Azərbaycan Tarixi
61
Qədim Albaniyanın ikinci adı Aran olmuşdur. Belə ki,
Şimali Azərbaycan ərazisinin böyük bir hissəsini Kür – Araz
ovalığı təşkil edir, xalq isə isti düzənlik əraziyə “aran” deyir.
Qədim yunan, Bizans qaynaqlarında da ölkənin adı Aran kimi
bəllidir. VI əsrə aid ərəb qaynaqlarında
da Albaniya ölkəsi
Aran (ərəb transkripsiyası – “Arran”) adlandırılır. Bu da təsa-
düfü deyildir. Çünki ərəb orduları əsasən düzənlik hissələrlə
irəliləyirdilər və düzənliklərdə düşərgə salırdılar. Ona görə də
onların ilkin təəssüratında Şimali Azərbaycan düzənlikdən iba-
rət “aran” ölkə olmuşdur. Maraqlı bir cəhətə də diqqət yetirmək
lazımdır. Şotlandiyanın düzənlik relyefli bir adası hazırda da
“Arran” adlanır. Erməni qaynaqlarında isə “Aran” “Aqvan”
kimi işlədilmişdir. Bu da erməni dilində “l” və “r” fonemlərinin
“q” foneminə çevrilməsilə bağlıdır.
Albaniya dövlətinin yaranması tarixi dəqiq məlum deyil-
dir. Qaynaqlarda Albaniya haqqında olan məlumatların məntiqi
təhlili nəticəsində prof. İlyas
Babayev belə qənaətə gəlir ki, Al-
baniya dövləti e.ə. IV əsrin sonu – III əsrin əvvəllərində yaran-
mışdır.
Alban dövlətinin ərazisi və sərhədləri barədə müxtəlif
fikirlər vardır. Antik müəlliflərə görə Alban dövlətinin ərazisi
şərqdə Kaspi dənizindən başlayıb qərbdə İberiyaya qədər bir
sahəni əhatə edirdi. Buradan belə bir nəticə çıxarmaq olar ki,
indi Gürcüstan ərazində qalan Kaxetiya da Alban dövlətinin
ərazisi hesab edilirmiş.
Albaniyanın şimal sərhəddindən bəhs edərkən, rus alimi
prof. K.Trever antik dövr müəlliflərinə istinad edərək yazır ki,
Albaniyanın şimal sərhədləri dəniz sahili boyunca Soana çayına
qədər uzanır. O, Soana çayını müasir Terek çayı ilə eyniləşdirə-
rək
belə hesab edir ki, Albaniyanın şimal sərhədləri guya Şi-
mali Qafqaz çöllərinə qədər, yəni qədim Sarmatiyaya qədər
uzanırmış. Buradan belə nəticə çıxarılır ki, indiki bütün
Dağıstan Albaniya ərazisinə daxil imiş. Lakin prof. Kamal
Əliyev antik qaynaqları dərindən təhlil edərək belə qənaətə
Qəzənfər Rəcəbli
62
gəlir ki, qaynaqlardan heç biri bütün Dağıstanı Albaniyanın tər-
kibinə daxil etməyə əsas vermir. Onun fikrincə Soana çayını
Samur çayı ilə eyniləşdirmək olar. Çünki qaynaqlarda Albani-
yanın şimal sərhədlərinin Böyük Qafqaz sıra dağlarının cənub
yamacları boyu uzanması haqqında fikir vardır. K.Əliyevin
fikirlərini dəstəkləyən akad. Əlisöhbət
Sümbatzadə və tarix
elmləri doktoru Qiyasəddin Qeybullayev belə nəticə çıxarırlar
ki, indiki Dağıstan Respublikasının yalnız Dərbənd bölgəsi
Alban dövlətinin tərkibinə daxil olmuşdur.
