi. Dövlətin
paytaxtı Qazaka şəhəri idi. Qazaka şəhəri
indiki Miyandob
şəhərindən şərqdə Leylan kəndi yaxılığında lokallaşdırılır.
Beləliklə, Mada fövqəldövlətinin süqutundan iki əsrdən
bir qədər çox vaxt ötdükdən sonra Azərbaycan ərazisində
yenidən müstəqil “milli” dövlət yarandı. Xalqımızın tarixində
bu dövlətin taleyüklü, misilsiz əhəmiyyəti olmuşdur. Cənubi
Qəzənfər Rəcəbli
46
Azərbaycanın ərazisində madalılar ilə qədim soylar kuti, lullu,
turukki, mana və başqalarının qaynayıb-qarışması nəticəsində
yeni etnos-atropatenlilər etnosu təşəkkül tapır. Bu etnosda
mada elementlərinin üstün olmasına
baxmayaraq Atropaten
dövlətinin ərazisində saqartalar, müklər, utilər, parikanlar,
oğuzlar, saklar, kadusilər, dareytlər, pantimaklar, pavsiklər,
kaspi, mardlar, matienlər, anariaklar və b. soylar yaşamaqda
davam edirdilər.
“Azərbaycan tarixi” kitabında Atropaten dövlət adının
sərkərdə Atropatın adından götürülməsi kimi yalnış fikirlə
yanaşı, Azərbaycan ölkə adının
da guya Atropaten sözünün
fonetik dəyişikliyə uğraması nəticəsində yaranması iddia edilir.
Müqəddəs “Avesta” kitabında bu ölkənin “Atərəpata”, e.ə. I
minilliyə aid Elam qaynaqlarında “Atarapata” adlandırılması
onun sərkərdə Atropatın adından götürülmədiyini göstərir.
Akademik Əlisöhbət Sumbatzadə “Azərbaycan” ölkə adının da
atəşpərəstliklə bağlı olduğunu qeyd edir. Lakin “Azərbaycan”
sözünün Atropaten dövlət adından deyil, “azər” [od] + “baz”
[pərəstiş] + “kan” [yer, məkan, ölkə] sözlərindən düzəldilib
“atəşpərəstlər ölkəsi” mənasını verdiyi əsaslandırılır. Sonralar
“Azərbazkan” fonetik dəyişikliklərə uğrayaraq ərəblərdə
“Adərbaycan”, azərbaycanlılarda isə “Azərbaycan” formasını
almışdır.
4.2. Atropaten ellinist dövlətləri sistemində. Atropaten
– Parfiya – Roma münasibətləri. Azərbaycan tarixində
mühüm rol oynamış Atropaten dövləti ellin dövlətləri sisteminə
daxil idi. İskəndərin istilalarından başlayaraq e.ə. I əsrin 30-cu
illərində sonuncu güclü dövlət olan Misirin Roma tərəfindən
işğalına qədər yunan – makedoniyalıların Şərqdə ağalıq
etdikləri 300 illik bir tarixi dövr ellinizm dövrü adlanır.
Ellinizm dövrü dünya sivilizasiyasının böyük nailiyyət
qazandığı illər kimi səciyyələnir.
Dünya dövləti yaratmaq
xəyalında olan İskəndər beynəlmiləlləşdirmə siyasəti yeridirdi.
İskəndər və onun xələflərinin zamanında Şərqdə qədim
Azərbaycan Tarixi
47
şəhərlərin inkişafı ilə yanaşı yeni yunan şəhər və koloniyaları
yaranırdı. Ellinizm dövrü iqtisadiyyatın xeyli inkişaf etdiyi,
qədim dünyanın əsas dövlətləri arasında iqtisadi, siyasi və mə-
dəni əlaqələrin genişləndiyi bir dövr idi. Şərqə yunan döyüş-
çüləri ilə birlikdə tacirlər, sənətlarlar və alimlər də gəlirdilər.
Onlar özləri ilə Şərq ölkələrinə yunan mədəniyyətinin, dilinin,
hüquq qanunları və normalarının, ictimai qaydalarının, xalq
adət və ənənələrinin, döyüş texnikası və üsullarının ünsürlərini
gətirirdilər. Eyni zamanda Şərq xalqlarının ənənəvi iqtisadiy-
yatı, təsərrüfat formaları, siyasi və hüquqi təsisatları,
mədəniy-
yət və adət-ənənələrinin yunanlara güclü təsiri olmuşdur. Belə
qarşılıqlı təsir və zənginləşmə nəticəsində Şərq ilə Qərbin bir
çox mütərəqqi cəhətlərini özündə birləşdirən yeni bir mədəniy-
yət formalaşır. Bu mədəniyyət tarixdə ellin mədəniyyəti adı ilə
tanınır. Ellin mədəniyyəti yunan – makedoniyalıların Şərqdə si-
yasi hakimiyyətlərinin süqutundan sonra da Ön və Mərkəzi
Asiya, həmçinin Qafqaz xalqlarının mədəniyyətlərinin inkişa-
fında mütərəqqi təsirini saxlamışdır.
