29
qoymaqla bilirdi. Maarifçilikdə təbiilik pafosu, «təbiətə aid olanlara» üstünlük verilməsi özündən
başqasını özünü bildirənlərə, yəni bildiricilərə düşmənçilik törədirdi. Maarifçiliyə görə nəsnələr
dünyası gerçəkdir, bildiricilər dünyası, sosial ilişgilər çevrəsi isə yanlış özüldə qurulmuş
uyqarlığın, sivilizasiyanın sonucudur. Ona görə də Maarifçilik konsepsiyasında dəyərli və əsl varlıq
hadisələri kimi insanın antropoloji mahiyyəti, fiziki xoşbaxtlığı, əməyi, bioloji proses kimi başa
düşülən yaşamı götürülürdü. Pul, rütbə kimi bildiricilər yalanın simvolları adlandırılırdı (107).
Avropa Maarifçilərinə yönəlik göstərilən bu əlamətləri açıq və ya örtülü biçimdə Azərbaycan
Maarifçilərinin fəlsəfəsində tapmaq çətin deyil, özü də Azərbaycanda bu fəlsəfə ən öncə Ortaçağ
mədəniyyətinin xarakterik dünya anlamına, yaşayış prinsipinə qarşı yönəlmişdi. Örnəklər üçün M.F.
Axundzadənin yaradıcılığına baxmaq olar. «İnsan tələbatı haqqında» məqaləsində o, fiziki gərəkləri
ilkin başlanğıclardan biri kimi açır, hərçənd insanın yetkinliyində əqli və fiziki tələbatlarının
uyarlığını M.F. Axundzadə prinsipial sayır. Ancaq problemimiz üçün önəmlisi odur ki, Azərbaycan
maarifçisinin antropologiyasında fiziki gərəklərə verilən üstünlük Ortaçağ rəsmi mədəniyyət
göstəricilərinə tam uyuşmazdır (108). Eyni Maarifçilik prinsipini «Yek kəlmənin tənqidi»
məqaləsində də görmək olar (109). Burada humanizm mövqeyindən Şəriətin ziddiyyətlərini açan
M.F. Axundzadə təbiət baxımından qadınla kişinin, müsəlmanla müsəlman olmaənın bərabərliyini
göstərir, bir sözlə, ədalət mövqeyindən çıxış edir. Özü də Avropa maarifçilərində olduğu kimi,
Azərbaycan maarifçisində də ədalət təbiət qatında olan bərabərlik prinsipinə əsaslanır.
Ortaçağ incəsənətində bildirici ziddiyyətləri
Orta yüzillər Azərbaycanında incəsənət yapıtlarının bildirici sırası kimi qavranılması
əlimizdə olan tekstlər əsasında yaxşı canlandırıla bilər. Ancaq bu problemə keçmək üçün qabaqca
semiotikada fərqləndirilən ikonik və konvensional işarələrə, bildiricilərə baxmaq gərəkdir. İkonik
bildiricilərin qarşılığı kimi azərbaycanca «görükdürücü» və ya «görükdürən bildirici, işarə»
terminlərini işlətmək olar, çünki «ikon» yunan sözünün lüğəti mənası «təsvir», «görükdürücü»dür.
İkonik bildiricini qavrayvanda elə bil onun əvəz etdiyi obyektin özünü qavrayırsan. İkonik
bildiricinin formasından işarə edilənin özü sezilir. Görükdürən bildiricilərə (ikonik işarələrə) portret
şəkilləri tipik örnəkdir. Aydın məsələdir ki, oxşarlığın dərəcəsi ayrı-ayrı bildiricilərdə ayrı-ayrı olur.
Bir obyektə fotoşəklin oxşarlığı ilə karikaturanın bənzərliyi eyni deyil. Bənzərliyin çoxalma və
azalma yönümündə dərəcələri var. Çoxalma yönündə bənzərliyin artması ikonik bildiricilərdən
obyekti daha böyük dəqiqliklə göstərməyə imkan verir. Bunun üçün təsvirdə daha çox nöqtələr
obyektdəki nöqtələrə uyğun gəlir. Məsələyə konkret baxaq. Araşdırıcılar Təbriz və Ərdəbildə
toxunmuş xalıların rəsmlərində, naxışlarında obyektə daha yüksək oxşarlıq olduğunu söyləyirlər.