Alban dövlətinin cənub sərhədləri haqqında fikirlər daha
çox ziddiyyətlidir. Bəzi antik dövr müəllifləri yazırlar ki,
Albaniyanın cənub sərhədləri Kür çayına qədər uzanırdı, yəni
Kür çayının yalnız sol sahil torpaqları Albaniyaya daxil idi.
Ancaq Strabon çox aydın yazır ki, Kür çayı Albaniya
ərazisindən axırdı. O, Kürün sağ sahili torpaqları Talış, Muğan,
Mil və Qarabağı Albaniyaya aid edirdi. Prof. K.Trover
Srabonun məlumatına əsaslanaraq yazır ki, qədimdə Kaspiana
adlanan Kür çayının sağ sahili mənsəbi Albaniyaya daxil idi.
Lakin bəzi qaynaqlar Kaspiananı Albaniya ərazisinə daxil
etmirlər. Məsələn, Klavdi Ellian (II əsrin sonu – III əsrin
əvvəlləri) Kaspiananı azad icmalıq kimi təsvir edərək yazır ki,
kaspi soyları balıqçılıqla məşğul olur, qayıqlarla dənizə çıxır,
balıq tutur, onu duzlayır, qurudur və dəvələrlə Ekbatana
göndərirdilər. Ellian kaspi soylarının Albaniya ilə əlaqəsi
haqqında isə heç bir söz demir. Kaspiananın dəniz sahili
düzənliyi cəngəlliklərdən və bataqlıqlardan
ibarət olduğu üçün
həm Albaniya, həm də Atropaten onu tutub öz dövlətləri
ərazisinə qatmağa canfəşanlıq göstərməmişlər. Kaspiana qədim
tarixdə çox vaxt azad icmalıq kimi qalmışdır. Bununla belə
tarixin müəyyən dövrlərində Kaspiana gah Albaniyanın, gah da
Atropatenin nüfuz dairəsində olmuşdur. Təsadüfü deyil ki,
Q.Qeybullayevin “Azərbaycanlıların etnogenezinə dair”
kitabında kaspi soyları həm Albaniya soyları siyahısına, həm də
Atropaten soyları siyahısına daxil etmişdir.
Azərbaycan Tarixi
63
Qarabağ məsələsinə gəlincə, erməni qaynaqlarına
əsaslanan K.Trover yazır ki, e.ə. II əsrdə erməni hökmdarı I
Artaşes kür çayının sağ sahilini, yəni Qarabağı, Zəngəzuru,
Naxçıvanı və İrəvanı tutub Ermənistana
birləşdirdi və guya
həmin torpaqlar 6 əsr, yəni eramızın 387-ci ilində Ermənistanın
Sasani və Roma dövlətləri arasında bölüşdürülüb, siyasi
xəritədən silinənədək Ermənistanın tərkibində qaldı. Yalnız
bundan sonra Alban hökmdarları Arsax və Utini (Qarabağ və
Zəngəzur) geri alıb öz torpaqlarına birləşdirdilər. Çox təəssüf
ki, 3 cildlik “Azərbaycan tarixi”nin I cildində də bu yanlış fikir
K.Treverə istinadən öz əksini tapmışdır. Halbuki, e.ə. II əsrdən
eramızın IV əsrinə qədər olan dövrün hərbi-siyasi tarixdən
məlum olur ki, bu 6 əsr ərzində Ermənistan özü gah bir, gah
digər dövlətə tabe olmuş, gah da dövlətçiliyini itirmişdir.
