Azərbaycan Tarixi
37
qarşı Mada narazılığının təzahürü idi.
Belə ehtimal edirlər ki,
Qaumat madaların hökmdarlığını bərpa etmək niyyətində idi.
Qaumatın ideoloji silahı zərdüştilik təlimi idi. Bu
təlimdə geniş xalq kütlələrinin ümüdləri ilə bağlı demokratik və
mütərəqqi ideyalar öz əksini tapmışdı. Qaumat öz islahatlarını
həyata keçirməyə başlayır və geniş xalq kütlələrinin mənafe və
maraqlarına uyğun olaraq, yuxarı təbəqənin, yəni zadəganlar
silkinin bir sıra imtiyazlarını ləğv edir, onların əmlaklarını və
qullarını əlindən alır. Qaumat imperiyanın bütün ölkələrinə
qasidlər göndərərək, əhalinin üç il müddətinə vergilərdən və or-
duda xidmətdən azad edildiyini bildirdi. Əsilzadələrin öz haki-
miyyətlərini geri qaytarmaq cəhdlərinə qarşı amansız mübarizə
aparırdı. O, bütün tədbirlərində geniş xalq
kütlələrinin fəal
dəstəyinə arxalanırdı.
Qaumat, başqa üsyanlardan fərqli olaraq, ayrı-ayrı keç-
miş qüdrətli dövlətləri (Elam, Assur, Babil, Mada və b.) bərpa
etməyə deyil, Kambizin hakimiyyəti dövründə zəifləmiş “ölkə-
lər şahlığı”, yəni Haxamanişilər dövrü Mada fövqəldövlətinin
qüdrətli hakimiyyətini bərpa etməyə və möhkəmlətməyə
çalışırdı. Lakin bu imperiya parsların (farsların) hakimiyyəti
altında deyil, madaların başçılığı altında bərpa edilməli və
möhkəmləndirilməli idi. Maq – hökmdar Qaumat bu məqsədinə
çatmaq üçün özünü etibarlı adamlarla əhatə etmək niyyətilə
iqamətgahını Parsuadan Madaya köçürmüşdü. Farsların haki-
miyyətinə qarşı və Madapərəst siyasət yeritdiyinə görə Qaumat
öldürüldükdən sonra, onun taleyi
üçün farslardan başqa imperi-
yanın bütün xalqları təəssüflənirdilər. Qaumat e.ə. 522-ci ildə
hakimiyyətə qayıtmış Haxamanişilər sülaləsinin nümayəndəsi
Dara tərəfindən edam edilmişdir.
Qaumatın öldürülməsindən sonra I Daranın hakimiyyə-
tinə qarşı Madada Fravardizin başçılığı altında yeni güclü üs-
yan baş verdi. Bir neçə ay davam edən bu üsyan yatırıldıqdan
sonra isə Saqartada (Madanın qərb vilayəti) Çissantaxmanın
başçılığı altında daha bir güclü üsyan olmuşdur.
Qəzənfər Rəcəbli
38
I Dara imperiya xalqlarının üsyanlarına, ayrılmaq üçün
bütün cəhdlərinə son qoyub dövlət hakimiyyətini möhkəmlət-
mək məqsədilə bir sıra inzibati, vergi, maliyyə və hərbi xarak-
terli islahatlar keçirdi.
Madada Haxamanişilər sülaləsinin hakimiyyəti e.ə. IV
əsrin sonlarına qədər davam etmişdir. Haxamanişilər dövrünə
aid Azərbaycan haqqında məlumat çox azdır. Şimali
Azərbay-
can soyları haqqında isə yazılı qaynaqlarda, demək olar ki, heç
bir məlumat yoxdur. E.ə. VI-V əsrlərə aid arxeoloji materiallar
da bir o qədər çox deyil. Həmin materiallar o dövrdə Şimali
Azərbaycan əhalisinin təsərrüfat məşğuliyyəti və maddi mədə-
niyyəti haqqında müəyyən təsəvvür yaradır. Cənubi Azərbay-
canda Mada soyları haqqında və Madanın qərbində Saqarta
soyları haqqında isə yalnız Heradotun əsərlərində məlumat
vardır.