Bu isə həmin xalılarda ilmələrin böyük sıxlığı ilə, yəni biz deyərdik ki, obyekti göstərmək üçün
bildiricinin içində daha çox «görükdürücü» nöqtələrin olması ilə açımlanır. Maraqlıdır ki, xalıların
bu görükdürücü prinsipi ilə texniki araçlarda dəqiq təsvir almağın texnologiyası arasında aydın
oxşarlıq var. Mühəndis lentin, teleekranın «buraxıcılıq» imkanlarından danışanda analoji
göstəriciləri deyir. Elektron-hesablayıcı maşınlar vasitəslə alınan təsvirlər isə müəyyən «atomların»
sadə müstəvidə dürlü birləşmələrdə və sıxlıqda düzülməsindən alınır (113). Özü də obyektin
elementlərini bildirmək üçün nöqtələrin sayı nə qədər çox olursa, ikonik bildiricinin görükdürücü
dəqiqliyi bir o qədər artır (ill. Vİ). Biz burada atom sözünü məqsədli işlətdik. Çünki texniki
araçlarda təsvirin belə qurulması ilə əski atomistik nəzəriyyələr arasında yaxınlıq var. Məsələn,
Demokrit hesab edirdi ki, hər nəsnə dürlü həndəsi quruluşlu atomların birləşməsindən törəyir. Və
bu atomlar sökülüb uzaqlaşında nəsnə də yox olur. Hərçənd Demokrit atomlardan qurulan təsvirdən
yox, şeyin özündən danışırdı (114). Bu mənada Ortaçağ müsəlman Doğusunda əşşarilər adlanan
kəlamçılar (sxolastlar) atomistik prinsipdən təsvirin texniki vasitələrlə alınması prinsipinə daha
yaxın olan ideyalar çıxarmışdılar. Özü də əşşarilərin bu prinsipi «Allah – təbiət» ilişgilərini ən
əcayib düzümlərə salmışdı. Maymonid (İbn Məymun, əsl adı Moşe ben Maymen Əbu İmran Musa
bin Məymun İbn Abdullah əl-Qütrubidir, yəhudi filosofu, teoloqu və məntiqçisidir, əsərlərini ərəb
dilində yazmışdır) onların konsepsiyasını açıqlaənda yazır ki, əşşarilərin əqidəsincə, hər hansı nəsnə
bölünməz balaca qırnıqlardan yığılıb. Nəsnə həmin qırnıqların birləşməsi şəklində peyda olur.
30
Ancaq Demokritin, Epikürün söylədiyi kimi, əşşarilərdə bu qırnıqlar əbədi deyil, Allah onları
aramsız olaraq hər an yaradır və bu aramsız yaradılış aktını hansı nöqtədə kəsirsə, orada da atomlar
yox olur. Əgər Allah istəyirsə ki, bir nəsnə dəyişməz, daənıqlı görünsün, onun görünüşünü məhz
«belə» edən atomlar birləşməsini hər an təkrar-təkrar yaradır, cismi yox etmək istəyəndə isə onun
atomlarını bir daha yaratmır və cism... sönüb heçə dönür. O ki qaldı atomların hər an heçə dönüşü
ilə yenisinin var olması arasındakı fasiləyə, bu fasilə qavrayışın tuta bilməyəcəyi bir andır, ona görə
də cismi törədən atomların varlığı sürəkli görünür, heçliklə sınırlanmış biçimdə qavranılmır. Allah
möcüzə yaratmaq istəyəndə isə bir an nəsnənin görünüşünü törədən atomlar düzümünü işıq
nöqtələri kimi «yandırdıqdan» sonra ikinci an elə atomlar düzümü yaradır ki, sonucda başqa
nəsnənin görünüşü peyda olur. Məsələn, Allah istəsə, bu yolla insanı dağ boyda edər, fili isə milçək
boyda göstərər (115).
İll. Vİ.