Məsələn, e.ə. 69-cu ildə Roma sərkərdəsi
Lukullun ordusu
erməni hökmdarı II Tiqranın ordusunu məğlub edib
Ermənistanın paytaxtı Tiqranakerti də ələ keçirdi. Yalnız iki il
sonra, e.ə. 67-ci ildə II Tiqran Albaniya və İberiyanın
köməkliyi ilə Tiqranakerti geri ala bildi. E.ə. 66-cı ildə Roma
sərkərdəsi Pompey yenidən Ermənistanı tutur və II Tiqran
təslim olmağa məcbur olur. Pompey İberiyanı da özünə tabe
edir və Albaniya üzərinə yürüş edir. Alban hökmdarı Orayz ona
ciddi müqavimət göstərə bilmir, məğlub olub e.ə. 66-cı ildə
Pompeylə barışıq bağlayaraq, Roma ordusunu keçib Kaspi
sahilinə getməsinə razılıq verir. Lakin Romadakı siyasi
hadisələr Pompeyi təcili surətdə geri qayıtmağa məcbur edir.
E.ə. 37-36-ci illərdə Roma sərkərdəsi Kanidi Krassın ordusu
yenidən Ermənistanı tutur.
E.ə. 20-ci ildə Parfiya dövləti Romanın Ermənistan
üzərində hakimiyyətini tanıyır, əvəzində isə Roma Parfiyanın
Atropaten üzərində hakimiyyətini tanıyır. Eramızın I əsrində
Roma sərkərdəsi Antoni ermənilərin Romaya qarşı üsyanını
yatırır, Ermənistanın idarə olunmasını, artıq bu vaxt Roma ilə
dostluq edən Atropaten hökmdarlarının sərəncamına verir. 34-
Qəzənfər Rəcəbli
64
cü ildə Parfiya Ermənistanı zəbt edir. Lakin elə həmin il Roma
Atropaten, Albaniya və İberiyanın köməkliyilə Ermənistanı
Parfiyadan geri alır.
Onu da qeyd etmək lazımdır ki, I əsrin 90-cı illərində
Roma ordusu Ermənistandan keçərək Albaniyaya hücum edir.
Bu dəfə Roma ordusu Kaspi dənizi sahillərinə çıxa bilir. Bunu
Roma imperatoru Domisianın və “XII İldırımsürətli” legionun
adının qeyd olunduğu Qobustandakı Böyükdaş qayaüstü
yazıları təsdiq edir.
114-cü ildə Parfiya üzərində qələbə çalmış Roma
imperatoru Troyan, tarixçi Festin yazdığına görə “Ermənistanı
Parfiyadan aldı, onları Böyük Ermənistan tacından məhrum
edib
onu özünə götürdü, albanlara çar verdi, iberləri, bosporları
və kolxları Roma tabeliyinə götürdü.” Nəhayət, IV əsrdə
Ermənistan dövləti yer üzündən silindi.
Beləliklə, 6 əsrin siyasi tarixi göstərir ki, Arsax və Uti,
həmçinin Naxçıvan və İrəvan Ermənistanın tərkibində ola
bilməzdi, çünki Ermənistan bu müddətdə dəfələrlə qoltuq
altında olmuşdu. Həm də K.Treverin yazdığına inansaq, onda
belə qənaətə gəlmək olar ki, həmin torpaqlar öncə Albaniyanın
olmuşdur, ermənilər isə onları işğal
etmişlər və sonralar geri
qaytarmalı olmuşlar. Hətta Allah eləməmiş həmin torpaqlar
qədimdə ermənilərin olsaydı da, müasir dövrdə ermənilərin
Azərbaycan torpağına iddia etmələrinə hüquqi əsasları yoxdur.
İkinci Dünya müharibəsindən sonra müəyyən edilmiş sərhədlər
isə beynəlxalq hüquq normalarına görə, Potsdam konfransının
qərarlarına görə toxunulmazdır.
5.2. Albaniya əhalisinin etnik tərkibi. Albaniya
əhalisinin etnik tərkibi haqqında e.ə. I minilliyin ortalarına
qədər heç bir məlumat yoxdu. Alban soyları haqqında Heradot
və Strabonun əsərlərində olan ilk məlumat e.ə. IV əsrə aiddir.
Həmin qaynaqlarda Albaniyada alban soyları ilə bərabər
utilərin, sakların, kasların (kaspi) da yaşadıqları xəbər verilir.