Azərbaycan Tarixi
73
Moisey Kalankatuklanın “Albaniya tarixi” kitabında hə-
vari Faddeyn erməni çarı Sanatruk
tərəfindən öldürüldüyü xə-
bər verilir. ( s.18). Əfsuslar olsun ki, “Azərbaycan tarixi”nin
yeddicildlik akademik nəşrində də bu yanlış məlumat təkrar
olunur. Əslində isə həvari Faddeyin erməni çarı Sanatruk tərə-
findən öldürülməsi şübhəlidir. Çünki akademik Ziya Bünyado-
vun yazdığına görə guya Arşakilər sülaləsindən olan Sanatruk
115-116-cı illərdə hökmdarlıq etmişdir. Numizmatik tədqiqatlar
isə tamamilə əks bir faktı təsdiqləyirlər. Arxeoloji qazıntılar za-
manı Azərbaycan ərazisində aşkar edilmiş sikkə dəfinələrindəki
Parfiya draxmalarından məlum olur ki, Arşakilər sülaləsinin
nümayəndəsi kimi təqdim edilən Sanatruk əslində Parfiya
hökmdarı olmuşdur və onun hakimiyyət illəri e.ə. 77-70-ci illəri
əhatə edir. Deməli, eramızın I əsrində Faddeyi qətlə yetirə
bilmədi. “Albaniya tarixi”ndə həvari Faddeyin erməni çarı
Sanatruk tərəfindən qətlə yetirilməsi haqqında yanlış məlumat
isə, erməni katolikosu Ananiyanın tapşırığı ilə alban
dilindən
ermənicəyə tərcümə olunan zaman, erməni müəllifləri üçün sə-
ciyyəvi olan tarixin saxtalaşdırılması kimi bir fəaliyyətin
nəticəsidir.
Göründüyü kimi həvari Faddeyin Azərbaycanda xristian
dinini təbliği, İsa peyğəmbərin şagirdlərinin dünyanın müxtəlif
yerlərindəki missionerlik fəaliyyətləri ilə eyni vaxtda baş ver-
mişdir. Azərbaycanda xristianlığın təbliğində böyük fasiləyə də
yol verilməmişdir. Həvari Fəddayin şagirdi Yelisey, müqəddəs
Faddeyin həsəd aparıcı şəhidliyi haqqında Yerusəlimdə söhbət
etdikdən sonra İsa peyğəmbərin qardaşı, Yerusəlimin ilk
patriarxı, həvari Yakov
tərəfindən Şərq ölkəsinə, yəni Albani-
yaya yepiskop təyin edilir. (“Yepiskop” – yunan sözü olub “nə-
zarətçi” mənasını verir). Həvari Faddeyin və onun şagirdi
Yeliseyin eyni zaman çərçivəsində, yəni I-II əsrlərdə fəaliyyət
göstərmələri Azərbaycanda xristianlığın yayılmasının birinci
mərhələsinin fasiləsizliyini sübut edən tarixi faktlar.
Qəzənfər Rəcəbli
74
Müqəddəs Yakovun təyinatı ilə qismətinə Şərqdə
ölkəsində xristianlığı təbliğ etmək düşən Yelisey Yerusəlimdən
İrana gedir və oradan cənubi Azərbaycana keçərək Xəzər
dənizinin qərb sahilində yerləşən Maskut elinə gəlir. Yelisey
xristianlığın təbliğinə Çoladan başlayır. O, başına müxtəlif
yerlərdən şagirdlər
toplayaraq, onlara İsa peyğəmbər haqqında,
onun ilahi keyfiyyətləri və möcüzələri haqqında danışır.
Yelisey Çoladan 3 nəfər şagirdi ilə Kürün sağ sahilində
yerləşən Uti vilayətinə gedir və orada xristianlığın təbliği ilə
məşğul olur. Lakin Çolada xristian dininin düşmənlərinin hədə-
qorxusu nəticəsində Yeliseyin şagirdlərinin bəzi qohumları
onların ardınca gəlirlər ki, evlərinə aparsınlar. Geri qayıtmaq
istəməyən şagirdlərdən birini qohumları öldürürlər. Bundan
qorxan digər iki şagird qohumları ilə birlikdə geri qayıtdılar.