İskəndərin vəfatından sonra onun varislərinin hakimiyyəti
bilavasitə Atropatenə şamil edilməsə də ellin mədəniyyəti bura-
da da yayılmışdı. Atropatendə ellin mədəniyyətinin yayılma
vasitəsi birinci növbədə onun Böyük Mada ilə sıx əlaqəsi idi.
Ilk naiblər Böyük Madaya sərkərdə Pitonu satrap təyin
etmişdilər və bu ölkə yunan – makedoniya ağalığının mərkəzi
kimi ellin mədəniyyətinin arealı idi.
Qeyd edildiyi kimi Atropaten hökmdarları yunan –
maakedoniyalıların ölkəyə soxulmasının qarşısını almağa səy
göstərirdilər. Lakin heç bir şeyə baxmayaraq elleinizm
Atropatenə nüfuz edirdi. Atropatendə Seləvki sikkələrindən
istifadə edilməsi buna sübutdur.
Məlumdur ki, e.ə. 321-ci ildə İskəndərin sərkərdələrindən
biri Seləvkinin Babilə gəlməsilə Ön
Asiyada Seləvkilər
hakimiyyəti dövrü başlayır. Selcuk və onunla hakimiyyətə şərik
olan Perdikka, sonra isə I Antiox İskəndərin imperiyasını bərpa
Qəzənfər Rəcəbli
48
etməyə cəhd göstərirdilər. Selcuk bütün İran satraplarını özünə
tabe edə bilmişdi. Lakin Atropaten hökmdarları özlərinin
müstəqilliyini qoruyub saxlaya bilmişdilər.
Selevk və Antioxun bütün cəhdlərinə baxmayaraq e.ə. III
əsrin ortalarında Selevkilər dövlətinin süqutu başladı. Baktriya,
Soqdiana və Parfiya imperiyanın tabeliyindən çıxdılar.
Orta Asiyanın Xəzər dənizindən Tecən çayına qədər
əkinçilik üçün yararlı vadilərində yaşayan parn soy birləşmələri
e.ə. 247-ci ildə Arşakın başçılığı altında Parfiyaya yürüş etdilər.
Döyüşdə selevki satrapı Andaqor həlak oldu. Arşak
hakimiyyəti ələ alıb müstəqil Parfiya dövlətini yaratdı.
Arşakilər sülaləsinin hakimiyyəti altında eramızın 226-cı
ilinədək mövcud olmuş Parfiya dövləti Mərkəzi və Ön
Asiyanın tarixində mühüm rol oynamışdır. Parfiya dövlətinin
paytaxtı ilk vaxtlar indiki Aşqabat şəhərinin yaxınlığında
yerləşmiş Nisa şəhəri idi. Sonralar Arşakilər bütün İranı və
Mesopotamiyanı işğal edərək, paytaxtı Mədain şəhərinə (yunan
qaynaqlarında Mədain Ktesifın adlandırılır) köçürdülər.
İskəndərin parçalanmış imperiyasını yenidən
bölmək
uğrunda mübarizə bütün e.ə. III əsr boyu davam etdi.
Diadoxları (yunancada – varisləri) epiqonlar (yunancada –
sonradan doğulmuşlar, törəmələr) əvəz etdi. İskəndərin
sərkərdələri Ptolomey, Selevk, Antiex və b. Kiçik Asiyada,
Suriyada, Finikiyada, Misirdə, Yunanıstanda və Makedoniyada
rəqabəti davam etdirirdilər. Selevkilər dövlətində III Antioxun
hakimiyyəti dövründə (e.ə. 223-187) Böyük Mada satrapı
Molon və onun qardaşı, Parsua satrapı Aleksandr Selevkilərin
hakimiyyətinə qarşı üsyan qaldırdılar. III Antiox üsyanı
yatırdıqdan sonra Atropaten üzərinə yürüşə başladı. Görünür
Atropaten hökmdarı Molonu dəstəkləmişdi. Atropaten
Selevkilərə qarşı 10 min süvari və 40 min piyadadan ibarət
qoşun çıxarsa da yürüşün qarşını ala bilmədi, Atropaten
hökmdarı Selevkilərin ali hakimiyyətini tanımaq şərtilə ölkəni
işğal olunmaq təhlükəsindən qurtara bildi.