Azərbaycan Tarixi
501
Azərbaycan arasında silahlı münaqişə olarsa,
Rusiya neytral
qalacaqdır.
Prezident H.Əliyevin müdrik xarici siyasəti nəticəsində
Azərbaycan Respublikası ABŞ kimi super dövlətin Qafqaz
regionunda əsas iqtisadi və siyasi partnyoru oldu. 2001-ci il
sentyabrın 11-də Nyu-York və Vaşinqtonda dəhşətli terror
hadisələrinə cavab olaraq ABŞ beynəlxalq terrorizmə qarşı
mübarizə elan edərkən Azərbaycan Respublikası onunla bir
mövqedə olduğunu bildirənlərin ilk sırasında oldu, öz
ərazisindən Əfqanıstana göndərilən ABŞ silahlı qüvvələrinin
istifadəsi üçün imkanlar yaratdı. ABŞ senatı 2001-ci ilin
oktyabr ayında sülh və tərəqqi naminə yardım aktına
Azərbaycan Respublikası üçün məhdudiyyətlər qoyan 907-ci
əlavəsi müvəqqəti olaraq dayandırmaq üçün Prezidentə
səlahiyyətlər verdi. ABŞ Prezidenti 2002-ci il yanvarın 28-də
və 2003-cü il yanvarın 17-də bu səlahiyyəti reallaşdırdı. Az
sonra ABŞ Azərbaycan Respublikasına silah satışına qoyulmuş
qadağanı aradan qaldırdı və təhlükəsizlik tədbirlərində kömək
etməyə başladı.
Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Dağlıq
Qarabağ problemini və Ermənistan tərəfindən işğal olunmuş
torpaqların azad edilməsi
məsələsini mümkün qədər qan
tökülmədən, dinc vasitələrlə həll etmək xəti götürmüşdü. O,
ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması
istiqamətində xeyli iş gördü, ATƏT-in rəhbərliyi və onun
Minsk qrupunun təmsilçiləri ilə 180-dən çox görüş keçirdi.
ATƏT-in 1994-cü ilin dekabrında Budapeşt və 1996-ci ilin
dekabrında Lissabon sammitləri Dağlıq Qarabağ probleminin
Minsk qrupu vasitəsilə beynəlxalq prinsiplərə əsaslanaraq
ədalətli həllinin vacibliyini təsdiq etdilər. Lissabon sammitinin
yekun qəranının Dağlıq Qarabağ məsələsinin həlli prinsipləri
haqqında təklif edilən bəndə Ermənistan prezidentinin razı
olmadığı üçün, sammit iştirakçılarının bu məsələ ilə bağlı
yalnız yekdilliklə qəbul edilə biləcək Yekun Aktına bütövlükdə
Qəzənfər Rəcəbli
502
imza etməkdən H.Əliyev imtina etdi. Nəticədə sammitin 54
iştirakçısından 53 üzv dövlətin adından ATƏT-in sədrinin
verdiyi və sammitin rəsmi sənədi elan olunmuş bəyanat qəbul
edildi. Ermənistan bu bəyanata etiraz etdi. Bu bəyanatda
problemin həlli üçün üç prinsip irəli sürülürdü: birincisi -
Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı
surətdə tanınması; ikincisi - Dağlıq Qarabağa Azərbaycan
Respublikası tərkibində yüksək dərəcəli özünüidarə statusu -
muxtariyyət hüququ verilməsi, üçüncüsü - Dağlıq Qarabağın
həm erməni, həm də azərbaycanlı əhalisinə təhlükəsizlik
təminatı verilməsi, İkinci prinsip təcavüzə məruz qalmış
Azərbaycan üçün məqbul olması da
münaqişəni aradan
qaldırmaq naminə H.Əliyev buna razılıq vermişdi.
Lissabon sammitindən sonra Minsk qrupuna üç dövlət -
ABŞ, Rusiya və Fransa sədrlik etməyə başladı. Həmsədrlər
tərəfindən 1997-ci il iyunun 11-də "Dağlıq Qarabağ
münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş" adlı
layihə təklif edildi. Bu sərhəd BMT-nin Dağlıq Qarabağ
məsələsi ilə bağlı məlum qətnamələrinə əsaslanmır və hüquqi
baxımdan məcburi xarakter daşımırdı. 1997-ci il sentyabrın 19-
da həmsədrlər "Dağlıq Qarabağ silahlı münaqişəsinin
dayandırılması haqqında saziş" adlı ikinci layihə təklif etdilər.
Bu sənəd münaqişənin mərhələlər üzrə həllini nəzərdə tuturdu.
Birinci mərhələdə Laçın rayonu istisna olunmaqla
Azərbaycanın işğal olunmuş altı rayonunun azad olunması,
qaçqınların azad edilmiş torpaqlara qaytarılması, Ermənistan və
Dağlıq Qarabağın həyat
fəaliyyəti üçün zəruri olan
kommunikasiyaların bərpa edilməsi nəzərdə tutulurdu. İkinci
mərhələdə tərəflər Azərbayan Respublikası tərkibində Dağlıq
Qarabağın statusunu müəyyənləşdirməklə, onun təhlükəsizliyi
üçün təldbirlər görməklə Laçın, Şuşa və keçmiş Şaumyan
rayonları ilə bağlı məsələləri həll etməklə məşğul olmalı idilər.