Yelisey Utidən Şəki vilayətinə gedir və müasir Şəki şəhə-
rindən şimalda yerləşən Gisdə (indiki Kiş kəndi) kilsə tikdirir.
Gis kilsəsi bütün Şərqdə ilk xristian kilsəsi hesab edilir.
Daha sonra Yelisey Şəkidən Zərqun dərəsini keçib bütpə-
rəstlərin müqəddəs səcdəgahlarının olduğu yerə gedir və orada
şəhid olur. Onun cənazəsini Qomenk adlanan bir yerdə xəndəyə
atırlar və uzun müddət onun qaxımış cəsədi gizli qalır. Xeyli
vaxt keçdikdən sonra müqəddəs Yelisey bir dindar kişinin yu-
xusuna
girir və o, öz yuxusunu adamlara danışır. Adamlar dəs-
tə-dəstə mömün kişinin dediyi yerə yürüyürlər və xəndəyə ça-
tanda yalnız bir yığım sümük görürlər. Bir qədər məyus olsalar
da, sümükləri xəndəkdən yığıb bütün gecəni ibadət edirlər.
M.Kalankatuklunun yazdığına görə səhərə yaxın bərk zəlzələ
olur və ordakıların hamısı yerə yıxılırlar. Bu vaxt sərt külək əsir
və murdar sümükləri o tərəfə bu tərəfə səpələyir, həmin yerdə
yalnız Yeliseyin sümükləri qalır. Elə bu an Urekan kəndinin
Stepanos adlı keşişi sümüklərin içindən kəlləni oğurlayıb ata
minir və çapıb aradan çıxır. Camaat onun dalınca yüyürür. La-
kin bu vaxt göyün üzünü qapqara bulud alır və adamlar qorxub
evlərinə qayıdırlar. Müqəddəs Yeliseyin sümüklərinin hamısını
Azərbaycan Tarixi
75
götürüb Urekan kəndinə aparıb onun kəlləsinin saxlanıldığı
yerə qoyurlar. Sonralar Yeliseyin sümükləri oradan Nersmehr
kilsəsinə aparılır.
Yelisey Albaniyanın maarifçisi hesab edilir.
Xristian
ədəbiyyatında və xristian aləmində Yelisey yalnız Faddeyin
şagirdi kimi deyil, həm də həvari kimi tanınır və albanların
ziyalanmasının ilkin səbəbkarı hesab edilir. Yeliseyin Albaniya
yepiskopu vəzifəsinə II əsrdə Yerusəlimin ilk patriarxı Yakov
tərəfindən təyin olunması və onun Cənubi Qafqazda ilk xristian
kilsəsinin əsasını qoyması Alban kilsəsinə həvari başlanğıcı
statusu verir. Kilsənin həvari başlanğıcının əhəmiyyəti, hər
şeydən öncə ondadır ki, bu həmin kilsənin daha qədim və ilkin
olduğunu, ikincisi isə onun başqa kilsələrin vasitəçiliyi ilə
deyil, ilk əsasdan, yəni həvarilərin özləri tərəfindən təsis
edildiyini sübut edir.