3.3. Azərbaycan Makedoniyalı Aleksandrın (İskəndə-
rin) imperiyasının tərkibində. Haxamişilər sülaləsinin son
hökmdarları Yunanıstana da hərbi yürüşlər edib,
ölkənin əra-
zisinin bəzi torpaqlarını tutmuş, qarət etmiş, hətta Afinanı yan-
dırmışdılar.
O dövrdə Afina və Sparta dövlətlərinin süqutundan son-
ra Yunanıstan kiçik hökmdarlıqlara parçalanmışdı. E.ə. IV əsrin
30-cu illərində Balkan yarımadasında qədim Elladanın şimalın-
da Makedoniya hökmdarları qüvvətlənib bütün Yunanıstanı öz-
lərinə tabe edərək panellin ittifaqı yaradırlar. Makedoniya
hökmdarı II Filipp bu ittifaqdan təkcə öz hakimiyyətini möh-
kəmlətmək üçün deyil, eyni zamanda Anatolunu (Şərqi) işğal
etmək üçün də istifadə etmək qərarına gəldi. O, Haxanişilərin
işğalı zamanı guya ruhları təhqir olunmuş Yunanıstanın Olimp
allahlarının qisasını şərqlilərdən almaq üçün yunan ordularını
e.ə. 336-cı ildə Kiçik Asiyaya göndərdi. Lakin onun ölümü bu
hərbi yürüşü təxirə saldı.
Filippin oğlu Aleksandr (sonralar o, Şərqdə İskəndər adı
ilə tanınır) e.ə. 334-cü ildə bu yürüşü davam etdirdi. E.ə. 333-
Azərbaycan Tarixi
39
cü ildə İskəndər Kilikiyanı keçərək Şimali Suriyaya daxil oldu
və burada İs döyüşündə Haxamanişi şahı III Daranın
ordusunu
məğlub etdi. III Dara ordusunun kiçik bir hissəsi ilə tələsik
Fərat çayına tərəf qaçdı. Onun ordu xəzinəsi və hətta ailəsi
İskəndərin əlinə keçdi.
İs qələbəsindən sonra İskəndər bütün Kiçik Asiyanı
tutub Misirə, oradan isə Liviyaya getdi. O, Liviyada qədim
misirlilərin və yunanlıların sitayiş etdikləri Amon məbədini
ziyarət edir. Guya Amon kahinləri (orakulları) ona xəbər
verirlər ki, o, allahın oğludur və bütün Yer kürəsinin hökmdarı
olmalıdır. Amon ziyarətindən qayıdan İskəndər şərqə doğru
yürüşünü davam etdirdi. III Dara imperiyanın Fərat çayına
qədər bütün torpaqlarını və 10 min talant qızıl (1 talant – 40 kq-
dır) xərac verməklə barışıq xahiş etdi. Lakin İskəndər onun
tamamilə təslim olmasını tələb etdi. E.ə. 331-ci il oktyabrın 1-
də Qavqamel (Cancal) adlı düzənlikdə döyüş baş verdi. Bu
döyüşdə III Dara ordusunda madalar, baktriyalılar, parslar ilə
birlikdə Azərbaycanda yaşayan alban, kas(pi), kadusi, mard,
sak, oğuz və qafqazlı ümumi adı altında tanınan soylar da
iştirak edirdilər. Qavqamel döyüşündə kaspi döyüşçülərinə
Fradat başçılıq edirdi. Döyüşdə Baktriya
və sak suvarilərinin
qələbəyə yaxın olmalarına baxmayaraq III Dara döyüşün
dəhşətindən vahiməyə düşərək qorxub Madaya qaçmışdı.