Bu layihədə hər bir bəndin həyata keçirilməsinin dəqiq
mexanizmi və zaman çərçivəsi, eyni zamanda müqaviləni
Azərbaycan Tarixi
503
pozan tərəflərə qarşı
tətbiq ediləcək sanksiyalar
müəyyənləşdirilmişdi. Bu layihədə "Laçın dəhlizi" və Dağlıq
Qarabağın azərbaycanlı əhalisi ilə bağlı Azərbaycan
tərəfi qane
etməyən maddələr vardi. Lakin Azərbaycan 1997-ci il
oktyabrın 1-də "mərhələli həll" layihəsinin danışıqlara
başlamaq üçün əsas kimi qəbul olunmasına razılıq verdi.
Ermənistan Prezidenti L.Ter-Petrosyan da bu layihəyə müsbət
münasibətini açıqladı. 1997-ci il oktyabrın 10-da Strasburqda
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk
qrupunun həmsədrlərinin hazırladıqları ikinci layihə əsasında
danışıqlara başlamağa razılıq verdilər. Lakin Ermənistan
prezidentinin qərarı qondarma "Dağlıq Qarabağ
Respublikasının liderləri" tərəfindən etirazla qarşılandı, onlar
"mərhələli həll" layihəsinin qəbuledilməzliyini bəyan etdilər.
Ermənistan Respublikası Təhlükəsizlik Şurasında L.Ter-
Petrosyan kəskin tənqid edildi və o, 1998-ci il fevralın 3-də
istefa verməyə məcbur oldu. 1998-ci il noyabrın 9-da ATƏT-in
Minsk qrupunun həmsədrləri "Ümumi dövlət" adlı üçüncü
layihəni irəli sürdülər. Bu layihə də birinci layihə kimi ATƏT-
in Budapeşt və Lissabon sammitinin qərarlarına zidd idi.
Ortaya atılmış "ümumi dövlət" modelinin heç bir hüquqi əsası
yox idi. Bu layihədə Dağlıq Qarabağ müvafiq artibutları olan
respublika şəklində dövlət
qurumuna çevrilirdi, "ümumi
dövlət"də Azərbaycanla bərabər hüquqlu ittifaq subyekti
olurdu. Təbii ki, Azərbaycan özünə qarşı bu alçaldıcı təklifi
qəbul edə bilməzdi.
2001-ci il fevralın 23-cə Azərbaycan Respublikasının
Milli Məclisi siyasi partiyaların nümayəndələrinin və tanınmış
ziyalıların iştirakı ilə Dağlıq Qarabağ məsələsinin sülh yolu
vasitəsilə həlli prosesinə aid müzakirə keçirdi. Müzakirədən iki
gün öncə, fevralın 21-də rəsmi qəzetlərdə ATƏT-in Minsk
qrupunun Dağlıq Qarabağ problemi və Ermənistanın təcavüzü
ilə bağlı təklif etdiyi hər üç layihə dərc edilib ictimaiyyətə
çatdırılmışdı. Milli Məclisdə müzakirələr göstərdi ki,
Qəzənfər Rəcəbli
504
Azərbaycan Respublikasının Qarabağ münaqişəsinin
həll üçün
güzəşt imkanları tükənmişdir. Bu fikir Azərbaycan ziyalıların
2001-ci il mayın 30-da yaydıqları bəyanatda daha aydın ifadə
olundu: "Biz sülh tərəfdarıyıq, müharibə başlanmasının, qan
tökülməsinin əleyhinəyik, amma sülhdən daha vacib
Vətənimizin əzəli torpaqlarının qaytarılmasıdır. Lazım gələrsə,
bu yolda BMT Nizamnaməsinə uyğun olaraq təcavüzkara qarşı
güc tətbiq edilməsi də istisna olunmamalıdır".
Azərbaycan Respublikasının uğurlu xarici siyasəti
nəticəsində o, 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilmişdir.
28.3. Azərbaycan Respublikasında iqtisadi inkişaf və
sosial siyasətin uğurları. Sovet İttifaqının dağılması və ölkədə
yaranmış siyasi hərc-mərclik Azərbaycanın iqtisadiyyatına və
sosial-mədəni həyatına ağır zərbələr vurdu. Respublikanı
iqtisadi əlaqələri pozulmuşdu. Müəssisələr bağlanır, işçizlik
artır, əhalinin güzəranı surətlə pisləşirdi. İşsizliklə bağlı
reçpublikanı milyon nəfərə qədər gənc tərk etmişdi.
Təminatsızlıq üzündən mütəxəssislər və alimlər dolanacaq
dalınca xaricə getməyə məcbur olmuşdular.
Dövlətin aztəminatlı ailələrə kömək məqsədilə verdiyi
güzəştlər, o cümlədən 1991-ci
ilin iyulundan əmək
veteranlarına və pensionerlərə şəhər daxili nəqliyyatdan pulsuz
istifadə etmək hüququ, 1992-ci ilin aprelində müəllimlərə
kommunal-məişət sahələrində imtiyazlar verilməsi, 1992-ci ilin
dekabrında tənha vətəndaşların sosial müdafiəsini
gücləndirməklə bağlı tədbirlər isə dərin inflyasiya şəraitində
çox az səmərə verirdi. Cəmiyyətdə orta təbəqə qalmamışdı.
Əhalinin böyük əksəriyyəti yoxsulluq səviyyəsindən aşağı
vəziyyətdə yaşayırdı. Minimum əmək haqqı rəsmi istehlak
minimumu həcmində 20 dəfə az idi.
Azərbaycan müstəqil dövlətçilik siyasətindən narazı olan
dövlətlərin iqtisadi təzyiqi ölkəni iqtisadi durumunu daha da
ağırlaşdırırdı. Rusiya Federasiyası 1994-cü ilin dekabrından