Albaniyada xristianlığın yayıldığı həvarilik dövrü
adlandırılan ilk mərhələdə xristianlıq İberiya, İran, Atropaten
və Ermənistana nisbətən daha böyük uğurlar əldə etmişdi. Bunu
həm yazılı qaynaqlar, həm də dövrün tədqiqatçıları təsdiq edir-
lər. Xristianlığın Ermənistana nisbətən Azərbaycanda,
o cümlə-
dən Albaniyada daha erkən yayılması M.Kalankatuklunun “Al-
baniya tarixi” kitabında verilən yunan kilsəsini erməni kilsəsinə
yazdığı məktubda belə qeyd edilmişdir: “Erməni katolikosluğu-
nun seçilməsi qaydası isə Albaniya katolikosluq kürsüsünün
sərfəsi olmalıdır, çünki Albaniya kürsüsü siz ermənilərin
kürsüsündən daha uca və yaşlıdır.” Akademik Ziya Bünyadov
yazırdı ki, M.Kalankatuklunun “Albaniya tarixi” əsərindəki bu
məktuba ilk dəfə X əsrdə Alban katolikosu Hagik (948-962)
tərəfindən təsadüf edilmişdir. Hagik eşitmişdir ki, Albaniya
Ermənistandan qabaq xristianlığı qəbul etmişdir. Erməni
katolikosu Ananiya 958-ci ildən sonra Xaçenə gələndə Hagik
“Alban tarixi” kitabından ona oxuyur ki, həvari Faddeydən 266
il sonra müqəddəs Qriqori Ermənistanda xristianlığı yaymışdı.
Ananiya
demişdi ki, bu kitab səhih deyil, elə etmək lazımdır ki,
Qəzənfər Rəcəbli
76
albanların xristianlığı qəbul etməsi haqqında orada yazılanları
deyil, bizə lazım olan, bizim görmək arzusunda olduğumuz
məlumatı həmin “Tarix”dən oxusunlar. Ona görə də həmin
məlumat “Albaniya tarixi” kitabından çıxarılmışdır.
Araşdırmalar göstərir ki, ilk çağlar sürətlə yayılan xris-
tianlıq Parfiya imperiyası vaxtında Şərqə böyük uğurlar qazan-
mışdı. Lakin İranda Sasanilər sülaləsinin hakimiyyəti dövründə
xristianlığa qarşı mübarizə siyasəti nəticəsində iki əsrin nəticə-
ləri heçə endirildi. Albaniyada etnik müxəlliflik və politeizmin
(çoxallahlığın) hökmranlığı monoteist din olan xristianlığın
yayılması üçün əlverişli şərait yaratmışdı. Təsadüfü deyil ki,
Yelisey xristianlığın təbliğinə Albaniyanın
etnik cəhətdən daha
çox müxtəlif olan şimal-şərq hissəsindəki Çola bölgəsindən
başlamışdı. Lakin Azərbaycanda xristianlığın yayılmasının bi-
rinci mərhələsində, yəni I-III əsrlərdə Albaniyada xristianlığın
təntənəsindən heç bir söhbət gedə bilməz. Xristian dini ölkədə
yalnız IV əsrdə tam qələbə çala bildi.
Albaniyada Yeliseyin adı ilə bağlı Gis kilsəsinin mövcud-
luğu xristianlığın burada daha erkən yayıldığını təsdiq edən
amildir. Odur ki, Albaniyada xristianlığın yayılmasının birinci
mərhələsindən bəhs edərkən mütləq Gis kilsəsi haqqında geniş
məlumat vermək gərəkdir.
Gis kilsəsi haqqında ilk məlumat verən M.Kalalankatulu
yazır ki, “bu yer Şərqin bütün kilsələri və şəhərlərinin başlan-
ğıcıdır və biz şərqlilərə xristianlığın qəbul edilməsi mənbəsi-
dir.” Qeyd etmək lazımdır ki, Gis kəndində yerləşən bu qədim
kilsə Alban abidələri arasında xüsusi statusa malikdir. Xristian-
lığın Albaniyada və bütün Qafqazda yayılmağa başlaması tarixi
Gis kilsəsinin yaranması tarixi ilə bağlıdır. Gis kilsəsinin həvari
Yelisey tərəfindən tikilməsi isə Qafqazda ən
qədim kilsə olan
Alban kilsəsinin apostol başlanğıcına malik olduğunu, yəni
avtokefal kilsə olmasını təsdiq edən maddi sübutdur.
Bir şeyi də qeyd etmək lazımdır ki, müsəlman əhalisinin
məskun olduğu bölgədə xristianlığın bu qədim abidəsinin qə-