İskəndər onu təqib etməyərək, Ekbatan üzərinə yerimədi. O,
Babili və Elamın paytaxtı Suz şəhərlərini tutub,
Haxamanişilərin vətəni Parsua üzərinə yeridi. Parsuanın satrapı
Ariobarzanın müqavimətinə baxmayaraq Persepol və Pasarqad
şəhərlərini ələ keçirdi. Persepolda Haxamanişilər sülaləsinin
120 min talant qızıl və gümüşdən ibarət xəzinəsinə sahib oldu.
Şəhər qarət edildikdən sonra yandırıldı. Ehtimala görə 12 min
dana gönü üzərində yazılmış “Avesta” da həmin yanğın zamanı
məhv olmuşdur. E.ə. 330-cu ildə İskəndər Persepolu tərk
edərək Ekbatanaya gəldi. III Dara şərq istiqamətində qaçdı.
Xəzər dənizindən cənubda Orta Asiyaya gedən yolda ordu
Qəzənfər Rəcəbli
40
sərkərdələri ona suiqəsd təşkil etdilər. Baktriya satrapı olan
sərkərdə Bess III Daranı öldürdü, başını kəsərək Ekbatana
apardı və İskəndərə verdi. İskəndər
ona ənam vermək əvəzinə
Bessin edam olunmasını əmr etdi və dedi ki, “bu gün dünənki
ağasına xəyanət edən şəxs, sabah bu günkü ağasına da xeyanət
edə bilər”.
III Daranın öldürülməsi ilə Haxamanişilər sülaləsinin
hakimiyyətinə son qoyuldu və İskəndər özünü Haxamanişi
sülaləsinin varisi elan etdi. O, tezliklə Haxamanişilərin bütün
torpaqlarını əlinə keçirdi. Babil şəhəri İskəndərin imperiyasının
paytaxtı oldu. Cənubi Azərbaycanın bütün ərazisi İskəndərin
imperiyasına daxil idi. Albaniya və Kaspiana İskəndərin
imperiasına daxil deyildilər. Alban hökmdarı xərac verməklə
ölkəsinin müstəqilliyini qoruyub saxlaya bilmişdi.
İskəndər dünyanı zəbt etmək niyyətində idi. Lakin o,
bütün dünyanı tutmaq arzusunu həyata keçirə bilmədi. Onun
hərbi yürüşü Hindistanın qərbində sona çatdı. O, malyariya
xəstəliyinə tutuldu və təcili Babilə qayıtdı. İskəndər e.ə. 323-cü
ildə 36 yaşında Babil şəhərində vəfat edib.
İskəndər Xəzər dənizi sahillərini
tədqiq etmək üçün
Patrokl adlı bir sərkərdənin başçılığı altında ekspedisiya
göndərmişdi. Həmin vaxta qədər Xəzər dənizi Hirkan dənizi
adlanırdı. Heradotun əsərlərində də Hirkan dənizindən bəhs
olunur. Patroklın ekpedisiyası dənizə Kaspiana ərazisindən
çıxdığı üçün kas soylarının şərəfinə onu Kaspi dənizi
adlandırır. Patroklın ekspedisiyasının hesabatı zəmanəmizə
qədər gəlib çıxmamışdır. Onun mövcudluğu haqqında
Strabonun əsərlərində məlumat vardır. E.ə. I əsrin sonu və
eramızın I əsrinin əvvəllərində yaşamış məşhur yunan
coğrafiyaşünası Strabon özünün "Coğrafiya" kitabında indiki
Xəzər dənizinin adını, Patroklın ekspediyasının hesabatlarına
əsasən “Kaspi dənizi” adı ilə vermişdir. “Xəzər dənizi” adını
isə sonralar ərəb müəllifləri öz əsərlərində, ehtimal ki, xəzər
soylarının adı ilə bağlı olaraq işlətmişlər.